Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə148/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   144   145   146   147   148   149   150   151   ...   161

 
306
verə bilməyib, aldatmaq da istəməyib. Qız isə, bu sevgidən dərdə düşüb, vərəm 
olub. Biz bir tərəfdən qızın halına acıyır, bir tərəfdən də Sadıqcanın kişi hərəkətini, 
arvadına, ailəsinə sədaqətini hiss edib mütəəssir olurduq. Sanki heç özümüz də hiss 
etmədən insanların gözəl rəftarları, hissləri bizi ucaldırdı, bizə səbəbini, mahiyyətini 
dərk etmədiyimiz şairanə bir ilham verirdi. Biz tanıyıb-tanımadığımız bütün yaxşı 
insanları sevməyə, özümüz də onlar üçün fədakarlıqlar etmyə hazır idik. Indi bu 
sətirləri yazarkən də mənə elə gəlir ki, bütün uşaqlar göz açıb ilk dəfə dünya ilə tanış 
olmağa başlayanda, o hisslərlə yaşayırlar». 
Və daha səkkiz ildən sonra, İlyas Əfəndiyev 70 il içində gəzdirdiyi o 
«mütəəssirliyi», o hissləri kağıza köçürür... «Xan qızı Gülsənubərlə tarzən 
Sadıqcanın nağılı» povestini yazır. Bu povest İlyas Əfəndiyevin sonuncu bədii 
əsəridir və onu 1996-cı il mayın 28-də bitirib. 82 yaşında yazdığı bu son povest 
gənclik ehtirası, şövqü, hisslər aləminin zənginliyi, romantik duyğular baxımından 
onun ən maraqlı yazılarından biridir.  
Sadıqcanın nəvəsi Aybəniz xanım, o zaman Xarici işlər naziri vəzifəsində 
işləyən Həsən Həsənovun həyat yoldaşıdır və mən «Xan qızı Gülsənubərlə tarzən 
Sadıqcanın nağılı»nı oxuyandan sonra, əlyazmanı Həsən Həsənova da verdim ki
oxusunlar. Səhəri gün Həsən Həsənov mənə telefon açdı və: 
– Heç vaxt inanmaq olmaz ki, bu hissləri 82 yaşlı bir yazıçı ifadə edib,– dedi.– 
İlyas müəllimin adı olmasaydı, mən elə bilərdim ki, bu gözəl povesti 30 yaşlı bir 
gənc yazıb. 
«Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» faktı mənim üçün ona görə 
əlamətdardır ki, İlyas Əfəndiyevin ən kiçik uşaqlıq çağları ilə, ömrünün, hətta 80-ni 
keçən sonrası arasında da bir harmoniya, hissiyyat dəyişməzliyi və zənginliyi var idi 
və o bir uşaq kimi həyata hansı hissiyyatla gəlmişdisə, elə həmin hissiyyatlarla da 
həyatdan köçdü. 
 
6. 
 
Teatr İlyas Əfəndiyev üçün gündəlik həyatının nəfəs almaq, su içmək, yemək 
kimi tamam təbii, mübahisəsiz bir atributu idi və onun həyatının xüsusən son 32 ili 
(«Sən həmişə mənimləsən»dən sonra) ən sıxı surətdə teatrla bağlı keçmişdir.  
Bu yerdə «teatr» məfhumu yalnız İlyas Əfəndiyevin tamaşalarından ibarət 
deyil, onun ehtiva dairəsi çox genişdir: bura Akademik Milli Dram Teatrının 
qapıçısı ilə hal-əhval tutmaqdan, yaradıcı heyətin, bütün işçilərin dərdindən-sərindən 
xəbərdar olmaqdan, onların ailə-məişət problemləri ilə bağlı xahişlərinə çarə 
qılmaqdan tutmuş, teatrın bədii-estetik simasının müəyyənləşdirilməsinə, gənc 
istedadların səhnəyə gətirilməsinə, yeni-yeni aktyor nəslinin yetişdirilməsinə qədər – 
hər şey onunla bağlı o «teatr» məfhumunun içində idi. 
Mən yuxarıda qeyd elədim ki, İlyas Əfəndiyev öz şəxsi arxivinə fikir verən 
adam deyildi, bəzən özü haqqında yazılan məqalələri belə, axıracan oxumağa 
hövsələsi çatmırdı, amma Akademik Milli Dram Teatrına bir əsər verdikdən sonra, 
onun mizarxası oxunuşundan tutmuş, bütün məşqlərində iştirak edirdi, hətta 80-90-
cı illərdə hərdən nasaz olanda da məşqlərə gedirdi və biz buna etiraz etmirdik, çünki 
o məşqlərdən sonra özünü daha yaxşı hiss edirdi, ovqatı dəyişirdi, bəlkə özü də 
bunun fərqində deyildi, amma teatr ona açıq-aşkar müsbət emosiyalar verirdi və bu 
müsbət emosiyaların yalnız gözəl mənəvi deyil, cismani təsiri də açıq-aşkar idi.  


 
307
İlyas Əfəndiyev teatra necə bağlıydısa, teatr da eləcə ona bağlı idi. 
Aktrisa Şəfiqə Məmmədova: 
«Bu gün teatra onu yalnız və yalnız İlyas müəllim kimi sevə bilən, onu İlyas 
müəllim kimi duya və qiymətləndirə bilən bir sənət bilicisi, sənət fədaisi gərəkdir. 
İlyas müəllim səviyyəsində və masştabında bir sənətkarın teatrla birgə işi, sənət 
ünsiyyəti böyük nəticələr verdi ki, bu, göz qabağındadır. Özünü bütünlüklə teatra 
həsr edən bu böyük sənətkara mənim mənsub olduğum sənətkarlar nəsli də çox 
borcludur». 
Rejissor Mərahim Fərzəlibəyov: 
«Onun nüfuzu, istedadı, qələminin qüdrəti qarşısında hamı baş əyirdi, bir 
sözünü iki edən yox idi. O, bəyəndiyi rejissoru hər hansı incəsənət müəssəsindən 
çağırıb tamaşasının səhnə təcəssümünü verdirə bilərdi... İlyas Əfəndiyev 
dramaturgiyası məni  bir rejissor kimi yetişdirdi. Mən hər gün İlyas Əfəndiyev 
dramaturgiyası ilə ünsiyyətdəyəm. Teatrda quruluşunu verdiyim tamaşalar səhnədə 
olan günlərdə tamaşalarla, yerdə qalan günlərdə pyesləri ilə ünsiyyətdə oluram. Bu 
zaman İlyas müəllimin müqəddəs ruhi varlığı ilə hər gün dialoqa girir, xəyalən 
onunla söhbətləşir, məsləhətləşir, əsərlərini  müzakirə edirəm. İlyas Əfəndiyevin 
nəfəsi teatrımızın hər daşına hopmuşdur. Mən onu hər gün tamaşa salonunda hiss 
edirəm. Mən onu qrim, məşq otaqlarında görürəm. Teatrın hər qarışı, hər bir işığı 
İlyas Əfəndiyevlə bağlıdır.» 
Artist Səyavuş Aslan: 
«Mən bir sənətkar kimi teatr sənətində başqalaşmağımın, az-çox nəyəsə nail 
olmağımın səbəbini o qüdrətli sənətkarın öyüd-nəsihətlərində görürəm». 
Artist Əlabbas Qədirov: 
«Şəxsən mən 30 ilə yaxın yaradıcılığımda az-çox nəyə nail ola bilmişəmsə, 
bunun üçün İlyas Əfəndiyevə, böyük dramaturq və gözəl insana minnətdaram». 
Artist Fuad Poladov: 
«Əgər, teatrımızın yaşlı nəslinə mənsub olan aktyorlar söhbətlərində bir aktyor 
kimi yetişmələrində müasirləri Cəfər Cabbarlının və onun dramaturgiyasının böyük 
rolundan fəxrlə danışırdılarsa, biz də, yəni altmışıncı illərdə səhnəyə gəlmiş gənclər, 
cəsarətlə deyə bilərik ki, səhnəyə gəlişimizdə, bir aktyor kimi püxtələşməyimizdə 
müasirimiz İlyas Əfəndiyevin və onun zəngin dramaturgiyasının müstəsna rolu 
olmuşdur». 
Aktrisa Bəsti Cəfərova: 
«Onun teatr sənətinə ülvi, təmiz, yüksək məhəbbəti, sənətkarlara münasibəti, 
tamaşa üzərində aktyorlarla işləmək bacarığı, tamaşa hazırlanıb istehsalata 
buraxılandan sonra da tamaşanın qayğısını çəkməyi, tamaşa ilə bağlı hər bir məsələ 
ilə maraqlanması, sənətdə heç bir kompromisə getməməsi bizə həmişə dərs idi».   
Aktrisa Firəngiz Mütəllimova: 
«Həyatda kimə və nəyə görə yaşamağımın səbəbini dərk etdiyimə və bir də 
Vətənimə, xalqıma olan sonsuz sevgimə görə tək bir insana – unudulmaz İlyas 
Əfəndiyevə borcluyam». 
Aktrisa Kübra Əliyeva: 
«Mənə hər dəfə sual verirlər: «– Kübra xanım, bu sənətə gəlməkdə sənə kim 
kömək edib, müəllimin, rejissorun kim olub? 
Hər yerdə, hər zaman və ömrümün sonuna qədər cavabım budur: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə