Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə136/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   132   133   134   135   136   137   138   139   ...   161

 
282
neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan 
ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks 
etdirilmişdir. Öz yaradıcılığında yazıçı, cəmiyyətimizin mənəvi təşəkkülünü və 
inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, 
gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz 
sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir». 
Və İlyas Əfəndiyev də həmişə Heydər Əliyevə böyük hörmətlə yanaşırdı. 
İlyas Əfəndiyev vəfat etdiyi gün Heydər Əliyev Sərəncam verərək Baş nazirin 
birinci müavini Abbas Abbasovun sədrliyi ilə Rəfael Allahverdiyev (Bakı şəhər Icra 
Hamiyyətinin sədri), Ağa Bala Hacıyev (Nazirlər Kabineti Işlər idarəsinin müdiri), 
Ismayıl Sadıqov (Nazirlər Kabineti Elm, Mədəniyyət və Təhsil şöbəsinin müdiri), 
Polad Bülbüloğlu (Mədəniyyət naziri), Anar Rzayev (Yazıçılar Birliyinin sədri) və 
Çingiz Abdullayevdən (Yazıçılar Birliyinin katibi) ibarət «İlyas Əfəndiyevin dəfnini 
təşkil etmək üçün Hökumət Komissiyası» yaratdı və səhərisi gün – 4 oktyabrda 
Şəhriyar adına Mədəniyyət Mərkəzində İlyas Əfəndiyevlə son vida mərasimi 
keçirildi.  
O mərasimdə iştirak edən Heydər Əliyev mənə başsağlığı verərkən bu sözləri 
də dedi: 
– Xalqımız böyük sənətkarını itirdi... 
Akademik Dövlət Milli Dram Teatrının təmiri çox uzandığına görə, İlyas 
Əfəndiyev özü həmin teatrın səhnəsində tamaşaya qoyulan on doqquzuncu əsərini – 
«Hökmdar və qızı» tamaşasını görə bilmədi. İlk tamaşa onun vəfatından düz qırx 
dörd gün sonra – 1996-cı ilin 17 noyabrında böyük müvəffəqiyyətlə göstərildi (o 
vaxtdan da bu günə kimi səhnədədir!) və 1997-ci il sentyabrın 20-də Heydər Əliyev 
gəlib o tamaşaya baxdı, əsəri çox yüksək qiymətləndirdi, tamaşadan sonra yaradıcı 
heyətlə görüşərək dedi: 
«– Şübhəsiz ki, biz bu gün, ilk növbədə, əsərin müəllifinin – böyük yazıçımız, 
dramaturqumuz İlyas Əfəndiyevin xidmətlərini qeyd etməliyik... 
İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töfhələr veribdir, böyük 
xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı 
başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm 
Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə 
bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və 
mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət 
bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün 
xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, 
insanlıq, vətənə və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu 
məsələlərdən çox bəhrələnmişdir. 
Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı 
əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız 
qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir, 
xalqımıza, mədəniyyətimizə, teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük 
sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt 
unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin xatirəsini əbədiləşdirmək üçün, 
qərarlar da qəbul edəcəyik, şəxsən mən bunu edəcəyəm, çünki o buna layiqdir. Belə 
əsərlərlə o, onsuz da özünü xalqın qəlbində yaşadacaqdır. 


 
283
Onun son əsəri – bu gün sizin təqdim etdiyiniz əsər həyatımız üçün çox 
əhəmiyyətlidir. Bu gün salonda üç saatdan artıq vaxt çox tez gəlib keçdi. Yeni 
tamaşa o qədər maraqlı, məzmunlu, mənalı idi, həm də siz hamınız o dərəcədə gözəl 
ifa etdiniz, salonda oturanlara bu əsəri gözəl çatdırdınız,– o cümlədən mənə də, – 
heç hiss etmədim ki, nə qədər vaxt keçibdir. Bu da ona görədir ki, birincisi – əsərin 
həsr olunduğu mövzu çox aktualdır, çox vacib bir mövzudur. Bu əsərlə İlyas 
Əfəndiyev yeni bir xidmət edibdir, bizim tariximizin o dövrünü açıb xalqımıza 
göstəribdir...» («Azərbaycan» qəzeti, 23 sentyabr 1997.) 
Mən, yenə də bayaqkı mövzuma qayıdıram. 
Yadıma gəlir, «Körpüsalanlar» povestini İlyas Əfəndiyev 1959-cu ilin 
sonunda yazıb bitirmişdi və unudulmaz Sona xanımın – mən gözümü açandan 
Yazıçılar Ittifaqında işləyən və İlyas Əfəndiyevin ərəb əlifbası ilə xəttini oxuyan 
yeganə makinaçının çap etdiyi əlyazmanın ilk oxucusu mən oldum. O zaman 10-cu 
sinifdə oxuyurdum və «Körpüsalanlar»ın romantikası, o əsərdəki lirika, psixoloji 
məqamlar mənə çox təsir etmişdi, hətta o qədər təsir etmişdi ki, bunu atamdan 
gizlətməyə çalışırdım... 
İlyas Əfəndiyev «Körpüsalanlar»ı da, başqa əsərləri kimi, əvvəlcə 
«Azərbaycan» jurnalına vermək istəyirdi.  
Ancaq hər şey başqa cür oldu.  
O zaman ən nüfuzlu qəzet Azərbaycan Kommunist Partiyasının orqanı olan 
«Kommunist» qəzeti idi və o qəzetin redaktoru rəhmətlik Israfil Nəzərov həmin 
ərəfədə İlyas Əfəndiyevdən qəzet üçün bir yazı istədi. İlyas Əfəndiyev isə ayrıca bir 
yazı yazmağa vaxtı və həvəsi olmadığı üçün, «Körpüsalanlar»dan kiçik bir parça 
seçib ona göndərdi (orası da yadımdadı ki, həmin parçanı mən aparıb Israfil 
Nəzərovun katibəsinə verdim).  
Bir gündən sonra, Israfil Nəzərov dedi ki, parça çox xoşuna gəlib və povestin 
hamısını oxumaq istəyir. İlyas Əfəndiyev əsəri ona göndərdi və təxminən on-on beş 
gündən sonra Israfil Nəzərov İlyas Əfəndiyevə telefon açdı, dedi ki, bütün redaksiya 
heyəti povesti oxuyub, çox xoşlarına gəlib və qərara alıblar ki, əsəri nömrədən 
nömrəyə əvvəldən axıracan çap etsinlər.  
Bu, o zaman üçün çox əlamətdar bir hadisə idi, çünki «Kommunist» qəzeti o 
vaxta qədər belə böyük əsər dərc etməmişdi, belə bir ənənə yox idi. 
Beləliklə, 1960-ci ilin 7 sentyabrından başlayaraq, «Körpüsalanlar» 
«Kommunist» qəzetində çap olunmağa başladı və oxucular arasında geniş əks-səda 
doğurdu.  
İlyas Əfəndiyev Füzulidə coğrafiya müəllimi işləyəndə, onunla birlikdə Qulam 
adlı bir müəllim də eyni məktəbdə dərs deyib və onlar yaxın dost olublar. Sonra 
rayonun «təşəbbüskar bolşevikləri» Qulam müəllimi «xalq düşməni» kimi ifşa edir 
və onu Sibirə göndərirlər. Mən uşaq vaxtı evimizdə Qulam müəllim haqqında çox 
eşitmişdim: «Görəsən, başına nə iş gəldi? Sağdı? Yoxsa güllələyiblər?» – nənəmin, 
atamın, Qulam müəllimin şagirdi olmuş kiçik bibim Nəzihənin o pıçıltısını, elə bil, 
indi də eləcə eşidirəm. 1956-cı ilin mənim üçün tamam heyrətamiz bir günündə 
Sibirdən sağ-salamat qayıtmış Qulam müəllim birdən-birə bizim qapımızı döydü...  
Deyəsən, qələm məni yenə başqa istiqamətə aparır...  
Uzun sözün qısası, Sibirdə sağlamlığını tamam itirmiş, çox zəifləmiş Qulam 
müəllim uzun müddət özünə bab bir iş tapa bilmədi, atam o zaman Mədəniyyət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə