Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə248/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   245   246   247   248   249   250   251   252   253

 

 

769



Terminlər 

lüğəti 


rını inkişaf etdirən ideologiya. Elitizmə görə  cəmiyyət 

onun fəaliyyətini idarə edən elitadan və bioloji kütlə 

olan xalqdan ibarətdir. 

  Endogen – daxili mənşəli, daxili səbəblərdən irəli 

gələn. 

  Etatizm (fransızca  etat – dövlət sözündən) – cəmiy-



yətdə dövlətin rolunu mütləqləşdirən və onu ictimai in-

kişafın  əsas məqsədi hesab edən baxış; cəmiyyətin hə-

yatına və  şəxsi həyatın bütün sahələrinə dövlətin fəal 

müdaxiləsi siyasəti. 

  Evristika – insan təfəkkürünün təbiətini, müxtəlif mə-

sələlərin həlli üçün onun istifadə etdiyi metodları açıq-

layan elm bölməsi. Evristika hipotezlərin məntiqi yolla 

çıxarılması metodikasına əsaslanır və oxşar məsələlərin 

həlli təcrübəsi olan hallarda uğurlu nəticələr verir. Belə 

hallarda bu və ya digər strategiyaların ən yaxşı variant-

ları haqqında informasiya nəzərə alınır. 

  Əmtəə dempinqi – əmtəələrin qəsdən aşağı salınmış 

qiymətlərlə, yəni daxili bazardakından aşağı qiymətlərlə 

ixrac edilməsi. Satış bazarları uğrunda mübarizə vasitə-

lərindən biridir. QATT qaydalarına görə,  əmtəə dem-

pinqi bir ölkənin mallarının başqa ölkənin bazarında 

normal qiymətdən aşağı qiymətə satıldığı, yəni malların 

bu cür satılması analoji məhsulun milli istehsalına əhə-

miyyətli dərəcədə  zərər vuran və ya zərər vurmaq təh-

lükəsi doğuran hallarda yaranır. 

  Ənənəvi cəmiyyət – sənayeləşmədən əvvəlki dövrə aid, 

əsasən, aqrar xarakterli kənd cəmiyyəti. “Ənənə-müasir-

lik” baza sosioloji tipologiyada müasir sənaye cəmiyyə-

tinə qarşı qoyulur. 

  Fenomenologiya – XX əsr fəlsəfəsində istiqamət. O, öz 

vəzifəsini  şüura  əsaslanan təcrübənin ilkin şərt qoyul-




 

 

770 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

madan təsvir edilməsi və onun mühüm, ideal cəhətlə-



rinin fərqləndirilməsi kimi müəyyən edir. 

  Frustrasiya – məyusluq, peşmanlıq. 

  Fundasiya edilmiş borc – qısamüddətli və ortamüd-

dətli borclar üzrə ödənişlər təxirə salınmaqla onların 

cəmləşdirilməsi yolu ilə yaranan uzunmüddətli borc. 

Fundasiya edilmiş  gəlir – sabit mənbələrdən, yəni tor-

paq, daşınmaz əmlak sahibliyindən əldə olunan gəlir. 

  Fundasiya etmək (latınca fundare sözündən) – əsaslan-

dırmaq, təməlini qoymaq. 

  Hermenevtika – şərh məharəti – XX əsr fəlsəfəsində 

ədəbi mətnlərin təfsiri nəzəriyyəsi  əsasında yaranmış 

istiqamət. Hermenevtika baxımından fəlsəfənin vəzifəsi 

mədəniyyətin  ən yüksək mənalarını  şərh etməkdən 

ibarətdir, çünki biz reallığı əsas mətnlərin toplusu olan 

mədəniyyət prizmasından görürük. 

  Homogen – vahid. 

  İdentikləşdirmə (latınca  identifico) – eyniləşdirmə. 

Fəlsəfədə müəyyən əlamətlərin üst-üstə düşməsi əsasın-

da naməlum obyektin məlum obyektlə eyniliyinin 

müəyyən edilməsi, tanıma. 

  İmpisit – məzmunlu, məzmun. 

  İmplisit şəxsiyyət nəzəriyyəsi – insanların zahiri sima-

sı, davranışı və şəxsiyyətinin cizgilərinin qarşılıqlı əla-

qəsi haqqında insanın sağlığında formalaşmış davamlı 

təsəvvür.  İnsanlar haqqında kifayət qədər informasiya 

olmadığı  şəraitdə insan onların barəsində bu təsəvvür 

əsasında mühakimə yürüdür. 

  İndoktrinasiya – bu və ya digər ideyaların və  dəyər-

lərin ictimai şüura zorla tətbiq edilməsi texnologiyası. 



 

 

771



Terminlər 

lüğəti 


  İnformasiya cəmiyyəti – informasiya-kompyuter inqi-

labının başlanması ilə əlaqədar olaraq inkişaf etmiş öl-

kələrin qədəm qoyduğu ictimai inkişafın keyfiyyətcə 

yeni modelinin təsvir edilməsi üçün istifadə olunan nə-

zəri modellərdən biri. 

  İnnovasiya – sosial baxımdan bəyənilmiş  məqsədlərə 

nail olmaq üçün sosial baxımdan pislənilən vasitədən 

istifadə edilməsi. 

  İnstallyasiya – a) daxiletmə, müəyyənləşdirmə; b) və-

zifəyə təyinetmə; c) göstəriş. 

  İntensionallıq (latınca intentio – cəhdetmə, niyyət, yö-

nəlmə; almanca intentionalitat). E.Qusserlin fenomeno-

logiyasında şüuru "sözün dəqiq mənasında" səciyyələn-

dirən mahiyyət strukturu. Fenomenologiya şüuru məz-

munlu və ya məzmunsuz  şəkildə müəyyən edilmiş, 

özünə qapanmış “substansiya” şəklində anlamaqdan im-

tina edir. 

  İntensiya – şüurun, təfəkkürün müəyyən predmetə yö-

nəlməsi; bu cür yönəlmə arzuya, niyyətə əsaslanır. 

  İnteraktiv rejim – kompyuterlə insanın dialoqunda isti-

fadəçinin sorgusuna sistemin dərhal cavab verdiyi rejim. 

  İstehlak cəmiyyəti – get-gedə daha artıq dərəcədə is-

tehlak prinsipi əsasında təşkil olunan modern cəmyyəti-

nin (müasir cəmiyyətin) xarakteristikalarından biri. 

Adətən, aşağıdakı sosial dəyişikliklərlə bağlı olur: isteh-

lakın strukturunu əhəmiyyətli dərəcədə dəyişən gəlirlə-

rin artması (uzunmüddətli istifadə  əşyalarına, asudə 

vaxtın keçirilməsinə  və başqa məqsədlərə deyil, ilkin 

zərurət mallarına daha artıq vəsait xərclənməsi); iş gü-

nünün azalması  və asudə vaxtın artması; sinfi struk-

turun aradan qalxması  və sosial təbəqələşmənin çox-

amilli xarakteri ilə əlaqədar indentikliyin formalaşması-




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə