Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə250/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   245   246   247   248   249   250   251   252   253

 

 

775



Terminlər 

lüğəti 


  Neotrefleksləşmiş (latınca  reflexus – geriyə çevrilmiş

əks olunmuş) – tənzimlənməmiş, cavab reaksiyası ol-

mayan. Qıcıqlanmaya cavab olaraq, xarici və ya daxili 

mühitin dəyişməsinə orqanizmin sinir sistemi vasitəsilə 

cavab reaksiyası. 

  Orta sinif – sosial stratifikasiya sistemində  ən yüksək 

və ən aşağı (və ya fəhlə) sinfi arasında mövqe tutuan tə-

bəqə. Bu anlayışdan iyerarxik fərqlər sistemində vəziy-

yəti göstərmək üçün təsviri anlayış kimi istifadə edilir. 

  Pax Americana – latınca Amerika dünyası. ABŞ-ın üs-

tün rolunun təsiri altında yaranan beynəlxalq münasi-

bətlərin yeni xarakteri bu terminlə eyniləşdirilir. 

  Pax Oeconomicana – dünya nizamının geoiqtisadi 

sistemini əks etdirir. 

  Partikulyarizm – politologiyada: siyasi, inzibati və ya 

mədəni muxtariyyət qazanmaq və onu əldə saxlamaq 

istəyi. Partikulyarizmin ifrat formaları separatizm – 

müstəqilliyə nail olmaq hərəkatı  və desentarilizm – 

dövlət orqanlarının rəhbər rolunun inkar edilməsi  şək-

lində təzahür edir. 

  Perversiv sistem – prioritetlərdən asılı olaraq dəyişən 

sistem. 


  Polisentrik – çoxmərkəzli, çoxtərəfli; hakimiyyətin bir 

neçə mərkəzinin olması. 

  Polisivilizasiyaslı – Poli... (yunanca polys – çox, çox-

saylı, geniş) mürəkkəb sözlərin tərkib hissəsi olub çox-

luğu, müəyyən bir şeyin geniş  əhatəli və ya müxtəlif 

tərkibli olmasını göstərir. Çoxsivilizasiyalı. 

  Postindustrial cəmiyyət – bu anlayışı ilk dəfə 1962-ci 

ildə D.Böll təklif etmişdir. XX əsrin 50-ci illərinin axırı 

– 60-cı illərinin  əvvəlində  sənaye cəmiyyətinin po-



 

 

776 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

tensial imkanları tükənən inkişaf etmiş Qərb ölkələrinin 



keyfiyyətcə yeni inkişaf mərhələsinə  qədəm qoymasını 

bildirirdi. Bu anlayış xidmətlər sahəsinin və informasi-

yanın genişlənməsi hesabına sənaye istehsalının payının 

və əhəmiyyətinin azalması ilə səciyyəvidir. 

  Postmodern – postmüasir dövr. Onu modernə – müasir 

dövrə qarşı qoyurlar. Bu termindən cəmiyyətin inkişa-

fının postmodern nəzəriyyəçilərinin fikrincə, tarixi po-

tensialı tükənmiş moderndən sonra gələn keyfiyyətcə 

yeni mərhələni təsvir etmək üçün ən geniş anlayış kimi 

istifadə edilir. Postmodernin xarakteristikaları adətən 

modernin başlıca xarakteristikalarına qarşı qoyulması 

əsasında (onların inkarı kimi) qurulur. 

  Postmodernizm – postmodern dövrünün insanı üçün 

səciyyəvi olan məxsusi dünya duyumu. 

  Pozitivizm – XIX əsr sosiologiyasında aparıcı istiqa-

mət. Onun əsas müddəaları O.Kont tərəfindən ifadə 

edilmişdir. Kont cəmiyyət haqqında spekulyativ, mü-

cərrəd mühakimlərdən imtina etməyin və cəmiyyət haq-

qında təbiət elmləri nümunəsində, onlar kimi isbat olu-

na bilən və ümumi əhəmiyyət kəsb edən dəqiq “pozitiv” 

elm yaratmağın zəruriliyini elan etmişdir. 

  Realpolitik – Otto Fon Bismarkın təklif etdiyi termin. 

İdeoloji amillərdən və ya başqa “sentimental xülya-

lardan” daha çox konkret və ciddi praktik aspektlərə 

əsaslanan siyasəti əks etdirir. 

  Refleksiya – düşüncə. 

  Relevantlıq – əldə edilən nəticənin arzu olunan nəti-

cəyə uyğunluğunun ölçüsü. 

  Resepsiya (latınca receptio – qəbuletmə) – qavrama və 

dəyişmə (transformasiya). 




 

 

777



Terminlər 

lüğəti 


  Retritizm – həm bəyənilən məqsədlərdən, həm də onlara 

nail olmaq üçün bəyənilən vasitələrdən imtina edilməsi. 

  Ritualizm – uğur gözləmədən bəyənilmiş vasitələrdən isti-

fadəni davam etdirmək cəhdi (məqsədin dəyərini itirməsi). 

  Rubrikasiya – sənədlərin tematik rubrikalar üzrə bö-

lünməsi. 

  Sakral (latınca sacralis – müqəddəs) – ilahi, dini sahə-

yə aid olan hadisələr, əşyalar, insanlar sahəsini dünyəvi, 

naşı sahədən fərqləndirməyi bildirir. Tarixin gedişində 

müqəddəsləşdirmə, sakrallaşdırma prosesinin əksi bəşə-

riyyətin mövcudluğunun müxtəlif cəhətlərinin desaka-

rallaşdırması, dünyəviləşdirilməsi prosesidir. 

  Sentensiya (latınca  sententia – fikir, kəlam, hökm) – 

nəsihət xarakterli kəlam. 

 Sənaye cəmiyyəti – cəmiyyətin inkişafının yeni texnoloji 

əsaslarını yaratmış sənayeləşmənin baş verdiyi cəmiyyət. 

  Sənayeləşdirmə – XVIII əsrin axırı – XIX əsrin əvvə-

lində Böyük Britaniyada sənaye inqilabının gedişində 

başlanmış və digər ölkələrə yayılmış proses Kənd təsər-

rüfatının və  sənətkarlığın üstünlük təşkil etdiyi iqtisa-

diyyatların və  cəmiyyətlərin maşınlı (mexanikləşdiril-

miş) istehsalata əsaslanan iqtisadiyyatlara və  cəmiy-

yətlərə çevrilməsi. 

  Sosial birlik – həyat fəaliyyətinin və şüurun bəzi eyni 

cəhətlərinin səciyyəvi olduğu insanların müxtəlif toplu-

larını  əhatə edən geniş anlayış. Müxtəlif tipli birliklər 

insanların birgə həyat fəaliyyətinin formaları, insanların 

birgəyaşayış formalarıdır. 

  Sosial elita – sosial iyerarxiya sistemində başqa qruplar 

üzərində hakimiyyətə və cəmiyyətdə nüfuza malik olan 

ali təbəqələr. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə