Şəmil
Sadiq
38
MÜƏLLİMLƏR ZAMANLA AYAQLAŞA
BİLMİRLƏR
“Dünənin adamı bu günün insanına sabahı öyrət-
məyə cəhd edir”. Bu fikri kimdən eşitmişəm, haradan oxu-
muşam, xatırlamıram, amma cümlənin xəbərinin “cəhd
edir” yox, “öyrədir”
olduğunu dəqiq xatırlayıram. Məra-
mıma uyğun olaraq bu cür dəyişdim ki, fikrimi daha dəqiq
ifadə edə bilim.
Bu dəfə qərara gəldim ki, müəllim və müəllimlik peşə-
sindən yazım. Nəinki son zamanlar, hətta dünya yaranan-
dan bu peşə və bu peşənin sahibləri həmişə diqqət mərkə-
zində olduğu üçün geniş müzakirə və mübahisə obyektinə
çevrilib.
Son zamanların qulaqları dəng edən ifadələri bun-
lardır: “Cəmiyyəti bu günə müəllim qoyub…”; “Müəllim
uşaqların psixologiyasını pozur…”; “Müəllim süpürgə
pulu yığır…”; “Müəllim rüşvətxordur…”; “Müəllim uşaq
hazırlaşdırıb şagirdləri məktəbdən yayındırır…”; “Müəl-
lim seçkidə saxtakarlıq edir…” və sairə və ilaxır.
Demək olar ki, hər ailədə, hər məclisdə, mərasimdə,
müəllim müzakirə obyektidir. Təbii ki, bu cür yanaşma
müəllim həmkarlarımı çox narahat edir. Yəni cəmiyyətin
bütün problemlərinin səbəbkarı müəllimdirmi?
Mən deyərdim,
əlbəttə! Çünki elə bir ailə yoxdur ki, bu
və ya digər mənada təhsillə yaxından və uzaqdan əlaqəsi
olmasın. Gəlin bir anlıq digər peşə sahibləri ilə müəllimlə-
rin say balansına diqqət edək. Doqquz milyonluq ölkəmiz-
də bir milyondan çox şagird var.
Bir milyon şagird bir mil-
yon ailə deməkdir. Bir milyon ailəni 4 nəfərdən götürsək,
4 milyon edir. Bunun üstünə tələbələri və qohum-qardaşı
müəllim işləyən ailələri də siz toplayın.
Bir az real yanaş-
saq, görəcəyik ki, doqquz milyonun hamısı birbaşa təhsillə
əlaqəli adamlardır. Deməli, məşhur “müəllim cəmiyyətin
aynasıdır” ifadəsi aktuallığını hələ də itirməyib.
Amma… Amması budur ki, zaman saatının vaxt əqrə-
binin geridə qalanı da var, qabağa qaçanı da, yerində qala-
nı da, sabit və düzgün işləyəni də. Ona görə də birmənalı
şəkildə razılaşaq ki, bəli, müəllim cəmiyyətin aynasıdır.