Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə245/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   241   242   243   244   245   246   247   248   ...   253

 

 

760 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

sək vəzifəli diplomatın Azərbaycanda demokratiyanın inkişafı, 



insanların hüquq və azadlıqlarının təmin edilməsi, KİV azadlığı 

sahəsində ciddi irəliləyişlər olduğunu görməsi, eləcə də Bakı ilə 

Vaşinqton arasında  əməkdaşlığın strateji tərəfdaşlıq və dostluq 

səviyyəsinə çatmasının etiraf edilməsi bu qəzetin xoşuna gəlmir. 

Qəzet belə hesab edir ki, Azərbaycanda demokrartiya yoxdur, 

yalnız onun imitasiyası var, ABŞ isə Azərbaycanın indiki iqti-

darını yalnız ona görə dəstəkləyir ki, “bu tərəfdaşlığın köməyi ilə 

regionda öz maraqlarını yayır”. Əlbəttə, qəzet istənilən meyildə 

və mövqedə ola bilər, çünki Konstitusiya söz azadlığına zəmanət 

verir. Fərqli düşünənlərin ciddi senzura nəzarətinə məruz qaldığı 

dövrlər keçmişdə qalmışdır. Lakin məsələ ondan ibarətdir ki, 

yuxarıda deyilənlərə kimlərin mənafeyi prizmasından yanaşırıq. 

Demokratiya olmasaydı, bu qəzet yəqin ki, nəşr edilə bilməzdi və 

üstəlik, demokratiyanın imitasiyasının müzakirə olunması özü 

çox mürəkkəb fəlsəfi nəticələr çıxarmağa sövq edir. Demokratiya 

yoluna qədəm qoymuş ölkə bunu imitasiya edə bilməz – demok-

ratiya ya var, yaxud da, sadəcə olaraq, yoxdur. Əgər demokratik 

ənənələr və demokratik təsisatlar yaranırsa, deməli, ölkədə de-

mokratikləşmə prosesi gedir. Məsələ yalnız bu prosesin sürətində 

və nəticələrindədir, bunlar isə çox amillərdən, o cümlədən siyasi, 

iqtisadi və sosiomədəni mühitin transformasiyasından asılıdır. 

Lakin bu, başqa bir söhbətin mövzusudur. 

Qəzet 1992-ci ilin mart hadisələri ilə əlaqədar köhnə əda-

vəti olan müxalifəti sancmaq imkanını da əldən verməmişdir. 

Belə hesab edir ki, “ABŞ müxalifətin nəyə qadir olmasını 

çox yaxşı bilir və buna görə də onun barəsində ciddi illüziya-

lara uymur. Nəticə aydındır: Azərbaycan kütləvi informasiya 

vasitələrinə olan dəstək müxalifətə heç vaxt nəsib olmaya-

caqdır. Azərbaycanda demokratik imitasiyaların mövcud ol-

duğu bütün müddətdə amerikalılar iqtidarın opponentləri 

düşərgəsində lazımi məqamda təşəbbüsü öz əlinə ala biləcək 



 

 

761



Sözardı 

əvəzi 


normal lider görməmişdir.  Əksinə, onlar yalnız buna əmin-

dirlər ki, bu siyasətçilər satqındır, özlərinin merkantil ma-

raqları naminə hakim klanla əməkdaşlıq etməyə hazırdırlar”. 

Məqalənin məzmunundan göründüyü kimi, milli maraq-

lara dair problemlər barədə iqtidarla müxalifətin dialoqu, 

konstruktiv  əməkdaşlığı bu qəzeti çiyrəndirir. Görünür, 

siyasi meydanda rəqabətin qan rənginə boyanmış münaqi-

şəyə çevrilməsi qəzetin ürəyindəndir. 

Belə kütləvi informasiya vasitələrinin məntiqini anlamaq 

çətindir. Onlar çox vaxt demokratik cəmiyyətin  əsas atributu 

kimi qanunun aliliyindən dəm vurur, əslində isə, özləri hüquqi 

xarakterli problemlərlə üzləşdikdə iqtidarı  KİV-ə  təzyiq gös-

tərməkdə günahlandırır və okeanın o tayında özlərinə hima-

yədarlar axtarırlar. Müəyyən siyasi qruplar bu və ya digər 

mass-media orqanlarının üzləşdiyi texniki xarakterli məsələ-

lərdən gələcəkdə öz məqsədləri naminə istifadə etmək üçün 

onları siyasiləşdirməyə çalışırlar. Belələri unudurlar ki, qanun 

hamı üçün eynidir və qanunu pozan bu və ya digər KİV 

barəsində qəbul edilmiş qərarlar hüquqi, konstitusion xarakter 

daşıyır. Demokratiyanın mahiyyəti heç kəsə güzəşt etməmək-

dən ibarətdir, çünki qanunun aliliyi xalq hakimiyyətinin əsası-

dır, bu, hüquqi dövlətin bazisidir. 

Sabit demokratik inkişafın  əsası nailiyyətlər və  uğursuz-

luqlar, qələbələr və  məğlubiyyətlər barədə  cəmiyyətə  məlu-

mat verə bilən müstəqil və azad kütləvi informasiya vasitə-

ləri yaratmağa çalışmaqdır. Belə  məlumatı alan hər bir fərd 

seçkilərdə öz mövqeyinin düzgünlüyünü qiymətləndirə  və 

bununla da mövcud xəttin varisliyini və ya onun dəyişdiril-

məsini təmin edə biləcəkdir. Demokratik qavrayışın bazisi 

məhz bundan ibarətdir, mövcud reallıqların, nailiyyətlərin və 

gələcək perspektivlərin başa düşülməsinə  əsaslanan bu ya-

naşma səmərəli dövlətin formalaşmasına şərait yaradacaqdır. 

Çünki “indi yeni dövr başlayır. Bu dövr Azərbaycanın gələ-



 

 

762 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

cək inkişaf perspektivlərini müəyyən edəcək, uzunmüddətli 



inkişafımız bu dövrün uğurlu olmasından asılıdır”

1



Heç  şübhəsiz, bizim bütün qərarlarımız, bütün fəaliy-

yətimiz ona istiqamətlənmişdir ki, Azərbaycan artıq yaxın 

gələcəkdə dünyanın həqiqətən güclü, iqtisadi cəhətdən 

qabaqcıl dövlətləri sırasında möhkəm yer tutsun. Bu, key-

fiyyətcə yeni məsələ, mahiyyət etibarilə ölkəmiz üçün yeni 

pillədir. Çoxsaylı başqa təxirəsalınmaz problemlər üzündən 

biz əvvəllər bu mövqeyə yüksələ bilməzdik. İndi isə belə bir 

imkanımız yaranır və biz ondan istifadə etməliyik. Prezident 

İlham  Əliyev demişdir: “Hamımız istəyirik ki, ölkəmiz 

müasir, zəngin, qüdrətli dövlətə çevrilsin. Azərbaycanda 

insanlar yaxşı yaşasınlar, zəngin olsunlar, iqtisadiyyatımız 

güclü olsun, siyasi imicimiz güclü olsun, bölgədə gedən 

proseslərə  təsir imkanlarımız daha da artsın. Biz bunu 

istəyirik. Yəqin ki, hər bir ölkə bunu istəyər. Amma istəmək 

və bunu etmək başqa-başqa məsələlərdir. Bunu etmək üçün, 

arzularımızı həyata keçirmək üçün bizim imkanlarımız var. 

Deyə bilərəm ki, indi bizim qarşımızda nadir imkanlar var. 

Sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq – bu, 

bizdən asılıdır. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstə-

qilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialı-

nı tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasına 

yönəldək və beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. 

Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisa-

diyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın ma-

raqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bu, bi-

zim qarşımızda duran əsas qlobal istiqamətlərdir. Bütün isti-

qamətlər üzrə bizim proqramımız var. Hər bir istiqamət üzrə 

                                                 

1

 

Üçüncü çağırış Milli Məclisin sessiyasının açılışında Prezident 



İlham Əliyevin nitqindən. Bakı, 2 oktyabr 2006-cı il.

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə