Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə154/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   150   151   152   153   154   155   156   157   ...   161

 
318
İlyas Əfəndiyevin ictimai xadimliyi, öz imkanları daxilində, amma ehtirasla 
güddüyü həmin «insani müvazinəti pozulmuş cəmiyyətdə» doğma xalqının marağı 
idi.  
Mən heç vəchlə istəməzdim ki, oxucu, mənim nəyisə ideallaşdırmaq 
meylimdən şübhələnsin (onsuz da belə bir «ideallaşdırmanın» heç bir perspektivi, 
deməli, heç bir mənası yoxdur, İlyas Əfəndiyev demişkən, saf-çürüyü – tarix aparır 
və tarixin işinə də qarışmaq lazım deyil, çünki mümkün deyil!).  
Bəli, İlyas Əfəndiyevin də elə publisist yazılarına, ciddi məqalələrində elə 
abzaslara rast gəlmək mümkündür ki, orada hakim ideologiyanın tələb etdiyi 
tərənnümlər, xeyli dərəcədə az da olsa, təkrar olunur, ancaq bu, onun yaradıcılığının 
və vətəndaş mövqeyinin fonunda, bəlkə də, çox birbaşa deyirəm, açıq-aşkar bir 
komfulyaj rolu oynayır və bunu görmək üçün xüsusi cidd-cəhd də lazım deyil. 
Sovet Ittifaqında yaşamayan, sovet gerçəkliyini gözü ilə görməyən və o 
mühitdə yaradıcılıqla məşğul olmayan bir kəs bəlkə də, belə bir komfulyajı qəbul 
edə bilməz, çünki bunu başa düşmək, hiss eləmək çətin məsələdir.  
Bir epizod yadıma düşür. 
2001-ci ilin yanvarında, Nyu-Yorkda, BMT-nin fəaliyyətini işıqlandıran və 
ədəbiyyatdan da yaxşı xəbərdar olan jurnalist Con Lafeytlə söhbət əsnasında bu 
mövzu gəlib ortaya çıxdı və o, açıqca mənə dedi: 
– Bilirsiz, cənab Elçin, mən belə bir komfulyajı heç cürə qəbul edə bilmərəm. 
Çünki mənim gözümün qabağına Bulqakov gəlir. Mənim üçün «Ustad və 
Marqarita» nümunəsi var! 
O zaman mən: 
– Əzizim, Con!– dedim,– onda gedin, elə həmin Bulqakovun Koba haqqında 
yazdığı pyesi oxuyun...  
Bununla mən, təbii ki, həmin «ədəbi komfulyaja» bəraət qazandırmaq məqsədi 
güdmürəm, sadəcə olaraq, izah etmək istəyirəm ki, «sovet ədəbi komfulyajı» bir sıra 
həqiqi sənətkarlar üçün paravoz rolu oynayırdı, sistemə yad, ögey, hətta qərəzli 
əsərləri öz ardınca çəkib apara bilirdi... 
İlyas Əfəndiyevin vətəndaş mövqeyi və fəaliyyəti ilə bağlı yalnız bir 
nümunənin üzərində qısaca dayanmaq istəyirəm: Cənub mövzusu. 
Hələ 1983-cü ildə, uşaqlıq dostu, Füzulidə bir məktəbdə oxuduqları Əhəd 
Bağırzadə haqqında yazdığı bir essedə, İlyas Əfəndiyev həmin uşaqlıq illərini 
keçirdiyi yerləri xatırlayır və yazırdı:  
«Şəhərin (Füzuli nəzərdə tutulur. – E.) bir kilometr şimalında Hacılı arxı 
keçirdi. Əslində bu, arx deyildi, qış-yay axan balaca bir çay idi. Hacılı arxından yüz 
əlli-iki yüz metr şimalda, yazda daşıb göylə gedən gurultulu Quruçay, ondan da bir 
qədər şimalda, dolana-dolana Köndələnçay axırdı. Quruçayla Köndələnçayın 
arasında kəsik konus şəklində «Qara köpək» adlanan bir təpə ucalır. Onun üstündən 
baxanda Arazın o tayında gümüşü bir duman altında uzaq bir əfsanə kimi Savalan 
dağı görünür. Biz bilirdik ki, Savalan dağının ucaldığı o yerlərdə də azərbaycanlılar 
yaşayır. Lakin heç bir əlaqəmiz, gediş-gəlişimiz olmadığından oradakı həyat bizə, 
ancaq nağıllardan bəlli idi». 
İllər keçdikcə o nağıl aləmi İlyas Əfəndiyevin düşüncəsində sərt bir reallığa 
çevrilir və onun üçün Vətən – bölünməz idi, Vətən – yalnız Arazboyu Qarabağ 


 
319
deyildi, Vətən – yalınız SSRI-nin tərkibindəki Sovet Azərbaycanı deyildi, Vətən – 
şimallı-cənublu, şərqli-qərbli Azərbaycan idi. 
1968-ci ildə İlyas Əfəndiyevin «Unuda bilmirəm» əsəri tamaşaya qoyuldu və 
«Sən həmişə mənimləsən»dən sonra ikinci böyük uğur qazandı.  
«Sən həmişə mənimləsən»lə Azərbaycan teatrına gələn və bundan sonra İlyas 
Əfəndiyevin on bir əsərində baş rolları ifa edən Amalya Pənahova yazır: – «Unuda 
bilmirəm» tamaşasında Nərmin surəti ilə düz 500 dəfə səhnəyə çıxmışam və hər 
dəfə də böyük şövqlə. Bu tamaşayla teatra axın-axın tamaşaçı gəldi.»  
Və o «axın-axın» tamaşaçı, şübhəsiz ki, 40-cı illərin sonlarından etibarən, 
Cənub mövzusunun get-gedə artan bir sərtliklə Azərbaycan ədəbiyyatında, 
ümumiyyətlə, Azərbaycan ictimai fikrində qadağan olunduğu bir zamanda, 
Azərbaycan səhnəsində ilk dəfə özünün bədii ifadəsini tapmış bu mövzunu da 
alqışlayırdı. 
Bu tamaşaya ictimai baxış keçirilən 1968-ci ilin o küləkli-çiskinli payız günü 
mənim yaxşı yadımdadır. Tofiq Kazımovun yaratdıtı yaradıcı heyət – qocaman 
Məmmədrza Şeyxzamanovla (Mövsümzadə), Sofa Bəsirzadə ilə (Səadət xanım), 
Muxtar Avşarovla (Kərəm dayı) birlikdə, gənc Həsənağa Turabovun (Kamran), 
Amalya Pənahovanın (Nərmin), Hamlet Qurbanovun (Cəmil) oyunu, gənc Solmaz 
Haqverdiyevanın tərtibatı və Emin Sabitoğlunun musiqisi müasir həyatın bir 
parçasını səhnədə elə bir sənətkarlıqla, şövqlə, həvəslə yaratdılar ki, elə bil, o 
saatlarda Cənub özü bir Savalan əzəməti ilə, eyni zamanda, o boyda da bir nisgil ilə 
Akademik Milli Dram Teatrının səhnəsindən görünürdü – vaxtilə Füzulidə, 
Qaraköpək təpənin üstündən Arazın o tayında «gümüşü bir duman altında» görünən 
kimi görünürdü, amma daha nağıl aləmində yox, səhnə, sənət gerçəkliyində. 
Ictimai baxışa toplanmış tamaşaçılar – teatr xadimləri, sənətşünaslar, yazıçılar 
(yadıma gələnlər: Abbas Zamanov, Məmmədağa Şirəliyev, Mirzəağa Quluzadə, 
Bayram Bayramov, Kamal Talıbzadə, Hüseyn Abbaszadə, Qasım Qasımzadə, Ədilə 
Əliyeva, Cabir Səfərov, gənc Yaşar Qarayev və b.) tamaşadan sonra ayağa qalxıb 
uzun müddət ifaçıları alqışladılar və hər şey... əməlli-başlı bir dava-dalaşla qurtardı: 
ictimai baxışda iştirak edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 
yüksək vəzifəli bir funksioneri tamaşanı... qadağan etdi: 
– Bu cür zəhərli millətçiliyi (azərbaycanca yaxşı bilmədiyi üçün, rusca 
danışırdı və onun rusca dediyi o ifadə o vaxtdan da yaddaşıma həkk olub qalıb: 
«otravlennıy nasionalizm»), belə bir pantürkizmi səhnəyə çıxarmaq olmaz! 
Çox ciddi bir deyişmə oldu.  
Tofiq Kazımov danışan adam deyildi və o, ürəyində nələr çəkirdi – Allah bilir. 
İlyas Əfəndiyev isə, tamam özündən çıxıb – mən onu çox az vaxtlar bu cür 
əsəbiləşən görmüşdüm – camaatın içində o adama – yarımrəhbər (rəhbərcik!) partiya 
işçisinə – necə deyərlər, dişinin dibindən çıxanı dedi və mən o deyilənləri yenidən 
xatırlamaq, eləcə də o adamın 34 ildən və dünya tamam dəyişəndən (onun da bu 
dəyişikliyə uyğun «başqalaşdığından»!) sonra adını çəkmək istəmirəm. Təkcə onu 
deyim ki, qızarıb pörtmüş həmin yüksək vəzifəli partiya funksioneri sürətlə tamaşa 
salonundan çıxa-çıxa: 
– Görərsiz, İlyas müəllim!– dedi. 
İlyas Əfəndiyev də: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə