Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə159/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   153   154   155   156   157   158   159   160   161

 
328
1950-ci illərin ortalarında bir yaz axşamı  İlyas  Əfəndiyev Cənubi Sovet 
Meydanındakı evinə  tərəf gedirmiş  və küçədə yazıçı-jurnalist və gözəl insan 
Məmməd Əkbərlə rastlaşır.  
– Nə var, nə yox, Məmməd Əkbər? Necəsən? 
Məmməd Əkbər: 
– Eh, necə olacağam, ay İlyas?– deyir.– Heç olmasa, Allahın  Əfqanıstanına 
padşah da olmadıq! 
 
HAMAM ƏHVALATI  
 
Görkəmli yazıçımız Əbülhəsən sağlam, gumrah, sifəti qırmızı rəngli bir adam 
idi, özü də keçmiş «Kommunist» (indiki Istiqlaliyyət) küçəsində yaşayırdı. 
Bir gün İlyas Əfəndiyev həmin «Kommunist» küçəsi ilə gedəndə Xan Şuşinski 
ilə rastlaşır. Xan Şuşinski İlyas Əfəndiyevin dayısı, görkəmli teatr xadimi Cəlil bəy 
Bağdadbəyovla yaxın dost olmuşdular və o, İlyas  Əfəndiyevin də  xətrini çox 
istəyirdi. Xoş-beşdən sonra Xan Şuşinski deyir: 
– İlyas, sizin o möhtərəm Əbülhəsən var e, çox təmizkar kişidi!  
– Elədi, Xan əmi! Bəs, sən nədən bildin? 
– Hər dəfə filarmoniyaya gedəndə bu Qəminis küçəsində onnan rastlaşıram, 
sifətinnən görürəm ki, kişi hamamdan gəlir!.. 
 
POÇT ƏHVALATI  
 
1939-cu ildə Füzuli rayonunda müəllim işləyən 25 yaşlı gənc İlyas Əfəndiyev 
təzəcə yazıb bitirdiyi, sonralar isə Azərbaycan  ədəbiyyatının məşhur faktlarından 
birinə çevrilən və müəllifinə böyük şöhrət qazandıran «Kənddən məktublar» silsilə 
hekayələrini fikir öyrənmək üçün Bakıya gətirir, həyatında ilk dəfə Yazıçılar 
Ittifaqına gedir.     
O zaman görkəmli yazıçımız  Əbülhəsən Yazıçılar Ittifaqında nəsr üzrə 
məsləhətçi işləyirdi və Əbülhəsən müəllim otağa daxil olmuş bu cavan oğlana baxıb 
soruşur: 
– Nə istəyirsən? 
İlyas Əfəndiyev deyir: 
– Mən... «Kənddən məktublar»... yazmışam... 
Yazmaq həvəskarlarının əlindən zinhara gəlmiş Əbülhəsən müəllim: 
– Əzzim, əzzim,– deyir,– bura Yazıçılar Ittifaqıdır, poçt idarəsi deyil! Məktub 
yazmısan, apar at poçta! 
... Sonralar elə həmin Əbülhəsən müəllimin özünün də yaxından köməkliyi ilə 
«Kənddən məktublar» kitab halında nəşr olundu və böyük müvəffəqiyyət qazandı. 
 
 
İLYAS ƏFƏNDİYEV QRAFOMANDAN  
YAXASINI NECƏ QURTARDI VƏ  
NƏBİ XƏZRİNİ NECƏ İŞƏ SALDI  
 
Əllinci illərdə İlyas Əfəndiyev, Osman Sarıvəlli, Zeynal Xəlil və Nəbi Xəzri 
Yazıçılar Ittifaqında məsləhətçi işləyirdilər.  
İlyas Əfəndiyev dramaturgiya üzrə, Nəbi Xəzri isə poeziya üzrə məsləhətçi idi 
və ikisi də Yazıçılar Ittifaqının məşhur «məsləhətçilər otağında» otururdu. 
Bir gün bir «şer bülbülü» içəri girib İlyas Əfəndiyevin başının üstünü alır. 


 
329
–  İlyas müəllim, bir dənə  əla drama yazmışam, on pərdəsi var! Indi 
oxuyacağam sizə! 
İlyas Əfəndiyev soruşur: 
– Nə yazmısan? 
– On pərdəli drama! Içində əla şerlər də var! 
– Deyirsən əla şerlərdi də? 
– Bəli! 
– Onda keç Nəbi Xəzrinin yanına, başla ona oxumağa. Şerə o baxır! 
 
SÖZ BIR OLAR!  
                    
Müharibədən əvvəlki illərdə Füzuli rayonundan Bakıya gəlmiş cavan bir oğlan 
olan İlyas Əfəndiyev 1945-ci ildə bir müddət «Kommunist» qəzetində oçerk yazan 
vəzifəsində işləyir. Qəzetin Baş redaktoru isə Əli Vəliyev idi. 
Bir gün Əli Vəliyev tapşırır ki, İlyas neftçilərin həyatından təcili bir oçerk 
yazsın.  İlyas  Əfəndiyev oçerki yazır, amma həmin vaxt Əli Vəliyev xəstələndiyi 
üçün, işə  çıxmır və redaksiyaya zəng çalıb xahiş edir ki, İlyas onların evinə  gəlib 
oçerki ona oxusun. 
İlyas  Əfəndiyev  Əli Vəliyevin xətrini çox istəyirdi və kişinin xahişinə  əməl 
edib onlara gedir, görür ki, Əli Vəliyev yorğan-döşəkdə uzanıb, istəkli həyat yoldaşı 
Qumru xanım da oturub onun yanında. 
İlyas  Əfəndiyev oçerki oxumağa başlayır və qurtaranda sükut çökür, sonra 
Qumru xanım ərinə: 
– Alı, – deyir, – maşallah, nə qəşəng yazıb e!.. 
Sonra yenə sükut çökür və bu dəfə sükutu Əli Vəliyev özü pozub İlyas 
Əfəndiyevdən soruşur: 
– Bə nə gözləyirsən? 
İlyas Əfəndiyev: 
– Gözləyirəm ki, fikrini deyəsən də!– deyir. 
Əli Vəliyev: 
– Boy!..– deyə sidq-ürəkdən təəccüb edir və yekə  əlini Qumru xanıma tərəf 
uzadır.– Dedi də!..– Sonra əlavə edir: – Tez apar redaksiyaya, göndərsinlər nabora! 
 
MOTOR QAYIŞININ ƏHVALATI  
 
Altmışıncı illərin lap əvvəllərində  İlyas  Əfəndiyev yazıçı  Qılman  İlkini də 
qonaq götürür və özünün «Volqa» maşınında Masallıya, orada həkim işləyən bacısı 
Nəzihə xanımgilə gedirlər.  
Maşını  İlyas  Əfəndiyevin o zaman onuncu sinifdə oxuyan oğlu Timuçin 
sürürdü. 
Birdən yolda maşının motorunun qayışı  qırılır və Timuçin yol kənarında 
dayanıb qırılmış qayışı ötüb keçən maşınlara göstərir ki, kimsə dayanıb yardım 
eləsin. 
Bir müddət keçir, maşın dayanmır, hamısı ötüb keçir və gözləməkdən təngə 
gəlmiş İlyas Əfəndiyev maşından düşüb Timuçinə deyir: 
– Sən çəkil, özüm saxladacağam. 
İlyas  Əfəndiyev  əlini qaldırdığı elə birinci maşın onların yanında dayanır və 
sürücü pəncərədən boynunu uzadıb hörmətlə: 


 
330
–  İlyas müəllim, nə lazımdı?– soruşur və ehtiyat kəməri olmadığı üçün, 
təəssüflə üzrxahlıq edib gedir.  
Ikinci maşının sürücüsü də  İlyas müəllimi tanıyıb maşını onların yanında 
saxlayır və pul almadan ehtiyat kəməri onlara verib gedir. 
Kefi kökələn İlyas Əfəndiyev Timuçinə deyir: 
– Gördün maşını necə saxlayarlar?! 
– Mən də İlyas Əfəndiyev olsaydım, saxlayardılar!– deyə Timuçin cavab verir. 
 
İLYAS ƏFƏNDİYEVİN ANASI  
BİLQEYİS XANIM FİRUDIN ŞUŞINSKİYƏ  
TƏSİR EDƏ BİLMƏDİ  
 
Görkəmli sənətşünas, çox koloritli bir adam olan Firudin Şuşinski  İlyas 
Əfəndiyev yaradıcılığının pərəstişkarı idi. Hələ  qırxıncı illərin sonu, əllinci illərin 
əvvəllərindən etibarən o İlyas  Əfəndiyevin «Mirzə  Fətəli» küçəsindəki mənzilinə 
gedib-gələrdi, Qarabağın tarixi ilə bağlı yeni nə fakt tapsaydı, o saat gəlib  İlyas 
Əfəndiyevgildə danışardı, gözəl Şuşa mühiti ilə, oranın Qəssab Abış, yaxud Hambal 
Əsgər xan kimi məşhur qəhrəman-personajları ilə bağlı  yeni    nə  məzəli  əhvalat 
eşitsəydi (ya da bu əhvalatları özü quraşdırsaydı!), ilkin olaraq gəlib  İlyas 
müəllimgildə söyləyərdi.  
İlyas  Əfəndiyevin  Şuşa ilə çox bağlı olan anası Bilqeyis xanım da Firudin 
Şuşinskinin xətrini istəyirdi, hərdən  şüyüdplov, yaxud zoğallı  çəkmə bişirəndə 
xüsusi sifariş göndərtdirib Firudini də yeməyə  dəvət edirdi, oturub onunla ləzzətlə 
söhbətləşirdi, amma hərdən də Firudinin şuşalılara xas olan bir şuxluq və məzə ilə 
kimlərəsə söz qoşması, kimlərisə  bəzəməsindən, bu cürə zarafatlarından narazı 
qalırdı, Firudini məzəmmət edirdi. 
Bir gün Bilqeyis xanım belə məqamlardan birində Firudinə dedi: 
– Ay Firudin, adam gərək elə eləsin ki, bu dünyadan köçəndən sonra da onu 
xoşluqla xatırlasınlar, incikliklə yox. 
Firudin Şuşinski isə: 
– Bilqeyis xanım, – dedi. – Mən öləndən sonra, götürüb lap Xəznə qayasından 
(Şuşanın Cıdır düzü ilə üzbəüz) üzüaşağı tullasınlar, bunun mənə nə dəxli? 
 
KOLXOZ ATININ NİGARANÇILIĞI  
 
1965-ci ilin iyun ayında  İlyas  Əfəndiyev Gəncənin o zamankı I katibi Tofiq 
Bağırovun dəvətilə Gəncəbasara istirahət səfərinə çıxmışdı və həmin vaxt Musiqili 
Komediya Teatrı da Gəncədə qastrolda idi.  
Hər gün səhər yeməyinə oturarkən  İlyas  Əfəndiyev Lütfəli Abdullayevi də 
qonaq evinə  dəvət edirdi və Lütfəli də  hər dəfə gülməli  əhvalatlar danışıb  əhli-
masanın ürəyini açırdı.  
Onun danışdığı  əhvalatlardan biri İlyas  Əfəndiyevin çox xoşuna gəlmişdi və 
sonrakı illərdə tez-tez o əhvalatı xatırlayıb gülürdü. Elçin də həmin əhvalatı «Poçt 
şöbəsində xəyal» pyesinə salmışdı. 
Lütfəli Abdullayev danışırdı: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə