Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə131/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   127   128   129   130   131   132   133   134   ...   161

 
272
Üçüncü qardaş Tofiq Əfəndiyev Xarici Dillər Institutunu bitirmişdi, tanınmış 
yazıçı, bir çox hekayə, povest və romanların, o cümlədən, məşhur «Prokuror» 
romanının müəllifi idi.  
Məhbub xanım və Məhluqə xanım (şair Çingiz Əlioğlunun anası) – müəllimə 
idilər, Arif Əfəndiyev – hüquqşünas, Nəzihə xanım – həkimdir.  
Orasını da deyim ki, ən kiçik bacısı Nəzihənin adını 17 yaşlı gənc ikən İlyas 
Əfəndiyev özü qoymuşdu və sonralar bu barədə yazırdı: «Bir aciz iynə ilə bir cəbəl 
nasıl qazılır?» misrası yadımda qalan şerin müəllifi gənc türk şairəsi Yişar 
Nəzihənin... şəklini məşhur türk ədəbiyyatşünası və şairi Ismayıl Hikmətin «Türk 
ədəbiyyatı» kitabında görmüşdüm... Mən təzə doğulan bacımın adını da Nəzihə 
qoymuşdum».  
Yəqin, qəribə cəhətlərdən biri odur ki, İlyas Əfəndiyevin həm ata, həm ana 
tərəfdən nəslində ədəbiyyatçılar, ümumiyyətlə, sənət adamları olmamışdı (yalnız 
dayısı, yəni Bilqeyis xanımın böyük qardaşı Cəlil bəy Bağdadbəyov tanınmış teatr 
xadimi, bir sıra pyeslərin, eləcə də çox maraqlı xatirələrin müəllifi idi, amma bu, – 
artıq onuncu illərin və sonraların hadisəsi idi), ancaq bu yeni nəsildə İlyas 
Əfəndiyevdən başqa, qardaşları da, artıq yazdığım kimi, ədəbiyyatçı idi. Sonrakı 
nəsildə də mən, qardaşım, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev, 
bibim oğlu, şair Çingiz Əlioğlu... 
 
2. 
 
Qəribədir, İlyas Əfəndiyev uşaqlıq illərinə, soyuna-kökünə, iti hafizəsinin ötüb 
keçmiş günlərlə bağlı ömrünün son günlərinədək dəqiq təfərrüatlarıyla qoruyub 
saxladığı xatirələrə nə qədər bağlıydısa, bir o qədər də öz şəxsi arxivinə fikir 
verməyən, nəinki mətbuatda çap olunmuş əsərlərini, onun haqqında yazılmış 
məqalələri, hətta öz kitablarının belə, nüsxələrini özündə saxlamağa əhəmiyyət 
verməyən bir insan idi. Bizim tapıb, alıb gətirdliyimiz kitabları da, görürsən ki, 
hansısa oxucusuna, qələm yoldaşına, yanına gələn hansısa jurnalistə bağışlayırdı və 
təkrar nəşrləri hazırlayarkən, məcbur olurduq ki, əvvəlki nəşrləri kitabxanadan xahiş 
edib götürək, makinada üzünü çıxartdıraq. 
O öz şöhrətinin, öz yaradıcılıq taleyinin rejissoru deyildi və təbiəti etibarilə 
həmin sənətkarlardan biri idi ki, sənətinin taleyini zamanın (tarixin!) öhdəsinə 
buraxmışdı, onun üçün mübahisəsiz (və qəbul etdiyi!) bir həqiqət ondan ibarət idi ki, 
sən nə edirsən, et, göyə çıx, yerə düş, nə yazmısansa, onu zaman süzgəcdən 
keçirəcək və kafi, ya qeyri-kafi qiymətini verəcək – nə bundan yuxarı olacaq, nə də 
bundan aşağı. 
Və İlyas Əfəndiyev burasını da yaxşı bilirdi ki, sənəti süzgəcdən keçirəcək, 
çaf-çürük edəcək o qüvvə – zaman! tarix! – tamam amansız bir şeydir və heç bir 
şəxsi cidd-cəhdə baxmır. 
Bu, əlbəttə, o demək deyildi ki, İlyas Əfəndiyev yaradıcılığına qarşı biganə idi, 
əksinə, «yaradıcılığın taleyi» – bu mövzu onu daima düşündürürdü, bəzən 
tərəddüdlərə, hətta müvəqqəti bir mənəvi böhrana da gətirib çıxarırdı. 
Misal üçün, bir epizodu xatırlamaq istəyirəm, hərçənd bunu mən artıq hansı 
yazımdasa demişəm, amma indi də təkrar edirəm, çünki elə bilirəm ki, İlyas 
Əfəndiyevin yaradıcılıq psixologiyası, yazıçı xarakteri və ümumiyyətlə, təbiətinin 
xüsusiyyətləri barədə az şey demir. 


 
273
Bir dəfə axşamçağı mən ona baş çəkməyə getmişdim və onu görən kimi hiss 
etdim ki, fikirlidir, düşüncələri haradasa, başqa sferalardadır.  
Onun yaxşı kitabxanası var idi: müasir dünya ədəbiyyatı, klassiklər... və 
birdən İlyas Əfəndiyev iş otağında gəzişə-gəzişə kitab rəflərinin qarşısında dayandı 
və o kitabları göstərərək soruşdu: 
– Bunlardan sonra bizim yazmağımızın bir mənası var? 
«Bunlar» – Şekspir, Servantes, Molyer, Şiller, Höte, Lev Tolstoy, çox 
qiymətləndirdiyi Balzak, sevdiyi Flober...        
O zaman mən İlyas Əfəndiyevə belə bir cavab verdim: 
– Hər bir yazıçını öz xalqının taleyi, tarixi kontekstində qiymətləndirmək 
lazımdır. Hərənin öz yeri var. Yoxsa, hər şey, sənin şübhələndiyin kimi, mənasız 
olar. 
Mən bu gün də güman edirəm ki, onda atama düz cavab verdim. 
Amma bu cavab onun o dəmdəki hisslər aləminə nəsə bir təsir etdimi? – bunu 
deyə bilmərəm... 
Elə bilirəm ki, bu epizod onun öz yaradıcılığına və ümumiyyətlə, yaradıcılıq 
məsələlərinə, sənətə tələbkarlığından, daxili mübahisələrindən, yalnız sənətin yox, 
həyatın mənası barədə düşüncələrindən xəbər verirdi. 
Bəzən qəribə hadisələr olurdu. 
14 sentyabr 1943-cü ildə – gənc bir yazıçı olarkən – «Ədəbiyyat qəzeti»ndə 
İlyas Əfəndiyevin «Tar çalındı» adlı bir hekayəsi çap olunub – bu tarixi mən 
sonralar dəqiqləşdirdim, o hekayəni isə, necə olmuşdusa, ikinci nüsxəsi qorunub 
saxlanmış – indiki kimi yadımdadır – sapsarı, qıraqları didilmiş köhnə makina 
yazısından oxumuşdum, sonralar elə o köhnə makina yazısının sayəsində İlyas 
Əfəndiyev onu 1959-cu ildə nəşr olunmuş bircildlik «Seçilmiş əsərlər»inə, eləcə də 
1964-cü ildə nəşr olunmuş ikicildliyinin birinci cildinə daxil etmişdi. 
60-cı illərin əvvəllərində, əgər, səhv etmirəmsə, 1966-cı ildə – onda mən 
aspiranturaya yenicə qəbul olunmuşdum – bizim gözəl yazıçımız Isa Hüseynovun 
«Saz» adlı povesti çap olundu və mən o povesti «Azərbaycan» jurnalında oxuyanda 
mat qaldım: eyni ilə İlyas Əfəndiyevin həmin hekayəsindəki süjet idi. 
O süjet bundan ibarət idi ki, qoca yaxşı tar çalır, yeganə qızı atasının tar 
çalmağını çox sevir, qız könüllü müharibəyə gedir, bundan sonra qocanın tarı 
divardan asılı qalır, çünki o da tarı, əslində, qızı üçün çalırdı və bir gün cəbhədən 
qızın qara xəbəri gəlir, həmin gecə qoca uzun fasilədən sonra, tarı sinəsinə sıxıb 
çalır. 
Gənc İlyas Əfəndiyevə xas olan lirik-romantik bir üslubda yazılmış bu əhvalat 
Isa Hüseynovun «Saz» povestində tar əvəzinə saz və qız əvəzinə oğlan olmaq 
etibarilə eynilə təkrar olunurdu.  
Düzdü, «Saz»da qələmə alınan material da başqa idi, təhkiyə də başqa idi, 
amma fakt, fakt olaraq qalırdı, necə deyərlər, kor-kor, gör-gör və mən bir gənclik 
hikkəsi və təəssübkeşliyi ilə bunu İlyas Əfəndiyevə deyəndə, o, əvvəlcə povesti 
oxudu, sonra mənim: 
– Heç olmasa, zəng elə Isaya, soruş ki, bu nə məsələdi belə? – deyə 
təhriklərimə gülümsəyə-gülümsəyə: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə