Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə140/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   136   137   138   139   140   141   142   143   ...   161

 
290
Onun dostları elə də çox deyildi (Molla Cumanın məşhur misrası, elə bilirəm 
ki, burada yerinə düşür: «Dərdi qanan ya bir ola, ya iki...»), amma düşməni isə, 
ümumiyyətlə, yox idi. Paxıllıq edən, ədəbi qısqanclıq hissini boğa bilməyən, gözü 
götürməyən, əlbəttə, var idi, amma – düşməni – yox idi və elə bilirəm ki, yazıçılar 
aləmindəki, – xüsusən, 40 – 50 – 60-cı illərdə – intriqalar burulğanını nəzərə alsaq 
və bura onu da əlavə etsək ki, dövrün, hakim ideologiyanın, sistemin yaratdığı ab-
hava həmin «intriqalar burulğanının» daha da qızışması üçün gözəl münbit zəmin, 
əlverişli şərait yaradırdı, bu fakt, yəni İlyas Əfəndiyev «düşmənsizliyi» onun 
şəxsiyyəti haqqında az söz demir.  
Bununla əlaqədar orasını da xüsusi qeyd etmək istəyirəm ki, İlyas Əfəndiyev 
ötkəm adam idi, sözü şax üzə deyən və heç kimdən çəkinməyən, öz sərbəstliyini, 
ləyaqətini qiymətləndirməyi və qorumağı bacaran bir şəxsiyyət idi. 
Yenə Bəxtiyar Vahabzadədən bir sitat gətirmək istəyirəm, çünki İlyas 
Əfəndiyevlə bağlı bu da dəqiq bir müşahidədir: İlyas Əfəndiyev «hər adamla 
ünsiyyət bağlamaz, onun öz ətrafı, öz həmsöhbətləri olardı. O, istedadsız, sırtıq, 
mütaliəsiz, dayaz adamlardan qaçardı. Amma istedadlı, mütaliəli və ziyalı 
adamlarla... söhbətdən ləzzət alardı. Çünki özü daxilən ziyalı adam idi. Dərin 
mütaliəsi var idi. Mən cəsarətlə deyə bilərəm ki, yazıçılar içərisində Qərb və rus 
ədəbiyyatını onun qədər dərindən bilən qələm sahiblərini barmaqla saymaq olar».  
Mən, indi əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış 60-cı illərin ikinci 
yarısında namizədlik dissertasiyası yazırdım və o zaman M.F.Axundov adına Dövlət 
kitabxanasında həmin 30-40-50-ci illərin bütün respublika mətbuatını səhifə-səhifə 
vərəqləmişdim: bir çox görkəmli yazıçı və şairlərimizdən fərqli olaraq, İlyas 
Əfəndiyevin kimisə «ifşa» etməsinə, sonralar peşmançılığını çəkəcəyi, cürbəcür 
bəraət bəhanələri gətirməyə məcbur olacağı hansısa bir «ifşa» məktubuna (o 
zamanın geniş yayılmış «ədəbi janrına»!) imza atmasına rast gəlməmişəm, çünki 
belə hadisə olmayıb.  
O dövrün ədəbi-ictimai həyatını öyrənənlər bu faktın nə demək olduğunu daha 
yaxşı qiymətləndirə bilərlər (və qiymətləndirirlər!). 
Amma onu «ifşa» edən yazılar var... 
İlyas Əfəndiyevin uşaqlıq dostlarından mən, ancaq heykəltəraş Cəlal 
Qaryağdını və tarixçi, professor Əhəd Bağırzadəni tanıyırdım və onlar sonralar da 
hərdənbir əlaqə saxlayırdılar, bəzən görüşürdülər, bəzən də uzun illər 
görüşmürdülər. Buna görə də İlyas Əfəndiyev vəfat edəndə və Cəlal Qaryağdı 
başsağlığı verməyə gələndə (Əhəd Bağırzadə isə daha əvvəl vəfat etmişdi), məni 
qucaqlayıb uşaq kimi ağlaması və: 
– İlyasın ölümü mənim belimi sındırdı,– deməsi, bu sözləri dedirdən kədərin 
təbiiliyi, doğrusu, mənim üçün bir az gözlənilməz oldu və hətta mən, nədənsə, elə 
bil ki, onun qarşısında özümü bir az günahkar hiss etdim. 
Beş ildən sonra, 2001-ci ildə Cəlal Qaryağdı da rəhmətə getdi və bu sözləri 
yazarkən bu uşaqlıq dostlarının haqq dünyasındakı ruhları qarşısında indi özümü bir 
balaca rahat hiss edirəm: Cəlal müəllim uzun illərdən bəri üzərində işlədiyi Cəfər 
Cabbarlı heykəlini bitirmişdi və o heykəl Xızıda ucaldılmalı idi, ancaq bunun üçün 
vəsait çatışmırdı. Mən BMT-nin Azərbaycandakı nümayəndəliyini bu işə cəlb edə 
bildim və o heykəlin açılış mərasimində onunla birlikdə iştirak etdim. Indi Cəlal 
Qaryağdının əsl sənətkarlıqla yaratdığı o heykəl Cəfərin ana yurdunda ucalmaqdadı. 


 
291
İlyas Əfəndiyevin daima xatırladığı ən yaxın uşaqlıq və yeniyetməlik dostu 
haqqında da yazmaq istəyirəm: Məhəmməd adlı o oğlanla Füzulidə bir məktəbdə 
oxuyublar, Məhəmməd iki sinif irəlidə imiş və təxminən 16-17 yaşları olanda – 30-
31-ci illərdə – yeni hakimiyyəti, yerli bolşeviklərin rəhbərliyini və əməllərini heç 
cürə qəbul etmədikləri üçün, İlyasla Məhəmməd qərar veriblər ki, Irana qaçıb, 
oradan Türkiyəyə gedib Azərbaycan uğrunda mübarizə aparacaqlar, həmfikirlərini  
başlarına toplayıb yenidən Azərbaycana qayıdacaqlar. Nəhayət, bir gün sözləşirlər 
ki, səhər tezdən görüşüb Arazı keçsinlər. Sübh tezdən sözləşdikləri yerdə görüşürlər.  
İlyas Əfəndiyev deyirdi: «Çayı keçməyə hazırlaşırdıq ki, birdən-birə anam, 
atam, balaca qardaşlarım, bacılarım yadıma düşdü. Fikirləşdim ki, bunları burda 
qoyub gedirəm, axırları necə olacaq? Bolşeviklər atama, anama, bütün ailəmizə 
zülm edirdilər, fikirləşdim ki, bu zülmə necə tab gətirəcəklər? Bunlar bu vəziyyətdə 
qalır burda, mən Türkiyədə necə rahat yaşaya bilərəm? Məhəmmədə dedim ki, yox, 
mən getmirəm. Nə qədər elədisə də, getmədim. Məhəmmədlə vidalaşdıq, onu 
ötürdüm, üzüb Arazı keçdi, mən geri qayıtdım». 
İlyas Əfəndiyev, dediyim kimi, Məhəmmədi tez-tez xatırlayırdı, onun çox 
ağıllı və bacarıqlı olduğunu deyirdi və şübhə etmirdi ki, əgər, salamat qalıbsa, 
hörmətli bir adam olub.  
Sonralar mən Türkiyə səfərlərim zamanı həmişə bu adamı axtarırdım, onun 
haqqında soraqlaşırdım və nəhayət 90-cı illərin əvvəllərində Türkiyədə yaşayan 
mühacirlərimizin köməkliyi ilə onun kimliyini müəyyənləşdirə bildim: 
mühacirətdəki Azərbaycan milli azadlıq hərəkatının görkəmli xadimlərindən biri – 
Məmməd Azər Aran. 
52-53 illik xəbərsizlikdən sonra gələn bu soraq İlyas Əfəndiyevi çox 
sevindirdi və ona çox da təsir etdi. Atam, Məmməd Azər Arana məktub yazdı və 
mən o məktubu ünvanına çatdıra bildim. Mənə deyilənə görə, Məmməd Azər Aran 
da bu məktuba çox sevinib, sovet rejimindən İlyas Əfəndiyevlə birlikdə qaçmaq 
istədiklərini təfərrüatı ilə xatırlayıb, ancaq çox da təəssüf ki, o zaman o, artıq ağır 
Parkenson xəstəliyinə tutulmuşdu və azacıq sonra da vəfat etdi.  
Mən onun vəfat etdiyini atama demədim və məktubuna cavabın gəlməməyinə 
belə bir bəhanə gətirdim ki, ağır xəstədir, deyir, belə bir vəziyyətdə mən İlyasa 
cavab yazmaq istəmirəm, sağalan kimi Bakıya gedib özüm İlyasla görüşəcəyəm. 
İlyas Əfəndiyev sidq-ürəkdən gələn bir pərişanlıqla: 
– Bəs həkimləri nə deyir?– soruşurdu. 
Mən də: 
– Deyirlər sağalacaq,– deyirdim. 
Sonra İlyas Əfəndiyev özü vəfat etdi... 
Türk Kültur Dərgisi «Azərbaycan» 1996-cı il oktyabr nömrəsində yazırdı:  
«Bakıdan aldığımız acı xəbər Azərbaycan Kültur Dərnəyi Yönetimi və 
mənsublarını acılara boğdu. 
Azərbaycan Cümhuriyyətinin olduğu qədər, Türk Dünyasının da ən böyük 
dram yazarlarından biri olan İlyas Əfəndiyev Bakıda Tanrının rəhmətinə qovuşdu. 
İlyas Əfəndiyev 72 illik kommunist rus işğalı dönəmində Kommunist 
partiyasına üzv olmağı rədd edən görkəmli şəxsiyyətlərdən biri idi. O, sovet 
ordusunun Azərbaycanı işğal etdiyini, Azərbaycan xalqının bir müstəmləkə həyatı 
yaşadığını gördükdən sonra, mühacirətdə Müsavat Partiyasının rəhbəri olmuş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə