Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə147/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   143   144   145   146   147   148   149   150   ...   161

 
304
necə geyinib-kecinib Bazar başına yığışaraq hansı bir maraqla o radioya qulaq 
asmaları, Bazar başını bürümüş o gözəl hiss-həyəcan, Şuşadakı o «radio bayramı» 
və mənim də o adamların arasında daxili bir qürur və çox ciddi bir görkəmlə 
gözümü o radio aparatına zilləməyim tez-tez mənim yadıma düşür və elə bil, o 
hissləri yenidən yaşayıram....  
Mən «radio bayramı» dedim, bəlkə də Şuşadakı «hekayə bayramı» demək 
daha düz olardı...    
Və İlyas Əfəndiyev 1958-ci ildə ilk romanını – «Söyüdlü arx»ı yazanda, bu, 
ədəbi ictimaiyyətdə, bir növ, «sürpriz» kimi bir şey oldu, çünki o, artıq 20 il idi bir 
hekayəçi və dramaturq kimi tanınırdı, amma bu roman da ilk dəfə «Azərbaycan» 
jurnalının həmin ildəki 10 və 11-ci saylarında dərc olunan kimi, həm ədəbi tənqiddə, 
həm də oxucuların arasında böyük rezonans doğurdu. 
Yadıma gəlir, jurnal romanın çapını təzəcə bitirmişdi ki, «Azərbaycan 
gəncləri» qəzetində Xəlil Rzanın, bu şairə xas olan bir emosionallıqla yazdığı 
«Söyüdlü arx» romanının qəhrəmanı Nuriyyəyə açıq məktub»u dərc olundu (11 
yanvar 1959), sonra Süleyman Rəhimovun «Ədəbiyyat və incəsənət» qəzetində 
«Söyüdlü arx» barəsində» adlı iki böyük məqaləsi çıxdı, bundan sonra məqalələr 
bir-birini əvəz etdi və o dövrün mətbuatını nəzərdən keçirən olsa, bunun şahidi ola 
bilər ki, «Söyüdlü arx» Azərbaycan ədəbi tənqidində, o vaxta qədər olmayan bir 
bədii-estetik təlatüm yaratdı. 
Bunu mən ona görə xüsusi qeyd edirəm ki, o vaxta qədər Azərbaycan ictimai 
fikrindəki «ədəbi təlatümlər» ideoloji xarakter daşıyırdı, bədiiyyat, poetika, estetik 
xüsusiyyətlər ədəbi tənqiddə ideoloji aktuallıqdan sonra gələn və haqqında ötəri 
bəhs olunan (ya da heç bəhs olunmayan!) ikinci dərəcəli əhəmiyyətə malik cəhətlər 
idi... 
Çox keçmədi ki, «Söyüdlü arx» Tamara Kalyaginanın tərcüməsində 
Moskvada, «Drujba narodov» jurnalında (1960, ¹ 12) dərc edildi, elə həmin 60-cı 
illərin əvvəllərində çex, slovak, gürcü, erməni, qırğız, eston, Ukrayna, latış 
dillərində nəşr olundu, sonra başqa dillərə çevrildi.    
«Söyüdlü arx»ın oxucular tərəfindən, xüsusən, gənc qızlar, gəlinlər tərəfindən 
necə qarşılanması ilə bağlı, yalnız bir faktı (belə faktlar isə, olduqca çox idi!) misal 
gətirsəm, elə bilirəm ki, bu günün oxucusunda 50-ci illər oxucusunun «Söyüdlü 
arx»la bağlı hiss-həyəcanlarının koloriti haqqında təsəvvür yarana bilər: Bakıdakı 
190 saylı məktəbin tanınmış ədəbiyyat müəllimi Sürəyya Mirabdullayeva bu romanı 
birinci cümləsindən tutmuş sonuncu cümləsinə qədər əzbər bilirdi (!). 
«Körpüsalanlar»la bağlı mən artıq yazdım və İlyas Əfəndiyevin sonrakı 
romanlarının da ədəbi taleyi beləcə uğurlu oldu, amma «uğurlu oldu» o demək 
deyildi ki, hər şey hamar gedirdi, heç bir maneə yox idi və s. 
Yox, belə deyildi. 
Yenə bir hadisə yadıma düşür. 
«Sarıköynəklə Valehin nağılı» romanının çapından sonra, oxucuların böyük 
marağını, tənqidçilərin istəyini nəzərə alaraq, Yazıçılar Ittifaqı, bu romanın da, İlyas 
Əfəndiyevin başqa romanları və ümumiyyətlə, başqa əsərləri kimi, sovet ideoloji 
tələbləri baxımından ögeyliyinə baxmayaraq, Mərkəzi Komitədən də heç bir icazə 
almadan, məşhur Natəvan adına klubda romanın geniş müzakirəsini keçirdi və 
«Ədəbiyyat və Incəsənət» qəzeti bu müzakirəni geniş də işıqlandırdı (14 may 1977). 


 
305
Və birdən-birə Mərkəzi Komitənin yüksək rütbəli çinovnikləri (xüsusən, 
mədəniyyət şöbəsinin müdiri) böyük bir cidd-cəhd və kin-küdurətlə Yazıçılar 
Ittifaqından izahat tələb etməyə başladı ki, kimdən icazə alıblar və nə üçün bu 
romanın müzakirəsini keçiriblər, «Ədəbiyyat və Incəsənət» qəzetindən də başqa bir 
izahat tələb etdilər ki, nə üçün bu müzakirənin materiallarını dərc edib? 
O zaman mən Yazıçılar Ittifaqının katibi işləyirdim və o «MK tələbi»nin bütün 
təfərrüatı mənim yaxşı yadımdadır. Imran Qasımovu tez-tez MK-ya çağırırdılar, 
izahat tələb edirdilər, MK-nın ideoloji katibi, bilmirəm, romanı oxumuşdu, ya yox, 
amma Imran Qasımova: «– Bu roman inkişaf etmiş sosializm cəmiyyətinə (o zaman 
belə bir termin dəbdə idi– E.) yad bir əsərdir» – deyirdi, Imran Qasımov isə, heç bir 
izahat verməyəcəklərini bildirir və romanı müdafiə edirdi.  
Nəhayət, rəhmətlik Imran Qasımov, görəndə ki, Yazıçılar Ittifaqından da, 
«Ədəbiyyat və Incəsənət» qəzetindən də əl çəkmirlər, təlimat almış peşəkar «keçi 
suyu bulandırma mütəxəssisləri» artıq fəaliyyətə başlayıb və məsələ «Sarıköynəklə 
Valehin nağılı»na qarşı əməlli-başlı bir ideoloji «ifşa» kompaniyası ərəfəsinə gəlib 
çatıb, MK-nın o zamankı birinci katibi Heydər Əliyevin yanına getdi, məsələdən 
onu agah etdi və Heydər Əliyevin də elə Imranın yanındaca selektorun düymələrini 
basıb hadisəyə çox kəskin reaksiya verməsi ilə, həmin «izahat» tələbləri yox oldu...  
Bununla bağlı bir maraqlı (və səciyyəvi!) epizod da yadıma düşür. Elə o 
günlərdən birində mən nə üçünsə MK-ya getmişdim və arakəsmədə mədəniyyət 
şöbəsinin müdiri ilə rastlaşdım. Məni sidq-ürəkdən qucaqlayıb rusca: «– Sağ olsun 
Heydər Əliyeviç!– dedi.– Filankəsi (MK-nın ideoloji katibinin adını çəkdi) yaxşı 
yerində oturtdu! İlyas müəllimə mənim təbrikimi çatdır!» Halbuki, həmin yoldaş 
Filankəsin qulağını elə bu adamın özü doldurmuşdu və «Sarıköynəklə Valehin 
nağılı» ətrafinda yaranmış o hay-küyün də səbəbkarı elə o özü idi. Bu adam 1968-ci 
ildə İlyas Əfəndiyevin «Unuda bilmirəm» pyesinin tamaşasını da «millətçilik» təbliğ 
etdiyinə görə qadağan etmək istəyirdi və mən irəlidə bu barədə yazacağam. 
Bu gün bütün bunları xoş bir əhvalla xatırlamaq da, eləcə bir əhvalla oxumaq 
da mümkündür, çünki bu gün bunların hamısı artıq tarixin səhifələridir, o vaxt isə 
həmin bu tarixin yarandığı günlər idi və əhvalı pozurdu, qanı qaraldırdı, əsəbləri 
gərginləşdirirdi, bir sözlə, həyatı zəhərləyirdi...      
Amma o vaxt da həyat davam edirdi... 
Və İlyas Əfəndiyev həmişəki səliqə-səhmanıyla öz yazı mizinin arxasında idi. 
«Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» adlı povestini o, yuxarıda 
göstərdiyim kimi, 1996-cı ilin 28 mayında bitirdi və bir gənclik həvəsi, şövqü ilə, 
həmişə müəllifinə xas olmuş lirik-romantik üslubda qələmə alınmış bu kiçik 
psixoloji povest İlyas Əfəndiyevin yazdığı sonuncu bədii əsərdir. 
İlyas Əfəndiyev nəsrlə ədəbiyyata gəldi, nəsrlə də getdi... 
O, 1983-cü ildə yazdığı «Duyğuların estafeti» adlı essedə uşaqlıq çağlarını 
xatırlayır, nənəsinin ona danışdığı bir əhvalatı uşaqlıq dostu Əhəd Bağırzadəyə 
danışmasını və həmin əhvalatın onlara necə təsir etməsini yazırdı: 
«Mən bu əhvalatı qoca nənəmdən eşitmişdim. Nənəm Sadıqcanı (söhbət 
Azərbaycan ifaçılıq sənətinin klassiki, məşhur tarzən Sadıqcandan gedir– E.) 
görmüşdü. Deyirdi, olduqca gözəl, yaraşıqlı bir oğlan idi. Sadıqcan tar çalanda 
güllüklərdə bülbüllər susub ona qulaq asarmışlar. Xanlıqdan gözəl, zərif bir qız 
Sadıqcana aşiq olubmuş. Lakin Sadıqcan evli olduğu üçün onun sevgisinə cavab 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə