Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
 
 
17 
Con  Letsbridcin  ixtirası  sualtı-texniki  işlər sahəsində  tamamilə  yeni  bir 
istiqam
ətin, yəni içərisində  adi atmosfer təzyiqi  saxlanılan  və  deməli, xüsusi 
fizioloji  hazırlığı  olan  dalğıcın  deyil,  adi  insanın  suyun  təkinə  dalmasına  imkan 
ver
ə bilən bir sahənin - normobarik aparatlar sahəsinin yaranmasına səbəb oldu. Bu 
is
ə  öz növbəsində  sonralar sərt normobarik skafandrlar, normobarik heyətli və 
hey
ətsiz sualtı aparatlar, batiskaflar və sualtı qayıqların    yaranmasına səbəb oldu 
ki, bu da bizim kitabın bəhs edəcəyi sərbəst bir fəslə aiddir. 
H
ələlik isə dalğıc geyim dəstləri və ləvazimatları haqqın da söyləyəcəklərimizi 
davam etdir
ək.... 
FASİLƏSİZ TƏNƏFFÜS İMKANI VARİANTI 
Adi halda, d
əniz səviyyəsində  insan bədəni 1 atmosfer təzyiqi  altında  olur. 
Suyaenm
ələr  zamanı  isə  dalğıc  hər 10 (on) metrə  bir atmosfer artmaqla əlavə 
t
əzyiqə  məruz  qalır.  Buna görə  də  dalğıcın  dərinlikdə  nəfəs  alması  üçün  ona 
d
ərinliyə  uyğun  sıxılmış  hava  verilməli idi. Belə  ki,  suyun  bədənə  əlavə  təzyiqlə 
t
əsiri nəfəs almaq üçün verilmiş həmin təzyiqdə sıxılmış hava ilə tarazlaşmalı idi. 
Bu problem is
ə  yuxarıda  bəhs  edildiyi  kimi,  güclü  porşenli  nasosların    ixtirası 
n
əticəsində mümkün oldu. 
Sıxılmış  hava  ilə  tənəffüs etməklə  suyun  altında  təcrübi  işlərin yerinə 
yetirilm
əsini mümkün edən  ilk  dalğıc  geyim  dəsti 1819-cu  ildə  ingilis  ixtiraçısı 
Avqusto Zibe t
ərəfindən  yaradılmışdır.  Bu  kostyum  misdən  hazırlanmış  pəncərəli 
(illüminatorlu) 
şlemlə  hermetik birləşdirilmiş,  sukeçirməz materialdan  hazırlanmış 
qurşağa qədər köynəkdən ibarət idi. Daxili və xarici təzyiqlər sahildə və ya gəmidə 
yerl
əşdirilmiş porşenli nasoslarla, yumşaq borular vasitəsilə dərinliyə uyğun təzyiqlə 


 
 
 
 
18 
kostyumun iç
ərisinə  vurulan hava ilə  tənzimlənirdi.  Dalğıc  köynəyinin  qurşaq 
hiss
əsi açıq qalaraq, sərbəst şəkildə asılmaqla «dalğıc zəngi»ni xatırladırdı və iş 
prinsipid
ə ilk «dalğıc zəng»lərinin iş prinsipinə uyğun idi. 
Bu geyim d
əstində  yalnız  şaquli  vəziyyətdə  işləmək  mümkün idi. Bədənin 
şaquli vəziyyətdən cüzi kənarlaşması köynəyin içərisinə su dolmasına səbəb olurdu. 
Bütün bu ça
tışmamazlıqlarına baxmayaraq, A.Zibənin dalğıc geyim dəsti 
 
1782-ci ild
ə  Böyük  Britaniya  limanların  m  birində  batmış  «Korol Georq» 
g
əmisinin sualtı tədqiqatı zamanı müvəffəqiyyətlə sınaqdan çıxarılmış, daha sonra 
is
ə dünyanın müxtəlif yerlərində dalğıclar bu təcrübədən bəhrələnmişlər. 
Bir neç
ə  il keçdikdən  sonra  amerikalı  L.Norkross  A.Zibənin  dalğıc  geyim 
d
əstini,  şlemdə  tənəffüs  edilmiş  havanın  çıxması  üçün  dəlik açmaqla və  qurşaq 
hiss
əsində  köynəyi kəmərlə  sıxmaqla  təkmilləşdirir. Bu təkmilləşmədən sonra 
dal
ğıc artıq əyilmiş vəziyyətdə də işləyə bilirdi. 
1837-ci ild
ə  bu dəyişiklikləri də  nəzərə  almaqla A.Zibe öz ixtirasını  daha da 


 
 
 
 
19 
t
əkmilləşdirir.  Artıq  sukeçməz materialdan  hazırlanmış  geyim  dəsti bütün bədəni 
örtür, ayaqlara gey
dirilmiş ağır qaloşlar dalğıcın müvazinətli dayanması və hərəkət 
ed
ə  bilməsinə  səbəb  olur.  Ən  başlıcası  isə  şlemdə  yerləşdirilmiş  tənzimləyici 
buraxılış  klapan  vasitəsilə  dalğıc  geyim dəstinin içərisindəki hava həcmini 
t
ənzimləmək mümkün olur. Dalğıcın başının hərəkəti ilə  şlemin içərisindəki düymə 
basılmaqla klapan açılırdı. Şlem pəncərələri isə dəmir barmaqcıqlardan düzəldilmiş 
ç
ərçivə ilə qorunurdu. 
 
 
 
 
 
Dalğıclar 
L.Norkrossun ixtira 
etdiyi kostyumda bel
ə 
işləyirdilər 
 
 
 
 
 
AVTONOM HAVA-
BALON TƏNƏFFÜS APARATI VARİANTI 
İnsan daim fəaliyyətdə olan şüurunun hesabına artan maraqların ı ödəmək üçün 
fantastik  ideyalar  yaradır  və  bu ideyaların    həyata keçməsi üzərində  durmadan 
çalışmış, çalışır və çalışacaqdır. Bir çox fantastik ideyalar artıq öz təcrübi həllini 
tapmışdır,  halbuki  bu  ideyaların    həyata keçirilməsi öz dövrlərində  mümkünsüz 
d
ərəcədə fantastik görünürdülər. İnsanın uçan xalçalar təxəyyülündən doğan uçmaq 
h
əvəsi təyyarələrin yaradılması ilə reallaşmışdırsa, onun balıq kimi suda özünü hiss 
ed
ə  bilməsi  fantaziyası  da  avtonom  hava-balon  tənəffüs aparatının  (akvalanqın) 
 


 
 
 
 
20 
yaranması ilə  gerçəkləşmişdir. 
XX 
əsrin 30-cu illərində  Fransa Hərbi Dəniz Qüvvələrinə  məxsus  «Syufren» 
kreyserind
ə  leytenant çinində  artilleriyaçı  kimi xidmət edən  Jak  İv  Kusto  Aralıq 
d
ənizi limanı Tulonda olduqları zaman boş vaxtların ı bütünlüklə sualtı üzməyə sərf 
edirdi. 
İllər keçəcək, XX əsrdə dünyada ən məşhur şəxslərdən biri olan Jak İv Kusto, 
ilk d
əfə, o vaxtlar yenicə satışa buraxılmış suburaxmaz eynəklərdən istifadə edərək, 
ənginliklərinə qədər kristal şəffaf olan suya baş vuraraq, yaşıl yosunlarla örtülmüş 
qayaların,  bu  qayaların    arasında  üzən rəngarəng  balıqların    və  digər  canlıların   
yaratdığı ecazkar bir harmoniyanın şahidi olduğunu və bu hadisənin onun gələcək 
taleyini mü
əyyənləşdirdiyini yazacaqdır. İllər keçəcək, o, sualtı dünya haqqında 80 
film ç
əkəcək, 35 kitab yazacaq, ilk Heyətli Sualtı Aparat yaradacaq, «sualtı evlər»in 
layih
əsini  yaradıb,  insanın  suyun  altında  uzunmüddətli  yaşaması  mümkünlüyünü 
sübut ed
əcəkdir. Çox maraqlı və mənalı bir ömür yaşayaraq, 1997-ci ildə 87 yaşında 
dünyasını  dəyişən bu böyük tədqiqatçı  alim  və  insan bütün həyatmı  özünü  və 
dünyanı dərk etməyə həsr edərək, dünyəvi əhəmiyyətə malik bir çox kəşflərə imza 
atmış, ömrünün ahıl yaşların da islam dinini qəbul etmişdir. Bütün bunlar başqa və 
çox m
araqlı bir mövzudur, hələlik isə... 
 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə