Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   33   34   35   36   37   38   39   40   ...   98

 
115 
yeyən  adamın  cismi  sağlam  ola  bilmir.Belə  adamın  ruhu  da 
sağlam  olmur.Bu  baxımdan,milyonların  qanını  zəhərləyən 
zəngin  süfrələr,biz  bunu  istəsək  də,istəməsək  də,qarınqulular, 
şənbazlar,mal-pul  düşkünü  ordusu  və  potensial  cinayətkarlar 
yetişdirməyə xidmət edir. 
Zəngin  süfrə-böyük  günahdır.Ən  mütərəqqi  din  olan 
İslam  dini  israfçılığı  da,insanın  öz  cisminə  zyan  vurmasını  da 
böyük günah sayır.Zəngin süfrə hər iki halın baş verməsin üçün 
münbit  şərait  yaradır  və  onların  baş  verməsini  qaçılmaz  edir. 
Allah  israfçıları  da,öz  canına  sitəm  edənləri  də  sevmir.Digər 
tərəfdən  də,dünyada  milyonlarla  ac-yalavac  bir  loxma  çörəyə 
möhtac olduğu,körpələr acından qırıldığı bir zamanda on-iyirmi 
adamı  doyura  biləcək  qidanı  bir  saadın  içində  gödənə  doldurub 
çürütməyin  özü  də  insanların  hamısını  bərabər  yaradan  Ulu 
Tanrıya xoş getməz. 
Unutmayın:çox yeyən-az yaşayır,az yeyən-çox. 
                                                  
 
BEŞİNCİ  FƏSİL 
SÖZ - LOĞMANDIR, SÖZ - CƏLLADDIR 
 
Bu  əhvalatı  çox  adama  danışmışam.Hər  dəfə  sözdən  söz 
düşəndə  danışıram.  Çox  ibrətamiz  hadisədir.Uzun  illər  bir 
yazıçı-jurnalist  kimi  sözdən  silah  kimi  istifadə  etsəm  də,  sözün 
nəyə  qadir  olduğunu  məhz  o  gün,Bakıdakı  Semaşko  adına 
klinikada xəstə yatarkən əyani şəkildə dərindən dərk etdim.Mən 
yatan  palataya  tez-tez  bir  dayaz  düşüncəli  dosent  gəlirdi.Bütün 
dayaz adamlar kimi,o da özündən çox razı idi.Xəstələrə “dəyərli” 
məsləhətlər verirdi.Mənə təkidlə deyirdi:”Nəbadə qışda çiməsən! 
Çimdin-işin  bitdi.Heç  yazda  da  çimmə...Neçənci  mərtəbədə 
olursan?..Bəxtin  kəsib  ki,  ikinci  mərtəbədə  olursan,yoxsa  belə 
ürəklə işin çoxdan bitmişdi”...Onda xəstəlik “stajim” hələ böyük 
deyildi,  “xam”  idim,  bilmirdim  ki,  bütün  xəstəlikləri  hava,  su, 
qida  və  hərəkətlə  sağaltmaq  mümkündür.Təbiidir  ki,dayaz  dos-


 
116 
entin  dediklərini  qanun  kimi  qəbul  edirdim.Lakin  tezliklə  bir 
faciə baş verdi və mən dosentin səviyyəsinə bələd oldum. 
Palatamızda bir bamazə kişi müalicə alırdı.Vaxtilə “kran-
lardan  su  yerinə  süd  axır”  deyən  Sovet  Hökumətinin  yalançı 
təbliğatına  uyub,Cənubi  Azərbaycandan  köçüb  bura  gələn  çox-
saylı zavallılardan biri idi.Qara ciyəri pis günə qalmışdı.Bir dəfə 
dosent  dərs  dediyi  tələbələrə,  çarpayının  üstündə  oturub  şən 
ovqatla təsbeh çevirən həmin kişini göstərdi və qətiyyətlə dedi: 
-Bunun yaşamağı özündən asılıdır:yönlü yesə,yaxşı istra-
hət etsə,müalicəsi ilə vaxtlı-vaxtında məşğul olsa,on beş-iyirmi il 
də yaşaya bilər.Yox,özünə baxmasa, qara ciyərini soyuğa versə, 
heç bir il də yaşamaz. 
Xəstənin  gözləri  bir  anın  içində  quyunun  dibinə  düşdü, 
üzü  sıyrılmış  qılınc  tək  uzandı,təbəssümü  donub  buz  parçası 
kimi  dodağına  yapışdı,təsbeh  əlində  dondu,xəstə  quruyub 
yerində  qaldı.Həkim,heç  nə  olmayıbmış  kimi,  dəstəsini  çəkib 
getdi.Kişinin  sarsıldığını  görüb  ona  ürək-dirək  verdim,zarafatı 
çox  xoşladığından  zarafata  saldım,gülməli  şeylər  danışdım. 
Fəqət  məni  eşitmirdi.Atmacaları  cavabsız  qoyurdu.Halbuki  ağır 
dərdə  mübtəla  olmasına  baxmayaraq,bircə  dəqiqə  də  zarafatın-
dan  qalmırdı.Dərdi  təkcə  xəstəlik  deyildi.Vətəni  uzaqlarda  qal-
mışdı,külfət  basmışdı,güzəranı  pis  keçirdi.Kürdəmir  dəmir  yol 
vağzalındakı  restoranda  “podavatçı”  işləyirdi.  Deyirdi,  kişi  işi 
deyil,müştərilər onu tez-tez arağa qonaq edirlər. 
-Onun-bunun  sağlığına  vura-vura  öz  sağlığımı  itirdim. 
Xəstələnib  yatağa  düşəndə,gözümü  açıb  gördüm  düz  12  uşaq 
yığılıb  başıma.Arvaddan  soruşdum:“Az,bunların  hamısı  bizim-
di?”.Arvad dedi:“Tanımazsan da,uşaqlar yuxuda olanda gedirsən, 
yatanda  da  qayıdırsan.Həmişə  də  piyan”.Düz  deyirdi  arvad. 
Bədbəxt qara ciyər necə tab gətirsin o boyda zırıltıya.  
Kişi  bir  il  öncə  burada  yatmışdı,yaxşı  müalicə  almışdı, 
indi yenidən müalicə kursunu davam etdirməyə gəlmişdi.İşlər pis 
getmirdi.Mərdimazar dosent dilini farağat qoysaydı,zavallı bəlkə 
də  bir  xeyli  yaşayacaqdı.Xəstəni  şok  vəziyyətdən  çıxartmaq 


 
117 
cəhdimiz bir səmərə vermədi. Kürdəmirə zəng vurdular: “Gəlin 
xəstəni aparın”. Öyrəndim ki,yoldaca keçinib. 
Bəli,söz  belə  qüdrətli  silahdır:şəfaverici  loğman  da  ola 
bilər,ürəyi  susduran  cəlladd  rolunu  da  oynaya  bilər.Adamı 
zirvəyə  qaldıra  da  bilər,uçuruma  da  sürükləyər.İndi  çox  dəqiq 
bilirəm:hər  şey  sözdən  necə  istifadə  etməkdən  asılıdır.  Müalicə 
vaxtı  vacib  budur  ki,  “bacarmıram”  kəlməsini  heç  vaxt  dilinə 
gətirməyəsən.Çünki  Allahın  yaratdığı  və  ən  güclü  silahla-ali 
şüurla  təmin  etdiyi,yaratmaq  qabliyyəti  verdiyi  İNSAN 
həqiqətən də çox şeyə qadir olan bir varlıqdır. 
Bu gün söz haqqında ona görə söz açdım ki, cism ilə ruhu 
tam,bütöv  və  ayrılmaz  bir  varlıq  kimi  qəbul  edən  Nişinin  Sağ-
lamlıq  Sistemində  inam  önəmli  yer  tutur,bu  sistem  sözlə 
müalicəyə  böyük  əhəmiyyət  verir.Söz-qüdrətli  müalicə  vasitə-
sidir.Heç  təsadüfü  deyil  ki,  zəngin  Şərq  mifalogiyasına  görə 
dünyanı söz yaratmışdır: Allah “ol!”  demiş və Yer, Göy, İnsan, 
heyvan və s.yaranmışdır.Söz,hətta,adi Allah bəndəsinin əlində də 
böyük  yaradıcı  qüvvədir.Tədqiqatçı  alimlər  belə  bir  qəti  fikir 
söyləyirlər  ki,mağların  peyqəmbəri  Zərdüşt  sözün  gücü  ilə 
əşyalara  təsir  göstərirmiş,sözlə  yağış  yağdıra  bilirmiş.Bu  gün 
elmə  3-4  kilometr  məsafədən  sözün  gücü  ilə  divardakı  saatı 
əyləyən,metal  qaşığı  əyən  adamlar  bəllidir.Bəs  sözün,fikirin 
gücü ilə öz qarınlarını bıçaqsız-filansız,əl ilə yarıb,daxili orqan-
larını bayıra tökən yoqlar?.. 
Sözün  hikməti  ilə  qanı  təmizləmək,qan  dövranını 
yaxşılaşdırmaq,hətta,inamsızlığın  arxasını  yerə  vurub,güclü 
iradə yaratmaq mümkündür.Mən bunu öz təcrübəmdən çox 
dəqiq bilirəm.Hər səhər-yuxudan ayılan kimi,bir də hər axşam-
yatağa gircək,üzümü böyük Yaradana tutb,”Fatiha” və “Ayətül-
kürsi”  surələrini  oxuduqdan  və  mənə  şəfa  verən,ruzu  göndərən 
Tanrıya şükr  etdikdən sonra,dilək diləyirəm:”Ya Rəbbim!  Məni 
pis  vərdişlərdən,pis  niyətlərdən,pis  əməllərdən  uzaq  elə,mənə 
düz  yol  göstər,məni  düzgün  istiqamətləndir,məni  saflaşdır, 
kamilləşdir.İlahi,sən mənə möhkəm iradə, böyük səbr,təmkin və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə