Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 
 
 
 
54 
 
Sualtı laboratoriyanın yaşayış bölməsi 
«Tektite-1»  hey
əti tərəfindən yerinə  yetirilmiş  elmi-tədqiqatlar mütəxəssislər 
t
ərəfindən çox yüksək qiymətləndirilmişdir. Sözsüz ki, ən vacib nəticə insanın 60 
sutka (bu eksperiment
ə qədər rekord fransızlara məxsus idi. J.İ.Kustonun komandası 
«
Konşelf-II»  proqramı  çərçivəsində  29 sutka 10 metr dərinlikdə  yaşamışdılar) 
fasil
əsiz olaraq, suyun altında yaşaması mümkünlüyünün sübutu idi. Bundan əlavə, 
4 n
əfərlik  heyət üzvlərindən hər biri hər gün 3-4 saat «sualtı  ev»i tərk  edərək
d
ənizin dibində  müəyyənləşdirilmiş  müxtəlif  işləri  yerinə  yetirməklə,  iki  aylıq 
eksperiment 
zamanı 434 saat müddətində ətraf sularda olmuşdular. 
 
Sualtı laboratoriyanın tədqiqat bölməsi 
H
əkim-fizioloqlar ilk dəfə  olaraq, bir neçə  saturasiya dalğıc  işlərində  böyük 
t
əcrübi əhəmiyyətə malik suallara cavab tapmağa nail oldular. İlk öncə fizioloqları 
maraqlandırırdı  ki,  görəsən, suyun səthinə  qalxma prosesi (dekompressiya) 


 
 
 
 
55 
uzunmüdd
ətli təzyiq  altında  yaşamaqdan  və  işləməkdən  yorulmuş  akvanavtların   
s
əhhətinə  necə  təsir edəcək (məlumdur  ki, yaşayış  mühitinin  dəyişilməsi  zamanı 
orqanizm böyük g
ərginliyə  məruz  qalır),  ümumiyyətlə, optimal variant necə 
seçilm
əlidir?  İlkin  hesablamalar  göstərirdi ki, əgər  dekompressiya zamanı 
n
əfəsalma  üçün  sıxılmış  havadan  istifadə  edilərsə, proses 14 saat, əgər  sıxılmış 
hava  oksigenl
ə  zənginləşdirilərsə  isə  8 saat ola bilər. Lakin ilkin hesablamalara 
baxmayaraq, dekompressiya 19 saat müdd
ətində həyata keçirildi. 
Daha bir 
əhəmiyyətli  sual  da  fizioloqları  maraqlandırırdı:  «Təqribən 13 metr 
d
ərinlikdə  yaşamış  akvanavt,  əgər  hər  hansı  bir  ekstremal  vəziyyətin nəticəsi 
olaraq t
ələb olunan an təcili suyun səthinə (dekompressiya müddəti gözlənilmədən) 
qalxa bil
ərmi və əgər qalxa bilərsə, sağlamlığı üçün təhlükəli olmayan müddətdə nə 
q
ədər qala bilər?»  Aparılan  təcrübələr  və  hesablamalar  nəticəsində  fizioloqlar 

əyyənləşdirdilər ki, dekompressiya edilmədən qalxmaq mümkündür və 
sağlamlıq  üçün  təhlükə  yaradan amillər (kesson xəstəliyinin  əlamətləri), təqribən, 
15  d
əqiqədən sonra müşahidə olunmağa başlayır. Bu müddət rezində akvanavt ya 
qalxdığı  dərinliyə  enməli, ya dərinliyə  uyğun  təzyiq  altında  olan  «sualtı  ev»ə 
qayıtmalı,  ya  da  təzyiqi həmin dərinliyə  uyğunlaşdırılmış  su  səthindəki (gəmidə, 
özüld
ə və s.) barokameraya keçirilməlidir. Bütün bunların    hamısı isə xidmət edən 
hey
ətin sayıqlığı və peşəkarlığı sayəsində mümkündür. 
Bu  t
əcrübi  nəticələrin dalğıc  işlərinin  yerinə  yetirilməsində mühüm əhəmiyyəti 
vardır və demək olar ki, «Tektite-1» proqramı böyük müvəffəqiyyətlə başa çataraq, 
parlaq n
əticələrə malik oldu. Bunun nəticəsi olaraq, proqram başa çatan kimi 1970-ci 
ild
ə  «Tektite-11»  proqramının  həyata keçirilməsi  qərara  alındı.  Proqramın  yerinə 


 
 
 
 
56 
yetirilm
əsi üçün yenə  də  Qreyt  Leymşir  körfəzində  yerləşən  Sent-Djons  adaları 
yaxınlığı  seçildi. Dərinlik də  əvvəlki kimi 12,5 metr idi. Proqram 1970-ci  ilin 
aprel-noyabr 
aylarını  əhatə  edərək, 8 ay davam etdi. 10 heyət  bu müddət  ərzində 
bir-birini 
əvəz  edərək, müxtəlif  eksperimentləri  həyata keçirir, okeanologiyaya aid 
informasiyalar 
toplayır, tibbi-psixoloji təcrübələr və müşahidələr aparırdı. 
 
İlk qadın akvanavt heyəti 
Əgər  «Tektite-1»  proqramında  bir heyətin maksimum mümkün müddətdə 
qapalı  mühitdə  yaşaması  həyata keçirilirdisə,  «Tektite-11»  proqramında  müxtəlif 
hey
ətlərin (eksperiment  müddətində  48  akvanavt  iştirak  etmişdir)  eyni  şəraitdə 
yaşamaları  həyata keçirilirdi. Birinci halda dəyişməz heyətin  ekstremal 
v
əziyyətlərdə, ikinci halda isə  müxtəlif heyətlərin  eyni ekstremal  vəziyyətlərdə 
özl
ərini  necə  aparmaları,  tapşırıqları  necə  yerinə  yetirmələri və  s.  müşahidə 
edilirdi. 
Dünyada ilk d
əfə olaraq, ixtisasca geoloq olan xanım Silvie İrlenin başçılığı ilə  
tam qadın heyəti iki həftə müddətində dənizin dibində «sualtı ev»də yaşadılar. 
Apa
rılmış  tibbi-psixoloji tədqiqatların  nəticəsində  NASA  təcrübədə  bir çox 
elmi-n
əzəri nəticələrini, o cümlədən  uzunmüddətli  kosmik stansiyalarda heyətlərin 
deyişdirilməsi prinsiplərini  yoxlamağa  nail  oldu.  Proqram  çərçivəsində  çalışan 


 
 
 
 
57 
psixoloqlar hey
ət üzvlərinin «uyğunlaşmama»lan şəraitini öyrənərkən, çox maraqlı bir 
n
əticəyə  gəlmişlər  -  «uyğunlaşmama»  hər  hansı  heyət üzvünün kollektivi arzu 
etm
əməsi səbəbindən deyil, kollektivin həmin şəxsi arzu etməməsi səbəbindən baş 
verir. 
Bütövlükd
ə «Tektite» proqramı nəhəng bir proqram olmaqla, suyun altında və 
kosm
osda  işlər yerinə  yetirilərkən  nəzərə  alınması  vacib  olan  sadədən  mürəkkəbə 
q
ədər bir çox parlaq nəticələr bəxş etmişdir. 
Ümumiyy
ətlə,  hansı  ölkədə  həyata keçirilməsindən  asılı  olmayaraq,  insanın 
suyun  altında  yaşaması  ilə  bağlı  bütün  proqramlar  hədsiz dərəcədə  maraqlı  və 
s
ərgüzəştlərlə dolu hadisələrlə zəngindir. Lakin bu kitab başqa məqsədlə yazıldığı 
üçün dig
ər proqramların    yalnız adlarını çəkməklə kifayətlənəcəyik: 
«Bubble»  -  Böyük Britaniya, 1965  -  Pro
qramın  məqsədi  saturasiya 
dalmaların dan sonra akvanavtın 10 metrlik dərinlikdən dekompressiya olunmadan 
qalxmasını müəyyənləşdirmək olmuşdur və bu, müvəffəqiyyətlə başa çatmışdır; 
 
«Tektite» proqramının romantik dəqiqələri!!
 
-
 
«BAH»  -  AFR, 1968  -  Soyuq Baltik d
ənizi  suların  da  həyata keçirilən bu 
proqram uğursuz olmuşdur. 
-
 
«Helqoland»  -  AFR, 1968 -   
Sualtı laboratoriya      «Draeger» kompaniyası 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə