Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə160/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   153   154   155   156   157   158   159   160   161

 
331
« – Mir Cəfərin vaxtıydı, bir gün məni Mərkəzi Komitəyə çağırdılar. Gəlib 
gördüm ki, xeyli adam toplanıb, yazıçı qalmayıb, bəstəkar, rəssam qalmayıb, hamı 
burdadı. Məlum oldu ki, «Pravda» qəzetinə respublikada abunə yazılışı pis gedir və 
Mir Cəfər Bağırovun şəxsi tapşırığı ilə bizi ikinəfərlik, üçnəfərlik briqadalara bölüb 
göndərirlər rayonlara ki, təbliğat aparaq, camaat «Pravda»ya yazılsın. Mən də, 
respublikanın bir məsul partiya işçisinin rəhbərliyi ilə düşdük Gədəbəy rayonuna. 
Rayonu kənd-kənd gəzib təbliğat aparırdıq ki, zəhmətkeşlər «Pravda» qəzetinə 
abunə yazılsın. Bu məsul partiya işçisi gecə bilmirdi, gündüz bilmirdi, danışmaqdan 
səsi batmışdı, nə özü bir saat oturub yemək yeyirdi, nə  də  mənə aman verirdi, elə 
hey deyirdi ki, yoldaş Bağırov bizə  məsuliyyətli vəzifə etibar edib, gərək yerinə 
yetirib bu böyük etimadı doğruldaq. Gədəbəyin ucqar dağ  kəndlərinə maşın yolu 
yox idi, bu məsul partiya işçisi sifariş elədi, kolxozdan bizimçün at göndərdilər, 
hərəmiz birinə minib yol yoldaşlarımızla üz tutduq o ucqar kəndlərə ki, «Pravda»nı 
təbliğ edək. Daşlı-çınqıllı dağ cığırıyla qalxırdıq, birdən necə oldusa, o məsul partiya 
işçisinin mindiyi atın ayağı altından çınqıl qaçdı, at büdrədi, sonra böyrü üstə aşıb 
belindəki kişiylə bərabər, bir xeyli kəllə-mayallaq gedib düşdü balaca bir yarğanın 
dibinə. Kişi qanın içində özündən getmişdi, bir təhər onu qucağımıza götürüb yuxarı 
qaldırdıq, güc-bəla özümüzü yaxın bir kəndə çatdırdıq, hay saldıq, hərbi texnika 
gəldi, məsul partiya işçisini apardıq rayon xəstəxanasına, Bakıdan həkimlər gəldi, 
iki gün-iki gecə onun başının üstündə dayandım, yazıq özünə  gəlmirdi, elə hey 
zarıyırdı, mən də qorxudan sarımı udmuşdum ki, bu bədbəxt öləcək, cavabdehi mən 
olacam. Axır ki, üçüncü gün səhər saat beşdə, bu məsul partiya işçisi gözünü açdı, 
əvvəlcə bir-bir həkimlərə baxdı, sonra gözlərini mənə zillədi, birtəhər ağzını açıb:  
– Lütfəli... – dedi.  
– Can! – dedim.  
– Lütfəli, – dedi.– O kolxoz atının vəziyyəti necədi?». 
 
ELƏ BİL ÖZ MALINDI!  
 
1954-cü ildə Moskvada SSRI Yazıçılarının II qurultayı keçirilirdi. Müxbirlər 
qurultay iştirakçılarından müsahibələr alırdı, mətbuat uzun müddətdən sonra 
keçirilən bu qurultayı geniş  işıqlandırırdı  və bütün Moskva bu qurultayın ab-
havasında idi.  
Səmimi və özünəməxsus bir insan olan Əbülhəsəndən xahiş edirlər ki, radio 
ilə çıxış etsin və o da gecəni hazırlaşıb səhər çıxış edir. 
O biri gün səhər Süleyman Rüstəm tənbəllik etmir, radionun mühasibatına 
gedir və deputat nişanı olan sinəsini kassanın pəncərəsinə söykəyib: 
– Mən qurultay nümayəndəsi yazıçı  Əbülhəsənəm!– deyir.– Sənədim 
yadımdan çıxıb mehmanxanada qalıb. Xahiş edirəm dünənki çıxışıma görə 
qonorarımı verəsiniz. 
Kassir qadın deputat nişanına baxa-baxa ürək eləmir ki, qurultay 
nümayəndəsini incik salsın və kitab-dəftərə baxıb Əbülhəsənin qonorarını Süleyman 
Rüstəmə verir. 
Axşam qurultayın növbəti iclası qurtarandan sonra, Süleyman Rüstəm  İlyas 
Əfəndiyevi, Mehdi Hüseyni və pul xərcləməyə bir o qədər də  həvəskar olmayan 
Əbülhəsəni yaşadıqları «Moskva» mehmanxanasının üçüncü mərtəbəsindəki 
restorana qonaq dəvət edir. 
Əbülhəsən mizin üstünə düzülmüş gözəl təamlara baxa-baxa: 


 
332
–  Əzzim,  əzzim!..– deyir.– Bu Süleyman Rüstəm çox əliaçıq adamdı! Gözəl 
məclis düzəldib! 
Süleyman Rüstəm: 
– Əbülhəsən,– deyir.– Öz malın kimi ye, iç! 
Cani-dildən yeyib-içməyə başlayan  Əbülhəsən yalnız gecənin yarısınacan 
çəkən o gözəl məclis qurtarandan sonra başa düşür ki, əslində məclisi... o özü verib. 
 
İLYAS ƏFƏNDİYEV PAPİROS ÇƏKİR  
 
Qırxıncı illərdə bir gün gənc  İlyas  Əfəndiyev Yazıçılar Ittifaqında Məmməd 
Səid Ordubadi ilə rastlaşır. O zaman İlyas Əfəndiyev bərk papiros çəkirdi və yenə də 
əlində papiros var imiş. M.S.Ordubadi soruşur: 
– İlyas, nə çəkirsən elə? 
– «Belomor kanal», mirzə. 
– O neçəyədi elə? 
İlyas Əfəndiyev bir qutu «Belomor kanal»ın qiymətini deyir. 
M.S.Ordubadi: 
– Ba-a!.. – deyə  təəccüblənir.– Bəs Maqsud üç dəfə bundan çox pul verib 
papiros alır! 
– Yəqin o bahalı papiros çəkir də. 
Niyə bə o eləsin çəkir, sən beləsin? 
İlyas Əfəndiyev: 
– Çünki,– deyir.– O Məmməd Səid Ordubadinin oğludur, mən isə səsi alınmış, 
evindən çıxarılıb didərgin salınmış, çərləyib ölmüş bir kişinin oğluyam! 
Stalinizmin tüğyan elədiyi o dövrdə M.C.Bağırovun yaxın dostu olan 
M.S.Ordubadiyə belə bir söz demək zarafat deyildi... 
 
MİR CƏLAL MÜƏLLİMİN SUALI  
 
Əllinci illərin əvvəllərində bir axşam İlyas Əfəndiyevlə Mir Cəlal dənizkənarı 
bulvarda rastlaşırlar. Hal-əhval tuta-tuta bir az gəzişirlər.  
O zaman «Mirzə  Fətəli» küçəsindəki 110 saylı  həyət evində, ikiotaqlı 
mənzildə yaşayan İlyas Əfəndiyev ev şəraitindən gileylənir. Xeyirxah bir adam olan 
və  səhərdən axşama kimi elmi işlə, tədrislə, yaradıcılıqla başı qarışmış Mir Cəlal 
müəllimin dünyanın əbləh işlərindən bir o qədər də xəbəri yox idi.  
Diqqətlə İlyas Əfəndiyevə qulaq asan Mir Cəlal müəllim birdən dayanıb dəniz 
sahilində tikilib qurtarmaqda olan böyük bir binanı göstərir: 
– Ay İlyas, bax, bu bina sənin xoşuna gəlmir? 
İlyas Əfəndiyev həmin binaya baxıb: 
Niyə xoşuma gəlmir, Mir Cəlal?– deyir.– Lap yaxşı xoşuma gəlir! 
Mir Cəlal müəllim sidq-ürəkdən təəccüb edərək soruşur: 
– Qardaş, bəs, niyə demirsən ordan sənə bir yaxşı mənzil versinlər?! 
... Sonralar İlyas  Əfəndiyev bu söhbəti xoş bir xatirə kimi tez-tez yadına 
salardı... 
  
ƏLİAĞA KÜRÇAYLININ BAZARLIĞI  
VƏ İLYAS ƏFƏNDİYEVİN  
ONU SORĞU-SUALA TUTMASI  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə