Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə152/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   148   149   150   151   152   153   154   155   ...   161

 
314
haqqında geniş və ciddi resenziyaları, teatr xadimləri barədə esseləri bir tərəfdən 
Azərbaycan teatr sənətinin, digər tərəfdən isə Azərbaycan sənətşünaslığının 
inkişafında, yüksək bədii-estetik meyarların formalaşmasında az rol oynamamışdır. 
Ancaq eyni zamanda, Azərbaycan nəsri və poeziyası da, İlyas Əfəndiyev ədəbi 
tənqidinin əsas mövzuları idi və bu yerdə söhbət yalnız həmin məqalələrin kəmiyyət 
göstəricilərindən getmir – bu, öz yerində (onun 150-yə qədər məqaləsi və sırf 
ədəbiyyat və sənət problemlərindən bəhs edən 40-a yaxın müsahibəsi çap 
olunmuşdur), söhbət, bəlkə də, daha artıq dərəcədə ondan gedir ki, bütün bu janrlar 
İlyas Əfəndiyev üçün ədəbiyyat haqqında, sənət haqqında, daha geniş götürsək
mədəniyyət və mənəviyyat haqqında fikirlərini söyləmək üçün eyni dərəcədə münbit 
zəmin yaradırdı. 
Tənqidçi Şamil Salmanov yazır: «Hər bir böyük yazıçı kimi, İlyas Əfəndiyev 
də öz dövrünün ədəbi prosesinə, ədəbi düşüncəsinə qüvvətli təsir göstərmiş 
sənətkarlardandır.» 
Bu fikrə yalnız onu əlavə etmək olar ki, həmin «qüvvətli təsir»də İlyas 
Əfəndiyevin qələmi sırf tənqidçi qələmi kimi də ciddi rol oynamışdır. 
İlyas Əfəndiyevin bədiiliyə münasibəti və bu münasibətdən doğan estetik 
tələbatı hələ gənc yaşlarından etibarən dəqiq və aydın idi.  
O, 1945-ci ildə, müharibənin yenicə bitdiyi günlərdə «Ədəbiyyat qəzeti»ndə 
çap etdirdiyi «Yüksək sənət uğrunda» adlı məqaləsində dövrün (hakim və qorxunc 
sovet – Stalin ideologiyasının!) ən çox təbliğ etdiyi və bir çox istedadsız «yazı-
pozuçuların», sırf bədii-estetik tələblər qarşısında polad qalxanına, zirehli əbasına 
çevrilmiş müqəvva «müsbət qəhrəman»la bağlı yazırdı: 
«Həyatda tez-tez, bəlkə də, hər gün təsadüf etdiyimiz adamı biz, təəssüf ki, 
hekayə və romanlarımızda ya heç görmürük və ya görsək də, sevə bilmirik. Çünki 
müəllif onu hadisələrin təbii gedişində deyil, havadan asılı vəziyyətdə saxlamağa, 
qəsdən «yaxşı» göstərməyə çalışır, başını tumarlayır, yerli-yersiz ona «həkimanə 
sözlər» dedirtməyə cəhd edir. Bu «həkimanə sözlər» neçə yüz il bundan qabaq 
dəfələrlə deyilmişdir. Müəllif insanın mürəkkəb daxili aləmini, onun saysız-hesabsız 
ziddiyyətlərini unudaraq, qəhrəmanın hər bir hərəkətini «yaxşılıq», «əlalıq» kimi 
qələmə verir. Yazıq adam, Balaşın ölü paltarı geymiş atasının vəziyyətinə düşür, 
quruyub qalır, boynunu belə tərpədə bilmir. Sonra müəllif, metaldan qayrılmış 
mexaniki adamı radio ilə idarə etdikləri kimi, öz qəhrəmanını başlayır hərəkət 
etdirməyə: «Sağa dön! Filankəsə bax! Burada əxlaq barəsində nitq irad et!» 
Nəticədə belə olur ki, oxucu müəllifin hamıya çoxdan məlum olan çeynənmiş 
sözlərini «mexaniki qəhrəmanın» ağzından eşidərkən əsnəməyə başlayır və axırda 
yadında heç nə qalmır.  
O yerdə ki, oxucular qeyd etməyə başlayır ki, sən filan sözü qəhrəmanına 
qəsdən dedirdirsən, çünki sənə belə lazımdır, orada artıq sənət öz təsir gücünü 
itirməyə başlayır. Flober bu məsələ haqqında yazır: «Mən elə güman edirəm ki, 
romançı heç bir münasibətlə öz fikrini açıqdan-açığa qeyd etməməlidir». 
Bir daha yada salaq ki, ən qəti (və qatı!) surətdə sosializm realizmi ədəbi 
prinsiplərinin əleyhinə deyilən, hakim ideologiyanın heç cürə qəbul etmədiyi və 
buna görə də, əslində, yasaqda saxladığı «insanın mürəkkəb daxili aləmini, onun 
saysız-hesabsız (!– E.) ziddiyyətlərini» bədii ədəbiyyatda görmək istəyən bu fikirlər, 
1945-ci ildə, yəni «radio ilə idarə edilən» həmin «mexaniki adam»ın ədəbiyyatda 


 
315
hegemonluq etdiyi, yüksək qiymətləndirildiyi, dərsliklərə salındığı, müəlliflərinin 
mükafatlandırıldığı, «canlı klassik» elan edildiyi bir vaxtda söylənib... 
Və bu xətt – ədəbiyyata, sənətə belə bir psixoloji-estetik meyarlarla yanaşmaq 
– İlyas Əfəndiyev estetikasının əsas müddəalarından biri və bəlkə də, başlıcası idi və 
illər ötdükcə bu xətt onun özünün bədii yaradıcılığında da, onun ədəbi tənqidində də 
açıq-aşkar aparıcı magistrala çevrilmişdi. 
Mən artıq yazmışam ki, mütaliə  İlyas Əfəndiyevin gündəlik həyatının çox 
mühüm və dəyişməz bir hissəsi idi və onun bədii-estetik zövqünün 
formalaşmasında, şübhəsiz ki, mühüm də rol oynamışdı. 
İlyas Əfəndiyevin mütaliəsi azad, sərbəst və eyni dərəcədə də özünəməxsus bir 
mütaliə idi, yəni bu mənada ki, xoşuna gəlməyən əsəri, kim nə qədər tərifləyir, 
tərifləsin, özünü məcbur edib axıra qədər oxumazdı, yaxud rus klassik ədəbiyyatını, 
xüsusən, Lev Tolstoyu və Anton Çexovu mükəmməl bilirdi və yüksək 
qiymətləndirirdi, amma müasir rus ədəbiyyatını izləmirdi, çünki ümumiyyətlə, sovet 
ədəbiyyatı onun üçün maraqlı deyildi, hərçənd «Sakit Don»u və ümumiyyətlə, 
Şoloxovu, Fadeyevin «Tar-mar»ını, Katayevin son povestlərini, Trifonovu, Belovu, 
Rasputini yüksək qiymətləndirirdi, Aleksey Tolstoyu və Konstantin Fedini istedadlı 
yazıçılar hesab edirdi. 
Ən çox sevdiyi yazıçılardan biri, bəlkə də birincisi Stendal idi, Balzakı, 
Floberi, Dikkensi, XX əsr yazıçılarından Stefan Sveyqi, Folkneri, Heminqueyi, 
Remarkı, Apdaykı çox bəyənirdi. Şekspiri, Lope de Veqanı, Molyeri, Qaldonini, 
Bomarşeni, Şilleri tez-tez xatırlayırdı, onların əsərlərindən misallar çəkirdi.  
XX əsr dramaturgiyasında Pirandellonu, Şounu, O’Keysini, O’Nili, Artur 
Milleri, Anuyu, Piter Ustinovu, Eduardo de Flipponu maraqla oxuyurdu. Rus 
dramaturgiyasında Çexovun pyeslərini böyük hadisə hesab edirdi, Ostrovskinin, 
Qorkinin isə dramaturgiyasını qəbul etmirdi. Lev Tolstoyu, dediyim kimi, çox 
yüksək qiymətləndirirdi, amma «Canlı meyit»i tamamlanmamış, üzərində 
işlənməmiş pyes hesab edirdi və Protasov xarakterindəki qeyri-dəqiqliyi Lev 
Tolstoy qələminə layiq bilmirdi. Rus sovet dramaturqlarından yalnız Rozov onun 
üçün maraqlı idi, bir də ki, son dövrlərdə Vampilovun pyeslərini həvəslə oxuyurdu 
və deyirdi ki, bu dramaturq, Çexovdan sonrakı rus dramaturgiyasında maraqlı (və 
faciəvi!) hadisədir.  
Çox sevdiyi kitablar «Don Kixot» və «Robinzon Kruzo» idi və bu kitabları 
yeniyetmə çağlarında oxuduğuna baxmayaraq, bütün epizodlar, təfərrüatlarına kimi, 
yadında idi. Ümumiyyətlə, onun oxucu yaddaşı, həqiqi mənada, heyrətamiz bir şey 
idi. 
1988-ci ildə yazdığı bir essedə belə bir hadisəni xatırlayırdı: 
«Bir dəfə Lev Tolstoy barədə söhbət edirdik. Mehdi (söhbət Mehdi Hüseyndən 
gedir. – E.) Tolstoyun bir-iki ştrixlə obrazın portretini oxucunun gözü qarşısında 
necə canlandırdığından danışırdı. Andrey Balkonskinin arvadı Lizanın təsvirindən 
danışanda, onun üst dodağının alt dodağından bir qədər uzun olduğunu söylədikdə 
mən dedim: 
– Əksinə, üst dodağı alt dodağından qısa təsvir edilmişdir. 
Mehdi dərhal hirslənib: 
– Gəl, mərcləşək!– dedi. 
Dedim: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə