Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   41   42   43   44   45   46   47   48   ...   98

 
140 
reflekslərin  mərkəzini  cəmləşdirir.Odur  ki,  divarın  müxtəlif 
nöqtələrinə tə'sir göstərməklə bir çox xəstəlikləri müalicə etmək 
olar. Yadınıza salın: «ürəyi gedən» adamın burnuna naşatır spirti 
verərkən, dərhal özünə gəlir. 
Müəyyən  edilib  ki,  burun  divarı  bütün  daxili  orqanların 
fizioloji mütənasibliyinə nəzarət edir. Bir çox xəstəliklər (astma, 
mioma, ürək arteriyasının gərilməsi, cinsi və endokrin orqanların 
xəstələnməsi, süzənək, aybaşı zamanı baş verən ağrılar, qəbzlik, 
diafraqmanın  zəyifləməsi,  mə'dənin  və  ciyərlərin  xəstələnməsi, 
qulaq  ağrısı,  əsəbilik,  gərginlik  və  s.)  burun  divarının  vəziyyəti 
ilə  bilavasitə  bağlıdır.  Professor  K.Nişi  sübut  edib  ki,  başının 
altına  bərk  yastıq  qoyan  adamın  burun  boşluğunu  müalicə 
etməyə  ehtiyacı  qalmır.  O  yazırdı:  «Beyin  təkamülü  iybilmə 
hissinin  inkişafı  ilə  bağlıdır,  onun  nəticəsidir.  Çünki  bütün 
orqanlar burun divarı ilə sıx bağlıdır». 
Bərk  yataqdan  istifadə  etmək-burun  divarının  normal 
işləməsi üçün gözəl şərait yaradır və xəstəliklərin qarşısını alır. 
Geniş  yayılmış  bir  yapon  məsəlində  deyilir:  «Əyilmiş  boyun-
gödək  ömürün  nişanəsidir».  Alman 
həkimi  Parma  tədqiqat  apararkən  aydın 
olub  ki,  dişi  ağrıyan  adamların,  demək 
olar,  hamısında  3-cü  və  4-cü  boyun 
fəqərələri 
burxulmuşdur.Bərk 
yastıq-
beyin 
damarlarının 
aterosklerozunu 
müalicə  edir  və  beyində  qan  dövranını 
yaxşılaşdırır, beyin  damarlarında  kristala 
çevrilməkdə  olan  zərərli  maddələri 
əridir.Bərk  yastıq  həm  də  ona  görə 
lazımdır ki,böyük 
yastıqda  yatarkən 
 
 
 
 
boynunuz  əyilir,  ağzınız  açıq  qalır,   
Şəkil 9. Bərk və balaca yastıq. 
 
 
 
nəfəsi  
ağızdan  alırsınız,  odur  ki,  boğazınız  ağrıyır.  Bə'zən  də 
başınız yastıqdan düşür. Bu da pis nəticə verir.  
 
Mə'lumat  üçün  deyim  ki,  Nişi  öz  yastığını  ağacdan 
hazırlamışdı.  M.Qoqulan  isə  pambığı  dürmək  kimi  bükmüş, 
üstünə  at    tükü  sarımışdır.  Mən  də  ağaca  üstünlük  vermişəm. 
Məsləhət  görürəm  ki,ilk  vaxtlar  məhrabanı,yaxud  digər  pambıq 


 
141 
parçanı dürmək kimi yumrulayıb,iplə(sapla) sarıyasınız,boynunu 
–zun  altına  qoyub  yatasınız  və  tədricən  özünüzü  daha  bərk  
yastığa alışdırasınız.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 10. Burun divarındakı sinirlərin orqanlarla əlaqəsi və bu 
əlaqə pozulduqda baş verən xəstəliklər:1-qızdırma, astma, mioma, 2 - 
ürək  arteriyasının  gərilməsi,  3  -  cinsi  orqanların  xəstələnməsi,  4- 
endokrin  sisteminin  xəstələnməsi,  5  -  süzənək,  6  -  aybaşı  ilə  bağlı 
narahatlıqlar,  sağrı  sümüyün  ağrıması,  işias,  7  -  enterit,  qəbzlik,  8  - 
diafraqmanın  zəyifləməsi,  ağ  ciyər  və  qara  ciyər  xəstəlikləri,  9  - 
böyrək xəstəlikləri, 10 - mə'də xəstəlikləri, 11 - qara ciyər xəstəlikləri, 
12 - qulaq ağrısı, baş gicəllənməsi, 13 - əsəbilik, narahatlıq. 
 
 ÜÇÜNCÜ QAYDA:“qızıl balıq” təmrini 
Artıq  biz  sizinlə  düzgün  qidalanmaq  qaydalarını  da  bilirik, 
düzgün yatmaq qaydalarını da. İndi qalır «hərəkət-bütün dərmanları 
əvəz  edir,  amma  bütün  dərmanlar  hərəkəti  əvəz  edə  bilmir» 
kəlamınm  dürüstlüyünü  araşdırmaq.  Professor  Nişi  bu  kəlamı  hələ 
XX  əsrin  əvvəlində  sınaqdan  keçirib  və  bu  sadə  həqiqəti  təsdiq 


 
142 
edib.  Alim  onu  da  sübuta  yetirib  ki,  heç  də  bütün  hərəkətlər  şəfa 
vermir. Əksinə, elə hərəkətlər var ki, qaş qayıran yerdə, vurub gözü 
də çıxardır.Yalnız qanı saflaşdıran
 və qandövranını yaxşılaşdıran 
hərəkətlər  müalicəvi  əhəmiyyət  kəsb  edir.  Nişi  saflaşdırıcı 
hərəkətləri 4 təmrində düzmüş və birincisinə «Qızıl balıq» adı 
vermişdir. Maraqlıdır:nə üçün məhz «qızıl balıq»? 
Yapon  əyalətlərinin  birində  balığı  diriltmək  üçün  qəribə 
bir  üsuldan  istifadə  edirlər:  balığın  quyruğundan  tutub  onu 
əsdirərək,  suya  salıb  çıxardırlar.  Nişi  öz  təmrinlərindən  birinə 
«qızıl  bahq»  adı  verənə  qədər  bu  oyunun  mə'nasını  kimsə  aça 
bilmirdi.  Nişi  bu  hərəkətin  orqanizmin  yaşamaq  qabliyyətini 
artıran  bir  hərəkət  olduğunu  anladı  və  ilk  məşqini  balıq 
çabalamasına  (vibrasiya)  bənzətdi.  Bu  dəyərli  təmrin  aşağıdakı 
qaydada həyata keçirilir. 
1.
 
Arxası  üstə  döşəməyə  (yaxud  bərk  çarpayının  üstünə) 
uzanın.  Ayaqlarınızı  mümkün  qədər  çox  qabağa  uzadın, 
pəncələrinizi  tavana  perpendikulyar  şəkildə  cütləyin.  Əllərinizi 
başınızın  üstündən  geri  atın.  Bədəninizi  tarım  dartıb  «simə» 
döndərin.  Sağ  dabanı  yerə  dirəyib,  bədəninizi  aşağı  dartın  və 
eyni vaxtda bədəni əllərlə əks istiqamətdə dartın. Hər dəfə bunu 
edərkən 7-yə qədər sayın. Eyni hərəkəti sol dabanla da edin. Hər 
dabanla 10 dəfə dartmaq lazımdır.Məqsəd - burxulmuş fəqərələri 
dartıb öz yerinə salmaq və düzəltməkdir. 
2.
 
Qollarınızı  dirsəkdə  büküb,  əllərinizi  boyunun  altına 
qoyun.Pəncələri cütləyib,tavana perpendikulyar şəkildə saxlayın. 
Dabanları,  çanağı  və  kürəkləri  yerə  sıxın.Fikirinizi  cəmləyib 
məşqə  başlayın.Cüt  ayaqları  sağa,  başı  isə  sola  tərəf  hərəkət 
etdirin.  Fəqərə  sütunu  tərpənmir.  «Vibrasiya»nı  sür'ətlə  etmək 
lazımdır.Vaxt:1-2 dəqiqə. Yaxud 120-240-ə qədər saymaq. Vaxtı 
uzatmaq da olar 
«Qızıl balıq» bizə nə verir? 
Fəqərə  sütununun  əyilməsi  2  formada  baş  verir:  kifo-
lordoz forma və skolioz forma. Kifolordoz sağlamlıq üçün daha 
təhlükəli forma sayılır. Bunlar necə baş verir? 
Bədən  uzun  müddət  qeyri-normal  vəziyyətdə  qalanda 
fəqərələr əyilir və bu şəkildə bərkiyir. «Qızıl balıq» təmrini belə 
əyilmənin  tədricən  aradan  götürülməsi  üçün  şərait  yaradır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə