Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

 
 
 
 
74 
metr v
ə nəhayət 17 sentyabr    1932-ci il tarixdə 670 metr dərinliyi fəth edir. Bib 
v
ə Bartonun rekordları haqqında bütün dünya mətbuatı yazırdı və bütün Amerika 
öz v
ətəndaşların m şücaətindən qürurlanırdı. Lakin bu hələ batisfera üçün rekord 
d
ərinlik deyildi. 
1934-cü ild
ə  göyərtəsində  batisfera olan «Redi»  gəmisi  Bermud  adaları 
yaxınlığında  lövbərə  dayanır.  Yenə  bütün dünyanın  diqqəti Bib və  Bartona  cəlb 
olunur. Onlar bu d
əfə daha böyük dərinliyə dalmanı qarşılarına məqsəd qoyurlar. 
V
ə  bu cəsur insanlar 11 avqust 1934-cü ildə  923  metrə  dalmağa  nail olurlar! 
Qayıtdıqdan sonra onlar insanın ilk dəfə olaraq, necə deyərlər, «ayaq basdığı» bu 
d
ərinlikdəki sualtı dünya haqqında çox maraqlı açıqlamalar verirlər. Çox təəssüflər 
ol
sun ki, o zamanlar sualtı foto və video çəkilişlərin aparılma 
sına imkan verən texnika yox idi və tədqiqatçılar gördüklərini nəql etmək və rəsm 
I  ç
əkməklə  çatdırmağa  I  çalışırdılar.  Bütün  1 bunlara baxmayaraq, artıq 
t
əqribən 1000 i metr dərinliyə qədər sualtı dünya, onun «sakinləri» və bu dünyanın 
bu vaxta q
ədər  i  təsəvvür  edildiyindən  daha  əsrarəngiz olduğu  haqqında  rəyə 
g
əlmək mümkün oldu. Səyahət  zamanı  Bib  bu zamana qədər məlum olmayan 154 
balıq və 223 dəniz heyvanı haqqında müəyyənləşmə apararaq məlumat verdi. 
                   
 
Uilyam Bib böyük d
ərinliklərdə su altında 
Gördükl
ərini belə təsvir edirdi 
 
Uilyam Bib «Redi» 
batisferanın içərisində 
 


 
 
 
 
75 
923 metr d
ərinlik daha 14 il -  1948-ci  ilə  qədər digər  sualtı  aparatlar  üçün 
əlçatmaz oldu. O.Barton batisferanm imkanların  m  tükənmədiyini iddia edərək, 
3170 kq ç
əkisi olan yeni batisfera inşa edir və Kaliforniya sahillərində Los-Anceles 
yaxınlığında  yeni  sualtı  səyahətə  başlayır.  Lakin  bu  dəfə  tək.  Artıq  70  yaşı  olan 
U.Bib bu s
əyahətdə iştirak etmirdi. İlk cəhddə 990 metr ram edilir və neçə gündən 
sonra Barton 1360 metr d
ərinliyə dalmağa müvəffəq olur! 
O.Barton müh
əndis idi və onun üçün bu dalma zamanı suyun təkinin elmi tədqiqi 
az maraq k
əsb edirdi, onu daha çox yaratdığı  qurğunun  kamil  olmasını  sübuta 
yetirm
ək  düşündürürdü.  Lakin  o  da  bilirdi  ki,  sallanma  trosunun  böyük  ağırlığı 
batisfera il
ə daha böyük dərinliklərin fəth edilməsini mümkünsüz edir. Həm də artıq 
dünyada daha mük
əmməl,  ən  başlıcası  isə,  avtonom  sualtı  aparat  mövcud  idi. 
Düzdür, bu aparat h
əmin dövrdə böyük nəticələr, rekordlar eldə etməsə də, böyük 
g
ələcəyə  malik  olduğunu  sübut  etmişdi.  Bu  aparatın  adı  batiskaf,  yaradıcısı  isə 
İsveçrə alimi, professor Oqyüst Pikkar idi. 
Batiskaf 
Professor Pikkardan uşaqlıq illərində oxuduğu kitablardan ona ən çox təsir etmiş 
əsərlər  haqqında  soruşanda,  o,  Jül  Vernin  «Beş  həftə  hava  şarında»  və  «20 li su 
altında»  romanlarının  adını  çəkmiş  və  demişdir  ki,  uşaqlıqdan  məşhur  fransız 
fantas
tının qəhrəmanları kimi göyün yeddinci qatına qalxmaq və dənizin ağlasığmaz 
d
ərinliklərinə dalmaq arzusunda olmuşdur. Və o, bu arzuların m həyata keçirilməsinə 
d
ərin zəkası və işgüzarlığı sayəsində nail olur. Buna görə onu ömrünün son illərində 
zarafatla «
Aşağı-Yuxarı professoru» adlandırırdılar. 
Çox mara
qlı  bir  taleyi  olmuşdur  bu  insanın.  O,  İsveçrədə  anadan  olmuş,  lakin 


 
 
 
 
76 
ömrünün böyük hiss
əsini Belçikada yaşayaraq, Brüssel Universitetinin tətbiqi-fizika 
kafedrasına rəhbərlik etmişdir. Onun elmi maraqları hədsiz dərəcədə müxtəlif idi və 
o, artıq 1920-ci ildə 36 yaşında ikən professor idi. 
1931-1932-ci ill
ərdə  O.Pikkar öz layihəsi  əsasında  hazırlanmış  stratostatda 
(f
əzanın daha yüksək qatların a qalxmaq üçün uçan aparat) atmosferdən  yuxarı 
qatlara iki seyahet 
edir.  İkinci  seyahet-uçuşu  zamanı  O.Pikkar  o  zaman üçün 
ağlasığınaz bir yüksəkliyə - 16370 metrlik hündürlüye qalxmağa müyəsser olur.   
 
            
 
 
 
Düzdür, o, dünya rekorduna nail olmağı qarşısına məqsəd qoymamışdı, onun | 
əsas  məqsədi  elmi  təcrübə  idi. Çünki alimləri o zaman yenicə  kəşf  edilmiş 

əmmalı  kosmik  şüalar  maraqlandırdı.  Bu  şüaların  sirlərini  açmaq üçün 
aliml
ərə  elmi-təcrübi  alətləri mümkün qədər  daha böyük  yüksəkliyə  qaldırmaq 
lazım idi. Mövcud uçan aparat-aerostat maksimum 6000 metr hündürlüyə qalxmaq 
qabiliyy
ətli idi. Buna görə  də O.Pİkkar «FNRS» adlı stratostatı layihələndirərək 
Batiskaf «FNRS-2»
 
Oqyüst Pikkar
 


 
 
 
 
77 
yaratdı. Bu, iş prinsipi aerostatla eyni olan, lakin elastik və möhkəm materialdan 
hazırlanmış daha böyük şar idi. 
Stratosfer
ə  edilən iki rekord səyahət-uçuşdan  sonra  48  yaşlı  O.Pikkar iki 
ölk
ənin-doğulub, boya-başa çatdığı İsveçrənin və yaşayıb-yaratdığı Belçikanın 
Milli Q
əhrəmanı oldu. Və ən təəccüblüsü budur ki, məhz uçan aparat -stratostat, 
onu dalma apa
ratı  yaratmaq  ideyasına  gətirib  çıxartmışdır.  Əgər 
xatırlayırsınızsa,  XX  əsrin 30-cu illərində  batisfera  ilə  dalması  mümkün  olan 
d
ərinlik 930 metr idi. O.Pikkar elə  o  vaxtlardan  tam  avtonom  variantda  sualtı 
aparat  hazırlamaq  fikrində  idi.  Alim  özü  dalmağı,  suyun  üzərinə  qalxmağı, 
su
yun altında istənilən istiqamətdə hərəkət etməyi bacaran bir aparat yaratmağı 
qarşısına məqsəd qoymuşdu. Və bu işdə ona stratonavt olması kömək edir. 
O.Pikkar sad
ə  bir  ideyanı  əsas  götürərək  onun üzərində  dayanır:  stratostat 
havadan yüngül olduğu kimi, batiskaf da öz növbəsində, batisfera və sualtı qayıqdan 
f
ərqli olaraq sudan yüngül olmalıdır. 
Batiskafın  (ilk  batiskafın  adı  ilk  stratostatın  şərəfinə  «FNRS-2»  adlanırdı) 
konstruksiyası  içərisi  benzinlə  doldurulmuş  gövdə-üzgəcdən və  çox möhkəm 
materialdan  hazırlanmış  şar-kabinadan ibarət idi. Tədqiqatçılar  şar-kabinada 
yerl
əşərək,  müşahidə  aparmalı  idilər. Aparatın  dalması,  içərisinə  ağır  külçələr 
formasında  doldurulmuş  və  elektromaqnit  sahəsinin  gücünə  saxlanılmış  ballast 
vasit
əsi ilə edilirdi. Ballastdan azad olmaq üçün elektrik sahəsinin açılması kifayət 
edirdi. Bu şəkildə ballastdan azadolma həm də təhlükəsizliyi təmin edirdi: belə ki, 
ist
ənilən  qəza  elektrik sahəsinin  açılmasına  və  deməli,  batiskafın  suyun  üzərinə 
qalxmasına  səbəb  olacaqdı.  Batiskafın  hərəkət  edə  bilməsi üçün akkumulyasiya 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə