Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

 
170 
Siftə vaxtlar proqramı qismən yerinə yetirin,orqanizmi çox 
yükləməyin,  cisminizi,şüurunuzu,  həyat  tərzinizi  Sağlamlıq 
Sisteminə tədricən uyğunlaşdırın. Sonra proqramı tam şəkildə və 
dəqiq  yerinə  yetirin.  «Vaxtım  yoxdur»  kəlməsini  dilinizə 
gətirməyin. Poliklinikalarda, əcza-xanalarda, stasionarlarda, tanış 
həkimlərin  yanında,  türkə-çarələrin  evində  və  s.  yerlərdə 
itirdiyiniz  vaxtın  kiçik  bir  qismini  Nişi  Sisteminə  sərf  etsəniz, 
boş vaxtınız daha çox olacaq, çünki siz sağlam,gümrah,iradəli və 
nikbin  olacaqsınız,iş  qablyyətiniz  birə  beş  artacaq.  Dərmana, 
həkimlərə, fırıldaqçı «şəfa verənlər»ə xərclədiyiniz pul  cibinizdə 
qalacaq.  Onu  cisminizə Günəş  enerjisi,  vitamin və  digər  faydalı 
elementləri daşıyan meyvvə-tərəvəzə xərcləyin.  
Bir  vacib  məsələni  də  yadda  möhkəm  saxlayın:  digər 
müalicələr və sistemlər müvəqqəti kömək edir, professor Nişi isə 
sağlamlığın  metodologiyasını  yaradıb.Nişi  sistemi  sağlamlıq 
haqqında  bütöv  bir  elmdir.  Çox  demirəm,  ikicə  həftə  Nişi 
Sistemi  ilə  yaşasanız,  onun  bəxş  etdiyi  dincliyi,  rahatlığı, 
gümrahlığı  hiss  etsəniz,  sizi  bu  sistemdən  heç  tankla  da  qopara 
bilməzlər. Buna əmin ola bilərsiniz. 
 
 
SƏKKİZİNCİ  FƏSİL 
TƏMİZLƏNMƏ 
Yoğun bağırsağın təmizlənməsi 
 
 Tükənmək  bilməyən  qayğıların,  əndişələrin,  ziyafətlərin, 
ad  günlərinin,bəzilərinin  həyat  normasına  çevrilmiş  eyş-işrətin 
əlindən  macal  tapıb,öz  keçmişinizi  göz  qabağına  gətirsəniz,bir 
şeyin  şahidi  olacaqsınız:bir  qisminiz  qabağına  nə  çıxdı  yeyib,o 
biri qisminiz isə xörəklərin ən dadlısını nuş edib. Bəzən iştahınız 
çəkmiyəndə  də  basıb  yemisiniz:  gödən  doyub,  göz  doymayıb. 
«Saman  sənin  deyil,  samanlıq  da  sənin  deyil»  iradını  ya  qulaq 
ardına  vurubsunuz,ya  da  «qoy,  keçinin  ölümü  palıddan  olsun» 
misalı ilə (inanmıram ki,belə misal  başqa millətlərin folklorunda 
da  tapılsın!)  cavab  vermib  “mərəyi”  ağzınacan  doldurubsunuz. 


 
171 
Əmin olmusunuz ki, qanlı kababla araq vurmaq, kef çəkmək ən 
böyük səadətdir.Nadanlığın və cahilliyin embleması olan “kef 
çəkmək”  fəlsəfəsi  ilə  yaşayan  hər  kəs  kef  çəkmir,ömrü  boyu 
əzab çəkir,oturduğu ağaca mütəmadi olaraq balta vurur. 
Əzablarla dolu həyatımıza “ağ ölüm” adlandırılan narkotik 
maddələrlə  yanaşı,”dərman  narkomaniyası”,  “papiros  narkoma-
niyası”,“şirniyyat  närkoma-  niyası”,  “içki  narkomaniyası”,  “duz 
narkomaniyası”,“çörək narkomaniyası”, “ət narkomaniyası”,”çay 
narkomaniyası” da   soxulub.Bunların hər biri təklikdə,  narkotik 
maddələr  qədər  dəhşətli  bəladır.Hamısı  bir  yerdə  isə  on  qat,yüz 
qat artıq bəladır! 
Gündə neçə dəfə qida qəbul etmək faydalıdır? Nişi yemək 
məsələsində  bir  müdrik  kəlamı  həmişə  rəhbər  tutub.  Deyirlər: 
yoqlar  1  dəfə  yeyirlər,  qurmanlar  (ləziz  yemək  pərəstişkarları)- 
2  dəfə,  xəstəlikpərəstlər-3  dəfə.  Nişi  belə  hesab  edirdi  ki,  dəb 
dalınca qaçmaq,təqlidçilik, aludəçilik, şənbazlıq bütün sahələrdə 
zərərlidir.Amma modabazlıq qidalanma prosesinə soxulanda əsl 
fəlakət baş verir, çünki paltar modası dalınca qaçan adam təkcə 
pulunu  itirirsə,  qidalanmada  modabazlıq  edən  adam  Ana 
Təbiətin  bəxş  etdiyi  ən  əziz  neməti-sağlamlığını  itirir.İnsan, 
cansağlığı  ilə  bərabər,gülmək,  sevinmək  və  sevindir-  mək, 
xeyirə-şərə  yaramaq,  sevib-sevilmək,  fəal  vətəndaş  olmaq, 
xalqın, planetimizin dərdinə qalmaq kimİ yüksək keyfiyyətlərini 
də  itirir.  Bu  itkinin  miqyasını  və  dəhşətini  yalnız  mənim  kimi 
uzun illərin xəstəsi olmuş adamlar dərindən dərk edə bilir. 
Qadınlar  və  qız-gəlin  qida  modabazlığı  bəlasına  çox  tez 
mübtəla olurlar, bunun acı nəticə verəcəyini əsla dərk etmirlər. 
Çünki  onlara  nə  orta  məktəbdə,  nə  ali  məktəbdə,  nə  də  ailədə 
qidalanma ilə bağlı dərs keçiblər. Düzgün qidalanma qaydalarını 
onlara  öyrədən  olmayıb.  Onlar,sağlam  qidanı,pulgir  televiziya 
kanallarının köməyi ilə, sıxışdırıb aradan çıxardan, heç bir haqqı 
olmadan,  süfrədə  onun  yerini  tutan  və  insanları  min  bir  dərdə 
mübtəla  edən  qida  modabazlığının  eybəcərliyini  və  zərərini 
görüb, qiymət verə bilmirlər. Ona görə də uzun illər qidalanma 
problemləri  ilə  məşğul  olan  Breqq,  Şelton,  Birher-Benner, 


 
172 
Uoker,  Çarviz,  Qlass,  Ozavı,  Çuprin,  Semyonova  və  s.  kimi 
vicdanlı  təbiblərin  qopardığı  fəryad,  göndərdikləri  SOS  asılıb 
havada qalıb (ələlxüsus da «Sovet səhiyyə sistemi - ən qabaqcıl 
sistemdir» şüarının hökm sürdüyü keçmiş SSRİ məkanında). 
Nəticədə biri-digərindən ağır, biri-digərindən əzablı xəstə 
-liklərə  düçar  olur.  Bu  işdə  gündə  bir  təzə  yemək  növü  «icad» 
edən,  süfrənin  faydasından  daha  çox  gözqamaşdırıcı  zahiri 
effekti,  yaraşığı  barədə  düşünən,  süfrəni  son  dəbə  uyğun 
bəzəməyə  çalışan  şənbaz  xanımların  «xidmətləri»  böyükdür.  
Onlar ərlərinə, istəkli balalarına, əziz qonaqlarına yaxşılıq etmək 
istərkən,  özləri bilmədən, onlara böyük pislik  etmiş  olurlar. Hər 
gün yeni bir xörək resepti, şirniyyat növü, qidanın zərərli növləri 
ilə  onsuz  da  çox  zəngin  olan  həyatımıza  məhz  onların  «böyük 
qayğısı»  sayəsində  daxil  olur.Sözdə  “xalqının  xoşbəxtliyi  üçün 
çalışan”,  əməldə  isə  millətə  çox  böyük  məharət  və  xüsusi 
canfəşanlıqla qarınqululuq dərsi keçən, xalq kütləsinin onsuz da 
həddən  ziyada  aşağı  olan  qidalanma  mədəniyyətini  qaldırmaq 
əvəzinə, qat-qat aşağı salan “vətənpərvər” teleşirkətlərin qazanc 
naminə  apardıqları  geniş  miqyaslı  kampaniyaları  ayrıca  qeyd 
etmək  istərdim!..”Ölü”  qidaları  bütün  sutka  ərzində,  böyük 
həvəslə  və  xüsusi  ustalıqla  təbliğ  edən  teleşirkətlər,  qarınqulu, 
acgöz millətimizi hərifləyib, öz çürük mallarını camaata sırıyan 
vicdansız  işbazlarla  cinayət  əlaqəsinə  girib.  Buna  başqa  ad 
vermək  olmaz.  Qarınqulu  kütlə,  “qeyrətli”  jurnalistlərin  köməyi 
ilə,  gündə  bir  zəhərli  menyu  tərtib  edir,  öz  cismini  və  ruhunu 
zəhərləyir,  ailə  büdcəsinə  ciddi  zərbə  vurmuş  olur.  Beləliklə  də 
millətimizin həyatına daha bir «sağalmayan» xəstəlik soxulur və 
biz  min  bir  əziyyətlə  qazandığımız  pulu  dava-dərmana 
xərcləyirik. Özü də nə dələduz işbazlar, nə də teleşirkətin çoxlu 
pul  qazanan  başbilənləri  dərmana  pul  xərcləmək  prosesindən 
kənarda  qala  bilir.  Şüurlu  İnsanın  bu  hərəkətinə  nadanlıqdan 
başqa nə ad verəsən? 
Bəli,  qarnımızı  “ölü”  qidaların  köməyi  ilə  toksik 
materialların  cəmləşdiyi  «zəhər  anbarına»  özümüz  çevirmişik. 
Bu  “anbarı”  pinti  şəhərlərdəki  zibilxanalarla  müqayisə  etmək 
çox  yerinə  düşər.  Gözünüzün  qabağına  gətirin:  səfil  itlər, 
pişiklər,  siçovullar,  siçanlar,  müxtəlif  həşəratlar  hamısı  pinti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə