Sağlam yeniDOĞulmuşa qulluq üzrə klinik protokol



Yüklə 266,75 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix26.03.2018
ölçüsü266,75 Kb.
#33835
1   2   3   4   5   6   7   8

 

6

İxtisarların siyahısı:



 

 

BQSD  

– B qrup streptokok daşıyıcısı  



BSJ  

vərəm əleyhinə vaksin 



DSVƏA   – dölyanı suların vaxtından əvvəl axması  

HBsAg   – hepatit B virusunun səthi antigeni 

Hb  

– hemoqlobin  



Ht  

– hematokrit 



Q-6 FDG  – qlükoza-6 fosfatdehidrogenaza 

OPV  

– poliomielitə qarşı vaksin  



Rh  

– rezus-faktor 



VHB  

– virus hepatiti B 



WHO  

– Ümumdünya Səhiyyə Təşkilatı 



UNICEF   – Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

7

Protokol pediatrlar, neonatoloqlar, mama-ginekoloqlar, mamalar 



və uşaq şöbələrinin tibb bacıları üçün nəzərdə tutulmuşdur. 

 

ÜMUMİ MÜDDƏALAR 

 Sağlam yenidoğulmuş  uşaq – doğulduqdan sonra hər hansı bir 

tibbi müdaxiləyə ehtiyacı olmayan və yaxşı  həyat qabiliyyətini 

saxlayan uşaqdır. Yenidoğulmuş  uşağa düzgün qulluq və onun 

vəziyyətinin qiymətləndirilməsi bir çox hallarda postnatal 

adaptasiyanın gedişini və onun sağlamlığının gələcək vəziyyətini 

müəyyənləşdirməyə imkan verir. Uşağın somatik və nevroloji 

yetişkənliyinin qiymətləndirilməsi, hestasiya yaşının təyini, ola 

biləcək anadangəlmə qüsurların  və ya bətnxarici adaptasiyanın 

problemlərinin aşkarlanması, infeksiyaların və hemorragik xəstəliyin 

və s. qarşısını almaq üçün profilaktik tədbirlərin yerinə yetirilməsi – 

neonatoloqun işinin vacib hissəsidir. Təqdim olunan klinik 

protokollar mövcud sübutlu təbabətin dəlillərinə  əsaslanıb və 

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğundur. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

8

PROTOKOL №1 



Yenidoğulmuşa ilkin baxış

 

 

1.  Məqsəd: 

 

yenidoğulmuşun ümumi vəziyyətini qiymətləndirmək



vaxtında lazımı diaqnostik və müalicə tədbirləri görmək üçün 

normadan kənara çıxmaları aşkar etmək. 

 

2.  Vasitələr: 

 

isti otaq 



 

fonendoskop 

 

santimetr lenti 



 

fənər 


 

tərəzi 


 

şpatel 


 

xətkeş 


 

3.  Prosedurlar: 

 

Əgər doğulduqdan sonra uşağın vəziyyəti stabildirsə, 



neonatoloq uşağa ilkin baxışı doğuş zalında, palataya 

köçürülmədən  əvvəl və ya ana ilə  uşağın birgə qaldığı 

palatada edə bilər. Uşağın ümumi vəziyyəti ardıcıllıqla, 

təqdim olunan ilkin baxış formasına görə qiymətləndirilir. 

 

Əgər yenidoğulmuş  uşaqda hər hansı bir arzu olunmayan 



əlamət qeyd olunarsa, neonatoloq ona birinci və daha diqqətli 

baxışı  dərhal etməlidir, ona ilkin baxış formasını 

doldurmalıdır və bu formada kənara çıxmaların səbəbi və 

aşkar olunma vaxtı qeyd edilməli, gələcəkdə lazım ola 

biləcək yardımın həcmi göstərilməlidir. 

 

Əgər yenidoğulmuş  uşağın doğuş zalında reanimasiyaya 



ehtiyacı olarsa, ona ilkin baxış reanimasiya tədbirləri 

aparıldıqdan və ümumi vəziyyəti stabilləşdikdən sonra həyata 

keçirilir. Yenidoğulmuşun reanimasiyası protokolu və ilkin 

baxış forması doldurulur, mövcud kənara çıxmalar qeyd 

olunur və  gələcəkdə lazım ola biləcək yardımın həcmi 

göstərilir. 

 

4.   Ədəbiyyat: 

1. Managing newborn problems. A guide for doctors nurses and 

midwifes. WHO, 2003. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yenidoğulmuşun doğuş tarixi №  _____ 

S.A.A. _________________________________________________ 

Doğuşun vaxtı və saatı _________ Baxışın vaxtı və saatı: _________ 

 

 



ÜMUMİ GÖRÜNÜŞ 

1. Dəri örtüklərinin rəngi:  

 çəhrayı 

 boz   

 sarı  


 avazımış 

 mərmərlik 

 başqa ____________________ 

2. Sianoz: 

 

 

 



 yoxdur 

 

 var:   



 yayılmış 

 akrosianoz 

 perioral  

3. Dərinin elastikliyi:   

 normal 


 aşağı 

4. Dərialtı toxuma turqoru:   

 normal 


 aşağı 

5. Ödemlər:  

 yoxdur 


 var 

6. Səpgilər:  

 yoxdur 


 

 var:  xarakteri ________________________________________ 

lokalizasiyası ____________________________________ 

7. Dəri zədələnmələri və ya törəmələr:   

 yoxdur 


 

 var:  xarakteri ________________________________________ 

lokalizasiyası ____________________________________ 

8. Göbək ciyəsi:  

 adi    


 qeyri-adi: ______________________________ 

9. Göbək ciyəsi damarları:  

 adi   


 qeyri-adi: ______________________________

 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Yüklə 266,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə