Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə133/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   129   130   131   132   133   134   135   136   ...   161

 
276
Orası da mənim yadıma gəlir ki, həmin 40-cı illərin sonlarında – o zaman mən 
hələ heç məktəbə getmirdim – onlar birlikdə dublyaj üçün filmlərin mətnini tərcümə 
edirdilər və bəzən, həmin vaxt kino nazirinin müavini işləyən Imran Qasımov da 
onlarla birlikdə pulsuzluğun məcbur etdiyi belə bir müştərək «qonorar 
yaradıcılığına» qoşulurdu. 
Ancaq Mehdi Hüseynlə İlyas Əfəndiyevin bu dostluğu «bir-birilərini 
tərifləmək mənbəyi» deyildi, ədəbiyyatın, sənətin marağı İlyas Əfəndiyev üçün də, 
Mehdi Hüseyn üçün də son dərəcə vacib bir cəhət idi və mən dəfələrlə onların 
hansısa bir ədəbiyyat məsələsi ətrafında, hansısa bir əsərlə, o cümlədən, öz yazıları 
ilə bağlı necə qızğın, hətta müəyyən dövrlərdə bir-birindən inciyəcək dərəcədə 
kəskin mübahisələrinin şahidi olmuşam və onların ya bizdə, ya Mehdi Hüseyngildə 
bəzən gecənin yarısına kimi uzanan o ədəbi mübahisələri bu gün ən işıqlı xatirələr 
kimi tez-tez mənim yadıma düşür.  
İlyas Əfəndiyev ömrünün sonuna kimi Mehdi Hüseyni böyük hərarətlə, onun 
vaxtsız ölümünü böyük bir ürək ağrısı ilə yada salırdı, onun haqqında «Yeri görünən 
adam» adlı xatirə-esse yazmışdı («Azərbaycan» jurnalı, 1988, 2.), ancaq bu, başqa 
bir mövzudur və sağlıq olsun, haçansa bu barədə yəqin mən də geniş yazacağam... 
Indi isə yenə demək istədiyimə qayıdıram. 
Mirzə Ibrahimov yazırdı: 
«Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, 
İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal 
diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir».  
Süleyman Rəhimov özünəməxsus olan bir təhkiyə ilə:  
«İlyas Əfndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının münbit 
zəminindən doğan, rişələnən, getdikcə köklənən qoşa qardaş kimi qoşalıqda 
yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə mahir dramaturqu birləşdirib, birlikdə 
söykək-söykək qaldırır...» – yazırdı.  
Mehdi Məmmədov göstərirdi ki, İlyas Əfəndiyev «mövzu seçməyi, məntiqli 
süjet qurmağı, dramatik vəziyyətlər, xarakterlər yaratmağı, öz fikirlərini bəyanat 
yolu ilə deyil, canlı hadisələrlə, yığcam dialoqlarda, əsl səhnə dili vasitəsilə ifadə 
etməyi gözəl bacarır.»  
Ismayıl Dağıstanlı isə, 1974-cü ildə yazırdı ki, Akademik Milli Dram 
Teatrımızın «son otuz ildəki inkişafını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün 
deyil.»  
Orasını da deyim ki, Ismayıl Dağıstanlının bu fikri söylədiyi vaxtdan sonrakı 
iyirmi iki il ərzində İlyas Əfəndiyevin həmin teatrın səhnəsində daha doqquz əsəri 
tamaşaya qoyulmuşdu...  
Kamal Talıbzadə üçün «İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də heç 
kimə oxşamayan» bir yazıçıdır, bəstəkar Səid Rüstəmova görə, İlyas Əfəndiyev 
«bütün əsərlərində» «al-əlvan rənglər, naxışlar» görünən, «zəngin təfəkkürə, geniş 
müşahidə qabiliyyətinə malik» «bəstəkar qəlbli sənətkar» idi.  
Bu sitatları gətirdikcə gətirmək mümkündür. Cəfər Cəfərov və Məmməd 
Cəfər, Əli Vəliyev və Osman Sarıvəlli, Cəfər Xəndan və Əli Sultanlı, Mehdi 
Məmmədov və Əkbər Ağayev, Firudin Köçərli və Əzizə Cəfərzadə, Abbas Zamanov 
və Orucəli Həsənov və bir çox başqaları kimi, tamamilə müxtəlif, bir-birindən fərqli 
qələm sahibləri, sonrakı ədəbi nəsillərin Bəxtiyar Vahabzadə və Ismayıl Şıxlı, 


 
277
Bayram Bayramov və Bəkir Nəbiyev, Məsud Əlioğlu və Qulu Xəlilov, Cəlal 
Məmmədov və Əhəd Hüseynov kimi və bir çox başqa nümayəndələri, daha sonralar 
Xəlil Rza Ulutürk və Yaşar Qarayev, Seyfulla Əsədullayev və Təhsin Mütəllimov, 
Şamil Salmanov və Arif Səfiyev, Gülrux Əlibəyli və Inqilab Kərimov, Çingiz 
Hüseynov və Rüstəm Ibrahimbəyov, Islam Ibrahimov, Arif Hacıyev və Abbas 
Hacıyev, Ədilə Səfərova və Həsən Quliyev, daha da sonralar Aydın Məmmədov və 
Vilayət Quliyev, Kamil Vəliyev və İlham Rəhimli, Nizaməddin Şəmsizadə və 
Məryəm Əlizadə, Vaqif Yusifli və Akif Hüseynov, yenə də bir çox başqaları 
dəfələrlə İlyas Əfəndiyev yaradıcılığına müraciət etmiş və bu yaradıcılığı 
Azərbaycan xalqının XX əsrdəki tarixi və taleyi kontekstində yüksək 
qiymətləndirmişlər. 
İlyas Əfəndiyevin sağlığında Yəhya Seyidov, Yaqub Ismayılov, Aida 
Salahova, Yaşar Qarayev onun haqqında beş elmi monoqrafiya yazıb nəşr etdirmiş
XX əsr Azərbaycan nəsri və dramaturgiyasının, Azərbaycan ədəbi dilinin, 
Azərbaycan teatr sənətinin inkişafında İlyas Əfəndiyev yaradıcılığının rolunu və 
bədii-estetik xüsusiyyətlərini təhlil və tədqiq etmişlər. (Yəhya Seyidov. İlyas 
Əfəndiyev, Bakı, «Azərnəşr», 1975; Aida Salahova. İlyas Əfəndiyevin 
yaradıcılığının poetikası, Bakı, «Yazıçı», 1984; Yaşar Qarayev. İlyas Əfəndiyev, 
Bakı, «Bilik», 1987; Yaqub Ismayılov. İlyas Əfəndiyevin yaradıcılıq yolu, Bakı, 
«Elm», 1991;  Yaşar Qarayev. Xarı bülbülün nağılı, Bakı, «Azərnəşr», 1995.) Əmin 
Əfəndiyevin tərtib etdiyi geniş biblioqrafik göstərici nəşr edilmiş (İlyas Əfəndiyev, 
Biblioqrafik göstərici, Bakı, Azərnəşr, 1985.), İlyas Əfəndiyevin yaradıcılığı 
haqqında dissertasiyalar müdaifə olunmuşdur. (Avtoreferatlar: H.H.Nəsirov. İlyas 
Əfəndiyevin yaradıcılıq yolu, Bakı, 1967; B.A.Məmmədov. İlyas Əfəndiyevin 
dramaturgiyası, Bakı, 1974; I.B.Salmanov. Azərbaycan sovet ədəbiyyatında lirik-
psixoloji dramların dil və üslub xüsusiyyətləri, İlyas Əfəndiyevin frazeologiyası 
əsasında, Bakı, 1983; M.Ə.Əlizadə. Lirik-psixoloji dramda qəhrəman problemi, 
İlyas Əfəndiyevin yaradıcılığı əsasında, Bakı, 1990 və s.) 
Eyni zamanda, deməliyəm ki, İlyas Əfəndiyevin yaradıcılığından bəhs edən bu 
çoxsaylı məqalələr, istedadlı müəlliflərin ciddi tədqiqat əsərləri, təbii ki, Azərbaycan 
ədəbi tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında da az rol oynamamışdır. 
Bəli, bütün bunlar belə idi.  
Amma tamam səmimi deyirəm və istəyirəm ki, oxucular buna inansınlar: İlyas 
Əfəndiyevin, bəzən, özü haqqında yazılanları  axıracan oxumağa hövsələsi çatmırdı 
və bu baxımdan onun üçün, bəlkə də, qat-qat artıq dərəcədə maraqlısı, bir insan və 
yazıçı kimi, onun hisslər aləmində daha artıq dərəcədə təsirlisi ard-arası kəsilmədən 
gələn oxucu məktubları idi. Yeni bir əsəri nəşr olunanda (misal üçün, «Söyüdlü arx» 
romanı), yaxud yeni bir əsəri tamaşaya qoyulanda (1964-cü ildə tamaşaya qoyulan 
«Sən həmişə mənimləsən»dən üzü bəri) isə poçtalyonlar hər gün onlarla, bəzən daha 
artıq oxucu məktubları gətirməkdən, o poçtalyonlardan birinin yadımda qalmış 
sözləri ilə desəm, onların «başmaqları yırtılırdı». 
Bir də ki, tanınmaz-bilinməz adamların – oxucuların, tamaşaçıların (və 
xüsusən də qadınların!) – telefon zəngləri...  Onların etibarla söylədikləri həyat 
tarixçələri... hisslərin etirafı... müşkül suallar... və bu suallara cavab axtarışları... 
İlyas Əfəndiyevin xasiyyəti elə idi ki, bütün bunlarda onun üçün, hansısa bir 
iclasda, hansısa yüksək rütbəli bir çinovnikin, yaxud ədəbiyyat funksionerinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə