Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə141/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   137   138   139   140   141   142   143   144   ...   161

 
292
Məmməd Azər Aranla birlikdə Türkiyəyə qaçmağa qərar vermişdir. Lakin son anda 
atası onun qaçmasına mane olmuşdur». 
Bu hadisənin əslində necə olduğunu mən yazdım. «Azərbaycan» dərgisi isə, 
İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş həmin yazıda Məmməd Azər Aran 
haqqında da məlumat verir: «Məmməd Azər Aran Irandan keçməklə Türkiyəyə 
gəlmiş, Hərbi tibb fakültəsinə daxil olmuş və buranı bitirdikən sonra türk ordusunda 
hərbi həkim kimi xidmət etmişdir. Əsəb xəstəlikləri üzrə mütəxəssis olan Məmməd 
Azər Aran polkovnik rütbəsinə kimi yüksəlmişdir. O, Türkiyəyə gəldikdən sonra, 
Müsavat Partiyası sıralarına üzv yazılmış və Məhəmməd Əmin Rəsulzadənin ən 
mötəbər silahdaşlarından biri olmuşdur. Məmməd Azər Aran, Kərim Odər rəhmətə 
getdikdən sonra Müsavat Partiyasına rəhbərlik etmişdir».   
Orası da yadıma gəlir ki, 60-cı illərin əvvəllərində Türkiyəyə getməyə 
hazırlaşan Mehdi Hüseyn bir axşam bizə gəlmişdi. O zaman Türkiyəyə getmək, az 
qala, aya uçmaq kimi bir şey idi, amma atam üçün də, Mehdi Hüseyn üçün də, aya 
uçmaqdan daha maraqlı və daha arzulanan bir səfər idi. Onda Mehdi Hüseyn 
zarafatla atama dedi: 
– Bəlkə orada sənin o Məhəmmədini də tapdım... 
İlyas Əfəndiyev: 
– Sən elə özün sağ-salamat qayıt gəl, bəsdi,– dedi.– O boyda Türkiyədə sən 
Məhəmmədi haradan tapacaqsan? 
Sən demə, «o boyda Türkiyədə» Məhəmmədi tapmaq mümkün imiş... 
Mən artıq yazdım ki, atamın Mehdi Hüseynlə xüsusi dostluğu var idi (mən ona 
«Mehdi əmi» deyirdim) və İlyas Əfəndiyev sonralar yazdığı xatirəsində 1939-cu ildə 
Yazıçılar Ittifaqında, elə indiki «Xaqani» 25-dəki binada onunla ilk görüşlərini 
xatırlayaraq belə yazırdı:  
«Mehdi o zaman tanınmış, məşhur yazıçı idi. Mən onun məqalələrini çox 
oxumuşdum və etiraf eləyim ki, onu (xüsusən, Cəfər Cabbarlı haqqındakı məlum 
məqalələrinə görə) quru, amansız bir adam kimi təsəvvür edirdim, hətta şəklini 
qəzetlərdə görəndə onun sərt ifadəli simasına baxıb fikirləşirdim ki, «görəsən bu 
adam heç gülümsəyirmi»? 
Indisə o, açıq, səmimi ifadə ilə gülümsəyən iri qara gözlərilə, şən zarafatıyla 
birdən-birə mənə başqa cür təsir bağışladı və onda heç bir xudbinlik, yekəxanalıq 
əlaməti hiss eləməməyim mənə xoş gəldi. Insanın istər müsbət və istərsə də mənfi 
hərəkətlərində elə anlar, elə çalarlar olur ki, onlar heç bir zaman unudulmur... Və 
sanki həmin adamın ruhi aləminə pəncərə açır. 
Mehdi Hüseynlə gələcəyin iyirmi beş illik dostluğuna çevriləcək ilk 
tanıqşlığımız belə oldu». 
İlyas Əfəndiyev həmin xatirəsini belə bitirirdi: 
«Heyf ki, ədəbiyyatımızın bu unudulmaz xadimi çox yaşamadı. O, bir anın 
içində qartal kimi uçub əbədiyyətə getdi. 
Rəyasət heyətinin iclasında idik. Yazıçılar qurultayına hazırlıq işlərini 
müzakirə edirdik. Mehdi sədr stolu arxasında ayaq üstə dayanaraq papiros çəkə-çəkə 
çıxış eləyən hansı yazıçını isə dinləyirdi. Birdən stula əyləşərək başını mizə əyib 
hərəkətsiz dayandı və Hüseyn Abbaszadə dəhşətlə səsləndi: 
– Mehdi getdi ki! 


 
293
Mən hər dəfə Mehdinin dəniz kənarındakı evinin qabağından keçəndə onun 
yazda-yayda əyləşib söhbət elədiyimiz balkonuna baxıram və o balkon mənə o qədər 
kədərli, o qədər kimsəsiz, o qədər yazıq görünür ki, elə bil Mehdi ilə orada 
keçirdiyimiz vaxtlardan yüz il keçir... Min il keçir...» 
İlyas Əfəndiyevin bu cümlələri yazdığı 1988-ci ildə «o vaxtdan» düz iyirmi üç 
il keçirdi...  
Onun üçün dost ayrılığının yüz ilə, min ilə bərabər cəmi iyirmi üç ili... 
İlyas Əfəndiyev hərdən söhbət əsnasında bir anlıq fikrə gedib, elə bil ki, özü 
özündən soruşurdu: 
– Mehdinin vəfatından neçə il keçib? 
– Beş il...– deyirdim.  
Sonra on il.. On beş il... Iyirmi il...  
Və hər dəfə də İlyas Əfəndiyev aradan keçən bu illərin sürətinə heyrət edirdi... 
... İllər eyni sürətlə ötüb gedir... 
Və illərin bu ildırım sürətini mən indi Fəxri Xiyabana – İlyas Əfəndiyevin 
məzarını ziyarətə gedəndə, lap çox, hətta elə bil ki, cismimlə hiss edirəm. 
Nə tez gəlib keçdi bu bir il... Bu iki il... Üç il... Dörd il... Beş, altı, yeddi, 
səkkiz il... 
Və o Fəxri Xiyabanda İlyas Əfəndiyevlə Mehdi Hüseyn qonşudu.  
Onların arasında təkcə Abdulla Şaiqin məzarıdı və İlyas Əfəndiyev həyatda da 
Abdulla Şaiqlə qonşu yaşamışdı – «Hüsü Hacıyev» 19 saylı binada eyni blokda: 
Abdulla Şaiq ikinci mərtəbədə, İlyas Əfəndiyev üçüncü mərtəbədə və fikirləşirəm, 
nə yaxşı ki, İlyas Əfəndiyev də, Mehdi Hüseyn də Abdulla Şaiqə sidq-ürəkdən gələn 
bir ehtiram bəsləyirdilər.  
İlyas Əfəndiyev 1971-ci ildə Abdulla Şaiq haqqında «Unudulmaz yazıçı, 
böyük humanist» adlı bir esse yazmışdı (Bax: «Kommunist» qəzeti, 5 may 1971), 
bir ildən sonra yenə həmin essenin üzərinə qayıtdı (adətən, heç vaxt haçansa 
yazdığını təzədən işləməzdi, heç təzədən oxumazdı da), onu tamam yenidən işləyib, 
əlavələr edib çap etdirdi («Böyük humanist», «Azərbaycan» jurnalı, ¹3, 1972). 
O essedə İlyas Əfəndiyev yazırdı: 
«Vəfatından bir qədər əvvəl bir dəfə mən küçədə təsadüfən ona rast gəldim. 
Salamdan sonra: 
– Necəsiz, Şaiq müəllim?– deyə soruşdum. 
O özünəməxsus bir mülayimliklə gülümsəyərək: 
– Qocalıqla, xəstəliklərlə mübarizə aparıram,– dedi. 
Mən: 
– Həmişə qalib olun,– dedim,– görünüşünüz yaxşıdır. 
– Təki olsun,– deyə zarafatla cavab verib öz xatirələrini yazmaqda olduğunu 
söylədi.  
Mən onun arıq, nurlu çöhrəsinə baxaraq hiss edirdim ki, yarım əsrdən artıq öz 
xalqı üçün böyük işlər görmüş bu şərəfli insan yenə nə isə, xeyirli bir iş görmək, 
oxucularına lazımlı bir söz demək istəyir. Onun artıq geridə qalmış ləyaqətli 
ömrünün bir daha geriyə qayıtmayacağı məni kədərləndirirdi.» 
Həmin «şərəfli insan», «ləyaqətli ömür» sahibi indi İlyas Əfəndiyevlə Mehdi 
Hüseynin arasında, onlarla eləcə kədərli bir qonşuluqdadı... 
Heç nə geriyə qayıtmayacaq... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə