Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə247/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   243   244   245   246   247   248   249   250   ...   253

 

 

766 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

  Antropologiya – insan haqqında elm. İnsanın həyat fə-



aliyyətinin formalarının müxtəlifliyini öyrənir. Fiziki 

antropologiya, sosial antropologiya, mədəni antropolo-

giya, tarixəqədərki antorpologiya kimi bir sıra fənləri 

əhatə edir. Fəlsəfədə isə  fəlsəfi antropologiya adlanan 

ayrıca bölmə var. 

  Arxetip – qrup təfəkkürünün insan tərəfindən qeyri-tən-

qidi qavranılan standart və stereotipləri. 

  Assimilyasiya (sosiologiyada) – sosiumun bir hissəsi-

nin özünəməxsus xüsusiyyətləri itirməsi və bunların di-

gər hissədən əxz olunmuş xüsusiyyətlərlə əvəzlənməsi. 

  Autentikləşdirmə – istifadəçini səciyyələndirən para-

metrlərin, prosesin və ya məlumatların uyğunluğunun 

müəyyən edilməsi proseduru. Bir qayda olaraq, auten-

tifikasiya istifadəçinin bu və ya diğər resurslardan, 

proqramlardan, məlumatlardan istifadə hüququnu yox-

lamaq üçün tətbiq edilir. 

  Bürokratiya – M.Veberə görə, səmərəli təşkil etmənin 

ideal tipi olub, aşağıdakılarla səciyyələnir: 

- idarəetmə aparatının ixtisaslaşdırılması və vəzifələrin for-

mal bölgüsü hesabına inzibati hərəkətlərin səmərəliliyi; 

- iyerarxik nəzarət və vəzifəli şəxslərin tabelik sistemi; 

- qərarların qəbulunu müəyyən edən qanunlarda və qay-

dalarda təsbit olunmuş şəxssiz münasibətlər; 

- inzibati funksiyaların idarəetmə vasitələrinin özündən 

ayrılması. 

  Demokratiya – dövlətin idarə edilməsi forması. Birba-

şa xalq hakimiyyəti (birbaşa demokratiya) və ya xalq 

tərəfindən, yaxud xalqın müəyyən hissəsi tərəfindən 

seçilən nümayəndələr vasitəsilə (nümayəndəli demokra-

tiya) həyata keçirilir. 




 

 

767



Terminlər 

lüğəti 


Praktik baxımdan demokratiya dövlətin və cəmiyyətin 

inkişafı yolları barədə müxtəlif baxışları  təmsil edən və 

cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını ifadə edən 

müxtəlif ictimai təşkilatların və hərəkatların, siyasi parti-

yaların və elitaların sərbəst qanuni rəqabətini, bu cür təş-

kilatların, qrupların və partiyaların sərbəst formalaşması-

nı, fərdlərin aşağı təbəqələrdən siyasi elitalara düşməsinə

eləcə  də hakimiyyət və idarəetmə orqanlarının tərkibinin 

və siyasətinin seçicilərin həqiqi iradəsinə az və ya çox də-

rəcədə dəqiq uyğunluğunu təmin etməyə çalışan qaydalar, 

prosedurlar və  şərtlər toplusudur. Demokratiyanın ilkin 

forması kiçik şəhər-dövlətlərdə birbaşa demokratiya ol-

muşdur. Birbaşa demokratiyanın antik formaları Platonun 

dövlət nəzəriyyəsində tənqid edilir. Rusiyada birbaşa de-

mokratiya nümunəsi təqribən 400 il mövcud olmuş Nov-

qorod veçe respublikası sayıla bilər. Sonralar, dövlətin 

həll etdiyi məsələlərin mürəkkəbləşməsi ilə əlaqədar, bir-

başa demokratiya, demək olar ki, hər yerdə monarxiya 

idarəetmə formaları tərəfindən sıxışdırılıb çıxarılmışdır. 

  Determinizm – dünyada baş verən bütün hadisələrin, o 

cümlədən insan həyatanın bütün gedişinin Allah tərəfin-

dən müəyyən edilməsi haqqında və ya təbiət hadisələri-

nin, yaxud tarixi hadisələrin, xüsusən insanın iradəsinin 

təzahürünün Allah tərəfindən müəyyən edilməsi barədə 

təlim. Bu halda insan iradəsinin azadlığı  və onun mə-

suliyyəti üçün yer qalmazdı. 

  Definisiya (latınca  definitio – hüdud, sərhəd) – tərif. 

Definisiya hər hansı anlayışın və ya dil ifadəsinin 

məzmununu təşkil edən əsas əlamətləri təsbit edir. 

  Diffuziya – maddənin hüceyrə membranı vasitəsilə keç-

məsi. Bu proses elektrokimyəvi qradiyent üzrə, yəni 

enerji sərf edilmədən baş verir. Mədəni diffuziya (cul-



tural diffusion) – bir cəmiyyətin başqa cəmiyyətlə təma-


 

 

768 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

sı (mədəni kontaktı) zamanı onlardan birinə xam olan 



mədəni əlamətlərin və komplekslərin digərinə qarşılıqlı 

nüfuzu (əxz edilməsi). Diffuziya mədəniyyətlərin kor-

təbii  şəkildə qarşılıqlı nüfuz etməsi və  zənginləşməsi 

deməkdir. 

  Disfunksiya – hər hansı funksiyanın pozulması. 

  Diskurs – ideyaların (ideologiyaların) qarşılıqlı təsiri və 

müzakirəsi prosesi. 

  Diversifikasiya – daxili bölgü prosesi, hadisənin 

müxtəlifliyinin güclənməsi. 

  Dizyunksiya (latınca disjunctio) – məntiqi "və ya" bağ-

layıcısının köməyi ilə iki fikrin birləşdirilməsindən mü-

rəkkəb fikir yaradan məntiqi əməliyyat; alternativ. 

  Ekstremum (latınca  extremum) – kəsilməz  f funksi-

yasının ya maksimuma, yaxud da minimuma bərabər 

olan sərhəd qiyməti. 

 Ekzistensializm (fransızca  existensialisme, latınca 



exsistentia – mövcudluq sözündən) – mövcudluq fələ-

səfəsi – XX əsr fəlsəfəsində insanı özü taleyini seçməyə 

qadir olan nadir mənəvi varlıq hesab edən istiqamət. 

Ekzistensiya essensiyanın (mahiyyətin) əksi kimi təfsir 

olunur.  Şeylərin və heyvanların taleyi əvvəlcədən mü-

əyyən edilmişsə, yəni onlar mövcudluqdan əvvəl ma-

hiyyətə malikdirsə, insan öz mahiyyətini özünün möv-

cudluğu prosesində kəsb edir. Ekzistensiyanın əsas atri-

butu öz seçiminin nəticəsinə görə təşviş hissi keçirməyi 

nəzərdə tutan azadlıqdır. 

  Ekzogen – xarici mənşəli, kənar səbəblərdən irəli 

gələn. 


  Elitizm – XX əsrin  əvvəlində  İtaliyada yaranmış  və 

dövlətin idarə edilməsi haqqında Makiavellinin ideyala-




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə