Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   ...   5   6   7   8   9   10   11   12   13

52 / 

Roman kimi hekayə 

 

 

 



 

 

 



 

*** 


Mən  Bilgəni  tanıyır  və  onun  bütün 

fəaliyyətini bilirdim. Aycan xanımla yaxın-

laşmağım və onun mənəvi oğlu statusu al-

mağım ailənin bütün sirlərini öyrənməyimə 

səbəb olmuşdu. Bir gün ağır bir beynəlxalq 

konfransdan  sonra  onu  evlərinə  apardım. 

Dünyanın bütün nemətlərinə sahib olan Ay-

canın qəlbi Bilgədən sonra elə bir qaranlığa, 

elə bir boşluğa düşmüşdü ki, heç cür təsəlli 

vermək mümkün deyildi. 

Həmin  gün  bir  neçə  saat  bir  yerdə  ol-

duq və o, mənə Bilgədən danışdı.  

− Bilirsən, oğul, mən hələ də inana bil-

mirəm onun yoxluğuna. Çünki o, mənimlə 




Roman kimi hekayə

 / 53 


 

nəfəs alırdı. Məni çox sevirdi. Çox... Hərdən 

düşünürəm ki, bəlkə, Bilgəni yadplanetlilər 

aparıb. Əgər rəqiblərimizin təxribatı olsay-

dı, şirkətə də nəsə edə bilərdilər. Amma o, 

səssiz-səmirsiz  yox  oldu.  Heç  bir  qruplaş-

ma,  heç bir  gizli  təşkilat  bundan  xəbəri  ol-

duğunu demədi. Əgər desəydilər ki, Bilgəni 

qaytarıb,  bütün  şirkəti  təhvil  ver,  inan  ki, 

bunu etməyə belə hazır idim. Çünki onsuz 

həyat  yaşanılmazdır.  Hamı  elə  bilir  ki,  ya-

şayıram,  amma  mən  ölmüşəm.  İçimdə  öl-

müş  “mən”i  dəfn  edə  bilmirəm  sadəcə.  O 

ölünü sadəcə Bilgəm dəfn edə bilərdi. O et-

məli  idi.  Mən  ondan  həyatı  öyrəndim.  Ən 

xoş günlərimizdə isə o yoxa çıxdı. Bu, dəh-

şətdir.  Yaşama  səbəbim  onun  yoxa  çıxma-

sının sirrini açmaq və ideallarını yaşatmaq-

dır. Elə bilirəm ki, yaşadığım və onun insan-

lıq arzularını yaşatdığım müddətdə o ölmə-

yəcək, yaşayacaq. Oğlum, inanırsan ki, o öl-

məyib?  O  yaşayır  və  məni  görür. Əminəm 

buna. Amma heç bir işarə vermir. Hardadır, 



54 / 

Roman kimi hekayə 

 

nə edir, hansı zindandadır? Axı o, mənimlə 



bir canda bir ruh idi.  

Düzdür, son vaxtlar nəsə sözlü adama 

oxşayırdı, hər dəfə gözlərini zilləyib diqqət-

lə məni süzürdü... Bir də görürdün dəqiqə-

lərcə  gözünü  çəkmədən  mənə  baxır.  Sanki 

nəsə demək istəyirdi.  

Qadın  intuisiyamla  hiss  edirdim  ki, 

nəsə böyük bir qəbahəti var. Bəzən zəkasına 

heyranlığımdan  düşünürdüm  ki,  yəqin 

sehrli qüvvələrlə əlbirdir. Axı insan  bu qə-

dər  çevik  düşünə  bilməz.  İnsan  bu  qədər 

təşkilatçı ola bilməz. Nəhayət, insan bu qə-

dər şanslı ola bilməz... Bütün tarix 14-15 yaş-

lı bir uşağın − Şah İsmayılın qısa müddətdə 

2.000.000  kvadrat  metrlik  əraziyə  sahib  ol-

masına inana bilmədiyi kimi, mən də onun 

bizlərdən biri olduğuna inana bilmirdim. O, 

seçilmişlərdən  idi.  Əgər  günümün,  demək 

olar ki, hamısını Bilgəylə bir yerdə olmasay-

dım,  ona  inanmazdım.  Mənə  Aycan  adını 

da  o  qoymuşdu.  Əsl  adım  Yağmurdur.  O 

qədər “ay can” dedi ki, sonra da hamıya Ay-




Roman kimi hekayə

 / 55 


 

can  kimi  təqdim  etdi.  Mən  də  bu  ada  alış-

dım. Onun dilindən bu sözü eşitdikcə, çiçək 

açırdım.  Deyirlər  məhəbbət  ölür,  vərdişə 

çevrilir, amma heç bir zaman bizdə belə ol-

madı. Onu ilk gördüyüm gün necə həyəcan-

lı  idimsə,  onu  itirənə  qədər  də  həmin  hiss 

azalmadı. Onun məni qucaqlaması, əlimdən 

tutması, hərdən uşaq kimi şıltaqlaşması... 

Aycan  xanım  bunları  danışdıqca  ağla-

yır,  dəqiqələrcə  susur,  sonra  yenə  sözünə 

davam edirdi: 

– Bir gün ona rəfiqəmdən eşitdiyim bir 

hadisəni danışdım.  

Rəfiqəm  filologiya  fakültəsində  oxu-

yanda  müəllimlərindən  biri  ona  təsəvvüf 

fəlsəfəsindən  və  ilahi  məhəbbətdən  söhbət 

açıb. Nəsə iş o yerə gəlib çatıb ki, müəllim 

həyatda heç nəyin adiləşmədiyini söyləyib. 

Deyib ki, sevgi də əbədidir. Hətta uzun illər 

öncə  evlənmələrinə  baxmayaraq,  yoldaşını 

hələ də əvvəlki kimi sevdiyini bildirib. Rəfi-

qəm də özünə görə deyil. Həm gözəl, gözəl 

olduğu qədər də sərbəst və özünə güvənən 




56 / 

Roman kimi hekayə 

 

bir qızdır. Kişi müəllimin bu qədər özünə və 



sevgisinə  güvənməsinə  inanmayıb.  Sinifdə 

yalnız ikisi olduğu üçün müəllimə deyib ki

“Sən  yoldaşını  hazırda  sevmirsən,  onunla 

saatlarca  söhbət  etməyə  maraqlı  deyilsən, 

saatlarca ona baxmağı bacarmırsan, əlindən 

tutanda  həmin  istiliyi  artıq  hiss  etmirsən. 

Həyəcan keçirmirsən. Bir zamanlar o əllər-

dən tutduğunda ürəyin titrəsə də, indi eyni 

hissi yaşamırsan. Özünü sadəcə bir ət parça-

sından yapışırmışsan kimi  hiss edir, tez də 

ondan qurtulmaq istəyirsən”.  

Müəllim  bu  sözlərlə  razılaşmayıb.  Bu 

zaman rəfiqəm ona bir az da yaxınlaşıb asta-

ca əlindən tutub və “Səndən xoşum gəlir”, − 

deyib. Sonra da 45-50 yaşlı müəllimin əlini 

ovuclarının  içinə  alıb.  Əlbəttə  ki,  müəllim 

də bu hərəkətə qarşılıq verib. Rəfiqəm deyir 

ki, müəllimin ürəyi yerindən çıxıb, başı kə-

silmiş xoruz kimi çırpınmağa hazır imiş. Rə-

fiqəm  də  bundan  xüsusi  həzz  alaraq  onun 

gözlərinə  baxa-baxa  soruşub:  “İndi  de  gö-

rüm,  yoldaşının  əlindən  tutanda  bu  hisləri 




Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə