Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə153/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   149   150   151   152   153   154   155   156   ...   161

 
316
– Mərcləşək! 
– Bir «Inturist» qonaqlığından?! 
Dedim: 
– Oldu! 
Mehdi «Hərb və sülh» romanının birinci cildini götürüb həmin yeri açdı və 
məlum oldu ki, mən deyən kimidir. Mehdinin əməlli-başlı pərt olduğunu görüb 
dedim: 
– Yəqin sən çoxdan oxumusan, Mehdi, amma mən bu yaxınlarda oxumuşam. 
Ona görə də yadımda qalıb.  
Həqiqətdə isə, mən o romanı yalnız bir dəfə, özü də hələ yazıçı olmayanda – 
Füzulidə oxumuşdum. Hafizəm çox yaxşı olduğundan, «Hərb və sülh»ü çox 
sevdiyimdən detalların yadımda qalması təəccüblü deyildi. 
Fatma xanım bərkdən gülüb: 
– A kişi,– dedi,– uduzdun, apar uşaqların qonaqlığını ver». 
40-50-ci illərdə, hətta 70-80-ci illərdə də ədəbi dairələrdə yalançı bir şüar 
hökm sürürdü: «Həyatı öyrənmək lazımdır!» və bu zaman həmin «Həyat» məfhumu, 
əslində, kolxozdan, sovxozdan, fabrikdən, zavoddan, bir sözlə, istehsalatdan ibarət 
idi.  
Bu şüarın əks qütbündə isə, bu gün nə qədər qəribə səslənsə də, kitab 
dayanırdı, yəni, filankəs həyatı (yəni, neft, yaxud metal istehsalını, baramaçılığı, 
camışçılığı, yaxud qaynaqçı peşəsini və s.) bilmir, kitabdan gəlir... 
İlyas Əfəndiyev söhbətlərində tez-tez bu mövzuya toxunurdu: 
– Həyat ilə kitabı qarşı-qarşıya qoymaqdan da əbləh bir şey tapmaq mümkün 
deyil!– deyirdi.– Onda Qraf Tolstoy, ya lord Bayron gərək əllərinə qələm 
almayaydılar... Özləri kitab oxumur, çünki kitaba yad adamlardı, ona görə də ortaya 
belə şüarlar atırlar!.. 
Bir də İlyas Əfəndiyev deyirdi: 
– Həyatı öyrənmək lazım deyil, həyatı hiss etmək lazımdı!   
İlyas Əfəndiyev heç vaxt redaksiyaların sifarişi, yaxud kiminsə xahişi ilə 
məqalə yazmırdı, o, ədəbi tənqiddə də tamam sərbəst, azad bir adam idi və onun 
qələmə aldığı mövzunu, onun hissiyyatı, zövqü, sənət düşüncələri diqtə edirdi, o, 
həvəsi olmasa, qələmini nəyi isə yazmağa məcbur edən adam deyildi. 
Artıq çox uzaqlarda qalmış bir epizodu da xatırlamaqla bu barədə söhbətimi 
yekunlaşdırmaq istəyirəm. 
Mən 1969-cu ildə, 26 yaşımda namizədlik dissertasiyası müdafiə etdim və o 
müdafiə çox uğurlu keçdi, rəhmətlik Abbas Zamanov, opponentim olan Mehdi 
Məmmədov, Məmməd Hüseyn Təhmasib, Mirəli Seyidov, başqaları təklif etdilər ki, 
mənə birdən-birə doktorluq adı verilsin. O zamanın qaydasına görə dissertasiyanın 
avtoreferatını, sənədləri təsdiq olunmaqdan ötrü Moskvaya, Ümumittifaq Attestasiya 
Komissiyasına göndərdim. O materialların ardınca Moskvaya təcili anonim bir 
məktub göndərmişdilər ki, Elçinin dissertasiyasını özü yox, atası İlyas Əfəndiyev 
yazıb. 
Bu hadisə İlyas Əfəndiyevi qəzəbləndirmək əvəinə, ona ləzzət eləmişdi və 
gülə-gülə deyirdi: 
– Əşşi, mənim dissertasiya yazmaq həvəsim olsaydı, indiyə qədər elə oturub 
özüm üçün yazardım də!..   


 
317
 
8. 
 
Mən artıq qeyd etdim ki, İlyas Əfəndiyev ömrü boyu vəzifəni, iclasları, 
bürokratik aparatı, sovet ədəbi-ictimai həyatının cürbəcür «seçkili» orqanlarını heç 
vəchlə yaxına buraxmayan bir adam idi (yalnız cavan çağlarından etibarən, həmişə 
Azərbaycan Yazıçılar Ittifaqı Rəyasət Heyətinin, bir də ki, Akademik Milli Dram 
Teatrı Bədii Şurasının üzvü olmuşdu, vəssalam!), onda, bütün bunlara qarşı təbii bir 
allergiya var idi, amma eyni zamanda o, (və bu, xüsusən, sovet gerçəklikləri 
kontekstində qəribə görünürdü) dünəninə, bugününə və sabahına görə hər an 
xalqının təəssübünü çəkməyə hazır olan (və çəkən!) bir ictimai xadim idi, oxucular 
da, ictimai mühit də onu ictimai xadim kimi də qəbul edir və ona hörmət 
bəsləyirdilər. 
Unudulmaz maestro Tofiq Quliyev hələ İlyas Əfəndiyevin sağlığında ikən 
yazırdı:  
«Mənim əziz dostum İlyas Əfəndiyev böyük dramaturq və nasirdir, onun 
müasir Azərbaycan ədəbiyyatının və teatr sənətinin inkişafında müstəsna xidmətləri 
var, o ən çox oxunan, sevilən Azərbaycan yazıçılarından biridir... Bir cəhəti də qeyd 
etmək istəyirəm: İlyas Əfəndiyev canı ilə, qanı ilə ədəbiyyata, sənətə bağlılığı ilə 
bərabər, həm də görkəmli ictimai xadimdir.»   
 Doğrudan, qəribədir, Sovet Ittifaqında yaşayasan, heç zaman deputat 
seçilməyəsən, nəinki heç vaxt partiyanın rəhbər orqanlarında, ümumiyyətlə, heç 
Kommunist Partiyasının sıravi üzvü də olmayasan və səni ictimai xadim kimi də 
qəbul etsinlər – SSRI-də çətin analoqu tapılan bir hadisədir. 
Şəxsən mənim üçün, burada bir sirri-xuda yoxdur: İlyas Əfəndiyevin ictimai 
xadimliyi də onun qələminin bəhrəsi idi. Onun ictimai xadimliyini «yüksək» 
tribunalarda boğazdan yuxarı bir səmimiyətlə söylənən «atəşin» çıxışlar yox, 
təyinatlı deputat fəaliyyəti, icazəsi verilmiş təşəbbüskarlıq, tapşırılmış bəyanatlar, 
çağırışlar yox, qələminin vətəndaş ehtirası müəyyən edirdi. 
İlyas Əfəndiyev hələ Sovet Ittifaqı vaxtında həmin vətəndaş ehtirası ilə 
yazırdı: «Axı, biz, tribunalarda «vicdan, vicdan!» deyə bağıraraq, Didrodan, 
Aristoteldən sitatlar gətirən, əslində, pabmıqla baş kəsən, hər hökumət, partiya 
başçısının vaxtında bir dona girən, bu gün təriflədiyi «rəhbəri» sabah bağıra-bağıra 
pisləyən buqələmunları çox görmüşük». 
Həmin buqələmun ictimai xadimlər həmişə həm yazıçı İlyas Əfəndiyevin, həm 
də ictimai xadim İlyas Əfəndiyevin qələminin hədəfi idi. 
1991-ci ilin yanvarında – hələ sovet imperiyasının şərəfsizcəsinə süqutundan 
əvvəl, İlyas Əfəndiyev «Mənliyimiz və mədəniyyətimiz» adlı məqaləsində yazırdı:  
«Son yetmiş ildə Stalin repressiyası insanlarda bütün müqədds ideyalara inamı 
məhv etdi. Iş o dərəcəyə çatdı ki, hətta genlərin təsirinə, kibernetikaya inanmaq 
qadağan edildi. Stalinin zorla yaratdığı kollektivləşmə, yalançı beynəlmiləlçilik, 
kobud ateizm adamlarda paxıllıq, ikiüzlülük, közü öz qabağına eşmək, yaltaqlıq, 
satqınlıq kimi keyfiyyətləri sürətlə artırdı. Qardaş qardaşa, ata oğula inanmadı. 
Beləliklə, dəmir hasara alınmış sovet cəmiyyətində insanın daxili-ülvi mədəniyyətini 
cəhənnəm adamının soyuq amansızlığı əvəz etdi. Cəmiyyətin insani müvazinəti 
pozuldu.» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə