Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə158/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   153   154   155   156   157   158   159   160   161

 
326
Bizim o zorən təbib isə böyük bir həvəslə povesti oxuyub qurtarır və intizarla 
İlyas Əfəndiyevə baxır. 
İlyas Əfəndiyev soruşur: 
– Nə oldu? 
– Qurtardım də, İlyas müəllim... 
– Hə? 
– Bəli! Indi fikrinizi bilmək istəyirəm! 
Bir müddət sükut çökür.  
Sonra İlyas Əfəndiyev  deyir: 
– Onda sən bir qısaca bunun süjetini danış görüm... 
 
BƏS, NİYƏ TƏRİFLƏMİRSƏN? 
 
«Hüsü Hacıyev» küçəsindəki 19 saylı binada (öz ənənələri,  şuxluğu, zarafatı 
olan və min təəssüf ki, artıq bir çox məşhur sakinlərini itirmiş Yazıçılar Evində) 
üçüncü mərtəbədə yaşayan İlyas Əfəndiyev bir gün eyvana çıxır və görür ki, ondan 
aşağı mərtəbədə yaşayan Salam Qədirzadə də eyvandadır, balaca samovarına (bu da 
o gözəl binada bir məşhur samovar idi!) köz salır. 
– Salam, salam! 
– Salam, İlyas müəllim! 
– Nə var, nə yox? 
– Sağlığınız, İlyas müəllim. 
– Bugünkü «Ədəbiyyat qəzeti»ndə mənim hekayəmi oxudun? 
– Bəli, İlyas müəllim. 
– Onda, bəs, səhərdən niyə tərifləmirsən?! 
 
«NAM SALAT VMESTE!»  
 
1942-ci ilin yayında, müharibənin çətin vaxtında Mir Cəfər Bağırov  Əli 
Vəliyevi, Zeynal Xəlili, Azərbaycan KP MK-nın məsul işçisi Kərimov familyalı bir 
nəfəri və o zaman cavan bir yazıçı olan İlyas  Əfəndiyevi MK-ya çağırır və  şəxsi 
tövsiyələri ilə onları  əsgərlərlə görüş keçirmək üçün, Naxçıvanda yerləşən 402-ci 
Azərbaycan diviziyasına ezam edir.  
Bu kiçik dəstənin rəhbəri Əli Vəliyev idi və səfər bitdikdən sonra bu barədə 
bilavasitə M.C.Bağırovun özünə məlumat verməli idi. 
 Onlar Əli Vəliyevin ciddi nəzarəti altında isti Naxçıvanda gündə bir neçə dəfə 
əsgərlərlə görüş keçirirlər:  Əli Vəliyev məclisi aparırdı,  İlyas  Əfəndiyev 
«Azərbaycan ədəbiyyatı Böyük Vətən Müharibəsi günlərində» mövzusunda məruzə 
edir, hekayəsini oxuyurdu, Zeynal Xəlil də  şerlərini oxuyurdu və günorta da gəlib 
zabitlərin yemək otağında nahar edirdilər.  
Birinci gün nahar vaxtı xörəkpaylayan rus qızı onlardan soruşur: 
– Salat vam otdelno prinesti, ili vmeste? 
Səmimi bir adam olan Əli Vəliyev dərhal: 
– Salat vmeste! – deyir.  
O qorxulu illərin rəsmi məsuliyyət hissi Əli Vəliyevdə çox güclü idi və  Əli 
müəllim Naxçıvanda səfər yoldaşlarına nəfəslərini dərməyə  də imkan vermirdi: 
dördü də bir yerdə görüşə gedir, bir yerdə nahar edir, dördü də  mehmanxanadakı 
böyük bir otaqda bir vaxtda yatırdı. 
Havalar həddən artıq isti keçirdi və eləcə isti günlərdən birində günorta 
görüşdən qayıdarkən naharqabağı Əli Vəliyev deyir: 


 
327
– Ürəyim yaman gilənar istəyir!.. 
Günlərinin yeknəsəqliyindən canı darıxan İlyas Əfəndiyev deyir: 
– Əli, icazə ver, mən gedim şəhər bazarından gilənar alım gətirim. 
– Nahara gecikməzsən ki? 
– Yox! 
Onda get, amma tez gəl ki, nahara gecikməyək! 
27 yaşlı  İlyas  Əfəndiyev qarnizondan çıxıb  şəhərə gedir və bazarın 
girəcəyindəki kiçik kababxanadan tar səsi eşidir. Içəri girib görür ki, qarabəniz arıq 
bir tarzən tarı sinəsinə  sıxıb, gözlərini yumub, necə deyərlər, ürəyinin mizrabıyla 
«Segah» çalır və o «Segah» neçə gündən bəri birinci dəfə azadlığa çıxmış  İlyas 
Əfəndiyevi necə tutursa (bəlkə elə  həmin təəssüratla da bir müddətdən sonra
məşhur «Qoca tarını çaldı» hekayəsini yazır...), kababxanada əyləşib yüz qram 
konyak, bir az da yemək sifariş edir.  
Tarzən çalır,  İlyas  Əfəndiyev qulaq asır, bircə Allah bilir ki, o anlarda nə 
hisslər keçirir, dünyanın hansı işlərini fikirləşir, təzədən yüz qram konyak gəlir və 
bu münvalla vaxt keçir, qaş qaralır, bazar bağlanır və axşam  İlyas  Əfəndiyev boş 
qarnizona qayıdanda görür ki, Əli Vəliyev, sağ tərəfində də Zeynal Xəlillə Kərimov, 
sükut içində həyətdəki skamyada oturublar və Əli Vəliyev qəzəblə gözlərini zilləyib 
naməlum bir nöqtəyə. 
İlyas Əfəndiyev yavaşca gəlib oturur Əli Vəliyevin sol tərəfində və ömründə 
dilinə içki dəyməmiş  Əli Vəliyev çönüb onu yanında görəndə, belə bir 
gözlənilməzlikdən: 
– Boy!..– deyir, sonra burnunu tutub: – Püf!..– eləyir.– Dədəmin goruna and 
olsun, bunu Bağırova xəbər verməsəm, məndən pis adam yoxdu! – Hirslə ayağa 
qalxır. – Kərimov, dur! 
Bundan sonra Əli Vəliyev  İlyas  Əfəndiyevi danışdırmır. Günorta nahar 
zamanı Əli Vəliyev uzun barmağını İlyas Əfəndiyevə tuşlayıb xörəkpaylayan qıza: 
– Yemu salat otdelno!– deyir. 
Qorxuya düşən Kərimov tez-tez İlyas  Əfəndiyevin qulağına pıçıldayır: «– 
Başımıza oyun açdın! Sən heç, Bağırov mənim dədəmi yandıracaq! Deyəcək ki, bəs, 
sən hara baxırdın?! Səni onlarla bir yerdə nəyə göndərmişdim?!» 
Iki gün beləcə davam edir, üçüncü gün günorta hərbçilərlə görüş zamanı İlyas 
Əfəndiyev məruzəsindən sonra, hekayə oxumaq əvəzinə, insani hisslərdən 
danışmağa başlayır,  Əli Vəliyevin komandir Aslan Novruzovun müharibədə  həlak 
olmasını təsvir edən hekayəsi üzərində dayanır.  
Müharibədən əvvəl Incəsənət Idarəsində sədr müavini işləmiş, cavan, yaraşıqlı 
bir oğlan olan Aslan Novruzovu İlyas Əfəndiyev də yaxşı tanıyırmış və onun ölümü 
barədə  həmin görüşdə çox təsirli danışır, deyir ki, Əli müəllimin bu hekayəni 
yazması onun bir insan kimi, daxili kövrəkliyinin nümunəsi, həyatdan cavan getmiş 
bir adam qarşısında mənəvi borcunun ifadəsidir...  
Görüş qurtaran kimi, bu çıxışdan çox təsirlənmiş  Əli Vəliyev üzünü İlyas 
Əfəndiyevə tutur: 
– İlyas, gedək! Naharın vaxtıdı! 
Onlar yeməkxanaya gələndə Əli Vəliyev xörəkpaylayan qıza deyir: 
– Nam salat vmeste! 
Kərimov, nəhayət ki, rahat nəfəs alır. 
 
MƏMMƏD ƏKBƏR TƏƏSSÜF EDİR  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə