Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə137/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   133   134   135   136   137   138   139   140   ...   161

 
284
naziri işləyən Məmməd Qurbanovdan xahiş etdi, Qulam müəllim nəsə bir işə 
düzəldi, amma orada da çox işləyə bilmədi, axırda Bakıdakı qəzet köşklərindən 
birində satıcı işləməyə başladı və o rəhmətlik həmişəki kimi, həmin 1961-ci ilin 
sentyabr ayında da fasilə vaxtı tez-tez bizə gəlirdi və Bilqeyis xanımın açdığı balaca 
nahar süfrəsinin arxasında oturub «Körpüsalanlar»a qədər köşkdə yatıb qalan 
«Kommunist» qəzetinin səhər-səhər yarım saatın içində satılıb qurtardığını, 
camaatın isə, elə hey «Kommunist» qəzeti istədiklərini xüsusi bir ləzzətlə danışırdı.    
Ancaq on üç nömrədən sonra, əsər yarıya çatmış, sentyabrın 21-də qəzet 
birdən-birə elan dərc etdi ki, povestin çapını dayandırır.  
Bu – İlyas Əfəndiyev üçün həm gözlənilməz oldu, həm də əsərin beləcə 
yarımçıq qalması, təbiidir ki, ona ağır təsir etdi.   
Sonra məlum oldu ki, povestin çapı Azərbaycan Kommunist Partiyası Mərkəzi 
Komitəsinin Bürosunun tapşırığı ilə dayandırılıb və bu hadisə Israfil Nəzərovun 
özünü də çox pərt edib. Orasını da deyim ki, İlyas Əfəndiyevlə Israfil Nəzərovun 
cavan yaşlarından etibarən istiqanlı münasibətləri var idi.  
Yadıma gəlir, həmin sentyabr axşamlarından birində Israfil Nəzərov, İlyas 
Əfəndiyevə ürək-dirək vermək üçün bizə gəldi, oturub bir az yeyib-içdilər və iş elə 
gətirdi, söhbət elə alındı ki, İlyas Əfəndiyev özü Israfil Nəzərova ürək-dirək 
verməyə başladı... 
Bir müddət keçdikdən sonra, Azərbaycan mətbuatında «Körpüsalanlar»a qarşı 
Stalinin ölümündən sonra Azərbaycan ədəbi həyatında misli görünməmiş bir cəhalət 
hücumu kompaniyası və həmin kompaniyanın yaratdığı ajiotaj başladı: əsərin bədii-
estetik cəhətləri qaldı bir tərəfdə və Stalin dövrünə məxsus bir vulqar-sosioloji 
cəbhədən, sovet cəmiyyətinin mənəvi qələbələr əldə etdiyi bir zamanda bu povestdə 
«əxlaq normaları pozulur», «müasir əxlaq normasından kənara çıxan sərbəst 
hərəkətlərə» yol verilir, «Səriyyə Qəribcanla hadisələrin əvvəlindən sonuna qədər 
açıq-saçıq bir şəkildə, təsəvvürə sığışmayan (!– E.) bir tərzdə davranır» (Səriyyə 
haqlıdırmı? «Ədəbiyyat və Incəsənət» qəzeti, 17 iyun 1961; «Sevil»dən «Saçlı»ya», 
«Azərbaycan jurnalı, 1962. və s.) deyə, povest nadan mülahizələrlə «ifşa» edilirdi, 
hətta iş o yerə gəlib çıxmışdı ki, misal üçün, «Azərbaycan qadını» jurnalı 
«Körpüsalanlar»ı «ifşa» edən xüsusi rubrika açmışdı və nömrədən-nömrəyə təşkil 
etdiyi «hiddətlənmiş oxucu məktubları» çap edirdi. 
 Müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidini və ümumiyyətlə, 
ictimai fikrini tədqiq edərkən, elə bilirəm ki, həmin illərdə ortaya çıxmış «Səriyyə 
məsələsi» xüsusi əhəmiyyət kəsb edir və ən başlıcası isə, bir tərəfdən vulqar-
sosioloji təfəkkür tərzində, digər tərəfdən isə, yalançı xəlqilik konsepsiyasının 
süqutu üçün dönüş mərhələsi təşkil edir. 
«Körpüsalanlar» və bu povestin qəhrəmanı Səriyyə obrazı həm bədii-estetik 
cəhətdən, həm də mövzu baxımından Azərbaycan nəsrində tamam yeni bir hadisə idi 
və özü ilə keyfiyyət dəyişikliyi gətirdi, ədəbi mərhələyə çevrildi, eyni zamanda, 
ədəbi tənqiddə həmin dediyim dönüş mərhələsinin yaranmasına səbəb oldu.  
İlyas Əfəndiyev yaradıcılığının ən səriştəli tədqiqatçılarından biri, bizim gözəl 
tənqidçimiz Yaşar Qarayev yazırdı: «Söyüdlü arx» (1958), «Körpüsalanlar» (1960), 
«Dağlar arxasında üç dost» (1963) – bu əsərlərdə ifadə olunan yenilik, hər şeydən 
əvvəl, müəllifin «müsbət qəhrəman» və «mənəvi gözəllik» anlayışını o illərin 
stereotip ölçü, qəlib və normalarından fərqləndirən cəhətlərdən idi. Belə ki, müəllif 


 
285
bilavasitə mövcud ədəbi ənənədən yox, həyatdan, ictimai və mənəvi-əxlaqi inkişafda 
yeni mərhələnin formalaşdırdığı nəslin üzərində müşahidələrdən çıxış edərək, 
müasir insan, məişət və əxlaq haqqında öz anlayışlarını irəli sürürdü.» («Xarı 
bülbülün nağılı», Bakı, 1995, səh. 19.)   
Mən «Körpüsalanlar»a qarşı həmin qaragüruh hücumunun təfərrüatına varmaq 
istəmirəm, onsuz da, aradan keçən bu qırx il hər şeyi yerbəyer etdi, bu gün oxucular 
ən müxtəlif dillərdə «Körpüsalanlar»ı oxuyurlar, onun haqqında o vaxt Azərbaycan 
mətbuatını dolduran o cahil və nadan mülahizələr isə, indi yalnız acı təbəssüm 
doğurur,– bundan artıq deyil.  
Maraqlananlar isə, o dövrün mətbuatına baxa bilərlər və mən özüm də vaxtilə 
ədəbiyyatımız üçün bu prinsipial məsələ ilə bağlı ətraflı yazmışam. (Ədəbi tənqid və 
xarakter məsələsi, ADU-nun elmi əsərləri, Dil və ədəbiyyat seriyası, 1968, 2; Tənqid 
və ədəbiyyatımızın problemləri. Bakı, 1981, səh. 174 – 189.)  
Yuxarıda dediyim ədəbi tənqiddəki həmin «dönüş mərhələsi»nin prinsipial 
xarakterini göstərən cəhətlərdən biri bu idi ki, Məmməd Arif (Keçən ilin nəsri 
haqqında qeydlər. «Ədəbiyyat və incəsənət» qəzeti, 25 mart 1961), Məmməd Cəfər 
(Həyatın romantikası. Bakı, 1968, səh.149) və başqaları kimi nüfuzlu qələm 
sahibləri «Körpüsalanlar»a qarşı nadan hücumlara tutarlı çavablar verdilər.  
Yalnız bir misal gətirmək istəyirəm: Cəfər Cəfərov Azərbaycan yazıçılarının 
IV qurultayında «Ədəbi tənqid haqqında» söylədiyi məruzəsində, bu tənqidçiyə xas 
olan bir açıqlıqla deyirdi: «Körpüsalanlar» povesti ilə əlaqədar olaraq özünü 
göstərən avamlıqlara yol verilməməli, vaxtilə Mustafa Quliyevin dediyi «müsəlman 
tənqidinin» qalıqları ilə mübarizə edilməlidir». (Əsərləri. Iki cilddə, 2-ci cild, Bakı, 
1968, səh. 388-389.)    
Mən «Körpüsalanlar»a qarşı bu qaraguruh hücumunu ona görə xatırladım ki, 
İlyas Əfəndiyev belə gərgin bir vaxtda da o yazılara xüsusi əhəmiyyət vermirdi və 
onun üçün yenə də oxucuların məktubları qat-qat artıq dərəcədə maraqlı idi. 
Oxucular isə, «Körpüsalanlar»la bağlı ard-arası kəsilmədən məktublar yazırdı və 
qəribə bir ehtirasla Səriyyəni müdafiə edirdi.  
Əlbəttə, onlar «Azərbaycan qadını» jurnalının «təşkil etdiyi» oxucular 
deyildi... 
Bu sətirləri yazarkən, kiçik bir hadisə də yadıma düşdü.  
O zaman mən gənc idim, universitetin ilk kurslarında oxuyurdum və atamdan 
fərqli olaraq, o qaragüruh hücumu mənə çox təsir edirdi. «Azərbaycan qadını» 
jurnalında çap olunan və Səriyyə surətini «ifşa» edən məktublardan birinin 
müəllifinin müəllimə olduğu göstərilirdi. Mən soraqlaşıb o müəllimənin dərs dediyi 
məktəbə telefonla zəng etdim və məlum oldu ki, həmin məktəbdə o adda müəllimə 
işləmir. Bunu atama danışdım və dedim ki, bu məsələni açmaq lazımdı, qoy 
redaksiya cavab versin ki, bu müəlliməni haradan tapıb, niyə belə təxribatlarla 
məşğuldu? 
İlyas Əfəndiyev gülə-gülə: 
– Əşşi, sənin də işin qurtarıb də!..– dedi və bununla elə mən özüm də 
sakitləşdim (sonralar da onun məni beləcə «sakitləşdirmələri» çox olub...).  
O dövrün kontekstində mənim üçün çox maraqlı görünən və ədəbi tənqiddəki 
bayaq dediyim həmin «dönüş mərhələsi» baxımından əhəmiyyətli olan bir məsələni 
də qeyd etmək istəyirəm: «Körpüsalanlar»a qarşı Azərbaycan KP MK Bürosunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə