Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə151/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   147   148   149   150   151   152   153   154   ...   161

 
312
«Unuda bilmirəm» – 424 dəfə (müxtəlif bölgələrə qastrollarla birlikdə 500-dən 
çox); 
«Büllur sarayda» – 304 dəfə (qastrollarla bərabər 400-dən çox); 
«Qəribə oğlan» – 285 dəfə (qastrollarla bərabər 300-dən çox); 
«Sən həmişə mənimləsən» – 143 dəfə (qastrollarla birlikdə 250-dən çox); 
«Xurşid banu Natəvan» – 106 dəfə (qastrollarla birlikdə 150-dən çox); 
«Bizim qəribə taleyimiz» – 103 dəfə (qastrollarla birlikdə 140-dan çox); 
«Dəlilər və ağıllılar» – 103 dəfə (qastrollarla birlikdə 130-dan çox) 
Və s.  
Bu tamaşaların səhnə ömrünə nəzər salaq: 
«Unuda bilmirəm» – 1 noyabr 1968-ci ildə tamaşaya qoyulub, son tamaşası isə 
4 iyul 1985-ci ildə göstərilib. 17 il fasiləsiz repertuarda olub. 
«Qəribə oğlan» – 8 aprel 1973-cü ildə tamaşaya qoyulub, son tamaşası 8 
yanvar 1988-ci ildə göstərilib. 15 il fasiləsiz repertuarda olub. 
«Mahnı dağlarda qaldı» – 12 fevral 1972-ci ildə tamaşaya qoyulub, son 
tamaşası isə 23 sentyabr 1983-cü ildə göstərilib. 13 il fasiləsiz repertuarda olub. 
Və s., onun 3-4 ildən az repertuarda olan tamaşası, demək olar ki, yoxdur. 
 Bir neçə il bundan əvvəl, «İlyas Əfəndiyev teatrı»nın istedadlı 
tədqiqatçılarından biri olan İlham Rəhimli yazırdı: «Azərbaycan teatrının 123 illik 
tarixində ona xidmət edən yüzlərlə milli dramaturqlarımız olub. Ancaq onların 
arasında öz teatrını yaradan, öz səhnə estetikasını müəyyənləşdirən, öz poetika 
göstəricilərini müəyyənləşdirən dramaturqlar çox azdır: Mirzə Fətəli, Mirzə Cəlil
Cəfər Cabbarlı, Əbdürrəhim bəy, Hüseyn Cavid... Bu siyahıda İlyas Əfəndiyevin adı 
ən ləyaqətli yerlərdən birini tutur. «İlyas Əfəndiyev teatrı» son otuz ilin milli səhnə 
fəaliyyətinin tənzimləyicisi, mənəvi-əxlaqi problemlərin bədii təcəssümçüsü, yeni 
teatr poetikasının müəyyənləşdiricisi, təzə aktyor nəslinin formalaşdırıcısı olub.» 
İlyas Əfəndiyev və teatr mövzusu ilə bağlı bu kiçik qeydləri bitirmək istərkən 
bir epizod yadıma düşdü. Təxminən iki il bundan əvvəl, soyuq bir qış axşamı 
Akademik Milli Dram Teatrının o zamankı direktoru və bədii rəhbəri Həsənağa 
Turabovun iş kabinetində idim. Rəhmətlik Eldəniz Zeynalov kabinetə girdi və məni 
görəndə özünü saxlaya bilməyib qucaqladı və dolmuş bir halda: 
– İlyas müəllimdən sonra,  teatr yetim qalıb!.. Hamımız yetim qalmışıq!..– 
dedi. 
Mən bu kiçik (amma heç vaxt mənim yadımdan çıxmayacaq!) epizodu ona 
görə xatırladım ki, əgər səhv etmirəmsə, Eldəniz Zeynalov İlyas Əfəndiyevin yalnız 
bir əsərinin – «Dəlilər və ağıllılar» – tamaşasında epizodik Ağadadaş Nəcəfov 
rolunda Hacı Ismayılovun dublyoru olub və o da İlyas Əfəndiyevsiz teatrda özünü 
yetim hiss edirdi...   
Və nəhayət «İlyas Əfəndiyev və teatr» mövzusu ilə bağlı bir faktı da demək 
istəyirəm, çünki bu fakt da İlyas Əfəndiyevin şəxsiyyəti, xasiyyəti, düşüncənin hansı 
sferalarında yaşaması barədə az söz demir: o, Azərbaycan Teatr Xadimləri 
Ittifaqının üzvü deyildi... 
Və həmin Ittifaqa üzv olmaq üçün İlyas Əfəndiyevdən zəmanət almaq istəyən 
cavan (və qeyri-cavan!) dramaturqlar, ümumiyyətlə, teatr sənəti ilə bağlı olan 
adamlar bu faktı biləndə mat qalırdılar... 
 


 
313
7. 
 
Oxucuların yaxşı tanıdığı nasir İlyas Əfəndiyevlə, dramaturq İlyas 
Əfəndiyevlə bərabər, uzun onilliklər boyu tənqidçi İlyas Əfəndiyev də daima Söz 
demiş, Sözün təəssübünü çəkmişdir. 
Doğrusunu deyim ki, İlyas Əfəndiyevin məqalələrini müxtəlif illərdə ayrı-
ayrılıqda oxusam da, onun «Seçilmiş əsərlər»inin yeni nəşrini çapa hazırlayarkən, 
həmin məqalələri bir yerdə, bir toplu şəklində oxuduqda, mən maraqlı bir faktla 
qarşılaşdım: söhbət ədəbiyyatın aktual problemləri ilə bağlı və ardıcıl surətdə 
məqalələr yazan yazıçı İlyas Əfəndiyevdən yox, professional nasir, professional 
dramaturq kimi, professional da tənqidçi İlyas Əfəndiyevdən gedir. 
Bu məqalələrin elmi-nəzəri səviyyəsi, bədii-estetik maraqları güdmək ehtirası, 
mövzu genişliyi, təhlil obyekti seçilən əsərlərin janr müxtəlifliyi bu fikri söyləməyə 
əsas verir və bu mənada İlyas Əfəndiyev XX əsrdə bizim yazıçı-tənqidçi 
müştərəkliyini qələmində üzvi şəkildə birləşdirən sənətkarlarımızdan biridir. 
İlyas Əfəndiyevin məqalələrini xronoloji ardıcıllıqla oxuduqda, 
professionallığa aparan elmi-nəzəri xəttin necə formalaşmasının, necə 
sabitləşməsinin əyani şahidi oluruq. 
Onun ilk məqaləsi – «Bataqlıq soldatları» adlı film haqqında Ə.Bəbirlə 
birlikdə yazdığı resenziya «Yeni yol» qəzetinin 14 dekabr 1938-ci il sayında çap 
olunub və həmin məqalə, ümumiyyətlə, İlyas Əfəndiyevin mətbuatda çıxmış ilk 
yazısıdır. 
Orası da, yəqin, maraqlı (və əlamətdar!) bir cəhətdir ki, bu ilk yazıdan sonra, 
İlyas Əfəndiyevin «Ədəbiyyat qəzeti»ndə dərc olunmuş ilk müstəqil məqaləsi Milli 
Dram Teatrımızın səhnəsində tamaşaya qoyulmuş «Müsibəti-Fəxrəddin» tamaşası 
haqqında resenziyadır; bu mənada maraqlıdır ki, gənc yazıçı ilk müstəqil tənqidi 
fikrini gələcək yaradıcılıq həyatının (və ümumiyyətlə, həyatının) 1944-cü ildə 
«Intizar»ın tamaşasından sonrakı 52 ili ilə ən sıxı surətdə bağlı olacaq bir sənət 
ocağı haqqında söyləmişdir.    
Bu məqaləni mən 60-cı illərin ikinci yarısında mətbuatı araşdırarkən tapıb 
oxumuşdum və 30 ildən sonra – vəfatından bir-iki il əvvəl mən, «Müsibəti 
Fəxrəddin» tamaşası haqqında yazılmış bu ilk müstəqil məqaləsini İlyas 
Əfəndiyevin yadına saldım və soruşdum ki, necə oldu, bu ilk məqalə o teatrdan bəhs 
etdi? 
İlyas Əfəndiyev: 
– Yəqin təhtəlşüur olub... – dedi. 
Və biz fikir versək, görərik ki, Akademik Milli Dram Teatrının, qismən də 
başqa teatrların tamaşaları haqqında, daha geniş götürsək isə, ümumiyyətlə, teatr, 
dramaturgiya və kino problematikası İlyas Əfəndiyevin ədəbi tənqidində çox 
mühüm yer tutur.  
Yəqin bu da təsadüfi deyil ki, Azərbaycan yazıçılarının II Qurultayına (1954) 
və III Qurultayına (1958) dramaturgiya haqqında məruzələri İlyas Əfəndiyev 
etmişdir və onun, həmin məruzələrin əsasında yazdığı «Müasir dramaturgiyamız», 
«Son illərdəki dramaturgiyamız haqqında», eləcə də «Cavan dramaturqlar» və s. 
kimi sanballı məqalələri, «Yağışdan çıxdıq, yağmura düşdük»dən, yaxud «Kəndçi 
qızı»ndan tutmuş, «Antoni və Kleopatra», yaxud «Fırtına»yacan bir çox tamaşalar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə