Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   2   3   4   5   6   7   8   9   ...   14

 

8



 -

 

 



«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaqlaş-

dırılar. O  kimsə  ki,  malını (Allah  yolunda) verib (günahlardan) təmizlə-

nər. O şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi ve-

rilsin.  O  ancaq  ən  Uca  olan  Rəbbinin  rizasını  qazanmaq  üçün  belə 

edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə görə) 

razı olacaqdır»

17

  

 



Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkrə (r.a.) görə nazil 

olub və bütün möminlərə aid edilir

18



5)  Əbu  Səid  əl-Xudri  (r.a.)  rəvayət  edir  ki,  «Peyğəmbər  (s.a.s.) 



səhabələrə  xitab  edib  dedi:  "Həqiqətən,  mənə  ən  yaxın  yoldaş  və  mal-

dövləti ilə ən çox qayğı göstərən Əbu Bəkrdir. Rəbbimdən qeyrisini sevmiş 

olsaydım,  (ifrata  varmaqla)  Əbu  Bəkri  sevərdim.  Lakin,  o  mənim 

müsəlman  qardaşımdır.  Elə  isə,  məscidə  açılan  Əbu  Bəkrin  qapısından 

başqa bütün qapıları bağlayın!"»

19

 



6)  Cubeyr  bin  Mut‘im  (r.a.)  rəvayət  edir  ki,  «Peyğəmbər  (s.a.s.)  onun 

yanına  gələn  qadına  qayıdıb,  bir  müddət  sonra  gəlməyini  bildirir.  Qadın: 

"Səni  tapa  bilməsəm  necə?"  –  deyə  soruşduqda,  o  (s.a.s.)  dedi:  "Məni 

tapmasan, Əbu Bəkrin yanına get!"»

20

 

7)  Əbu  Hüreyrə  (r.a.) rəvayət  edir  ki,  «Peyğəmbərdən  (s.a.s.)  eşitdim,  o 



dedi:  "Hər  kəs  Allah  üçün  saleh  əməl  edərsə,  cənnət  qapılarından  (cənnətə) 

dəvət  olunar:  namaz  əhli  namaz  qapısından,  cihad  əhli  cihad  qapısından, 

sədəqə  əhli  sədəqə  qapısından  və  oruc  əhli  Rəyyan  adlı  oruc  qapısından 

cənnətə dəvət olunar". Bunu eşidən Əbu Bəkr (r.a.) dedi: "Ey Allahın elçisi! 

O qapıların hamısından dəvət olunan olacaqmı?" Allahın elçisi (s.a.s.): "Bəli, 

və  mən  istəyirəm  ki,  sən  onlardan  olasan,  ey  Əbu  Bəkr!"  –  deyə  cavab 

verdi»

21



8)  Aişə  (r.a.)  rəvayət  edir  ki,  «Peyğəmbər  (s.a.s.)  vəfat  etdikdə  Əbu 

Bəkr (r.a.) Sunhda

22

 idi. Ömər (r.a.) səhabələrə xitab edib dedi: "Allaha and 



olsun  ki,  Peyğəmbər  (s.a.s.)  ölməyib,  Allah  onu  qaytaracaq.  Bu  vaxt  Əbu 

                                            

    

17

 «əl-Leyl» surəsi, 17-21. 



    

18

 «Təfsir ibn Kəsir», 4/762. 



    

19

 «Səhihu-l-Buxari», 7/15, 3654-cü hədis. 



    

20

 «Səhihu-l-Buxari», 7/22, 3659-cu hədis. 



    

21

 «Səhihu-l-Buxari», 7/23, 3666-cı hədis. 



    

22

 Peyğəmbər məscidindən bir mil uzaqda yerləşən məntəqədir. 




 

9



 -

 

Bəkr  (r.a.)  gəldi,  onun  üzünü  açıb  öpdü  və  dedi:  "Atam-anamsan  sən



23

sağlığında  da,  öləndən  sonra  da  səndən  gözəl  iy  gəlir.  Nəfsim  əlində  olan 



Allaha and olsun ki, O sənə ölümü iki dəfə daddırmaz". Sonra Ömərə (r.a.) 

oturmağı  əmr  etdi  və  üzünü  səhabələrə  tutub,  Allahı  həmd-səna  etdikdən 

sonra  dedi:  "Kim  Məhəmmədə  ibadət  edirdisə,  bilsin  ki,  artıq  o  vəfat 

etmişdir. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah əbədi və ölməzdir. 

 

 

 



 

"(Ya  Peyğəmbər!)  Şübhəsiz  ki,  sən  də  öləcəksən,  onlar  da  öləcək-



lər"

24

 



 

 

 



 

 

 



 

 

 



"Məhəmməd  ancaq  bir elçidir. Ondan  əvvəl  də elçilər gəlib-getmiş-

lər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki, geri 

dönən  şəxs  Allaha  heç  bir  zərər  yetirməz.  Lakin  Allah  şükr  edənlərə 

mükafat verər"

25



  

Bu ayələri oxuduqdan sonra səhabələr ağladı».

26

 

9)  Urva  ibnu-z-Zubeyr  (r.a.)  rəvayət  edir  ki,  «Mən  Abdullah  ibn 



Amrdan  (r.a.)  müşriklərin  Peyğəmbərə  (s.a.s.)  nə  etdikləri  barəsində 

soruşduqda,  o  dedi:  "Peyğəmbər  (s.a.s.)  namaz  qılarkən  Uqbətu  bin  Əbi 

Muit  gəlib  dəsmalı  onun  boynuna  sarıdı  və  boğmağa  başladı.  Bunu  görən 

Əbu Bəkr gəlib onu kənara itələdi və Allahın bu kəlamını oxudu: 

 

 

                                            



    

23

  Əbu  Bəkr  (r.a.)  bunu  ibadət  mənasında  yox,  çox  istədiyindən  hörmət  mənasında  



demişdir. 

    


24

 «əz-Zumər» surəsi, 30. 

    

25

 «Ali İmran» surəsi, 144. 



    

26

 «Səhihu-l-Buxari», 7/23, 3667, 3668-ci hədislər. 




 

10



 -

 

 



"Məgər  siz  bir  adamı  "Rəbbim  Allahdır"  –  deməyinə  görə  öldürə-

cəksiniz?! Halbuki, o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmiş-

dir"

27

».

28

 

 

10) Əbu Musa əl-Əş‘ari (r.a.) rəvayət edir ki, «Bir dəfə Əbu Bəkr (r.a.) 



Peyğəmbərin  (s.a.s.)  yanına  daxil  olmaq  üçün  izn  istədi.  Mən  bunu 

Peyğəmbərə  (s.a.s.)  çatdırdıqda,  o  dedi:  "İzn  ver,  gəlsin  və  onu  cənnətlə 

müjdələ!"…»

29

 



11)  İbn  Abbas  (r.a.)  rəvayət  edir  ki,  «Mən  Ömər  ibnu-l-Xəttabın  (r.a.) 

vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında 

dayanmışdım.  Arxamda  dayanan  bir  kişi  dirsəyini  çiynimə  qoyub  dedi: 

"Allah  sənə  rəhmət  etsin!  Allahdan  istəyirəm  ki,  sən  yoldaşlarınla 

(Məhəmməd (s.a.s.) və Əbu Bəkrlə (r.a.) bir yerdə  olasan! Çünki  mən çox 

vaxt Peyğəmbərin (s.a.s.) "Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, 

Əbu  Bəkr  və  Ömər  filan  əməli  etdik.  Mən,  Əbu  Bəkr  və  Ömər  filan  yerə 

getdik"  dediyini  eşidirdim.  Mən  dönüb  arxamda  dayanan  səhabənin  kim 

olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (r.a.) idi»

30



12) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demiş-

dir:  "Mənim  səhabələrimi  söyməyin!  Həqiqətən,  sizdən  biriniz  Uhud  dağı 

boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) 

hətta yarısına belə çata bilməz"»

31



13)  Əbu  Hüreyrə  (r.a.)  rəvayət  edir  ki,  «Peyğəmbər  (s.a.s.)  üzünü 



səhabələrə  tutub  soruşdu:  "Hansı  biriniz  bu  gün  oruc  tutub?"  Əbu  Bəkr 

(r.a.): "Mən" –  deyə  cavab verdi. Peyğəmbər (s.a.s.) yenə soruşdu: "Hansı 

biriniz bu gün  cənazəni təqib edib?" Əbu Bəkr (r.a.): "Mən" – deyə cavab 

verdi. Peyğəmbər (s.a.s.) yenə soruşdu: "Hansı biriniz bu gün kasıbı yediz-

dirib?" Əbu Bəkr (r.a.): "Mən" – deyə cavab verdi. Peyğəmbər (s.a.s.) yenə 

soruşdu:  "Hansı  biriniz  bu  gün  xəstəni  ziyarət  edib?"  Əbu  Bəkr  (r.a.): 

"Mən" –  deyə cavab verdi. Peyğəmbər (s.a.s.) dedi:  "Bu dörd  gözəl xisləti 

özündə cəm edən cənnətə daxil olar"»

32

 

14)  Əli  (r.a.)  iki  şeyx  –  Əbu  Bəkr  (r.a.)  və  Ömər  (r.a.)  haqqında 



demişdir:  «Müsəlmanların  ən  yaxşısı,  Allaha  və  Onun  elçisinə  (s.a.s.)  ən 

                                            

    

27

 «Ğafir (əl-Mümin)» surəsi, 28. 



    

28

 «Səhihu-l-Buxari», 7/26, 3678-ci hədis. 



    

29

 «Səhihu-l-Buxari», 7/25, 3674-cü hədis. 



    

30

 «Səhihu-l-Buxari», 7/26, 3677-ci hədis. 



    

31

 «Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis. 



    

32

 «Səhih Müslim», 15/151, 6132-ci hədis. 




Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə