Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   ...   5   6   7   8   9   10   11   12   13

Roman kimi hekayə

 / 57 


 

keçirirsənmi?” Onun sualı cavabsız qalıb və 

rəfiqəm  əlini  müəlliminin  əlindən  çəkib. 

Sonra da bu hərəkəti ona reallığı göstərmək 

üçün  etdiyini  söyləyib  müəllimindən  üzr 

istəyib.  Müəllim  də  heç  nə  demədən  otağı 

tərk edib.  

Mən bu hadisəni Bilgəyə danışanda nə 

demək  istədiyimi  anlayıb  dedi:  “Bilirsən, 

Aycan, müəllimin həmin an yaşadığı, sadə-

cə, şəhvani hislər imiş. Necə ki, təzə şalvar 

geyinəndə əlimizi cibimizə atarkən özümü-

zü fərqli hiss edirik, bu yeni əl də elə olub. 

Amma alışdığımız cib daha doğma və daha 

rahatdır.  Şəhvani  hislərlə  sevgini  qarışdır-

maq  mümkün  deyil.  Sevginin  dili  olmur, 

sevginin  yaşı  olmur,  sevginin  anı  olmur, 

sevginin üzü görünmür. Mənim üçün rahat-

lığım  daha  önəmlidir.  O  nə  qədər  nimdaş 

olur-olsun, mənə əziz və doğmadır.  

Aycan xanım  bu sözləri elə soyuqqan-

lılıqla  dedi  ki,  sanki  bu  hadisəni  ona  niyə 

danışdığımı  anlamamışdı.  Amma,  əlbəttə 



58 / 

Roman kimi hekayə 

 

ki, nə demək istədiyimi yaxşı başa düşmüş-



dü.  

Danışdıqca  gözlərində  gənclik  həvəsi 

parlayırdı, sanki.  

Bir  gün mənə  dedi  ki,  Orxan,  səni  Bil-

gəyə çox bənzədirəm. Cismani heç bir bən-

zərliyin olmasa da, sanki baxışlarının dərin-

liyində onu xatırladırsan. Cəsarətin, iddian 

da ona yaman bənzəyir. Onu mənə qaytara-

caqsan kimi hiss edirəm özümü. 

Bu  sözlər  çiynimə  böyük  yük  qoydu. 

Özüm də bilmədən Bilgənin axtarışına baş-

ladım. Hər yerdə onu arayırdım və içimdəki 

inam mənə bu arayışın yaxşı bitəcəyini söy-

ləyirdi.  

 

 

 



 


Roman kimi hekayə

 / 59 


 

 

 



 

 

 



 

 

 



*** 

 “Axı necə oldu ki, siz əlinizdə olan bu 

qədər imkanı və sevgini buraxıb dünyanın 

bu  sahibsiz  yerinə  gəldiniz?  Niyə  məhz 

Meksika? Axı siz Aycanı sevirdiniz. İndi isə 

nəinki  ondan,  dünyadan  bixəbər  şəkildə, 

heç kimi tanımadığınız bu kənddə yaşayır-

sınız...” 

Bilgə günəşdən qorunmaq üçün ağacın 

kölgəsinə  çəkildi.  Gözlərini  qıydı...  Elə  bil, 

bütün bədənini məcbur edirdi ki, gözlərin-

dən  bircə  damla  da  olsa  yaş  axsın.  Sifətin-

dəki qırışlar qoca bir ağacın qabığını xatırla-

dırdı.  



60 / 

Roman kimi hekayə 

 

Qəfildən başını qaldırıb gözlərimin içi-



nə  baxdı.  Baxmağına  baxdı,    amma,  deyə-

sən,  görmürdü.  Xeyli  müddət  susduq.    Bu 

baxışlar  o  qədər  tilsimli  idi  ki,  az  qalırdım 

ona Aycan haqqında danışım. Amma özün-

dən  bir  məlumat  almadan  bunu  etmək  ol-

mazdı. Nəsə deməmək üçün, demək olar ki, 

özümlə savaşırdım.  

−  Bilirsən,  dostum,  sevgi  və  etibar  hə-

mişə  vəhdətdə  olmalıdır.  Əgər etibar  qırıl-

dısa, demək, bütün əlaqələr bitmişdir. Mən 

özüm  bu  xəyanəti  yaşadığım  üçün  Tanrını 

başa  düşürəm.  Yəqin  ki,  insan  da  Tanrıya 

xəyanət etdiyi üçün o bizlərdən əlini üzüb. 

Eyni  mənim  Aycandan  və  qurub-yaratdı-

ğım imperiyadan əlimi üzdüyüm kimi. Bəl-

kə də, Tanrı üzünü çevirib gedib və bəndə-

lərinin  yerdə  nələr  etdiyindən  xəbərsizdir, 

hətta  heç  xəbərdar  olmaq  da  istəmir.  Hər-

dən  düşünürəm  ki,  bəlkə,  məndən  sonra 

Aycan xoşbəxt yaşayır və şirkəti çox inkişaf 

etdirib.  Amma  heç  bir  zaman  məlumat  al-

maq  arzusuna  düşməmişəm.  Meksikanın 




Roman kimi hekayə

 / 61 


 

mistik insanları ilə internetsiz, televiziyasız 

bir  məkanda  günləri  qovuram.  Ruhsuz  və 

“mən”siz yaşayıram. Sanki cismim cəmdək 

olub ayaqlarıma dolaşır. Bir sirri neçə illər-

dir  ki,  özümlə  gəzdirirəm.  Sənsə  bilmək 

üçün yaramı qaşıyırsan. Bəlkə də, indiyə qə-

dər  kimsəyə  danışmadığım  üçün  içimi  ye-

yir. Daşımaq da çətinləşib, oğul! Bir gün ofi-

simə gəlib elektron poçta baxarkən bir video 

faylın gəldiyini gördüm. Adı belə idi: “Bu-

durmu sənin sevgi dünyan?” Tələsik açdım, 

gördüklərim  həyatımı  qaraltdı.  Çünki  vi-

deoda  həyatım  qədər  sevdiyim  yoldaşım 

Aycan  və  bütün  sirlərimi  bölüşdüyüm  ya-

xın dostum bir yataqda idilər. İyrənc forma-

da  sevişirdilər.  Əvvəl  bunun  videomontaj 

olduğunu düşündüm. Tələsik laboratoriya-

ya  düşüb  yoxladım.  İnsan  əli  ilə  hazırlan-

mamışdı.  Bütün  beynim  pozuldu.  Demək 

olar ki, huşsuz vəziyyətdə, heç nə düşünmə-

dən  ofisdən  çıxdım.  Hara,  niyə  getdiyimi 

bilmədən baş alıb uzaqlaşdım ordan. Sonra 

da qərar verib gizli şifrəli pasportumla ölkə-




62 / 

Roman kimi hekayə 

 

dən çıxdım. Elə bir yer axtarırdım ki, dün-



yadan uzaq ola bilim. İlk növbədə də xəya-

nət dünyasından. Beləcə, gəlib buralara çıx-

dım. Hər dəfə gözlərimi yumanda yenə də  

o  səhnəni  xatırlayır,  Aycana  da,  Elcana  da 

nifrət edirəm. Amma gözlərimi açanda hər 

şey unudulur. Onda hələ də sevgimlə yaşa-

dığımı  hiss  edirəm.  Yuxular  haram  olub. 

Yatmaq istəmirəm. Çünki yuxuda görəcək-

lərimi ağlıma gətirib dəli oluram.  

Mən artıq Bilgənin ürəyinin dayanaca-

ğını  düşünüb  mövzunu  dəyişdirdim.  Ya-

şam tərzindən, buradakı həyatından danış-

masına çalışsam da, o, inadla susurdu. Heç 

nə demədi. Həmin günü eləcə, sakitcə keçir-

dik.  İçimdə  Aycan  xanımı  günahlandırır, 

belə  bir  hərəkətə  görə  ona  nifrət  edirdim. 

Eyni zamanda da tez bir vaxtda bunu onun 

özünə deyib utandırmaq, hər şeyə “yox” de-

mək istəyir, tələsirdim. Səhəri günü bir bə-

hanə ilə Bilgədən ayrılıb Azərbaycana qayıt-

dım. Birbaşa Aycan xanımgilə getdim. Onu 

görən kimi özümü saxlaya bilmədim:  




Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə