Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
 
 

Kitabdan Az
ərbaycan Dövlət Neft Akademiyasında müvafiq sahəsinin tədrisi üçün 
bir d
ərslik kimi istifadə oluna bilər. Bu əsərin geniş oxucu kütləsi üçün də maraqlı 
olacağına şübhə yoxdur. 
Şahin Mustafayev   
ARDNŞ-in iqtisadi məsələlər üzrə   
vitse-prezid
ənti 
 
Akif N
ərimanov 
“Azneft” 
İB-nin 
Baş 
geoloqu, 
geologiya-mineralogiya elml
əri doktoru 
 
 


 
 
 
 

SUYADALMALAR: TARİXƏ BİR NƏZƏR 
Su h
əyatdır!  Heç  bir  canlının  (bitki,  heyvan,  insan)  mövcudiyyəti susuz mümkün 
deyil! B
əşər övladı yaranandan su hövzələrinə yaxın yerlərdə məskunlaşmış və sudan 
h
ərtərəfli bəhrələnmişdir.  İnsan  sudan  təkcə  öz ehtiyatlarını  ödəməklə 
kifay
ətlənməmiş,  onun  təkini, bütövlükdə  fauna,  florası  ilə  də  hər zaman 
maraqlanmışdır.  Bu  kitab  insanın  suyun  təkinə  marağına,  müdaxiləsinə  aid olub, bu 
haqda mü
əyyən təsəvvür yaratmaq və eyni zamanda dünyada və ölkəmizdə bu sahənin 
tarixi, t
əkamül yolu və bu günü haqqında məlumatları sistemləşdirərək, geniş oxucu 
kütl
əsinə çatdırmaq məqsədi ilə yazılmışdır. 
Şəffaf su hövzəsi kənarında dayanan insan elə ilk anlardan sualtı dünyanın zəngin 
v
ə  maraqlı  bir  aləm  olduğunu  dərk edərək, onu öyrenməyə  böyük maraq 
göst
ərmişdir.  İlk  əvvəl müxtəlif alətlər  düzəldərək  dayazlıqlarda  balıq  ovlayan  insan, 
zaman keçdikc
ə daha böyük dərinliklərə maraq göstərməyə başlamış və bu məqsədlə 
ilk suyadalmaları həyata keçirmişdir. 
Xüsusi hazırlıqlı insanlar nəfəslərini dərindən almaqla ağırlaşdırıcı yüklərdən istifadə 
ed
ərək, daha böyük dərinliklərə  düşməyə  cəhd göstərmişlər.  Suyaenmənin bu üsulu 
müasir zamanda bir idman növü kimi aktual olsa da (dünya rekordu 
fransızlara məxsus 
olub, 101 m t
əşkil edir), təcrübi işlərin yerinə yetirilməsi üçün qənaətbəxş olmamışdır. 
Odur ki, insan daha böyük d
ərinlikləri fəth etməyə, su altında qalmağın digər yolların ı 
axtarmağa başlamışdır. Beləliklə, yeni bir peşə - suyadalan insan və ya dalğıc peşəsi və 
bu peşə sahiblərinin məşğul olduğu fəaliyyət növü yaranmışdır. Beləliklə.... 
Dalğıc  -  su  altında  xüsusi  geyimdən istifadə  edərək müəyyən  iş  yerinə  yetirən 
müt
əxəssisdir. Bu, xüsusi zərərli və təhlükəli əmək şəraitinə malik peşə sayılır. Yalnız 


 
 
 
 

xüsusi t
əlim və hazırlıq keçmiş, ixtisas imtahanı vermiş və xüsusi tibbi müayinədən 
keç
ərək, sağlamlığı təsdiq olunmuş şəxs dalğıc ola bilər. O, öz təcrübi fəaliyyətində 
mütl
əq şəkildə ildə bir dəfədən az olmayaraq, tibb və peşə ixtisas komissiyaların dan 
keç
ərək peşə yararlığını təsdiq etməlidir. 
Dalğıclar  nəfəsalma  metodologiyasına  görə  hava və  saturasiya  dalğıcların  a 
ayrılırlar. 
Hava  dalğıcları  dedikdə,  sıxılmış  havadan  istifadə  edərək  60 metrə  qədər 
d
ərinliklərdə sualtı işləri yerinə yetirən dalğıclar başa düşülür. 
Saturasiya dalğıcları isə heliumoksigen qaz qarışığı ilə nəfəs almaqla xüsusi qurğu 
v
ə  ləvazimatlardan istifadə  etməklə  300 metrə  qədər dərinliklərdə  suyaenmələri 
h
əyata  keçirərək  sualtı  işləri yerinə  yetirən  dalğıclara  deyilir.  Bu  dalğıclardan  60 
metrd
ən aşağı dərinliklərdə işləyənlərə (bu üsulla həyata keçirilən saturasiya işləri 60 
metrd
ən az dərinlikdə də ola bilər) akvanavt və ya dərinlik dalğıcları deyilir. 
Peşə yönümünə görə dalğıclar - dalğıc-təlimatçı, dalğıc-partladıcı, dalğıc-qaynaqçı, 
dalğıc-kəsici, dalğıc-operator, dalğıc-matros və s. ola bilərlər. 
Arxeoloji  qazıntılar  zamanı  üzə  çıxan  tapıntılar  insanın  hələ  qədimdən  sualtı 
dünyanın tədqiqatı ilə məşğul olduğundan xəbər verir. Qədim Avropa sivilizasiyaların 
dan biri olan Egey m
ədəniyyətinin vətəni  sayılan  Aralıq  dənizində  yerləşən Krit 
adasında  alimlər  maraqlı  keramik  məmulatlar  tapmışlar.  Onların  üzərində  dəniz 
yosunlarının  arasında  üzən  balıqlar  təsvir  edilmişdir.  Təsvirdən göründüyü kimi, 
q
ədim sənətkarlar sualtı aləm haqqında səhih məlumatlı olmuşlar. Bu isə onu sübut 
edir ki, onlar ya özl
əri suyadalma ilə  məşğul  olmuşlar,  ya  da  ki,  suyadalanların   
söyl
ədiklərindən bəhrələnmişlər.  Bu  arxeoloji  tapıntıların    isə  yaşı  5  min  ildir! 


 
 
 
 

Aydındır  ki,  o  zaman böyük dərinliklərə  dalmaqdan söhbət gedə  bilməzdi, çünki  ən 
dözümlü insan n
əfəsini dərmədən su altında ən çoxu 1,5-2 dəqiqə dayana bilərdi ki, bu 
da y
əqin, 15-20 metr dərinliyə düşməyə bəs edərdi. Lakin bu arxeoloji tapıntılar hələ 
b.e. 3000 il 
əvvəl də  insanların    sualtı  dünyaya  bələd olduqların  ı  sübut  edən fakt 
kimi çox qiym
ətlidir. 
Çox tez bir zamanda insan t
əkcə  orqanizminin gücünə  arxalanıb  sualtı  dünyaya 
müdaxil
ə edə bilməyəcəyini anlayaraq, bu imkanı ona verə biləcək müxtəlif qurğu və 
üsulları yaratmağa başladı və təbii ki, sualtı dünya ilə müddətli və təfsilatlı tanışlığı 
t
əmin edəcək ilk ibtidai üsulun kəşf  edilməsinə  qədər yüzilliklər  keçdi.  Zamanın 
axarından keçərək bu günümüzə çatan məlumatlardan ən maraqlısı qədim yunan alimi 
Aristotel
ə  (b.e.ə. IV əsr) məxsusdur. O, əsərlərindən birində  sualtı  üzgüçüləri fillərə 
b
ənzətmişdir.  Məlumdur ki, fillər dərin sulardan keçən  zaman bədənləri tam suyun 
altında  olmaqla  xortumlarını  sudan  çıxararaq  nəfəs  alırlar.  Aristotel  göstərirdi ki, 
suyadalanlar uzun qamışları dodaqları arasında tutaraq suyun altında nəfəs almaların ı 
t
əmin edirmişlər. Sözsüz ki, bu üsulla suyaenmələr çox kiçik dərinliklərdə edilirdi. 
Aristotel  suyaenm
ə  üsulu  haqqında  daha  bir  fikir  irəli sürmüşdür:  Dəniz 
qabarmaların  m  yığılması  zamanı  suyun  dibinə  hava ilə  dolu həcm  əndirirdilər. 
İçərisindəki  havanın  qaldırıcı  qüvvəsini tarazlamaqdan ötrü həcmin üzərindən yük 
asardılar  ki,  həcm suyun üzərinə  qalxmasın.  Bunu  içərisi su ilə  dolu hər  hansı  bir 
şəffaf  qabı  tərsinə  çevirib ehmalla dibə  əndirərək həmin  qabın  içərisində  qalmış 
havanı  müşahidə  etməklə  əyani  şəkildə  nümayiş  etdirmək olar. Sonralar müasir 
«
dalğıc  zəngləri»nin  hazırlanması  və  iş  prosesində  bu metoddan  geniş  istifadə 
olunmuşdur. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə