Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə249/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   245   246   247   248   249   250   251   252   253

 

 

772 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

nın əmək sahəsindən asudə vaxt və istehlak sahəsinə tə-



rəf dəyişməsi; fərdi üslubu və imic formalaşdıran is-

tehlakın fərdiləşməsi. 

  Kliyentalist qruplar – lobbiləşdirilmiş  və ya haqqı 

ödənilmiş qruplar. 

  Koital çoxalma vasitələri – cinsi əlaqə yolu ilə çoxalma. 

  Koqnitiv – idraka müvafiq olan, dərk edilən. 

  Kommunitarizm – icma baxışları sistemi. 

  Kommutasiya etmək – a) dəyişiklik; b) əlaqəni qayda-

ya salmaq, əlaqələndirmə. Yeni latın dilində  commu-

tator,  qədim latın dilində  commute  mənası verən kom-

mutator (dəyişirəm) sözündən – dəyişdirici, paylayıcı, 

əlaqələndirici vəsilə. 

  Konformizm – 1562-ci ildə Yepiskopal kilsənin 39 

maddəsinə tabe olan İngiltərə protestantlarının hərəkatı. 

Bu maddələri qəbul etməyənlərə nonkorformistlər, daha 

sonra  dissenterlər adı verilmişdi.  Konformizm  dedik-

də, hər bir şəraitdə uyğunlaşma mövcud sosial qayda-

nın, hakim fikirlərin passiv şəkildə qəbul edilməsi nəzə-

rdə tutulur. Sosiallaşma prosesində formalaşan baxışlar-

da, fikirlərdə, mühakimələrdə eyniliyin digər təzahürlə-

rini, eləcə də inandırıcı dəlillərin təsiri altında baxışların 

dəyişməsini konformizmdən fərqləndirmək lazımdır. 

Konformizm cəmiyyətin və ya qrupun təzyiqi altında 

fərdin müəyyən fikri qəbul etməsi deməkdir. Bu, əsa-

sən, sanksiyalardan qorxmaqdan və ya təcrid olunmuş 

vəziyyətdə qalmaq istəməməkdən irəli gəlir. 

  Konnotasiya – hər hansı anlayışın və ya dil ifadəsinin 

əsas mənası ilə müyyən qaydada bağlı olan və ona təsir 

göstərən əlavə məna. 

  Korrelyasiya – qarşılıqlı münasibət. 



 

 

773



Terminlər 

lüğəti 


  Kreativlik – fərdin yaradıcılıq qabiliyyəti, qeyri-adi 

ideyalar irəli sürmək,  ənənəvi təfəkkür sxemlərindən 

kənara çıxmaq, problemli vəziyyətləri qısa müddətdə 

tənzimləmək qabiliyyəti. 

  Kumulyativlik – subyektin öz təsirini və ya səlahiyyət-

lərini genişləndirməyə daxilən meyl etmək xüsusiyyəti. 

  Qərbləşmə – Qərbin həyat tərzinin mexaniki şəkildə 

köçürülməsi. 

  Qloballaşma – maliyyə bazarlarının və istehsal sahələ-

rinin ümumi planetar miqyasda dəyişməsi prosesləri. 

Bu proseslər nəticəsində coğrafi sərhədlər, milli höku-

mətlər və sosial dövlət əslində kütləvi istehsala və əm-

təə istehlakına nəzarət etmir. Dünyanın  ən iri bankla-

rının bilavasitə iştirakı ilə prinsipcə yeni siyasi əlaqələr 

yaranır və bunlar dövlətüstü təsisatlarının köməyi ilə 

reallaşdırılır. Son dövrlərdə antiqloballaşma hərəkatının 

kütləvi xarakter alması ilə  əlaqədar olaraq transmilli 

şirkətlər "qlokallaşma" terminindən istifadə edirlər. 

  Qravitasiya – materiyanın bir xassəsi. Mahiyyəti bun-

dan ibarətdir ki, hər hansı iki hissəcik arasında cazibə 

qüvvələri mövcuddur. 

  Lakuna (latınca  lacuna) – dərinlik, çökəklik. Linqvis-

tikada və ədəbiyyatşünaslıqda – mətndə boşluq, buraxıl-

mış, çatışmayan yer. 

  Latent – gizli, aşkar görünməyən. 

  Lekalo – nümunə. 

  Marginallıq – müəyyən sosial qrupun tərkibinə yarım-

çıq, qismən daxil olmaq. Əvvəllər bu termin ilk növbə-

də miqrantların öyrənilməsində iki müxtəlif qrupun hə-

yat tərzini və  ənənələrini bir-birindən ayırmaq üçün 

“mədəni hibrid” mənasında istifadə edilirdi. 



 

 

774 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

  Meritokratiya – ən yaxşı insanların hakimiyyət forması. 



  Modern – Yeni dövrün əvvəllində Avropada başlanmış 

iqtisadi, siyasi, fəlsəfi, elmi, dini və mədəni təkamülün 

gedişində yaradılmış həyat şəraitinin tam toplusu. 

  Modernizm – Yeni dövrün “ruhu”. Bu dövrün başlanğı-

cı müasir elmin yaranması, rasional biliyə və texniki də-

yişikliklərə pərəstiş, cəmiyyətin irəliyə doğru inkişafına, 

bəşəriyyətin sonsuz tərəqqisinə inam hissi ilə bağlıdır. 

  Modernləşmə – ənənəvi, aqrar cəmiyyətindən müasir, 

sənaye cəmiyyətlərinə keçid prosesi. Bu, sənayeləşdir-

mə və ya kapitalizmə keçid ilə müqayisədə daha geniş 

sosial prosesdir. 

  Mondializm (fransızca  Le Nouvel Ordre Mondial) – 

Yeni Dünya Nizamı. 

  Monetarizm – dövriyyədə olan və qiymətlərə, gəlirlərə, 

məşğulluğa və başqa amilllərə bilavasitə təsir edən pu-

lun miqdarının iqtisadiyyata həlledici təsir göstərməsi 

ideyasına əsaslanan iqtisadi nəzəriyyə. 

  Monosentriklik – birtərəfli/vahid hakimiyyət mərkəzi-

nin mövcud olması. 

  Multiplikasiya etmək – çoxaltmaq, müəyyən ardıcıl-

lıqla hərəkətlər etmək. 

  Mutasiya – DNT-də dəyişiklik. Mutasiyanın yaranması 

prosesi mutagenez adlanır. 

  Neotomizm – XX əsr Qərbi Avropa fəlsəfəsində nüfuz-

lu istiqamətlərdən biri. Bu fəlsəfə başlanğıcını XIII əsr 

sxolastı müqəddəs Foma (Tomazzo) Akvinalının təli-

mindən götürür (bu istiqamətin adı da həmin  şəxsin 

adından yaranmışdır), habelə xeyli dərəcədə IV-VI 

əsrlərin kilsə rəhbərlərinin təlimlərinə əsaslanır. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə