Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

 
 
 
 
46 
Yerin
ə  yetirilmiş  proqramlardan  ən  maraqlıların  dan biri də  orbitdə  olan 
kosmonavt Qordon Kuperl
ə  «Sealab-ll»-də  qrup  rəhbəri Skot Karpinterin və  daha 
sonra is
ə  akvanavtlar Riçard Qriq və  Robert  Şitsin  Aralıq  dənizində  eyni vaxtda 
d
ənizin dibində «Konşelf-III» «sualtı ev»ində təcrübə aparan fransız okeanoqrafları - 
Kusto v
ə Lebonla rabitə əlaqəsinin yaradılması idi. 
 
Sealab-2 
«Konşelf-III», 1965, Fransa - Artıq məlum olduğu kimi, «Sealab-11» proqramı ilə  
eyni v
axtda  Aralıq  dənizində  J.İ.Kustonun rəhbərliyi ilə  «Konşelf-III»  layihəsi 
h
əyata keçirilirdi. 
Artıq  uzunmüddətli suyadalmalardan sənaye məqsədilə  istifadənin mümkünlüyü 
h
əm bu işlə  məşğul  olan  peşəkarları,  həm də  sənayeçiləri,  əsasən də  dənizdə 
neftqazçıxarma ilə  məşğul  olan  kompaniyaları  ciddi  şəkildə  düşündürməyə 
başlamışdı.  Fransa  sənayeçiləri də  bu  işdə  maraqlı  olduqları  üçün  J.İ.Kustonun 
«Konşelf-III» layihəsini maliyyələşdirməyi öz üzərilərinə götürürlər. 
«Konşelf-II» proqramından təqribən iki il sonra, 21 sentyabr 1965-ci il tarixdə 
Aralıq  dənizində,  Monako  limanına  yaxın  bir məsafədə, 100 metr dərinlikdə 
«Konşelf-III» layihəsinin həyata keçirilməsinə başlanıldı. «Konşelf-III» «sualtı ev»i 
6  metr  diametrli  şaraoxşar  formalı  ikimərtəbəli bir qurğu  idi.  Qurğunun birinci 


 
 
 
 
47 
m
ərtəbəsində  yataq, sanitariya qovşağı  və dalğıc  bölməsi, ikinci mərtəbəsində isə 
yem
əkxana, rabitə və ümumi bölmə yerləşirdi. «Konşelf-III» altı nəfər akvanavt üçün 
hesablanmışdı  və  21 sentyabr  1965-ci il tarixdə  onlarla birlikdə  100 metr dərinliyə 
buraxılmışdı. 
 
Konşelf-III» suya enmədən öncə. 1965-ci il 
 
«Konşelf-III»-də nahar fasiləsi, dərinlik 100 metr 
 
Əgər  «Konşelf-1»  proqramında    J.İ.Kustonun  əsas  ideyası  ümumiyyətlə  insanın 
suyun altında yaşaması mümkünlüyünü sınaqdan keçirmək, «Konşelf-II» proqramında 
is
ə  sualtı  dünyada  yaşamağın  nəinki  mümkün  olduğunu  və  hətta belə  yaşayışın 
əsrarəngiz romantikanı xatırlatdığını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idisə, o, 
«Konşelf-III»  proqramında  insanın  suyun  altında  uzunmüddətli qalması  imkanından 


 
 
 
 
48 
s
ənayedə  istifadə  olunması  mümkünlüyünü  sübuta  yetirmək  məqsədi güdürdü. Bu 
m
əqsədlə  22 gün davam edən eksperiment müddətində  akvanavtlar hər gün «sualtı 
ev»d
ən çıxaraq bir az aralıda quraşdırılmış neft quyusu quyuağzı avadanlığına neftçilər 
t
ərəfindən müəyyənləşdirilmiş  texniki    xidmət  proqramının  həyata  keçirilməsini 
imita
siya etmişlər. 
E k s p e r i m e n t   müv
əffəqiyyətlə  başa  çatmış  və  nəticədə  iki  əsas rəy-çıxarış 
bildirilmişdir: 
 
Quyuağzı avadanhqlara sualtıtexniki xidmət   
göst
ərilməsi üzrə məşq zamanı
 
 
-  T
əcrübədə  sübut edildi ki, insan orqanizmi suyun altında  100  metr  dərinlikdə, 
yüks
ək  təzyiq  altında  uzunmüddətli qalmaqla öz  əqli və  fiziki  imkanlarını  saxlaya 
bil
ər və  kifayət  qədər  mürəkkəb  avadanlıqlardan istifadə  etməklə  ona  tapşırılmış 
işlərin yerinə yetirilməsini həyata keçirə bilər; 

«Konşelf-III»  kimi      sualtı  bazalardan  dalğıc  işlərinin sənayedə  istifadəsi 
m
əqsədəuyğun deyildir. 
Bel
ə nəticəyə gəlinməsi hələ heç də o demək deyildi ki, uzunmüddətli yüksək 
t
əzyiq  altında  qalmaqla  suyun  altında  sənaye  məqsədli  sualtı-texniki  işlərin 
yerin
ə yetirilməsi ideyasının həyata keçirilməsi fikrindən birdəfəlik daşınılmışdır. 


 
 
 
 
49 
Əsla yox! Çünki həmin dövrlərdə ömrünü peşəkar dalğıc işlərinə həsr etmiş digər 
fransız  Anri  Delozun  1961-ci ildə  yaradaraq  rəhbərlik  etdiyi   «KOMEKS»   
(D
əniz    Ekspertizası Kompaniyası) kompaniyası Dərinlik Dalğıc Komplekslərinin 
yaradılmasının  əsasını  qoyan məsələlərin çox vacib və  orijinal bir mühəndis 
h
əllini  tapdı.  «KOMEKS»  kompaniyası  «sualtı  ev»  prinsipi ilə  işləyən yüksək 
t
əzyiq  kamerasını,  yəni  barokameranı,      gəminin göyərtəsində  stasionar olaraq 
quraşdırmaqla,  akvanavtların    dalğıc  işlərinin yerinə  yetiriləcəyi dərinliyə  uyğun 
t
əzyiq  altında  orada  yerləşdirərək,  həmin  dərinliyə  uyğun  təzyiqlə  üfürülmüş 
«
dalğıc zəngi» vasitəsilə iş yerinə endirilməsinə və müəyyənləşdirilmiş müddətdə 
iş  yerinə  yetirildikdən sonra isə  yenidən  «dalğıc  zəngi»nin içərisində  gəminin 
göy
ərtəsinə  qaldırılmasına  və  birləşdirici  bölmə  vasitəsilə  barokamera ilə 
birl
əşdirilərək, onun içərisinə  keçməsinə, orada istirahət etdikdən sonra yenidən 
göst
ərilən ardıcıllıqla    əməliyyatların      təkrar    olunmasına    və  bütövlükdə 
qarşıya qoyulmuş tapşırıq başa çatdıqdan sonra dalğıcların    tədricən   normal   
t
əzyiqə  uyğunlaşdırılmasına,      yəni   dekompressiya edilməsinə  nail 
olmuşdu. 
Bu h
əll akvanavtların    yalnız iş yerinə yetirilən müddətdə suyun altında, digər 
vaxtlarda is
ə gəminin göyərtəsində olmalarını təmin etməklə, dərinlik dalğıc işlərinin 
yerin
ə  yetirilməsinin təbii faktorlardan (hava şəraiti,  sualtı  mühit,  qaranlıq  və  s.) 
asılılığını  minimuma  endirməklə  akvanavtların    maksimum təhlükəsizliyi üçün 
şərait yaratmış oldu və dalğıcların    əməyindən böyük dərinliklərdə sənaye məqsədli 
istifad
ənin  mümkünlüyünü və  iqtisadi  cəhətdən səmərəli  olduğunu  sübut  edərək, 
D
ərinlik  Dalğıc  Komplekslərinin  (DDK)  istehsalı,  istifadə  olunan  texnologiyaların   


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə