Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə138/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   134   135   136   137   138   139   140   141   ...   161

 
286
təzyiqi ilə «Kommunist» qəzetindəki dərcin dayandırılmasından sonra başlayan 
hücum kompaniyası ictimaiyyətdə elə bir ajiotaj yaratdı, elə bir çaxnaşma saldı, 
oxucuların, aparıcı tənqidçilərin bu əsəri müdafiəsi elə bir müstəviyə gəlib çıxdı ki, 
sözün əsl mənasında, ədəbi-ideoloji bumeranqa çevrildi və o «ifşa» məqalələri 
Azərbaycan KP MK-nın 29 avqust 1962-ci il tarixli plenumunda, eləcə də Yazıçılar 
Ittifaqı partiya təşkilatının yığıncağında çox ciddi tənqid olundu. (Bax: «Ədəbiyyat 
və Incəsənət» qəzeti, 1 sentyabr 1962-ci il; «Ədəbiyyat və Incəsənət» qəzeti, 15 
sentyabr 1962.) 
İlyas Əfəndiyev üçün bu – oxucularının qələbəsi idi.  
Mənim üçün qiymətli cəhətlərdən biri odur ki, İlyas Əfəndiyevin vəfatından 
keçən bu beş ildə, onun haqqında sağlığında olduğundan daha artıq yazılıb.  
Yalnız elə onun xatirəsinə həsr edilmiş «Sən həmişə bizimləsən» kitabına 
(Bakı, «Gənclik», 1999.) ədəbiyyatımızın, mədəniyyətimizin ağbirçək və 
ağsaqqalları Mirvarid Dilbazidən, Tofiq Quliyevdən, Qılman İlkindən, Əzizə 
Cəfərzadədən, Leyla Bədirbəylidən, Əziz Mirəhmədovdan, Kamal Talıbzadədən, 
Süleyman Ələsgərovdan, Bəxtiyar Vahabzadədən, Tahir Salahovdan, Fərəməz 
Maqsudovdan, Nəbi Xəzridən, Hüseyn Abbaszadədən, Qabildən, Ələviyyə 
Babayevadan və başqalarından tutmuş, Yazıçılar Ittifaqının sürücüsü Kərbəlayi 
Əliyə qədər 70-dən çox müəllifin ən səmimi hisslərinin ifadəsi olan məqalələri, 
esseləri, şerləri, çıxışları toplanmışdır və mən bu sətirləri yazarkən də onların 
hamısına minnətdarlıq hissi yaşayıram, eləcə də fürsətdən istifadə edib o kitabı tərtib 
etmiş qələm dostlarım Dilsuzun və Abid Tahirlinin zəhmətini, İlyas Əfəndiyev 
şəxsiyyətinə və yaradıcılığına çox istiqanlı münasibətlərini xüsusi qeyd edirəm. 
İlyas Əfəndiyevin vəfatından sonra yazılmış o  esselərdən, məqalələrdən, 
xatirələrdən bəzi kiçik fraqmentləri oxuculara təqdim etmək istəyirəm. 
«İlyas Əfəndiyevin dili başdan-başa musiqidir» – deyən və uzun illər boyu 
onunla, necə deyərlər, «az-az görüşən, tez-tez yada düşən» dost olan bəstəkar Tofiq 
Quliyev:  
«İlyas Əfəndiyev qüdrətli sənətkar idi. 
İlyas Əfəndiyev qayğıkeş ata idi. 
İlyas Əfəndiyev gözəl baba idi. 
İlyas Əfəndiyev yaxşı dost id\elə gəldi ki, İlyas müəllim gələcəkdən – iyirmi 
birinci, iyirmi beşinci, bəlkə də otuzuncu əsrdən gəlmiş bir insandır. 
Biz – yeni-yeni nəsillər onun öz əsrində (yəni bütün əsrlərdə!) onunla həmişə 
yenidən görüşəcəyik...». 
Polad Bülbüloğlu: 
«Nə İlyas müəllimin dəfnində, nə də teatrın açılışında mən böyük 
ağsaqqalımıza demək istədiyim sözləri  deyə bilmədim. Kövrək hisslər məni bürüdü. 
Gözlərim doldu. Sözlər qırıq-qırıq oldu. Amma indi, elə həmin ovqatla demək 
istədiklərimi ağ vərəqələrə köçürə bilirəm:  
– Irəliyə baxın, əziz İlyas müəllim! Və inanın ki, nə qədər səhnəmiz var, o heç 
vaxt Nərminsiz, Kamransız, Nargiləsiz, Natəvansız – qəribə talelər yaşayan, 
mahnıları ulu dağlarda qalan insanlarsız olmayacaq. Xoşbəxt ruhunuz həmişə 
səhnəmizin divarları arasında, başımızın üstündə olacaq! 
Rahat yatın, ustad! 
Siz həmişə bizimlə olacaqsınız!». 


 
287
Həsənağa Turabov: 
«Azərbaycan milli teatr sənəti möhtəşəm bir binadır. Bu sənət sarayı 
«Axundov teatrı» təməli üzərində yüksəlirsə, onun özünəməxsus mərtəbələrini 
«Mirzə Cəlil teatrı», «Hüseyn Cavid teatrı», «Cəfər Cabbarlı teatrı» təşkil 
etməkdədir. Aydın məsələdir ki, milli dramaturgiyamızdakı imzalar çoxdur, amma 
müəllifin adı yalnız o zaman müstəqil teatr lövhəsinə yazılır ki, yazar öz taleyini 
məhz teatrla bağlasın, Belinskinin təbirincə desək, «teatrda doğulsun və teatrda da 
ölsün». Burada fiziki ölüm yeni – mənəvi, bədii, sənət həyatına keçid kimi anlaşılır 
və hər hansı sənətçidən ötrü bundan xoşbəxt tale yoxdur... 
İlyas Əfəndiyev ömrü boyu bu xoşbəxtliyə doğru getməkdəydi və sonuncu 
niyyəti onu arzuladığı mənzilə çatdırdı. 
Çünki Azərbaycan milli teatr sənətinin ulu binasının ən incə, lirik,  həssas və 
qeyrətli mərtəbəsi artıq «İlyas Əfəndiyev teatrına» məxsusdur...». 
 Vaqif Bayatlı Önər: 
«Əziz İlyas müəllim! Siz çiyinlərinizi, ürəyinizi, həyatınızı verib Azərbaycanı 
XXI yüzilliyin astanasına gətirib çıxardınız...». 
Bəlkə də sitatları həddən arıq gətirdim, amma buna məni o yazıların (həm də 
yalnız sitat gətirdiklərimin yox, hamısının!) səmimiliyi, orada ifadə olunan 
hissiyyatın saflığı sövq etdi, çünki o səmimilik də, o hissiyyat saflığı (və zənginliyi!) 
də İlyas Əfəndiyevin özünün təbiətinə çox xas olan bir cəhət idi və başqalarında da 
həmin səmimiyyəti, həmin hissiyyatı yüksək qiymətləndirirdi. 
Mən İlyas Əfəndiyev haqqındakı xatirələrdən, məqalələrdən bu kiçik parçaları 
ağ kağıza köçürürəm və qoca Abbas Tufarqanlının fikrimin dərinlərində həmişəlik 
ilişib qalmış iki misrasını eşidirəm: 
 
Bu dünya karvansaradı, 
Hər gələn qonar, əylənməz... 
 
O xatirələr, məqalələr, esselər müəlliflərinin də bir işıqlı qismi bu gün artıq 
haqq dünyasındadı...   
Vəfatından sonra İlyas Əfəndiyevdən bəhs edən böyük albom nəşr olundu 
(Bakı, «Işıq», 1996), Əmin Əfəndiyev «İlyas Əfəndiyevin yaradıcılığı» mövzusunda 
doktorluq dissertasiyası müdafiə etdi və həmin dissertasiya əsasında yazılmış 
eyniadlı monoqrafiyası (Bakı, «Elm», 2000), eləcə də onun hazırladığı «İlyas 
Əfəndiyev. Biblioqrafik göstərici»  kitabı (Bakı, «Çinar-Çap», 2002) çapdan çıxdı 
və yeri düşmüşkən, mən, İlyas Əfəndiyevin ədəbi irsinin öyrənilməsində və xüsusən 
də toplanmasında bu tədqiqatçının xidmətlərini xüsusi qeyd etmək istəyirəm.  
Səidə Şahbazovanın «İlyas Əfəndiyevin tarixi dramları» monoqrafiyası (Bakı, 
«Ağrıdağ», 2002.) nəşr olundu.  
Bu müddət ərzində İlyas Əfəndiyevin özünün əsərləri müxtəlif teatrlarda 
tamaşaya qoyuldu, ömrünün son illərində yazdığı əsərlərdən ibarət «Sən ey böyük 
Yaradan» adlı kitabı nəşr olundu (Bakı, «Şərq-Qərb», 1997), vaxtilə yazılmış, 
tamaşaya qoyulmuş bir sıra əsərləri ilk dəfə dərc edildi və o tamaşalar da, o kitab da, 
o əsərlər də mətbuatda geniş işıqlandırıldı, böyük uğur qazandı... 
Mühüm hadisələrdən biri də o oldu ki, İlyas Əfəndiyevin yeddi cilddən ibarət 
«Seçilmiş əsərlər»i latın qrafikası ilə nəşr edildi. Bu nəşri hazırlamaq üçün İlyas 
Əfəndiyev yaradıcılığına yaxından bələd olan, bu yaradıcılığı yüksək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə