Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə143/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   139   140   141   142   143   144   145   146   ...   161

 
296
gözləyirdilər... Ərlər də cümə axşamları dal-dala düzülmüş faytonlarda, ucaboylu 
qaçağan Qarabağ atlarında dolayı yolla Şuşaya qalxardılar. Özləri ilə Arandan təzə 
dəymiş yemiş, qarpız, üzüm gətirərdilər. Cümə günü evlərdən qalxan kabab iyi 
şəhərə yayılardı. Axşam çağları Xanın (Xan Şuşinskinin– E.) dəstəsi Cıdır düzündə, 
Bahadurun, Qaçaybalanın dəstələri də Ərimgəldidə çalıb-oxuyurdular. Biz uşaqlar 
həmişə anamızla Cıdır düzünə gəzməyə çıxırdıq» . 
Sultan Hacıbəyovun əsərləri arasında İlyas Əfəndiyevin ən çox xoşuna gələni 
«Karvan» simfonik mənzərəsi idi, deyirdi:  
– Soltan (onu belə çağırırdı, «Sultan» yox), hər dəfə sənin «Karvan»ına qulaq 
asanda, mənə elə gəlir ki, ömrümdə görmədiyim səhraları görürəm, dəvə 
karvanlarını görürəm, o karvanla addımlayan, o dəvələrin üstündə oturan adamları 
görürəm... Hətta onların nə hiss elədiklərini hiss edirəm... 
1967-ci ildə səhnəyə qoyulmuş «Mənim günahım» tamaşasının da musiqisini 
İlyas Əfəndiyevin istəyi ilə Sultan Hacıbəyov yazmışdı: «– Bu pyesə sənin musiqin 
lazımdı!». 
Ümumiyyətlə, deməliyəm ki, İlyas Əfəndiyev musiqiyə çox həssas adam idi 
və «Tofiq Kazımovu xatırlayarkən...» adlı essesində yazırdı ki, «Pyeslərimin ilk işığı 
fikrimə həmişə hansı mahnıyla, muğamlasa daxil olmuşdur. «Sən həmişə 
mənimləsən»də «Qaragilə» mahnısı, «Mahnı dağlarda qaldı»da «Aman ovçu, vurma 
məni» mahnısı... və s. «Məhv olmuş gündəliklər» pyesi mənim fikrimə «Pəncərədən 
daş gəlir...» mahnısıyla daxil olmuşdu. 
Və yəqin bu da o səbəblərdən biri idi ki, İlyas Əfəndiyevin bir sıra 
bəstəkarlarla yaxın, məhrəmanə münasibəti var idi. Mən artıq Tofiq Quliyev 
haqqında dedim. Eləcə də Fikrət Əmirov, Səid Rüstəmov, Niyazi, Əfrasiyab 
Bədəlbəyli, Süleyman Ələsgərov onun tez-tez görüşdüyü, zəngləşdiyi, hal-əhval 
tutduğu adamlar sırasında idi və bu bəstəkarlarla onu, eyni zamanda, birgə 
yaradıcılıq işi də birləşdirirdi.  
Fikrət Əmirov hələ 1947-ci ildə «Işıqlı yollar» tamaşasının musiqisini 
yazmışdı və çox-çox sonralar da cavanlıq dövrlərindəki həmin birgə yaradıcılıq 
işlərini xüsusi bir hərarətlə xatırlayırdı: « – İlyas, yadındadı də...».  
40-cı illərin sonları, 50-ci illərin əvvəllərində İlyas Əfəndiyevlə Fikrət Əmirov 
yay aylarını bir yerdə Şuşaya, yazıçıların oradakı məşhur Yaradıcılıq Evinə 
gedirdilər və biz iyul, avqust aylarını orada qonşu olurduq.  
Fikrət Əmirovla birlikdə Isa bulağında, Daşaltında, Səkili bulaqda, Turşsuda 
keçirdiyimiz ailəvi məclislər, o məclislərdə Şuşa xanəndələrinin, yeniyetmələrin 
oxumaqları, «Qarabağ şikəstəsi», «Şuşanın dağları», «Qaçaq Nəbi», «Tel nazik, bel 
nazik», «Irəvanda xal qalmadı» mahnıları, o zaman müharibədən qayıtdıqdan sonra 
universiteti yenicə bitirmiş cavan bir tarixçi olan rəhmətlik Firudin Şuşinskinin də o 
şikəstəyə, o mahnılara qulaq asa-asa həvəsə gəlib tın-tın səsiylə pəsdən gözəl 
zümzümə eləməyi mənim heç vaxt yadımdan çıxmayacaq uşaqlıq xatirələrimdəndir. 
Yeri düşmüşkən deyim ki, Şuşadakı həmin Yaradıcılıq Evi yay aylarında 
həqiqi mənada bir ədəbiyyat, ümumiyyətlə, mədəniyyət ocağına çevrilirdi və oranın 
təkrarsız ab-havasını, orada Süleyman Rəhimovla, Fikrət Əmirovla, Bayram 
Bayramovla, Cəfər Xəndanla, Balaş Azəroğluyla, Qasım Qasımzadəylə, 
Cahanbaxışla, gənc Əliağa Kürçaylı və Məsud Əlioğluyla, o illərdə yüksək 
vəzifələrdə işləyən, sonralar isə Nazirlər Sovetinin, Respublika Ali Soveti Rəyasət 


 
297
Heyətinin sədri olmuş Məmməd Isgəndərovla gözəl qonşuluğumuzu, onlarla söz-
söhbətini İlyas Əfəndiyev, xüsusən 90-cı illərdə – ömrünün son illərində tez-tez 
xatırlayırdı. 
«Işıqlı yollar»dan düz on yeddi il sonra, 1964-cü ildə «Sən həmişə 
mənimləsən»in də musiqisini İlyas Əfəndiyevin təklifi ilə Fikrət Əmirov 
bəstələmişdi. 
Əfrasiyab Bədəlbəyli 1944-cü ildə «Intizar» tamaşasının, Səid Rüstəmov 
1948-ci ildə «Bahar suları»nın, Niyazi 1954-cü ildə «Atayevlər ailəsi»nin, Tofiq 
Quliyev «Sən həmişə mənimləsən»in Rus Dram Teatrındakı tamaşasına, Süleyman 
Ələsgərov 1971-ci ildə «Mahnı dağlarda qaldı»nın musiqisini bəstələmişdilər. 
Sonrakı nəsil nümayəndələrindən Arif Məlikov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, 
Cavanşir Quliyev kimi bəstəkarlar da İlyas Əfəndiyevin tamaşaya qoyulmuş 
pyeslərinə musiqi yazmışdılar. 
Tofiq Quliyev İlyas Əfəndiyev haqqındakı həmin yazısında belə bir fikir 
söyləyirdi: «İlyas Əfəndiyevin əsərlərinin dili başdan-başa musiqidir və mən 
musiqiyə musiqi yazmağı heç cürə dərk edə bilmirdim...»   
Maestro Niyazi isə hər dəfə məni görəndə: 
– İlyasa de ki,– deyirdi,– heç Həcərin plovu da Bilqeyis xanımın plovuna çata 
bilmir! 
Qara Qarayevlə də ilıq münasibətləri var idi, həmişə bayramlarda, yeni əsərləri 
meydana çıxanda zəngləşirdilər və bu münasibətlərin əsasında, gənclik illərindən 
etibarən, hər ikisinin Imran Qasımovla dostluğu dururdu.  
1968-ci ildə, Qara Qarayevin 50 illik yubileyi zamanı İlyas Əfəndiyev yazırdı:  
«Bütün böyük sənətkarlar kimi, Qara Qarayev insan qəlbinin, insan ruhunun 
indiyə qədər nüfuz edilməyən dərinliklərinə gedir, bu vaxtadək duyulmayan sirlərini 
tərənnüm edir. Buna görə də, bəstəkarın əsərlərində fəlsəfi axtarışlarla, kəşflərlə 
müasirlik birləşib qüdrətli bir gözəlliklə səslənir. O, Heminquey kimi fikrinin yalnız 
müəyyən hissəsini açıq ifadə edir. Qalan böyük hissəsini duyub dərk etməyi 
dinləyicinin öhdəsinə buraxır. Böyük və dərin fikir sahibi olan sənətkarlarda həmişə 
belə olmuşdur. Bethovendə, Şekspirdə də belə olmuşdur...». 
Orası da heç yadımdan çıxmır ki, 1974-cü ilin küləkli-yağışlı bir noyabr 
gecəsinin yarısı tez-tez arası kəsilən uzun telefon zənglərindən və bizim də bu 
zənglə bağlı nigarançılığımızdan sonra, Qara Qarayev, səhv etmirəmsə, Vyanadan 
bizə telefon açıb İlyas Əfəndiyevi 60 illiyi münasibətilə təbrik etmişdi. (Atam ona, 
Imran Qasımovdan gələn gənclik illərinin deyim ənənəsi ilə, «Karik», o isə, atama 
elə həmin ənənə ilə «İlyuşa» deyirdi.) 
Iki böyük xanəndə də vardı ki, İlyas Əfəndiyev onların həm şəxsiyyətinə 
hörmət edirdi, həm də sənətlərini yüksək qiymətləndirirdi: Xan Şuşinski və Ağabala 
Abdullayev.  
Xan Şuşinskinin İlyas Əfəndiyevin atası ilə dostluğu var idi, Şuşadan Füzuliyə 
(Qaryaginə) enəndə ona çox qonaq olmuşdu, günlərlə evlərində qalmışdı və mən, 
hayıf ki, bu dostluğun tarixini bilmirəm, amma lap uşaq çağlarımdan həmişə bunun 
şahidi olmuşam ki, İlyas Əfəndiyev ilə Xan Şuşinski həmişə çox mehriban 
görüşüblər, məhrəm adamlar kimi hal-əhval tutublar.  
Orası da yaxşı yadımdadır ki, bir gözəl yaz günü, axşamçağı – universitetdə 
oxuduğum illər idi – «Hüsü Hacıyev» küçəsinə çıxan eyvanımızda oturub atamla 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə