Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə145/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   141   142   143   144   145   146   147   148   ...   161

 
300
Yaxşı yadımdadı, bir tərəfdən,  əlbəttə,  İlyas  Əfəndiyev üçün xoş idi ki, 
«Drujba narodov» kimi nüfuzlu bir jurnalda mənim hekayəm dərc edilib, amma o 
biri  tərəfdən də bir az narahat oldu ki, Iosif oxuyar, pərt olar... 
O iki misranın rusca tərcüməsi belə idi: 
 
Tot je qolos, tot je bas, 
V pansionate tot je Bass... 
 
Amma Iosif Samoyloviç pərt olmadı, daha doğrusu, bilmədi ki, pərt olsun, ya 
olmasın. Əmir müəllimlə Sultan Hacıbəyov illərdən bəri ikisinin arasında bütün 
incəliklərinə qədər formalaşmış bir yumorla (və zahirən çox ciddi şəkildə!) həmin 
jurnalı təntənəli surətdə Iosif Samoyloviçə göstərib, adı tarixə düşdüyü üçün onu 
təbrik etdilər...   
İlyas Əfəndiyevin qardaşı, yazıçı Tofiq Əfəndiyev də, bacısı, həkim Nəzihə 
xanım həyat yoldaşı, həkim Üzeyir Məmmədovla və uşaqlarla birlikdə, bəstəkar 
Səid Rüstəmov da, Nazim Hacıyevin böyük qardaşı professor Ağa Hacıyev də, 
köhnə zadəgan nəsilli və çox da koloritli bir adam olan və İlyas Əfəndiyevin xətrini 
çox istəyən skripkaçı Davud Qədimov (atam ona «Dodik» deyirdi, mədəniyyət 
işçilərinin  arasında isə «Davud Balayeviç» kimi məşhur idi), Qarabağ xanlarının 
nəslindən olan, dirijor Əli Cavanşir (ona da «Alik» deyirdilər) yayda ailələri ilə 
gəlib orada qalırdılar və Kislovodskdakı o pansionat ədəbi-mədəni klub kimi bir 
yerə çevrilmişdi. Qara Qarayev də, Imran Qasımov da, Nazim Hacıyev də hərdənbir 
o «kluba» baş çəkərdi, orada qalardı... 
Mənim üçün olduqca xoş bir hadisədir ki, yaşı 85-i keçmiş Əmir müəllim bu 
gün də sağ-salamatdır, Bakı Universitetində dərs deyir, eləcə səliqə-səhmanla, eləcə 
zövq ilə geyinir və mən sidq-ürəkdən arzu edirəm ki, Əmir müəllim 100-ü də beləcə 
keçsin, ondan o tərəflərə də getsin. 
Əmir müəllim 85 illiyi münasibətilə nəşr olunmuş kitabda yazır ki, 
«Azərbaycanda iki görkəmli şəxslə – sənət dahisi ilə dostluq etmişəm. Biri xalq 
yazıçısı İlyas Əfəndiyev, o biri isə bəstəkar Sultan Hacıbəyovdur. Bunların hər ikisi 
vasitəsilə mən digər sənət xadimləri ilə – bəstəkarlarla, rəssamlarla, yazıçılarla tanış 
olmuşam və onlarla tez-tez ünsiyyətdə olmuşam... Adam gözəl, klassik musiqi 
əsərlərinə qulaq asarkən çox yüksək mənəvi zövq alır və bu cür musiqiyə dəfələrlə 
qulaq asmaq istəyir. Lakin bu əsərlərin bəzi hissələrini nə zümzümə edə, nə də 
fortepianoda çala bilirsən. Mən, dostum İlyas Əfəndiyevin bir çox əsərlərini 
oxumaqla bərabər, dram əsərlərinə qulaq asmışam və sevmişəm. Lakin bu əsərlərə 
lazımi qiymət verməyə mənim gücüm çatmır...» 
Əmir müəllim hər dəfə məni görəndə daha özünü saxlaya bilməyib 
doluxsunur: 
– İlyassız da dünya olar?.. Sultan hardadı indi?.. – deyir... 
Və Əmir müəllim bu gün də İlyas Əfəndiyevin tamaşalarına gedir, onu 
oxuyur, onun haqqında yazılanları izləyir, xüsusi bir həvəs və təəssübkeşliklə onun 
maraqlarını güdür – dostluq davam edir... 
Cəfər Cəfərov yadıma düşür... 
İlyas Əfəndiyev Cəfər Cəfərovu bir insan kimi də, teatrşünas-tənqidçi kimi də 
yüksək qiymətləndirirdi və xüsusən 60-cı illərdə onlar çox yaxınlaşmışdılar. Həmin 
60-cı illərdə Cəfər Cəfərov tez-tez bizə gələrdi, baməzə bir adam olan memar 


 
301
Qəzənfər Əlizadəni də hərdən özü ilə birlikdə gətirərdi və o teatr söhbətləri, o 
zarafatlar dövrün ideoloji mühiti ilə heç vəchlə bir araya sığmırdı və yəqin o 
söhbətlərin, o zarafatların gözəlliyi də elə onda idi.  
Cəfər Cəfərov Bakıda anadan olub, Bakıda böyümüşdü, şəhər adamı idi və 
İlyas Əfəndiyev zarafatla: «Əbülhəsən demiş, əzzim, əzzim, həyatı öyrənmək 
lazımdır!» deyərək onu tez-tez rayonlara, xüsusən, Qarabağ tərəflərə aparırdı və 
mənim də onlarla birlikdə getdiyimiz o səfərlərdən biri həmişəlik olaraq xatirəmə 
hopub qalıb. 
60-cı illərin ortaları idi, mən universiteti yenicə bitirib aspiranturaya 
girmişdim və biz bir gözəl payız günü Cəfər Cəfərovu da götürüb Sabirabada, İlyas 
Əfəndiyevin dostu həkim-yazıçı Əli Ağabəyligilə getdik. Maşını Timuçin sürürdü və 
bütün yol boyu Cəfər müəllimlə atam cürbəcür məzəli əhvalatları xatırlayıb 
gülürdülər, bir sözlə, kefləri kök idi.  
Sabirabadda doktor (Əli Ağabəylini belə çağırırdıq) bərə kirayələmişdi və 
Kürlə Arazın qovuşağında lap astadan o bərə ilə üzə-üzə gözəl və xudmani bir 
məclis keçirdik. Gün batabatda idi və o Qovuşaq deyilən yerə birdən-birə elə bir 
payız gözəlliyi çökdü ki, istər-istəməz hamımız susub suyun xəfifcə şırıltısı içində 
xəzan yarpaqlarının sarısına, batan günəşin qırmızısına, səmanın getdikcə tündləşən 
gömgöylüyünə bürünmüş o mənzərəyə baxırdıq və birdən Cəfər müəllim bayaqkı o 
şadyanalıqla, zarafatlarla heç cürə uyuşmayan kədərli bir səslə: 
– Hayıf!..– dedi.– Ömrümüzün çox vaxtını hədərə sərf elədik...– Sonra atama 
baxdı.– Səni demirəm, İlyas, özümü deyirəm... Sən elə cavanlıqdan yazıb-
pozursan... Amma mənim indiki ağlım olsaydı, hər şeyi atıb, indiyə qədər çox şey 
yazardım... Həyatdı də... 
İlyas Əfəndiyev: 
– Sən də az yazmamısan...– dedi və bu, əlbəttə, yalnız Cəfər müəllimin 
könlünü almaq üçün deyilən sözlər deyildi, həqiqət idi. 
Amma o kədərin akvareli Qovuşaqdakı o payız axşamından tamam çəkilib yox 
olmadı... 
Cəfər Cəfərov bir müddət Mərkəzi Komitədə şöbə müdirinin müavini 
vəzifəsində işləmişdi və güman ki, onun o payız axşamı səsindəki o kədər də, onun 
üçün həmin illərdə itirilmiş günlərin yaratdığı daxili ab-havanın ifadəsi idi. 
Sonradan iş belə gətirdi ki, həmin payız axşamından bir-iki il sonra, 1967-ci 
ildə Cəfər Cəfərov yenidən Mərkəzi Komitəyə qayıdası oldu və bu dəfə ideoloji 
katib vəzifəsinə... 
Nə etmək olar, Cəfər müəllimin o payız axşamı dediyi kimi, həyatdı də... 
Cəfər Cəfərov İlyas Əfəndiyevin dramaturgiyası barədə yüksək fikirdə idi. 
Vaxtilə «Bahar suları» haqqında da, «Atayevlər ailəsi» barədə də yazmışdı, amma 
1964-cü ildə onun «Sən həmişə mənimləsən»in tamaşası haqqında yazdığı «Təklik 
faciədir» məqaləsi, ədəbi prosesdə həqiqi mənada səs saldı və mən deyə bilərəm ki
o pyes dramaturgiyamızın, o tamaşa teatr sənətimizin inkişafında hansı rolu 
oynamışdısa, o məqalə də Azərbaycan teatr tənqidinin inkişafında o rolu oynadı. 
Unudulmaz Əli Vəliyev yadıma düşür... 
İlyas Əfəndiyevin Əli Vəliyevlə xüsusi məhrəmanə münasibətləri var idi və 
Əli müəllim rəhmətə gedəndən sonra, ən hərarətli hisslərlə tez-tez onu xatırlayırdı, 
bu vicdanlı, təmiz adamın baməzə əhvalatlarını yadına salırdı, bizə də danışıb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə