Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   2   3   4   5   6   7   8   9   ...   14

 

14



 -

 

2. Ummu Həkim bintu-l-Haris. Övladı: Fatimə. 



3.  Ümm  Gülsüm  bint  Əli  bin  Əbu  Talib  (r.a.).  Övladları:  Zeyd, 

Ruqiyyə. 

4. Cəmilə bint Sabit

48

. Övladı: Asim. 



5. Muleykə bint Cərval

49

. Övladı: Ubeydullah. 



6. Yəmənli Luheyyə. Övladı: Əbdü-r-Rəhman. 

 

Vəfat  etdiyi  tarix:  Hicri  tarixi  ilə  23-cü  il,  zi-l-hiccə  ayının  23-də  məcusi 



(atəşpərəst) Əbu Lu‘lu Firuz onu fəcr namazında 6 dəfə bıçaqla vurdu. O, üç 

gündən sonra zi-l-hiccə ayının 26-sı vəfat etdi. 

 

Ömərin (r.a.) fəzilətinə dair ayə və hədislər: 

 

1) Uca Allah buyurur: 



 

 

 



 

 

 



«Əgər  Peyğəmbərə  qarşı  bir-birinizə  kömək  etsəniz,  (bilin  ki)  Allah 

onun  hamisi,  Cəbrail,  əməlisaleh  möminlər  və  bunlardan  sonra  (bütün) 

mələklər də onun köməkçiləridir!»

50

 

 

İbn Abbas (r.a.) İbn Məsud (r.a.) İbn Ömər (r.a.) və başqaları bu ayədəki 



əməlisaleh  möminlərin  Əbu  Bəkr  (r.a.)  Ömər  (r.a.)  Osman  (r.a.)  Əli  (r.a.) 

və başqalarının olduqlarını təfsir etmişlər.

51

 

2) Uca Allah buyurur: 



 

 

 



 

 

 



                                            

    


48

 Talaqla boşandığı zövcəsi. 

    

49

 Talaqla boşandığı zövcəsi. 



    

50

 «ət-Təhrim» surəsi, 4). 



    

51

 «Təfsir İbn Kəsir», 4/500. 




 

15



 -

 

«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaqlaş-



dırılar. O  kimsə  ki,  malını (Allah  yolunda) verib (günahlardan) təmizlə-

nər. O şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi ve-

rilsin.  O  ancaq  ən  Uca  olan  Rəbbinin  rizasını  qazanmaq  üçün  belə 

edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə görə) 

razı olacaqdır»

52

  



 

Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (r.a.) üçün nazil 

olub və Ömər (r.a.) də daxil olmaqla bütün möminlərə şamil edilir

.

53



 

3) Uca Allah buyurur: 

 

 

 



 

«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir»

54

  



 

Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) Ömər (r.a.) və başqa möminlərdir

.

55

 



4) Sə‘d bin Əbi Vəqqas (r.a.) rəvayət edir ki, «Ömər ibnu-l-Xəttab (r.a.) izn 

alıb,  Peyğəmbərin  (s.a.s.)  yanına  daxil  oldu.  Peyğəmbərin  (s.a.s.)  yanında 

səslərini  onun  səsindən  uca  qaldırıb  söhbət  edən  qadınlar  Öməri  (r.a.) 

gördükdə,  dərhal  hicablarını  geyindilər

56

.  Peyğəmbər  (s.a.s.)  bu  halı  görüb 



gülümsədi.  Ömər  (r.a.)  ondan  gülümsəməyinin  səbəbini  soruşduqda  o  dedi: 

"Bu  qadınlara  təəccüblənirəm  ki,  sənin  səsini  eşidən  kimi  hicablarını 

geyindilər".  Ömər  üzünü  onlara  tutub  dedi:  "Ey  nəfslərinə  düşmən  olanlar! 

Allahın  elçisindən  (s.a.s.)  qorxmursunuz,  məndən  qorxursunuz?"  Onlar  dedi: 

"Bəli,  çünki  sən  sərt  ürəklisən".  Peyğəmbər  (s.a.s.)  ona  dedi:  "Ey  Xəttabın 

oğlu! Nəfsim əlində Olana and olsun ki, şeytan sənə rast gəldiyi zaman yolunu 

dəyişdirib, başqa yol ilə gedir"»

57

 



5)  İbn  Abbas  (r.a.)  rəvayət  edir  ki,  «Mən  Ömər  ibnu-l-Xəttabın  (r.a.) 

vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında 

dayanmışdım.  Arxamda  dayanan  bir  kişi  dirsəyini  çiynimə  qoyub  dedi: 

"Allah  sənə  rəhmət  etsin!  Allahdan  istəyirəm  ki,  sən  yoldaşlarınla 

                                            

    


52

 «əl-Leyl» surəsi, 17-21. 

    

53

 «Təfsir İbn Kəsir», 4/762. 



    

54

 «əz-Zumər» surəsi, 33. 



    

55

 Ət-Tabəri, «Camiu-l-bəyan», 3/24. 



    

56

  Bu  (yəni  qadınların  Peyğəmbərin  (s.a.s.)  yanında  hicabsız  olmaqları)  yalnız 



Peyğəmbərə (s.a.s.) xas olan haldır. 

    


57

 «Səhihu-l-Buxari», 7/50, 7683-cü hədis. 




 

16



 -

 

(Məhəmməd (s.a.s.) və Əbu Bəkrlə (r.a.) bir yerdə  olasan! Çünki  mən çox 



vaxt Peyğəmbərin (s.a.s.) "Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, 

Əbu  Bəkr  və  Ömər  filan  əməli  etdik.  Mən,  Əbu  Bəkr  və  Ömər  filan  yerə 

getdik"  dediyini  eşidirdim.  Mən  dönüb  arxamda  dayanan  səhabənin  kim 

olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (r.a.) idi»

58



6)  Əbu  Musa  əl-Əşari  (r.a.)  rəvayət  edir  ki,  «Bir  dəfə  Ömər  ibnu-l-



Xəttab (r.a.) Peyğəmbərin  (s.a.s.) yanına  daxil olmaq  üçün  izn  istədi. Mən 

bunu  Peyğəmbərə  (s.a.s.)  çatdırdıqda,  o  dedi:  "İzn  ver,  gəlsin  və  onu 

cənnətlə müjdələ!"…»

59

 



7)  Əbu  Səid  əl-Xudri  (r.a.)  rəvayət  edir  ki,  «Peyğəmbər  (s.a.s.) 

demişdir:  "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz  Uhud 

dağı  boyda  qızıl  sədəqə  versə  belə,  onlardan  birinin  verdiyi  bir  ovuca 

(sədəqəyə) hətta yarısına belə çata bilməz"»

60



8) Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Sizdən 



əvvəl  yaşamış  ümmətlərin  içərisində  zənlərində  sadiq  olan  insanlar  olub. 

Mənim ümmətimdə zənnində sadiq olan Ömərdir"»

61

 

9) əl-Misvar bin Məxramə (r.a.) rəvayət edir ki, «Ömər (sübh namazını 



qıldığı  zaman)  bıçaqla  vuruldu.  Yarası  ona  ağrı  verdikdə,  İbn  Abbas  (r.a.) 

ona  təsəlli  verib  dedi:  "Ey  möminlərin  əmiri!  Sən  Peyğəmbər  (s.a.s.)  və 

Əbu  Bəkrin  (r.a.)  fəzilətli  səhabələrindən  olmusan.  Onlar  vəfat  etdikdə 

səndən  razı  idilər.  Həmçinin  sən  bu  camaatı  onlar  səndən  razı  olduqları 

halda  tərk  edirsən".  Bu  sözləri  eşidən  Ömər  (r.a.)  ona  dedi:  "Peyğəmbər 

(s.a.s.)  və  Əbu  Bəkrin  (s.a.s.)  səhabəsi  olmağım  və  onların  məndən  razı 

qalmalarını  doğru  deyirsən.  Həqiqətən,  bu  Allahın  mənə  bəxş  etdiyi 

fəzilətdir.  İndi  gördüyün  narahatçılığım  isə  sizə  görədir.  Allaha  and  olsun 

ki, mənim  yer dolusu  qızılım  olsaydı, onu  Allahın əzabına düçar olmamaq 

üçün Onun yolunda sərf edərdim"»

62

 

10)  Ömər  ibnu-l-Xəttab  (r.a.)  rəvayət  etmişdir  ki,  «Mən  üç  ayədə  – 



İbrahimin  (ə.s)  məqamı,  hicab  və  Bədr  əsirləri  haqqında  olan  ayələrdə 

Rəbbimə müvafiq oldum».

63

 

–  Ömər  (r.a.)  Peyğəmbərə:  «Ey  Allahın  elçisi!  Bəlkə,  İbrahimin  (ə.s) 



durduğu  yeri  özümüzə  namazgah  edək?»  –  deyə  təklif  etdikdə,  Uca  Allah 

bu ayəni nazil etdi:  

                                            

    


58

 «Səhihu-l-Buxari», 7/26, 3677-ci hədis. 

    

59

 «Səhihu-l-Buxari», 7/25, 3674-cü hədis. 



    

60

 «Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis. 



    

61

 «Səhihu-l-Buxari», 7/25, 3689-cu hədis. 



    

62

 «Səhihu-l-Buxari», 7/25, 3692-ci hədis. 



    

63

 «Səhih Müslim», 15/162, 6156-cı hədis. 




Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə