Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 
 
 
 
34 
üçün müxt
əlif eynək, maska və şlemlərdən istifadə etməklə gözlə su arasında hava 
qatı yaradılır. Lakin görmə məsafəsində müxtəlif optik sınma qabiliyyətli mühitlərin 
(su  - 
şüşə  -  hava)  olması  refraksiya  -  yəni,  «xəyali  görünüş»  hadisəsinin  baş 
verm
əsinə səbəb olur və bu zaman əşyalar həqiqi ölçülərinin, təqribən, 41-i qədər 
böyük görünürl
ər. Dalğıclar tərəfindən suyun altında real məsafə və ölçülərin qəbul 
edilm
əsi müəyyən təcrübə toplamaqla əldə edilir. 
Əşyanın həqiqi görünüşü 
İşıq şüalarının müxtəlif 
Mühitl
ərdən keçən zaman 
sınmasının müqaisəli təsviri 
 
 
Əşyanın xəyali görünüşü 
Suya h
ər bir maye kimi, hidrostatika və  hidrodinamikanın  əsas  qanunları 
şamildir: 
1.
 
Paskal qanunu (bu qanun eynil
ə qazlara da aiddir) - 
Mayenin s
əthinə  edilmiş  təzyiq, maye tərəfindən bütün  istiqamətlərə  bərabər 
şəkildə paylanır. 
2.
 
Arximed qanunu (bu qanun eynil
ə qazlara də aiddir) - 
Mayey
ə batırılmış hər bir cismə həmin maye tərəfindən cismin sıxışdırıb çıxardığı 
mayeni
n  ağırlıq  mərkəzinə  aşağıdan  yuxarı  tətbiq  olunmuş  və  sıxışdırılıb 
çıxarılmış    mayenin çəkisinə bərabər olan  qüvvə  təsir göstərir. 
Arximed qanunu il
ə suya batırılmış cismin vəziyyətini xarakterizə edən üzmə və 
müvazin
ət halları müəyyənləşdirilir. 


 
 
 
 
35 
 
 
Ağırlıq qüvvəsi (P) ilə üzmə qüvvəsi (Q) arasındakı nisbət suya batırılmış cismin 
üzm
əsinə  və  ya batmasına  səbəb olur. Ümumiyyətlə, üzmə  müsbət (Q>P), mənfi 
(Q
ə tarazlaşmış (Q=P) ola bilər. Məsələn, insan bədəninin xüsusi çəkisi suyun 
xüsusi ç
əkisindən  çox  olduğuna  görə  insan bədəni müəyyən mənfi üzməyə  malik 
olur. Lakin b
əzən  çox  sıxlığa  malik  dəniz  sularının  xüsusi çəkisi insan bədəninin 
xüsusi ç
əkisinə yaxınlaşır və ya bərabər olur və hətta bəzi hallarda ondan çox da 
ola bil
ər. Bu zaman bədənin üzmə qabiliyyəti asanlaşır və ya tarazlaşır, hətta insan 
suyun üz
ərində dayana  da bilir. Biz hər birimiz bunu dəniz və ya ifrat duzlu suda 
çim
ərkən  hiss  etmiş  oluruq.  Məsələn,  Bakıda  Hövsan  qəsəbəsi  yaxınlığında 
müalic
əvi  əhəmiyyətli  duz  gölü  vardır  və  həmin göldə  insanın  suda  batması 
mümkün  deyildir.  İnsan  dalğıc  kostyumu  geyindikdə  bədən həcminin böyüməsi
b
ədənlə dalğıc kostyumu arasında qalan hava qatı nəticəsində müsbət üzməyə malik 
olur v
ə suya dalmanı təmin etmək üçün müxtəlif dalğıc yüklərindən istifadə olunur. 
Ümumiyy
ətlə, sualtı üzmə üçün cüzi mənfi üzmə məqbul sayılır. 


 
 
 
 
36 
Müvazin
ət  suyun  altında  dalğıclar  üçün  böyük  əhəmiyyət  kəsb edir. Belə  ki, 
dalğıc suyun altında  müxtəlif yönümlü işlərin yerinə  yetirilməsi ilə  məşğul  olduğu 
zaman b
ədənin tarazlıq vəziyyətini saxlamalı və bu tarazlıq vəziyyətindən çıxdıqda 
çox  asanlıqla  yenə  həmin vəziyyətə  qayıtma  qabiliyyətli  olmalıdır.  Bu  isə  dalğıc 
geyim d
əsti və  ləvazimatları  ilə  birlikdə  dalğıc  bədəninin üzmə  və  ağırlıq 
m
ərkəzlərinin (üzmə mərkəzinin ağırlıq mərkəzindən yuxarıda olması şərti ilə) bir 
şaquli  xətt üzrə  yerləşməsi  nəticəsində  mümkündür. Belə  olan  halda, müvazinət 
itirildikd
ə əvvəlki vəziyyətə qayıtmaq üçün  dalğıca  ağırlıq  və  üzmə  qüvvələrinin 
yaratdığı momentlər cütlüyü kömək edəcəkdir. 
 
Dalğıc bədəninin geyim dəsti  və ləvazimatlarla 
birlikd
ə müvazinət vəziyyəti 
 
Dalğıc bədəninin geyim dəsti və ləvazimatlarla birlikdə müvazinət veziyyəti 
3.
 
Suyun hidrostatik t
əzyiqi - Mayeyə batırılmış hər bir cısınə mayenin çəkisi 
t
ərəfindən  yaradılan  və  kəmiyyətcə  dalma dərinliyi ilə  mayenin xüsusi çəkisi 
hasilin
ə bəraber olan təziq təsir edir. 
4.
 
Eyler-Bernulli qanunu  -  Axan mayenin (
qazın) təzyiqi en kəsıyı üzrə axın 
sür
əti az olan yerdə çox, axın sürəti çox olan yerdə isə az olur. 
Havadan d
əfələrlə  sıx  olan  suyun  orqanizmə  təsiri ümumən  yuxarıda  bəhs 


 
 
 
 
37 
etdıyımiz  qanunlarla  tənzimlənir. Lakin bu  qanunları  və  onların  təcrübi 
t
ətbiqini bılməklə yanaşı yaddan çıxarmaq lazım deyil ki, insan bədəni təqribən 
70%  mayed
ən ibarətdir və  demək  olar  ki,  sıxılmır.  Lakin  insan  bədənındə 
havadaşıyıcı  nahiyələrin  (ağ  cıyər, kəllə  boşluğu,  orta qulaq sahəsi, qaymorit  
arak
əsməsi) və  dalmalar zamani əlavə  təzyiqlərın  bu nahiyələrdə  yaratdığı 
g
ərginlik müxtəlıf  fəsadlara  səbəb  ola bilər. Məsələn, insan orqanizmi boru 
vasıtəsı ilə yalnız 30 sm dərinliyə qədər nəfəsalmanı təmin edə bılər təqribən, 1 m 
30 sm  d
ərinlikdə isə nəfəsalmanı təmin  etmək mümkün deyil, çünki döş qəfəsi 
əzələlərin suyun xaricı təsirinə üstün gəlmək iqtidarında olmur. Bütün bunlara 
gör
ə havadaşıyıcı nahiyələrdə fəsadlara yol verilməməsi üçün dalğıc mütləq suyun 
xarici t
əzyiqinə  bərabər  sıxılmış  hava  ilə  nəfəs  almalıdır  və  dalğıc  həmin 
nahiy
ələrin hava ilə  «üfürülməsi»ni təmin etməyi  bacarmalıdır.  Buna adətən, 
b
ədənin məşq etdirilməsi ilə nail olunur. Ümumiyyətlə, dalğıc öz orqanizmindən 
q
ənaətcil (səmərəli) istifadə  etməklə  verilmiş  dərinliyə  enməni, həmin 
d
ərinlikdə qalmanı və qoyulmuş tapşırığı yerinə yetirərək  dərinlikdən qalxmanı 
bacarmalıdır.  Yuxarıda  bəhs etdiyimiz qanunlar və  amillər  haqqındakı 
açıqlamalar artıq bizə imkan verir ki, saturasiya üsulu ilə  suyadalmalar barəsində 
daha 
geniş məlumat verək. Belliklə, ilk öncə tarix... 
«
Sualtı ev»lər 
XX 
əsrin 60-80-ci illərini, cəsarətlə,  insanın  dənizin dərinliklərinə  nüfuz 
etm
əsi illəri  adlandırmaq  olar.  Bu  illərdə  insanın  «sualtı»  evlərdə  uzunmüddətli 
yaşaması mümkünlüyü elmi və təcrübi cəhətdən sübut edilib, monobarik heyətli və 
hey
ətsizsualtı  aparatlar  yaradılıb,  insan  Yer  kürəsinin  ən böyük çökəkliyi olan 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə