Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə108/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   104   105   106   107   108   109   110   111   ...   119

5-

 

Cl DƏRS 



ZEHİN, 3 ÖLÇÜLÜ ŞƏKİLLƏR 

VƏ SOFİZM 

Kitabın əvvəlində qeyd etdik ki, zehnin müxtəlif xüsusiyyətləri 

vardır. Bu xüsusiyyətlərdən biri də "3 ölçülü şəkillərilə bağlıdır. 

"3 ölçülü şəkil" elə planimetrik (ikiölçülü səthi) şəkildir ki, insan 

müəyyən  qayda  ilə  bu  şəklə  baxdıqda,  onu  streometrik  (üçölçülü 

fəza şəkli) olaraq görür. Yəni belə baxış qaydası ilə insan zehni, səth 

üzərində olan 2 ölçülü şəkli, fəzada 3 ölçülü olaraq dərk edir. 

Qaydası: 

1)

 

Göz  əşyaya  tərəf  istiqamətləndikdə,  zehində  göz  vasitəsilə 



əşyarun  iki  eyni  şəkli  (hissi  ehn)  üst-üstə  düşür  və  insan  əşyanm 

xarici  surətini  dərk  edir.  Əşyaya  bir  gözlə  nəzər  saldıqda  alman 

zehni  surətin,  iki  gözlə  nəzər  salarkən  alman  zehni  surətdən  zəif 

olduğu da buna görədir. 

2)

 

Məlumdur  ki,  insan  gözlərini  müəyyən  A  nöqtəsinə 



cəmləyərək,  bu  nöqtədən  fərqli  B  nöqtəsini  də  görə  bilir  (əslində, 

belə  ohnası  Allahm  insana  bir  nemətidir.  Çünki  əgər  belə  olmasa, 

insan  ancaq  nəzər  saldığı  nöqtədən  başqa,  ətraf  aləmi  dərk  edə 

bilməz və bu da müxtəlif zərərlərə səbəb olardı). 

417 



Məntiq _________________________________________________________  

3)

 



3  ölçülü  şəkil  gözlərdən  təqribən  25-30  sm  məsafədə 

yerləşdirilir.  Amma  bu  zaman  gözlər  şəklin  səthində  yox,  onun 

arxa tərəfində cəmlərur (əlbəttə, bu, təcrübə tələb edir). Eyni ilə bir 

qələmi  gözün  qarşısmda  tutub,  qələmdən  daha  uzaq  məsafəyə 

baxdıqda iki qələm göründü}di kimi. 

İkinci qeydə əsasən, gözlər şəklin arxasmda cəmlənsə də, şəklin 

özünü  görə  bilirik.  Bu  zaman,  üçüncü  qeydə  əsasən,  iki  şəkil 

görəcəyik.  Qələmdən  fərqli  olaraq  zehində  formalaşan  iki  eyni 

şəkildən soldakı şəklin sağ hissəsi ilə sağdakınm sol hissəsi üst-üstə 

düşəcək.  Amma  qələmdə  isə  tamamilə,  biri  solda,  biri  sağda  iki 

eyni qələm görürdük. 

Bundan  sonra  iki  eyni  şəklin  üst-üstə  düşən  hissəsində,  həm 

gözümüz, həm də nəzərimiz onun üzərində cəmlənəcək. Bu zaman 

zehində 3 ölçülü fəza şəkli almacaq. 

Burada bir sualla qarşılaşırıq: 2 ölçülü olduğu halda necə olur 

ki, insan bu şəkli 3 ölçülü fəza şəkli halmda görür? Axı məlumdur 

ki, bu şəkil xarici aləmdə 2 ölçülü (predmet), amma zehin aləmində 

3 ölçülüdür (ehn, təsəvvür). 

Əvvəlki dərslərə əsasən, burada zehindəki 3 ölçülü şəklin və ya 

təsəvvürün  predmeti  xarici  aləmdəki  2  ölçülü  şəkil  olmur.  Çünki 

onlar ölçülərinə görə bir-birindən fərqlidir. 

Cavab: burada, şəkil əvvəlcədən müəyyən şəkildə hazırlanır ki, 

qeyd olunan sağ və sol tərəflər üst-üstə düşdükdə, zehində yeni 3 

ölçülü təsəvvür almır. Halbuki bu təsəvvür xarici aləmdə mövcud 

deyil  (bu  da  fəlsəfi  bəhs  olan  zehni  varlığm  mövcudluğuna 

misaldır). Bizim məqsədimiz isə bu təcrübi əməliyyatm sofizm üə 

əlaqəsini  göstərməkdir.  Göründüyü  kimi,  yuxarıda  iki  məlumat 

müəyyən qaydada göz vasitəsilə ötürülərək zehində xarici aləmdə 

predmeti  olmayan  hissi  təsəvvür  yaradılır.  İnsan  isə  zehnində 

yaranan bu təsəvvürü bir həqiqət kimi dərk edir. Halbuki bu, yalmz 

zehni bir varlıqdır və xarici aləmdə mövcud deyil. 

Bu qeyd edilənlərdən məqsədimiz aşağıdakı cümlədir: 

418 



Maddi Məntiq 

İnsajı  zehni,  xarici  aləmdə  mövcud  olmayan  bir  şeyi 

həqiqət kimi dərk edə bilər. 

"Mürəkkəb  cahil"  bəhsində  də  qeyd  edildi  ki,  mürəkkəb  cahil 

hər hansı bir hökmü öz zehnində təsdiqləsə də, əsimdə, omm qəbul 

etdiyi kimi xarici və ya həqiqət aləmində belə bir təsdiqin predmeti 

yoxdur.  Bunlarm  hamısı sofizm  əsasmdadır.  Yəni zehnə  müəyyən 

məlumatlar  elə  şəkildə  ötürülə  bilər  ki,  bu  məlumatlar  əsasmda 

alman nəticə həqiqətdə mövcud ol- masm və insan diqqətsizlik və 

ya  cəhalət  üzündən  bundan  xəbərsiz  olsun.  Bəli,  insan  praktiki 

olaraq 3 ölçülü şəkilləri gördükdə, bu nəzərlərlə bərabər, tam olaraq 

dərk  edir  ki, onun zehni Allah tərəfindən necə də əzəmətli, insanı 

dərin təəccüblər aləminə aparan şəkildə yaradılmışdır. Amma onu 

da qeyd edək ki, insan bu şəkilləri praktiki olaraq təcrübə etsə də, 

onun  üçün  o  qədər  də  təəccüblü  olmamalıdır.  Səbəb  budur  ki, 

həmin şəkilllərin praktikası üə yanaşı, onun qeyd etdiyimiz sofizm 

ilə  əlaqəsini  də  diqqətlə  izləmək  lazımdır.  Əgər  bu  şəkillərin 

praktikası  Uə  onun  sofizmi  arasmdakı  əlaqənin  nəzəriyyəsi  lazım 

olan qədər dərk edilsə, bu zaman insan məntiqə  nə  qədər  ehtiyacı 

olduğunu daha yaxşı anlaya bilər. Belə olan halda zehnin 3 ölçülü 

şəkillər  səhvinə,  sofizminə  düşməməsi  üçün,  insan  öz  insanlığma 

əvvəlki kimi adi şəkildə yox, ciddi şəkildə baxası olacaqdır. 

Biz,  oxucuları  bu  hissədə  diqqətli  olmağa  çağuu,  onları  insan 

zehninin  nələrə  qadir  olduğunu  və  qadir  olduğu  bu  şeylərdən 

hansınm  onun  xeyrinə,  hansmm  isə  zərərinə  olduğunu  dərk 

etməkdə təfəkkürə dəvət edirik. 

Nümunə  üçün  aşağıdakı  gətirilmiş  üçölçülü  şəkillərə  baxa 

bilərsiniz. 

419 



 


IV HİSSƏ

 

XARİC OXU 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə