Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə149/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   145   146   147   148   149   150   151   152   ...   161

 
308
– İlyas Əfəndiyev! İlyas Əfəndiyev! İlyas Əfəndiyev!». 
Mən bu mülahizələri oxuyuram və fikirləşirəm ki, İlyas Əfəndiyevin teatrla 
belə bir qarşılıqlı bağlılığının, onun, hələ gənc yaşlarından etibarən, bir yazıçı kimi 
daima dramaturgiyaya meyl etməsinin, «İlyas Əfəndiyev teatrı»nın Azərbaycan 
mədəniyyətində yeni keyfiyyətli bədii-estetik bir hadisə kimi meydana çıxmasının, 
görünür, lap uşaq çağlarından bir işıq kimi içinə dolmuş teatr təəssüratının rolu 
böyük olmuşdur. 
İlyas Əfəndiyev uşaq ikən, Füzulidə, onun özünün sözləri ilə desəm, «kiçik, 
amma maraqlı, sevincli bir dram dərnəyi var idi» və bu dərnəyi yoxsullaşmış 
zadəganlardan olan Şamxal bəy Vəzirov təşkil etmişdi. Balaca İlyas o dərnəyin 
ifasında «Məşədi Ibad»a, «Arşın mal alan»a, «Laçın yuvası»na, «Dağılan tifaq»a, 
«Zorən təbib»ə, «Müfəttiş»ə baxmışdı və bu tamaşalar, şübhəsiz ki, təbiətən çox 
təəssüratlı bir uşaq olan İlyasa çox da təsir etmişdi.  
O kiçik dərnəyin fəaliyyət göstərdiyi klub, az bir zaman içində, İlyas 
Əfəndiyevin sonralar yazdığı kimi, «şəhər əhalisinin yeganə sevinc yeri oldu. Gənc 
artistlərin hərəsinin parlaq bir yaradıcılıq xüsusiyyəti meydana çıxırdı: paxlava-
peşmət satan Mehdi kişinin oğlu Mürşüd Həşimli şəhərin məşhur tragiki olub, Oqtay 
Eloğlu, Aydın, Əmiraslan bəy rollarını xüsusi məharətlə oynayırdı. Evlərdə 
günəmuzd iş görən, xeyirdə-şərdə fəal iştirak edən Xeyransa xalanın oğlu Təhməz, 
məsələn, «Hacı Qara»da Kərəməli, «Məşədi Ibad»da Hambal rollarını oynamaqla 
şöhrət qazanmışdı. Aşpaz Məmmədəli əminin oğlu Səfər komik rollarda səhnəyə 
çıxanda tamaşaçılar gülməkdən qəşş edirdilər. Truppanın rejissoru olan Cəmil 
Vəzirov (Şamxal bəyin kiçik qardaşı– E.) özü Məcnun, Kərəm, Aşıq Qərib kimi 
rolları məharətlə oynayırdı... Hamı yeni tamaşaların afişalarını böyük həvəslə 
oxuyurdu, izləyirdi. Rəngli qələmlərlə çəkilmiş afişaların başında həmişə yazılardı: 
«Həyat müvəqqəti, sənət daimidir». 
İlyas Əfəndiyev bu həvəskar artistləri, onların göstərdiyi o tamaşaları ömrünün 
sonuna kimi tez-tez yada salırdı və bu zaman açıq-aşkar hiss olunurdu ki, o, həmin 
cavan artistlərin göstərdiyi tamaşaların əhvali-ruhiyyəsini yenidən yaşayır, yetmiş il 
əvvəl olduğu kimi, yenə də həmin təəssüratın sirri-sehri və sevinci içindədir. 
O da mənim yaxşı yadımdadır ki, 48-49-cu illərdə – onda mənim 5-6 yaşım 
vardı – yayda, Füzulidə, İlyas Əfəndiyev hansı bir həvəslə məni o teatra aparırdı və 
artıq tanınmış yazıçı olsa da, Akademik Milli Dram Teatrının səhnəsində böyük 
aktyorların ifasında üç əsəri tamaşaya qoyulsa da, Füzuli klubunun binasında hansı 
bir maraqla «Əsli və Kərəm»ə tamaşa edirdi. 
İlyas Əfəndiyevin uşaqlıq dövründə gördüyü və dediyim kimi, sonralar tez-tez 
xatırladığı həvəskar teatr fədailərinin böyük əksəriyyəti repressiyaların qurbanı 
olmuş, güllələnmiş, Sibir çöllərinin gedib-qayıtmazlarında itib-batmışdı, salamat 
qalanlar isə müharibədən qayıtmamışdı və həmin 48-49-cu illərdə o «köhnə 
qvardiya»dan yanlız Mürşüd Haşımlı – artıq professional əməkdar artist 20-25 il 
əvvəllərdə olduğu kimi, Qara Keşişi oynayırdı. 
Əlbəttə, İlyas Əfəndiyevin teatrla bağlılığı öz başlanğıcını Füzulidəki o kiçik 
dram dərnəyindən götürmüşdü, amma, eyni zamanda, mən düşünürəm ki, «İlyas 
Əfəndiyev teatrı»nı yaradan bədii-estetik xüsusiyyətlərin də bünövrəsi elə o 
dərnəyin sənət ehtirasında, daimi yenilik axtarışlarında, eksperimentlərdən 
çəkinməməsində qoyulmuşdur. 


 
309
«İlyas Əfəndiyev teatrı» uzun fasilədən sonra, Azərbaycan teatrına insani hiss-
həyəcanların bədii ifadəsini gətirdi və yalnız gətirmədi, onları ön plana çəkdi, hər 
cürə ideoloji şüarçılığı insan psixologiyasının lirik təqdimatı ilə əvəz etdi, sovet 
dövründəki hakim ideologiyanın yaratdığı sosializm realizmi estetik təmayülünün 
ziddinə olaraq yaxşıya şirə qatmadı və pisi də gizlətmədi, həyatı bünün 
mürəkkəbliyi, ziddiyyəti ilə səhnəyə çıxartdı və parlaq istedada malik aktyor 
nəsillərini yetişdirdi. 
Azərbaycan teatrının 37-ci ilin cəhənnəmindən (İlyas Əfəndiyev bu «teatr 
cəhənnəmini» «Sevgililərin cəhənnəmdə vüsalı» faciəsində təsvir edib) salamat 
qurtarmış Azərbaycan səhnəsinin, demək olar ki, bütün böyük aktyorları, yaşlı 
nəslin nümayəndələri İlyas Əfəndiyevin əsərlərində oynamışlar və yəqin ki, 
oxucular üçün maraqlı olacağını düşünüb, mən, aşağıdakı siyahını tərtib etdim:  
Mirzəağa Əliyev – Zeyniş («Intizar»), Babadayı («Işıqlı yollar»), Sidqi 
Ruhulla – Alxasbəy («Intizar»), Ağasadıq Gəraybəyli – Alxasbəy («Intizar»), 
Vasilyev («Işıqlı yollar»), Nəcəf («Bahar suları»), Qoca knyaz («Xurşid banu 
Natəvan»), Əli Qurbanov – Fərrux Haşımzadə («Intizar»), Babadayı («Işıqlı 
yollar»), Qalmağal Mədəd («Bahar suları»), Mustafa Mərdanov – Cəfər («Intizar»), 
Kərim («Işıqlı yollar»), Sadıq Sadıqov («Atayevlər ailəsi»), Əjdər Sultanov – Tofiq 
(«Intizar»), Zəfər («Bahar suları»), Xosrov Atayev («Atayevlər ailəsi»), Ismayıl 
Osmanlı – Fərrux Haşımzadə («Intizar»), Kefli Bəşir («Bahar suları»), Səxavət 
(«Mənim günahım»),   Məmmədəli Vəlixanlı – Zeyniş («Intizar»), Hökumə 
Qurbanova – Sürəyya («Intizar»),  Gülara («Işıqlı yollar»), Şəfəq («Bahar suları»), 
Lətifə («Atayevlər ailəsi»), Möhsün Sənani – Cəfərqulu («Işıqlı yollar»), Xan Murad 
(«Bahar suları»), Q.Topuriya – Göhər xanım («Intizar»), Süleyman Tağızadə – 
Qambay («Intizar»), Ismayıl Dağıstanlı – Qambay («Intizar»), Elmar («Işıqlı 
yollar»), Tahir («Mənim günahım»), Böyük bəy («Mahnı dağlarda qaldı»), Ələsgər 
Ələkbərov – Alxan («Bahar suları»), Sona Hacıyeva – Gülyaz («Intizar»), Səadət 
(Bahar suları»), Əli Zeynalov – Səlim («Işıqlı yollar»), İldırım Atayev («Atayevlər 
ailəsi»),  Həsənzadə («Sən həmişə mənimləsən»), Sahib («Mənim günahım»), Leyla 
Bədirbəyli – Lalə («Işıqlı yollar»), Mehriban («Atayevlər ailəsi»), Nurcahan 
(«Mənim günahım»), Fəxrəndə xanım («Mahnı dağlarda qaldı»), Barat Şəkinskaya – 
Turac («Bahar suları»), Dilşad («Atayevlər ailəsi»), Mirvari Novruzova – Gülyaz 
(«Intizar»), Turac («Bahar suları»), Gözəl («Mənim günahım»), Yeva Olenskaya – 
Narıngül («Bahar suları»), Əminə Sultanova – Göhər xala («Intizar), Ballı xala 
(«Bahar suları»), Məlik Dadaşov – Ziya Şahsuvarov («Atayevlər ailəsi»), Həsənağa 
Salayev – Laçın («Işıqlı yollar»), Ağahüseyn Cavadov – Usta Fayiz («Işıqlı yollar»), 
Almurad («Mənim günahım»), Sofa Bəsirzadə – Reyhan («Atayevlər ailəsi»), 
Səadət xanım («Unuda bilmirəm»), Cəvahir xanım («Büllur sarayda»), Məmmədrza 
Şeyxzamanov – Mövsümzadə («Unuda bilmirəm»), Barsuq («Qəribə oğlan»), 
Həsənalı («Mahnı dağlarda qaldı»), Əliağa Ağayev – Dadaş («Qəribə oğlan»), 
Nəcibə Məlikova – Məlahət («Qəribə oğlan»), Qönçə («Büllur sarayda») və başqa 
sənətkarlar. 
Və aktyor oyunu baxımından belə bir zəngin təcrübəyə malik «İlyas 
Əfəndiyev teatrı», yuxarıda yazdığım kimi, yeni sənətkarlar nəsli yetişdirdi.  
Ədəbi tənqidin də, bu sənətkarların özlərinin də dəfələrlə yazdıqları, dedikləri 
kimi, 60-cı illərdə və sonralar sənətə gəlmiş Həsənağa Turabov, Amalya Pənahova, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə