Sağlam yeniDOĞulmuşa qulluq üzrə klinik protokol



Yüklə 266,75 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix26.03.2018
ölçüsü266,75 Kb.
#33835
1   2   3   4   5   6   7   8

28 

 

 



Cədvəl 3. SİNİR - ƏZƏLƏ YETİŞKƏNLİYİ 

Sinir-əzələ 

yetişkənliyinin 

əlamətləri 

-1 0 1 2 3 4 5 

Ballar 

 

 

poza 


 

 

 

 

 

 

“kvadrat 

pəncərə” 

bilək 


>90° 

  90° 


  60° 

    45° 

    30° 

       0° 



 

 

əllərin 


fırlanması 

 

 



180° 

 

140-180° 



 

110-140° 

 

90-110° 


 

<90° 

 

 

dizaltı bucaq 

 

180° 



 

160° 


 

140° 


 

120° 


 

100° 


 

90° 


 

<90° 

 

“şərf” 


əlaməti 

 

 

 

 

 

 

 

 

daban-qulağa 



 

 

 

 

 

 

 

 

Sinir-əzələ yetişkənliyi ballarının cəmi:

 

 

Ballarla qiymətləndirmə  -10 -5  0  5  10 15 20 25 30 35 40 45 50 



Hestasiya yaşı həftələrlə  20 22 24 26 28 30 32 34 36 38 40 42 44 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

29 


 

 

4.   Ədəbiyyat: 

1. Ballard JL, Khoury JC, Wedig K, et al: New Ballard Score, 

expanded to include extremely premature infants. J Pediatrics 

1991; 119:417-423. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 30

PROTOKOL №8 

Göbək güdülünə qulluq 

1.  Məqsəd:  

 

göbəkdən qanaxmanın və göbəyin infeksiyalaşmasının 



profilaktikası 

 

2.  Vasitələr: 

 

steril əlcəklər 



 

steril əskilər 

 

steril tənzif tamponlar 



 

steril rezin halqa və ya birdəfəlik plastik sıxac 

 

steril qayçı 



 

sıxac 


 

3.  Prosedurlar: 

 

göbək güdülünün bağlanması uşaq doğulduqdan sonra 2 saat 



ərzində aparılır 

 

əllər yuyulur 



 

steril əlcəklər geyilir 

 

əvvəlcədən rezin halqa taxılmış sıxac göbək güdülünə 



geydirilir. İkinci sıxacla halqa göbək dairəsindən 2-3 sm 

yuxarı göbək güdülünə keçirilir 

 

əgər birdəfəlik sıxacdan istifadə olunursa, o göbək 



dairəsindən 2-3 sm yuxarı qoyulur 

 

göbək güdülünün distal ucu rezin halqadan və ya sıxacdan     



1 sm yuxarıda kəsilir 

 

göbək güdülü quru saxlanılır və bağlanılmır, işlənilmir! (A) 



 

4.  Fəsadları: 

 

göbəkdən qanaxma 



 

göbək güdüklünün infeksiyalaşması (omfalit, sepsis) 

 

5.  Ədəbiyyat: 

1.

 



McDonald SJ, Middleton P. Effect of umbilical cord 

clamping of term infants on maternal and neonatal outcomes. 

Cochrane Database of Systematic Reviews 2008, Issue 2. Art. 

No.: CD004074. DOI: 10.1002\14651858. CD004074.pub2. 

Cochrane Database of Systematic Reviews, Issue 2, 2008 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 31

2.

 



Zupan J, Garner P, Omari A. Topical umbilical cord care at 

birth. (Cochrane Reviews). The Cochrane Library, Issue 3. 

Chichester, UK: John Wiley&Son;2004. 

3.

 



Jenssen P.A. et al. Randomized clinical trial of a triple 

dye\alcohol regime versus dry cord care. Pediatrics. 2003; 

111: 15-20. 

4.

 



JoDoee M.et al. Management of umbilical cord: Care 

regimens, colonization, infection and Separation. 

Neoreviews, 2004; 8:(4)155-163. 

5.

 



McConnell TP, LeeCW, Couillard M, Sherrill WW. Trends in 

umbilical cord care: Scientific evidence for practice. NBIN 

2004;4(4):211-22. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 32

PROTOKOL № 9 

Yenidoğulmuş uşağın immunizasiyası 

 

Ι. Virus hepatiti B (VHB) qarşı vaksinin yeridilməsi 

1.  Məqsəd: 

 

virus hepatiti B qarşı aktiv immunitetin yaradılması 



 

2.  Vasitələr: 

 

peyvəndlər üçün xüsusi təchiz olunmuş kabinet (soyuducu, 



stol və s.) 

 

VHB vaksin 



 

əlavə ehtiyatlı birdəfəlik şprislər 

 

steril və ya təmiz birdəfəlik əlcəklər 



 

steril pambıq kürəciklər 

 

70° spirt 



 

işlənmiş şprisləri, vaksinlərin flakonlarını təhlükəsiz 

toplamaq üçün qutular 

 

3.  Prosedurlar: 

 

immunizasiyanı xüsusi öyrədilmiş tibb bacısı aparmalıdır 



 

əgər ana HBsAg müsbətdirsə və ya onun HBsAg statusu məlum 



deyilsə: 

- doğularkən bədən kütləsindən və ümumi vəziyyətindən asılı 

olmayaraq, bütün yenidoğulmuşlar həyatlarının ilk 12 

saatında immunlaşdırılmalıdırlar 

 

əgər ana HBsAg mənfidirsə: 



- doğularkən kütləsi >1800q olan bütün yenidoğulmuşlar 

ümumi vəziyyətlərindən asılı olmayaraq, həyatlarının birinci 

2 sutkasında immunlaşdırılmalıdırlar 

 



doğularkən kütləsi <1800q olan yenidoğulmuşları kütlələri 

1800q-a çatdıqda və ya tibb müəssisəsindən evə yazılarkən 

immunlaşdırırlar 

 

 



əlləri yumalı 

 

əlcək geyinməli 



 

prosedura başlamazdan əvvəl uşağı ağrısızlaşdırmalı 

(“Yenidoğulmuş uşağın ağrısızlaşdırılması” protokoluna bax) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 33

 

şprisə 0,5 ml HBsAg vaksini yığmalı 



 

vaksini əzələdaxili, budun yuxarı hissəsinin ön-yan 

nahiyəsinə yeritməli 

 

yerinə yetirilmiş prosedura barədə yenidoğulmuşun inkişaf 



tarixində qeyd aparmalı 

 

4.  Fəsadlar: 

 

Postvaksinal reaksiyalar: 



- yeridilmə yerində hiperemiya və bərkimə 

- temperaturun qısa müddətli qalxması 

 

Ağırlaşmalar: 



- anafilaktik şok 

- allergik səpgi 

- yaranın infeksiyalaşması 

 

ΙΙ. Vərəm əleyhinə (BSJ) vaksinin yeridilməsi 



1.  Məqsəd: 

 

vərəm törədicisinə qarşı aktiv immunitetin yaradılması. 



 

2.  Vasitələr: 

 

peyvəndlər üçün xüsusi təchiz olunmuş kabinet (soyuducu, 



stol və s.) 

 

BSJ vaksini. 



 

əlavə ehtiyatlı birdəfəlik şprislər. 

 

steril və ya təmiz birdəfəlik əlcəklər. 



 

steril pambıq kürəciklər. 

 

70° spirt. 



 

işlənmiş şprisləri, vaksinlərin flakonlarını təhlükəsiz 

toplamaq üçün qutular. 

 

3.  Prosedurlar: 

 

immunizasiyanı xüsusi öyrədilmiş tibb bacısı aparmalıdır 



 

vərəmə qarşı immunizasiya doğularkən kütləsi >1800 q olan 



bütün yenidoğulmuşlara tibb müəssisəsindən çaxarkən, amma 

həyatının 2-ci günündən tez olmayaraq aparılır 

 

kütləsi <1800q yenidoğulmuşları isə kütlələri 1800q-a çatdıqda 



və ya tibb müəssisəsindən çıxarkən immunlaşdırırlar 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 34

Diri vaksinləri (BSJ və OPV) eyni vaxtda yeritmək məsləhət 

görülür. Əgər bu mümkün deyilsə, onlar arasında 3 həftə 

interval saxlamaq lazımdır. 

 

 



əlləri yumalı 

 

əlcək geyinməli 



 

prosedura başlamazdan əvvəl uşağı ağrısızlaşdırmalı 

(“Yenidoğulmuş uşağın ağrısızlaşdırılması” protokoluna bax) 

 

yeridilmədən bilavasitə əvvəl vaksini  quru vaksinə əlavə 



olan 2 ml steril 0,9% NaCl məhlulunda həll etməli. Həlledici 

şəffaf, rəngsiz və əlavə qatışıqlarsız olmalıdır. 1 dəqiqə 

ərzində bərabər həll olunmuş tərkib alınmalıdır 

 

vaksin yeridilən yer spirtlə silinir 



 

sol çiyinin yuxarı və orta ⅓ sərhədində hazırlanmış vaksindən 

0,1 ml ( 0,05 mq) dəri daxili yeridilir. İynənin kəsiyi yuxarı 

olmaqla dərinin üst qatına yeridilir. Əvvəlcə vaksin cüzi 

miqdarda yeridilir, iynənin dəri daxili girdiyinə əmin 

olduqdan sonra preparatın qalan dozası vurulur 

 

düzgün texnikada, yeridilmə yerində 15-20 dəqiqə sonra 



itəcək ağ rəngli papula əmələ gəlir 

 

yerinə yetirilmiş prosedura barədə yenidoğulmuşun inkişaf 



tarixində qeyd aparmalı 

 

4.  Ağırlaşmalar: 

 

soyuq dərialtı abses 



 

limfadenit 

 

kelloid çapıqlar 



 

ΙΙΙ. Poliomielitə (OPV) qarşı vaksinin yeridilməsi 

1.  Məqsəd: 

 

poliomielit virusuna qarşı aktiv immunitetin yaradılması



 

 

2.  Vasitələr: 

 

peyvəndlər üçün xüsusi təchiz olunmuş kabinet (soyuducu, 



stol və s.) 

 

OPV vaksina 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

35 


 

 

3.  Prosedurlar: 

 

immunizasiyanı xüsusi öyrədilmiş tibb bacısı aparmalıdır 



 

poliomielitə qarşı immunizasiya bütün yenidoğulmuşlara 



həyatlarının 2-ci sutkasından tez olmayaraq, tibb müəssisəsindən 

çıxana qədər aparılır 

 

Diri vaksinləri (BSJ və OPV) eyni vaxtda yeritmək məsləhət 

görülür. Əgər bu mümkün deyilsə, onlar arasında 3 həftə 

interval saxlamaq lazımdır. 

 

 



əlləri yumalı 

 

ağıza 2 damcı vaksin damızdırmalı 



 

vaksin olan açıq flakonu iş gününün sonunda məhv etməli 

 

yerinə yetirilmiş prosedura barədə yenidoğulmuşun inkişaf 



tarixində qeyd aparmalı 

 

4.  Fəsadlar: 

 

allergik reaksiyalar 



 

5.  Ədəbiyyat: 

1.

 



The Role of BCG Vaccine in the Prevention and Control of 

Tuberculosis in the United States. A Joint Statement by the 

Advisory Council for the Elimination of Tuberculosis and the 

Advisory Committee on Immunization Practices. 

Recommendations and Reports. Morbidity and Mortality 

weekly report, April 26,1996\Vol.45\No. RR-4 

2.

 

Современная терапия в неонатологии. Пер.с англ. Под 



редакцией Н.П.Шабалова М.: Медпресс, 2000  

3.

 



A Comprehensive Immunization Strategy to Eliminate 

Transmission of Hepatits B Virus Infection in the United 

States Recommendations of the Adisory Committee on 

Immunization Practices (ACIP) Part 1: Immunization of 

Infants, Children, and Adolescents CDC Morbidity and 

Mortality Weekly Report. December 23, 2005\ Vol.54\No. 

RR-16. 

4.

 



Canadian Immunization Guide, Public Health Agency of 

Canada, 2006. www.naci.gc.ca 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 36

PROTOKOL №10 

Yenidoğulmuşun ilkin laborator müayinəsi 

1.   Təyini : 

 

Təhlükəli vəziyyət – uşaq doğulduqdan dərhal sonra klinik 



simptomlarla özünü göstərməyən, amma aşkar olunmadıqda 

tez inkişaf edən və uşağın vəziyyətinin kəskin pisləşməsinə 

gətirib çıxaran, onun həyatı üçün təhlükə yaradan – gizli 

xəstəlik və ya sərhəd vəziyyətdir.  

 1. 

infeksiya 



 2. 

metabolik 

pozğunluqlar (hipoqlikemiya, hipokalsemiya) 

 3. 


sarılıq 

 

2.   Məqsəd: 

 

yenidoğulmuş uşağın təhlükəli vəziyyətlərinin laborator 



əlamətlərinin erkən aşkar edilməsi 

 

3.   Müayinə 



 3.1. 

İnfeksiya 

Ana tərəfdən risk faktorları Usaq 

tərəfdən risk faktorları 

1. Dölyanı suların vaxtından əvvəl 

    axması (DSVƏA) ≥18 saat  

2. Vaxtından əvvəl doğuş <37 

     həftə 

3. Vaxtından əvvəl doğuş <37+  

     DSVƏA 

4. B qrup streptokok daşıyıcı 

    (BQSD) 

5. Sidik yollarının infeksiyası, 

     bakteriuriya 

6. Xorionamnionit 

7. Doğuş zamanı qızdırma ≥37,8°C 

1. Yarımçıqlıq <37 həftə 

2. Bətndaxili inkişafın ləngiməsi 

3. Dölün hipoksiyası və/ və ya 

 asfiksiya 

4. Dölyanı sularda mekonium 

5. Hiperbilirubinemiya 

 

 



doğulduqdan sonra 6 saatdan gec olmayaraq – geniş qan 

analizi, C- reaktiv zülal 

 

analizlərdə patoloji dəyişikliklər olduqda, əlavə olaraq qan 



əkilməyə götürülür, uşağın gələcək müayinəsi və mümkün 

müalicəsi məsələsi həll olunur 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 37

 

 

3.2. Hipoqlikemiya, hipokalsemiya 

 

Ana tərəfdən risk faktorları 



Uşaq tərəfdən risk faktorları 

1. Şəkərli diabet 

2. Vaxtından əvvəl doğuş 

1. Yarımçıqlıq 

2. Bətndaxili inkişafın ləngiməsi 

3. Hipotermiya 

4. İri yenidoğulmuşlar (>4,5 kq) 

  

 

 

doğulduqdan 2 saat sonra qanda qlükozanın konsentrasiyasını 



təyin etməli  

 

eyni zamanda, imkan olarsa, qanda kalsiumun 



konsentrasiyasını da təyin etməli 

 

analizlərdə patoloji dəyişiklik aşkar olunduqda, uşağın 



gələcək müayinəsi və müalicəsi haqqında məsələni həll 

etməli 


 

 3.3. 

Sarılıq (hiperbilirubinemiya) 

 

Ana tərəfdən risk faktorları 



Uşaq tərəfdən risk faktorları 

1. Anada 0 qan qrupu 

2. Anada rezus mənfi qan  

3. Uşağın valideynlərinin 

    anamnezində - irsi eritrositopatiyalar 

1. Əgər anada 0 qan qrupudursa, 

    uşağın qan qrupu ilə uyğunsuzluq 

2. Anada Rh mənfi qan olarsa, 

    uşaqda rezus müsbət qan 

   


 

 

 

əgər anada 0 qan qrupudursa, göbək ciyəsindən kifayət qədər 



qan götürmək lazımdır ki, onun bir hissəsi uşağın qan qrupu 

təyin etmək üçün göndərilsin. Ana ilə  uşaqda qan qrupu 

uyğunsuzluğu olarsa, götürülən qanın qalan hissəsi 

yenidoğulmuşun qanında bilirubinin konsentrasiyasının təyini 

üçün istifadə olunur. 

 

əgər anada Rh mənfi qandırsa, göbək ciyəsindən kifayət 



qədər qan götürülür, bir hissəsi yenidoğulmuşun qan qrupunu 

və Rh faktorunu müəyyən etmək üçün göndərilir. Ana ilə 

uşaqda Rh faktora görə uyğunsuzluq olarsa, qanın qalan 

hissəsi yenidoğulmuşun qanında bilirubinin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 38

konsentrasiyasını, Hb, Ht, eritrositləri, retikulositləri, Kumbs 

sınağını müəyyən etmək üçün istifadə edilir. 

 

uşağın valideynlərinin ailə anamnezində irsi 



eritrositopatiyalar olarsa, eritrositlərin forma və sayını, 

retikulositləri, Hb, Ht və qanda bilirubin konsentrasiyasını 

müəyyən etmək üçün qan götürməli 

 

4.  Ədəbiyyat: 

1.

 

Ричард А. Полин, Марк Ф. Дитмар. Секреты Педиатрии. 



2001. Второе издание. 

2.

 



Неонатология. - под ред. Т.Л.Гомелы, М.Д.Каннигам, М.-

1998 


3.

 

Н.Р.К. Робертон. Практическое руководство по 

неонатологии, М.- 1998 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 39

PROTOKOL №11 

Yenidoğulmuşlarda fenilketonuriyanın  

və anadangəlmə hipotireozun skrininqi 

1.   Məqsəd: 

 

yenidoğulmuşlarda gələcəkdə pis nəticələrə səbəb ola biləcək  



hiperfenilalaninemiyanın və hipotireozun profilaktika 

məqsədi ilə erkən aşkar edilməsi. 

 

2.   Vasitələr: 

 

70° spirt 



 

quru pambıq kürəcik 

 

birdəfəlik steril skarifikator 



 

steril filtr kağızı (blank) 

 

birdəfəlik təmiz əlcəklər 



 

3.   Prosedurlar: 

 

2 sutkadan az olmayaraq enteral qidalanmada olan bütün 



yenidoğulmuşlara skrininq aparılmalıdır. 

 

 



blankı doldurmalı 

 

əlləri yumalı, təmiz əlcək geyinməli 



 

uşağın dabanı isti olmalıdır! 

 

dabanın yan səthini spirtlə silməli 



 

spirt uşağın dərisindən buxarlandıqdan sonra, dərini deşməli, 

uşağı  əvvəlcədən ağrısızlaşdırmalı (“Yenidoğulmuş  uşağın 

ağrısızlaşdırılması” protokoluna bax) 

 

qan damlası formalaşana qədər gözləməli 



 

uşağın dərisinə toxunmadan, qan damlalarını növbə ilə 

blankda dairələrlə göstərilmiş sahələrə (dairələri tam 

doldurmalı!) çəkməli 

 

yerinə yetirilmiş prosedura haqqında yenidoğulmuşun inkişaf 



tarixində qeyd aparmalı 

 

qan hopdurulmuş blankları otaq temperaturunda 3 saat 



müddətində qurutmalı 

 

regional skrininq mərkəzinə göndərilənə qədər blankları quru 



yerdə saxlamalı 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 40

4.   Fəsadlar: 

 

yaranın infeksiyalaşması. 



 

davamlı qanaxma. 

 

5.   Ədəbiyyat: 

1.

 



Р. А. Полин, Марк Ф. Дитмар. Секреты педиатрии. 2001. 

Второе издание. 

2.

 

Koch R.K. Issues in Newborn Screening for Phenylketonuria. 



Am Fam Physician 1999;60:1462-6. 

3.

 



Guidelines for Perinatal Care. American Academy of 

Pediatrics, American College of Obstetricians and 

Gynecologists, 2007. 

4.

 



Azen CG, Koch R, Friedman EG, Berlow S, Coldwell J, 

Krause W, et al. Intellectual development in 12-year-old 

children treated for phenylketonuria. Am J Dis Child 

1991;145:35-9. \ 

5.

 



Koch R, Wenz E. Phenylketonuria. Annu Rev Nutr 

1987;7:117-35 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Document Outline

  •  
  • Bakı - 2008 

Yüklə 266,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə