Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 
 
 
 
25 
başlayır. 
İlk sualtı ev «Konşelf» («Kontinental şelfı») adlandırılır. «Konşelf» uzunluğu 5 
m, diametri 2,5 m olan silindr f
ormalı kameradan ibarət idi. Kompressorlar vasitəsilə  
kamer
anın  içərisində  suyun dərinliyinə  uyğun  xarici  təzyiqə  bərabər təzyiq 
saxlanılırdı.  Suyun  10  m  dərinliyində  lövbərlə  Aralıq  dənizinin dibinə  bağlanmış 
«
sualtı  ev»də  yaşamaq  üçün  hər cür məişət  şəraiti (yataq yerləri, televizor, 
radioq
əbuledici, yemək  hazırlamaq  üçün  qızdırıcı  cihazlar  və  s.)  yaradılmışdı. 
Yax
ınlıqda  dayanmış  elmi-tədqiqat gəmisi  «Espadon»  dan  «Konşelf»ə  plastik 
borular vasit
əsilə yuyunmaq üçün isti su verilirdi. 
J.İ.Kustonun  komandasından  olan  dalğıclar  Alber  Falko  və  Klod Vesli bir həftə 
müdd
ətində  10 m  dərinlikdə  yerləşən  «Konşelf»də  yaşayaraq,  hər gün 5 saat 
müdd
ətində  akvalanqlarını  geyinərək,  suya  çıxır,  sement  bloklardan  J.İ.Kustonun 
h
əyata keçirmək  arzusunda  olduğu  «ixtioloq  ranço»su tipdə  balıqlar  üçün  evciklər 
düz
əldir, daha sonra isə yenidən «Konşelf»ə qayıdırdılar. Sınaq-təcrübə çox diqqətlə 
hazırlanmışdı.  Hər gün səhər və  axşam  «sualtı  ev»in  «sakin»lərinə 
h
əkim-fizioloqlar  baş  çəkərək,  onları  diqqətlə  müayinədən  keçirirdilər. 
Sınaq-təcrübə  müvəffəqiyyətlə  başa  çatdıqdan  sonra  hələ  bir müddət də  suyun 
altında ilk dəfə olaraq 7 gün yaşamış dalğıcların    səhhəti müşahidə altında olmuş 
v
ə onların sağlamlıqların da hər hansı bir problem olmadığı qeyd edilmişdir. 
Əldə olunmuş nailiyyətləri daha da genişləndirmək üçün J.İ.Kusto 1963- cü ildə 
daha iki «
sualtı ev» yaradaraq, onları Qırmızı dənizdə 10 və 26 metr dərinliklərdə 
quraşdırır və müvəffəqiyyətlə yeni təcrübi sınaqlar keçirir. Yeni evlər «Sirli ada» və 
«
Konşelf-2» adlanırdı. 


 
 
 
 
26 
Bu istiqam
ətdə  J.İ.Kusto  tərəfindən  aparılan  elmi-təcrübi  tədqiqat  işləri elə 
h
əmin dövrlərdə  ABŞ,  Almaniya,  SSRİ  və  digər ölkələrdə  bu yönümdə  işlərin 
aparılmasına  təkan verdi. Məsələn, Kanada akvalanqistlərinin  «sualtı  ev»inin  adı 
«Sublimnos»
,  almanlarınkı  -  «Helqoland»,  SSRİ-ninki  -»Çernomor»  adlanırdı. 
ABŞ mütəxəssisləri isə «Dənizdə insan» adlı proqram əsasında əsaslı tədqiqat işləri 
aparırdılar. 
Aparılan  bütün  bu  təcrübələr, birmənalı  olaraq,  insanın  suyun  altında  uzun 
müdd
ət  yaşamasının  mümkünlüyünü  sübut  etmiş  oldu.  Bundan  ruhlanan  bəzi 
t
ədqiqatçı-alimlər, memarlar, mühəndislər və  bu sahə  ilə  maraqlanan  digər 
müt
əxəssislər çox cəsarətli, hətta fantastik ideyalar irəli sürürdülər və əminəm ki, bu 
sah
ədə  hələ  deyilməmiş  çox  söz,  edilməmiş  çox ixtiralar  qalmışdır.  Məsələn, 
fransız  memarı  Jak  Rujeri  ciddi olaraq gələcək  sualtı  yaşayış  sahəsinin 
layih
ələşdirilməsi ilə məşğuldur. Onun fikrincə, sualtı yaşayış yeri, yalnız möhkəm 
divarların    arasında  normal  atmosfer  təzyiqinin və  təmiz havanın  olması  ilə 
kifay
ətlənməməlidir. Eyni zamanda təkrarsız  bir  memarlıq  görünüşünə  malik 
olmalıdır.  Kim  bilir,  bəlkə  də, bu ideya da gələcəkdə  yaşamaq  hüququ  olduğunu 
sübut ed
əcək... 
Bir  şey  dəqiqdir:  J.İ.Kusto  tarixə  suyadalmalar  zamanı  uzun müddət suyun 
altında qalmaqla dalğıc işlərinin yerinə yetirilməsi mümkünlüyünü sübut etməklə 
b
ərabər,   həm də ilk sualtı inşaatçı kimi də düşmüşdür. 
İnsanın suyun altında uzunmüddətli qalması mümkünlüyü müəyyənləşdirildikdən 
sonra texniki t
əkmilləşdirmə ilə bərabər, insan orqanizminin fizioloji problemlərinin 
d
ə həlli vacibliyi  ortaya  çıxdı.  Bu  problemlər, demək olar ki, eyni vaxtda həll 


 
 
 
 
27 
olunurdu v
ə  indi də  bu qaydada davam etdirilir. Belə  ki, texniki imkanlar 
t
əkmilləşdikcə, insanın  enə  biləcəyi dərinliklər  artdıqca,  paralel  olaraq  yeni-yeni 
h
əm texniki, həm də fizioloji baxımdan həlli tələb olunan məsələlər ortaya çıxırdı. 
Dalğıcın  yüksək və  dəyişən    təzyiq  altında  yaşaması  və  işləməsi, dərinlikdən 
asılı  olaraq  nəfəs alınan  qaz  qarışığının  böyük  sıxlığı,  böyük  dərinliklərdə  adi 
havadan  istifad
ə  edilərək nəfəsalmanın  təmin edilməsinin qeyrimümkünlüyü, 
n
əfəsalma üçün optimal kimyəvi tərkibə malik qaz qarışığının müəyyənləşdirilməsi, 
qaz qarışığı tərkibli qazların    nisbi təzyiq və təsirləri, istilik mübadiləsi nəticəsində 
orqanizmin soyuma
sı,  ətraf mühitdə  görünmə  məsafəsinin məhdud  olması, 
d
ərinliklərə  uyğun  tədricən    uyğunlaşma  (kompressiya)  və  işçinin  dərinlikdən 
normal atmosfer t
əzyiqli  şəraitə  qayıtması  (dekompressiya)  proseduralarının  
hazırlanması  və  s. bütün bunlar hər  biri  ayrı-ayrılıqda  və  bütövlükdə  insan 
orqanizminin ekstremal v
əziyyətdə, yəni  suyun  altında  normal  fəaliyyət 
göst
ərməsi üçün mütləq həlli tapılmalı olan problemlər idi. 
Bu probleml
ərin həllindən öncə onların    yarandığı mühitin tərkibi olan amillərin 
- hava v
ə suyun üzərində çox qısa olaraq dayanmaq istərdim. 
Hava  -  t
əbii qaz qarışığı olmaqla 20,95% oksigendən (O
2
),  78,1% azotdan (N
2
), 
0,03% karbon qaz
ından (CO
2
) v
ə  çox  az miqdarda digər qazlardan -  arqon
hidrogen, helium, neon v
ə su buxarından ibarətdir. Bəzi hallarda havanın tərkibində 
çirkl
ənmə  nəticəsində  dəm  qazı  da  (CO)  ola  bilər. Havanın  əsas xüsusiyyətləri 
onun  şəffaflığı,  rəngsizliyi, yüngüllüyü olmaqla, hissəciklərinin sərbəst hərəkət 
etm
əsi və  yerləşdiyi  həcmin içərisini bərabər  formada  tutmasıdır.  Havanın  və 
ümumiyy
ətlə,  qazların    fiziki  və  kimyəvi  xassələrinin  öyrənilməsi  XVII  əsrdən 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə