Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə135/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   131   132   133   134   135   136   137   138   ...   161

 
280
Hüseynin oğlu Əlinin ad günlərinə gedəndə, Vəli Axundov da həyat yoldaşı Sara 
xanımla həmişə onlarda olardı.  
Bunu ona görə xatırlayıram ki, Nazim Hacıyevin zəngindən bir neçə gün 
sonra, çox güman, Mehdi Hüseynin təhriki ilə Vəli Axundov evə telefon açıb İlyas 
Əfəndiyevlə söhbət etdi, işdən çıxmaq istəməyinin səbəbini soruşdu. İlyas 
Əfəndiyev: 
– Ancaq bir səbəb var: yaradıcılıqla məşğul olmaq istəyirəm,– dedi, amma çox 
da qəti dedi. 
Bundan sonra, yalnız 1961-ci ilin ortalarında, təxminən doqquz ay işə 
çıxmayandan sonra İlyas Əfəndiyevi vəzifəsindən azad etdilər və o yerə, İlyas 
Əfəndiyevin Mehdi Hüseynə tövsiyəsi ilə, rəhmətlik Imran Qasımov seçildi və bir 
azdan, həqiqətən də, Azərbaycan SSR Ali Sovetinin deputatı «seçildi» (Mehdi 
Hüseyn isə SSRI Ali Sovetinin deputatı idi).  
Orasını da deyim ki, xeyirxah bir insan, dostların, tanışların, lap uzaqdan-
uzağa tanıdıqlarının belə, hər mənada «təcili yardımı» olan Imran Qasımovla da 
İlyas Əfəndiyev lap gənclik çağlarından istiqanlı bir münasibətdə idi və həmişə 
cavanlıqda tez-tez Imrangilə getməklərini, Imranın atası Həşim kişinin baməzə 
işlərini xüsusi bir şövq ilə danışırdı. 
Tale belə gətirdi ki, mən 1975-ci ildə, 32 yaşında ikən – o zaman Nizami adına 
Ədəbiyyat Institutunda baş elmi işçi vəzifəsində işləyirdim – Yazıçılar Ittifaqının 
katibi seçildim və SSRI respublikalarındakı Yazıçılar Ittifaqlarının ən gənc katibi 
oldum, özüm də vaxtilə İlyas Əfəndiyevin oturduğu kabinetdə oturdum.  
Bu, elə bil ki, bu hərdən İlyas Əfəndiyevə həyatın qəribə işlərindən biri kimi 
görünürdü və hərdən də mənə deyirdi: 
– Vallah, sən gül kimi Akademiyadan nahaq «ora» getdin. Səhərdən 
axşamacan intriqalar, o, bundan deyir, bu, ondan deyir, boş-boş da iclaslar!..– Sonra 
gülümsəyib deyirdi: – Düzdü e, Akademiyada da boş iclaslar az olmur...   
Həmin 1961-ci ildən 1996-cı ilin 3 oktyabrına – ömrünün son gününə qədər 
İlyas Əfəndiyev heç yerdə işləmədi və onun ən çox xoşlamadığı, ürəyini darıxdıran 
şey – iclas idi və demək olar ki, heç bir iclasa getmirdi, çox nadir hallarda, xüsusi bir 
səbəb olanda gedirdi. 
Bəxtiyar Vahabzadənin müşahidəsi dəqiqdir:  
«İlyas Əfəndiyev həmişə yazıb-yaratmışdır. Onun gurultulu məclislər
təntənəli yığıncaqlarla arası yox idi. Onun «sakit» fəaliyyəti həmişə oxucu və 
tamaşaçılar üçün partlayış və güclü sevinc gətirmişdir».  
İlyas Əfəndiyev yalnız Azərbaycanın yox, Sovet Ittifaqının barmaqla sayılacaq 
çox az yazıçılarından biri idi ki, Kommunist Partiyasının üzvü deyildi. 
Düzdü, İlyas Əfəndiyev SSRI-nin demək olar ki, mülki şəxslərə verilən bütün 
ordenlərini – Lenin, Oktyabr Inqilabı, Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı – 
almışdı, xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı idi, amma 
bunların bir çoxu onun özü üçün də gözlənilməz olmuşdu. Xasiyyətində təbii bir 
qürur olan İlyas Əfəndiyev, bu mükafatlara qarşı, həqiqətən, biganə idi.  
Indi çoxları belə deyir: guya, sovet mükafatlarına, ümumiyyətlə, bütün 
mükafatlara qarşı biganədirlər, onlar üçün əsas mükafat xalqın məhəbbətidir və s. və 
i.a.  


 
281
Mən 70-80-ci illərdə, dediyim kimi, Yazıçılar Ittifaqının katibi işləmişəm, 
sonra da başqa vəzifələrdə olmuşam və bu «biganələrin» həmin mükafatları almaq 
üçün hansı dəridən-qabıqdan çıxdıqları, bəzilərinin hansı şərəfsizliyə belə getdikləri 
mənim gözlərimin qabağındadı... 
Ancaq mən mövzumdan uzaqlaşmayım. 
Bir dəfə söhbət düşəndə İlyas Əfəndiyev mənə dedi: 
– Bəyəm, Füzuliyə Lenin ordeni vermişdilər?  
Amma elə bilirəm ki, mənim ona verdiyim cavabda da bir az həqiqət var: 
– Füzulinin dövründə Lenin ordeni yox idi. Olsaydı, verərdilər... 
Bəlkə də yanılırdım? Bilmirəm... 
Yeri düşmüşkən, bir hadisəni də qeyd etmək istəyirəm. 
1984-cü ildə İlyas Əfəndiyevin 70 yaşı tamam olurdu və həmin ərəfədə 
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi rəhmətlik 
Kamran Bağırov məni yanına dəvət etdi (bu da qəribə bir ənənəyə çevrilmişdi ki, lap 
cavan yaşlarımdan etibarən, «yuxarılar» atamla bağlı bir məsələ olanda, onun özünü 
yox, məni dəvət edirdi, sözlərini  mənə deyirdilər). Kamran Bağırov, açıq-aşkar hiss 
olunan bir təəssüf hissi ilə və tamam səmimi şəkildə mənə dedi ki, çox çalışmasına 
baxmayaraq, Sov.IKP Mərkəzi Komitəsi İlyas Əfəndiyevə Sosialist Əməyi 
Qəhrəmanı adının verilməsinə razı olmur.  
– Mən bu məsələdən ötrü Qorbaçovun yanınacan gedib çıxdım (o zaman Baş 
katib xəstə Çernenko, Qorbaçov isə faktiki ikinci katib idi– E.). Dedi ki, 70 yaşına 
qədər heç Sov.IKP-yə üzv də olmayan bir yazıçıya biz Sosialist Əməyi Qəhrəmanı 
adını necə verək?– Mədəni bir adam olan Kamran Bağırov az qala üzrxahlıq edirdi... 
Doğrusu, bu söhbət mənim üçün gözlənilməz oldu, çünki o vaxta qədər bu 
barədə bir söz eşitməmişdim, Yazıçılar Ittifaqı da həmişə belə vaxtlarda olduğu 
kimi, Mərkəzi Komitəyə heç bir təqdimat yazmamışdı və axşam İlyas Əfəndiyevin 
yanına gedib bu əhvalatı ona danışanda, bərkdən şaqqanaq çəkib güldü: 
– Bəlkə ərizə verib Kommunist Partiyasına girim? 
İlyas Əfəndiyevin indiyəcən mənim qulağımda olan o şaqqanağı, o dəm, 
Çernenkoya da, o ada da, Kommunist Partiyasına da sidq-ürəkdən gələn bir lağın, 
iztehzanın ifadəsi idi və həmin axşam biz yaxşıca konyak içib ədəbiyyatdan, 
sənətdən, necə deyərlər, Irandan, Turandan xeyli söhbət etdik. 
70 illiyində isə Lenin ordeni aldı. 
Ancaq yalnız bir orden – Azərbaycanın «Şöhrət» ordeni onu, həqiqətən, 
sevindirmişdi. Bəlkə də «sevindirmişdi» sözünü bu yerdə mən bir o qədər də dəqiq 
işlətmirəm, «fərəhlənirdi» demək daha düz olardı, həm də, əslində, Azərbaycan üçün 
fərəhlənirdi, Azərbaycanın müstəqilliyinə görə, Azərbaycan dövlətinin öz ordeni 
olduğuna görə. 
İlyas Əfəndiyev müstəqil Azərbaycanın dövlət ordenini alan ilk yazıçı, 
ümumiyyətlə, ilk mədəniyyət xadimi idi və bu yerdə mən ən səmimi surətdə Heydər 
Əliyevin adını çəkmək istəyirəm. 
Heydər Əliyev həmişə İlyas Əfəndiyevə qarşı diqqətli olmuşdu və hələ 1980-
ci ildə deyirdi: 
«İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin 
məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük 
estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə