Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə146/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   142   143   144   145   146   147   148   149   ...   161

 
302
ürəkdən gülürdü və deyirdi ki, yazmağı bacarasan, Əli özü gözəl bir əsərin, «Don 
Kixot» səviyyəli bir əsərin qəhrəmanının prototipi ola bilər.  
«Dostumuzu xatırlayarkən» adlı essesində İlyas Əfəndiyev 30-cu illərin 
sonlarını, 40-cı illərin əvvəllərini xatırlayıb yazırdı:  
«Doğrusu, o zaman biz gənc yazıçılar özümüzdən yaşlı şairlərdən, 
yazıçılardan həmişə iki adamın – Səməd Vurğunla Əli Vəliyevin köməyinə 
güvənirdik. Çətinliyə düşəndə onlara müraciət edərdik. Əli bizim nöqsanlarımıza 
qarşı nə qədər sərt idisə, xahişimizə qarşı da o qədər qayğıkeş idi. Səməddə də, 
Əlidə də bizim ata-babalarımızdan, xalqdan gələn bir mərdanəlik var idi». 
Mən bu yerdə Sabirabadda yaşayan və artıq adını çəkdiyim həkim-yazıçı Əli 
Ağabəylini də xatırlamaq istəyirəm. Əli bəy Tibb Institutunda (indiki Tibb 
Universitetində) Mehdi Hüseynin həyat yoldaşı Fatma xanımla bir yerdə oxumuşdu 
və onu atamla Mehdi Hüseyn tanış etmişdi. O tanışlıqdan sonra Əli Ağabəyli 
ömrünün sonuna kimi İlyas Əfəndiyevin və ümumiyyətlə, bizim evin, ailənin sadiq 
və etibarlı bir dostuna çevrildi. 
Əli Ağabəyli çox koloritli, mədəni və çox da mütaliəli bir adam, yaxşı 
şahmatçı və böyük kitab həvəskarı idi. Moskvada yeni və maraqlı nə kitab çıxırdısa, 
o saat xəbər tuturdu və o kitabı əldə edirdi. İlyas Əfəndiyev üçün isə mütaliə, 
dediyim kimi, klassikləri oxumaq da, müasir dünya ədəbiyyatındakı maraqlı 
hadisələrin içində olmaq da, gündəlik həyatının yemək kimi, içmək kimi 
atributlarından biri idi. 
Əli Ağabəyli, İlyas Əfəndiyevlə, onun ətrafı ilə elə qaynayıb-qarışmışdı ki, o 
da Kislovodskdakı o pansionat-klubun daimi yay üzvlərindən birinə çevrilmişdi... 
İlyas Əfəndiyev Mir Mehdi Seyidzadə ilə həm uzun müddət qonşu oldu, həm 
də çox duzlu zarafatları var idi və İlyas Əfəndiyev hər dəfə «Hüsü Hacıyev» 
küçəsindəki məşhur Yazıçılar Binasının balkonunda Ağanı (Mir Mehdiyə belə 
deyirdilər) görəndə, onun öz sözləri ilə: 
– Ey zalım, necəsən?– deyirdi.– Təzə qəzəl zühur eləyib, yoxsa, yox?  
Və belə balkon görüşləri və zarafatları çox zaman ya Ağa əmigildə (mən də 
ona belə müraciət edirdim), ya da bizdə gözəl ekspromt bir məclislə qurtarırdı, illah 
da ki, Ağa əmi yeni bir qəzəl yazmışdısa, o məclislər lap aləm olurdu.  
Ağa deyirdi: 
– Ey zalım! Klassiklər yüz gözələ cəmi bir qəzəl yazırdı, mən isə, bir gözələ 
yüz qəzəl yazıram! 
İlyas Əfəndiyev 40-cı illərdə Kinostudiyada ssenari şöbəsinin müdiri işləmişdi 
və elə o vaxtlardan da Lətif Səfərovla, Muxtar Dadaşovla yaxın münasibətləri var 
idi. Lətif Səfərov hərdən-bir axşamlar bizə gələrdi («Körpüsalanlar»a film çəkmək 
istəyirdi) və həmin axşamlardan birində, faciəli ölümündən – intiharından təxminən 
bir həftə-on gün əvvəl, içi araqla dolu qədəhi başına çəkib İlyas Əfəndiyevə dediyi 
sözlər heç vaxt mənim yadımdan çıxmır: 
– Tofiqə gözəl mahnılar yazdırdım, Rəşidi də saxladım gələcək nəsillərə. Elə 
bu – mənim bəsimdi! 
Lətif Səfərov «Bəxtiyar» filminin quruluşçu rejissoru idi və söhbət Tofiq 
Quliyevin o film üçün bəstələdiyi mahnılardan, Rəşid Behbudovun da baş rolda o 
mahnıları ifa etməsindən gedirdi.  


 
303
Indi – rəhmətlik Lətif Səfərovun dediyi həmin «gələcək nəsillər»in yetişdiyi, 
bir-birini əvəz etdiyi bir vaxtda, mən hər dəfə Rəşidin ifasında o mahnıları eşidəndə, 
televizorda o filmdən fraqmentləri görəndə, bizim evdəki o axşamı xatırlayıram... 
Mən bu mövzunu qurtarmağa çətinlik çəkirəm, çünki hər dəfə son nöqtəni 
qoymaq istəyəndə yeni bir işıqlı sima gözlərimin qarşısında canlanır və mən onun 
barəsində, onunla İlyas  Əfəndiyevin münasibətləri barədə, bu münasibətlərin də, öz 
növbəsində, sənət aləminin, Azərbaycan ədəbi-mədəni mühitinin bir hissəsi, bir 
parçası olması haqqında yazmaya bilmirəm, yazmasam, elə bil ki, onların ruhu 
qarşısında, nəsə, bir günah işlədirəm... 
Onların hamısı yazılmalıdı. 
Sağlıq olsun...      
 
5. 
 
Artıq dediyim kimi, İlyas Əfəndiyev ədəbiyyata 1939-cu ildə «Kənddən 
məktublar» kitabındakı hekayələrlə gəldi və vəfatından sonra nəşr olunmuş «Sən ey 
böyük Yaradan» kitabındakı hekayə və kiçik povestlər isə onun son əsərləri oldu. 
Bu 57 yaradıcılıq ili ərzində İlyas Əfəndiyev altı roman («Söyüdlü arx» – 
1958; «Körpüsalanlar» – 1960; «Dağlar arxasında üç dost» – 1963; «Sarıköynəklə 
Valehin nağılı» – 1976; «Geriyə baxma, qoca» – 1980; «Üçatılan» – 1981; bu 
romanların bəzisi povest kimi də təqdim olunub), beş povest («Kənddən məktublar» 
– 1939; «Aydınlıq gecələr» – 1941; «Torpağın sahibi» – 1952; «Qaçaq Süleymanın 
ölümü» – 1993; «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» – 1996), böyüklü-
kiçikli qırx yeddi hekayə, bir çox oçerklər və xatirələr yazmışdır və bu nəsr 
yaradıcılığı onun yaradıcı fəaliyyətinin daimi tərkib hissəsi olmuşdur, İlyas 
Əfəndiyev nəsri və İlyas Əfəndiyev dramaturgiyası daima bir-birini əvəz və davam 
etdirmişdir. 
Orası da maraqlıdır ki, İlyas Əfəndiyev heç bir nəsr əsərini 
səhnələşdirməmişdir və o, bunu, ümumiyyətlə, qəbul etmirdi, «Pyes lap 
başlanğıcdan səhnə üçün düşünülməli, səhnə üçün yazılmalıdır!» – deyirdi, 
yazıçının öz romanını, povestini, hekayəsini səhnələşdirməsi barədə isə, yəqin bir az 
da hissə qapılaraq: «Aşığın sözü qurtaranda, sazım, dınqıl-dınqıl deyər!»– deyirdi.  
İlyas Əfəndiyevin hekayələri haqqında və bu hekayələrin Azərbaycan 
hekayəçiliyinin və ümumiyyətlə, Azərbaycan nəsrinin, Azərbaycan bədii dilinin 
inkişafında, janrın poetikası baxımından estetik rəngarəngliklərin əldə edilməsindəki 
rolu barədə çox yazılıb və bu da çox maraqlı və yəqin ki, əlamətdar bir faktdır: onun 
o ilk hekayələr kitabının – «Kənddən məktublar»ın düz 63 il (!) bundan əvvəlki 
rezonansı bu gün də hələ unudulmayıb. 
Oxucuların İlyas Əfəndiyevin hekayələrinə marağı ilə bağlı uzaq keçmişdə 
qalmış bir epizodu xatırlayıram.  
1954-cü ilin yayında – o zaman mən beşinci sinifə keçmişdim – biz Şuşadakı 
Yaradıcılıq Evinə getmişdik və həmin yay İlyas Əfəndiyevin yeni yazdığı «Su 
dəyirmanı» hekayəsi radio ilə verildi, hekayə böyük olduğu üçün, üç gün dalbadal 
oxundu.  
Şuşanın Bazar başı deyilən mərkəzində, taxta elektrik dirəyinin (şalbanın) 
başında gur səsi aləmi bürüyən bir radio aparatı var idi və o hekayə oxunan həmin 
üç gündə Bakıdan, ətraf rayonlardan Şuşaya istirahətə gələnlərin, Şuşa cavanlarının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə