Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
 
 
14 
yerin
ə yetirilməsi haqqında insan qədimdən düşünməyə başlamışdır. Böyük italyan 
r
əssamı və mütəfəkkiri Leonardo da Vinçi təqribən 1500-cü ildə dalğıc geyim dəsti 
v
ə ləvazimatının ilkin cizgilərini çəkmişdir. Lakin çox təəssüflər olsun ki, yaşadığı 
dövrd
ə  böyük mütəfəkkirin bu sahədə  düşüncələri həyata keçməmiş  qalmışdır. 
Z
əmanəsini çox-çox qabaqlayan bu ideya, təbii ki, o zaman həyata keçə bilməzdi. 
Çünki h
ələ  o zaman insan orqanizminin fizioloji  imkanların  m  nə  qədər məhdud 
olduğunu və insanın Leonardo da Vinçinin fikirləşdiyi hava anbarların dan havanı 
sovuraraq n
əfəs almaq üçün ağ ciyərin gücünün çatmayacağını güman etmirdilər. 
İnsanın  suyun  təkinə  olan  marağı  isə  azalmaq bilmir, müvəffəqiyyətsizliklərə 
baxmayaraq  yeni-yeni  ideyalar, ixtiralar yaranmaqda davam edirdi. Bel
əliklə, XVI 
əsrin ortaların da italiyalı Nikkolo Fontana sonluğunda şlem əvəzi böyük bir şüşə şar 
olan dalğıc kostyumu kəşf etdi. Belə hesab edilirdi ki, şardakı hava on dəqiqədən çox 
bir müdd
ət  ərzində  bəs etməli,  dalğıc  isə  şarın  içərisinə  nəfəs  alıb-verməli idi və 
t
əbii ki, nəfəslə birlikdə karbon qazı da şarın içərisinə yığılmalı idi və sözsüz ki, bu 
da ixtira
nın  istifadəsini  mümkünsüz  edirdi.  Başqa  bir  italiyalı  -  Bonayuto Lorini 
dalğıcın başına suyun səthinə bir ucu çıxarılmış boru kəməri ilə  birləşdirilmiş dəri 
kis
ə  geydirmək təklif edir. Lakin bu təklifi həyata keçirmək istəyən  dalğıcların   
d
ərinlik təzyiqi nəticəsində  sifətlərinə  yapışmış  dəri kisədən azad ola bilməməkləri 
n
əticəsində  həlak  olmaları  tezliklə  bu üsulla suyadalmadan əl çəkilməsinə  səbəb 
olur. 
Yeni-yeni 
ideyaların , ixtiraların    meydana gəlməsi isə davam edirdi. 1774-cü 
ild
ə fransız Fremine  mis şlem və onunla boru kəmərləri vasitəsi ilə birləşdirilmiş 
çox da böyük ol
mayan  hava  anbarından  ibarət  «hidrostatik  maşın»  quraşdırır. 


 
 
 
 
15 
İxtiraçının fikrincə, boru kəmərləri su ilə soyudularaq, hava regenerasiyasını təmin 
etm
əli  idi.  Amma,  sözsüz  ki,  yalnız  soyutma nəticəsində  nəfəs verilən zaman 
əmələ gələn karbon qazı təmiz havaya çevrilə bilməzdi. 
T
əqribən on ildən sonra digər  fransız  Forfe  orijinal  -  daha dəqiq desək, 
möcüz
əli bir qurğu fikirləşdi: Dalğıca ön və kürək nahiyəsinə xəzdən hazırlanmış, 
birl
əşmələrinin hermetikliyi təmin  edilmiş,  qırçınlı  (qarmona  oxşar),  çiyinlər 
üz
ərindəki  yaylarla  qırçınların    açıq  saxlanılması  təmin edilən, içərisində  sıxılmış 
hava olan kis
ələr geyindirirdilər. Qırçınlı kisədən sıxılmış havanın nəfəs almaqdan 
ötrü verilm
əsi üçün bir ucu sağ ayağa, digər ucu isə qırçını açıq vəziyyətdə saxlayan 
yayın  qurtaracağına  bağlanmış  ipdən istifadə  edilirdi.  Belə  ki,  yayın  əvvəlki 
v
əziyyətinə  qayıtma  bacarığı  nəticəsində  sağ  ayağı  açıb-yığmaqla  qırçınlı  kisənin 
h
ərəkətə  gətirilməsi (bir növ dəmirçi körüyü kimi) ilə  sıxılmış  havadan  dalğıcın 
n
əfəs alması mümkün olurdu. 
Bu dövrl
ərdə bir çox digər ixtira və layihələr də mövcud olmuş, bunların    hətta 
b
əzilərinin müvəffəqiyyət  qazanması  haqqında  tarixdə  iz də  qalmışdır.  Belə  ki, 
dalğıc geyim dəsti və ləvazimatım yaratmağa çalışan insan, əsas məsələnin suyun 
altında  dalğıca  havanın  verilməsi  olması  deyil,  təzyiqlərin  bərabərləşdirilməsi 
olmasını  güman  etməyərək,  dalğıc  geyim  dəsti və  ləvazimatından  öncə, suyun 
altında işləməyə imkan verə bilən başqa bir qurğunu - sərt antropomorf skafandrı (o 
zamanlar bunu «
dalğıc maşım» adlandırırdılar) ixtira edir. 


 
 
 
 
16 
Jon Letsbridjin 
«Dalğıcınaşını» 
(1715-ci il) 
 
 
1775-ci ild
ə İngiltərədə ixtiraçı Con Letsbridcin söylədiklərinə görə, o, yaratdığı 
«
dalğıc maşını»nda batmış gəmilərin qiymətli yüklərinin qaldırılması üçün bir neçə 
müv
əffəqiyyətli  suyaenmələr həyata  keçirmişdir.  XX  əsrin sonunda onun 
qeydl
ərinə  əsaslanaraq,  Şərqi Hindistana məxsus yüklə  batmış  gəmini dəqiq 
qeydl
ərdə göstərilən yerdə tapan məşhur batmış gəmilərin axtarıcısı Robert Stənyüi 
sübut  etmişdir  ki,  C.Letsbridc  vaxtilə  yazdıqları  kimi  suyaenmələri həyata 
keçirm
əsəydi,  batmış  gəminin yerini və  su  altındakı  vəziyyətini belə  dəqiqliklə 
göst
ərə  bilməzdi. O dövrün qəzeti olan «The Gentlemans magazine»də  o, öz 
qurğusunun  və  bu qurğudan  istifadə  etməklə  suyadalmanm təsvirini  vermişdir: 
«...4x4 metr olan kvad
ratın içərisində mən onunla («dalğıc maşını» nəzərdə tutulur) 
yerimi d
əyişə bilirdim. Onunla suyun altında, hər dəfə yarım saat olmaqla dəfələrlə 
qalmışam.  Çox zaman onunla 10 fatom (təqribən 18 metr) dərinliyə  dalmışam, 
lakin 12 fatom (t
əqribən 22 metr) dərinliyə  dalmaq  mənə  çox çətin müyəssər 
olurdu...» 
İxtiraçının qurğusunun cizgiləri qalmamış və bəlkə də heç olmamışdır. Çünki o 
dövrl
ərdə  ixtiraçılar  daha  çox  təcrübi  quraşdırma  ilə  məşğul  olurdular.  Lakin 
qurğunun tam yazılı təsviri mövcud olmuşdur və bu da bir neçə onilliklər keçdikdən 
sonra  bu  qurğunu,  yeni  ilk normobarik sərt  skafandrı  quraşdırmağı  mümkün 
etmişdir. 
 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə