Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə132/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   128   129   130   131   132   133   134   135   ...   161

 
274
– Isa yaxşı yazıçıdı,– dedi.– Görmürsən, elə bu povesti də yaxşı yazıb. Yəqin 
haçansa, yeniyetməlik vaxtlarında-zadda hekayəni oxuyub, o vaxtdan fikrində qalıb, 
sonra da sövq-təbii ortaya çıxıb... 
Bu barədə o, nə Isaya, nə də bir başqasına bir kəlmə dedi, hətta o hekayəni 
yeni kitablarına salmaq da istəmirdi və yalnız mənim təkidimlə həmin hekayə 1969-
cu ildə nəşr olunan dördcildliyinin birinci cildində, 1981-ci ildə «Qırçı və qırmızı 
çiçək» hekayələr kitabında, 1984-cü ildə altıcildliyinin birinci cildində çap olundu 
və oxucular hazırkı nəşrin ilk cildində də həmin hekayəni – «Qoca tarını çaldı» – 
oxuya bilərlər. 
Mən bu hadisəni ona görə xatırlamadım ki, sonradan-sonraya Isa Hüseynovu 
suçlayım, əksinə, mən Isa Hüseynovu, xüsusən, 60 – 70-ci illərin ən yaxşı 
Azərbaycan nasirlərindən biri hesab edirəm və yeri düşmüşkən deyim ki, İlyas 
Əfəndiyev hələ 1957-ci ildə Isa Hüseynovun hekayələri haqqında «Yoldaşlıq 
söhbəti» adlı ayrıca məqalə yazıb «Ədəbiyyat və incəsənət»  qəzetinin 3 avqust 
sayında çap etdirmişdi. Bu hadisəni də yalnız ona görə xatırladım ki, İlyas 
Əfəndiyevin xasiyyəti haqqında, mənim fikrimcə, az şey demir...  
 
3. 
 
İlyas Əfəndiyev 80-ci illərin sonlarından etibarən mənim xahişimlə bir sıra 
xatirələr yazdı və elə bilirəm ki, o xatirə-esselərin onun yaradıcılığında xüsusi yeri 
var. Ona görə «mənim xahişimlə» deyirəm ki, İlyas Əfəndiyev ömrünün sonuncu 
günlərinə qədər daima yeni mövzular üzərində işləyirdi və onun xatirələr yazmağa, 
sadəcə olaraq, vaxtı yox idi. Bir də ki, xatirələr yazmağa o, bir az «yaradıcılığın 
sonu» kimi baxırdı və onun daimi işləyən bədii təfəkkürü, bədii fantaziyalar aləmi 
belə bir «yaradıcılıq sonu»nu heç vəchlə yaxına buraxmırdı. 
Onun 1987-ci ildə Əli Vəliyev haqqında yazdığı xatirəsi belə başlayırdı: 
«Mən keçmiş Qaryagin (indiki Füzuli) şəhərində coğrafiya müəllimi idim. 
Orada da yazmış olduğum «Kənddən məktublar» adlı hekayələr məcmuəmi 1938-ci 
ildə, məktəblilərin qış tətilində Bakıya gətirib Yazıçılar Ittifaqında nəsrə baxan 
mərhum yazıçımız Əbülhəsənə təqdim etdim. O mənim təhər-töhürümə, ayağımdakı 
uzunboğaz çəkmələrə baxaraq soruşdu: 
– Nəçisən? 
Nəçi olduğumu dedikdə, o: 
– Əzzim, əzzim,– dedi,– coğrafiya müəllimi hara, yazıçılıq hara?» 
Ədəbiyyat aləminə ilk adımını belə atan 25 yaşlı coğrafiya müəllimi İlyas 
Əfəndiyevin ilk kitabı – həmin «Kənddən məktublar» – 1939-cu ildə Azərbaycan 
Dövlət Nəşriyyatında çapdan çıxdığı vaxtdan etibarən, o – İlyas Əfəndiyev həmişə 
ədəbi tənqidin diqqət mərkəzində olub və bu uzun dövr ərzində onun yaradıcılığı 
haqqında yazılanlar həcm etibarilə, bəlkə də, onun özünün yazdıqlarından da 
çoxdur. 
İlyas Əfəndiyev haqqında elə yalnız Azərbaycan mətbuatında  yazılanları 
xronoloji bir ardıcıllıqla gözdən keçirdikdə, haqsız, vulqar – sosioloji tənqidlərlə də 
rastlaşırıq, haqlı iradlara da rast gəlirik, amma bir həqiqət gün işığı kimi aşkardır: bir 
küll halında ədəbi tənqid və ümumiyyətlə, ədəbi ictimaiyyət İlyas Əfəndiyev 
yaradıcılığını həmişə yüksək qiymətləndirmiş, onun XX əsr Azərbaycan 


 
275
ədəbiyyatında tutduğu məxsusi yeri müəyyənləşdirməyə, yaradıcılığının poetikasını, 
«İlyas Əfəndiyev teatrı»nın bədii-estetik xüsusiyyətlərini açmağa çalışmışdır.  
Səməd Vurğun, İlyas Əfəndiyevin sadə adamları «böyük məhəbbətlə və 
hərarətlə» təsvir etdiyini, «onların zəhmətini parlaq və real boyalarla» göstərdiyini 
deyirdi. Nazim Hikmət, İlyas Əfəndiyevin dramaturgiyasını yüksək qiymətləndirirdi 
və məqalələrindən birində belə maraqlı bir fikir söyləyirdi:  «Süleyman Rüstəmin, 
Səməd Vurğunun, Rəsul Rzanın arasında kökün dərinliklərə yayılması, gövdənin 
birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir birlik, vahidlik, budaqların eyni kök 
üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə 
həm oxşayırlar, həm oxşamırlar. Mirzə Ibrahimovla Mehdi Hüseynin nəsri haqqında 
da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da eyni 
şeyi söyləmək mümkündür».  
Məmməd Arif, İlyas Əfəndiyev haqqında bir sıra məxsusi məqalələr yazmışdı 
və onu «hər cür milli məhdudluqdan uzaq bir yazıçı» hesab edirdi, Mehdi Hüseyn, 
İlyas Əfəndiyevi «insan psixologiyasını təbii və sadə boyalarla göstərdiyi üçün» 
həmişə yüksək qiymətləndirirdi, hələ 1944-cü ildə, – o vaxt İlyas Əfəndiyev cəmi 
beş il idi ki, ədəbiyyata gəlmişdi – «Bir nasirimiz haqqında» adlı çox xeyirxah bir 
məqalə yazıb o zamanın ən nüfuzlu qəzetində – «Kommunist»də dərc etdirmişdi və 
özünə xas olan ədəbi intuisiya ilə Azərbaycan ədəbiyyatına yeni, heç kimə 
bənzəməyən bir istedadın gəldiyini göstərirdi. Eyni zamanda, aydın hiss olunur ki, 
Mehdi Hüseyn bu məqaləni «baş ideoloji tribunada» – «Kommunist» qəzetində dərc 
etdirməklə, həm də gənc yazıçını – İlyas Əfəndiyevi dövrün ideoloji hücumlarından 
qorumaq məqsədini də güdmüşdür.  
Sonralar Mehdi Hüseyn, İlyas Əfəndiyevin «Işıqlı yollar», «Atayevlər ailəsi» 
və başqa əsərləri haqqında geniş və dövrün kontekstində prinsipial əhəmiyyətli 
resenziyalar yazmışdı, Azərbaycan ədəbiyyatının aktual problemlərinə həsr olunmuş 
bir çox məqalələrində İlyas Əfəndiyevin yaradıcılıq xüsusiyyətlərinin üzərində 
dayanmış, bu xüsusiyyətlərin ədəbiyyata gətirdiyi yeniliklərdən bəhs etmiş, lazım 
olan məqamlarda – belə məqamlar isə az olmamışdı – öz prinsipial sözünü demişdi. 
Yeri düşmüşkən deyim ki, İlyas Əfəndiyev də Mehdi Hüseyn haqqında öz 
sözünü həmişə demişdir. Hələ 1946-cı ildə «Fəryad» haqqında mülahizələrim» adlı 
məqaləsini yazmışdı («Ədəbiyyat qəzeti», 3 iyul 1946), sonrakı illərdə də Mehdi 
Hüseynin yaradıcılığından, o cümlədən, kino yaradıcılığından ayrıca bəhs etmişdi və 
ümumiyyətlə, deməliyəm ki, həyatda da İlyas Əfəndiyevlə Mehdi Hüseyn çox yaxın 
dost idilər və mən gözümü açandan bu saf, necə deyərlər, «ürək dostluğunun» şahidi 
olmuşam və bir az sonra qısaca da olsa, bu barədə ayrıca yazacağam.  
Onlar 1942-ci ildə – Mehdi Hüseyn artıq tanınmış və iti qələmi, ədəbi 
mübarizədə kompromissiz və impulsiv xarakteri ilə özünə nüfuz qazanmış bir yazıçı 
və ədəbiyyatşünas, İlyas Əfəndiyev isə üç il əvvəl ilk hekayələr kitabını nəşr 
etdirmiş gənc bir yazıçı – birlikdə ilk yazılarını – Natəvan haqqında dövrü üçün çox 
maraqlı və cəsarətli bir məqalə yazmışdılar. İlyas Əfəndiyev 1944-cü ilin 26 
dekabrında Akademik Milli Dram Teatrımızda (o zaman Məşədi Əzizbəyov adına 
Dövlət Dram Teatrı adlanırdı) tamaşaya qoyulmuş ilk səhnə əsəri «Intizar»ı da öz 
hekayələri  əsasında Mehdi Hüseynlə birlikdə yazmışdı, 1948-ci ildə onlar bir yerdə 
A.Ostrovskinin «Son qurban» komediyasını Azərbaycan dilinə çevirmişdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə