Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

 
 
 
 
68 
müh
əndis həllini taparaq, DDK-ların    istehsalı ilə məşğul olan «Komeks» (Fransa) 
kom
paniyası  haqqında  yazdıqlarımızı  yekunlaşdırıb  yenidən  dalğıc  dalmalarına 
qayıdırıq. Lakin öncə qeyd etməliyəm ki, hal-hazırda «Komeks»lə yanaşı dünyanın 
bir  çox  kompaniyaları  DDK-ların    və  digər  sualtı  aparat  və  avadanlıqların   
istehsalı  ilə  məşğuldur.  «Dayveks»  (Böyük Britaniya), «Dreyqer»  (Almaniya), 
«Drass» 
(İtaliya),  «Ouşenirinq»  (ABŞ),  «Teylor  dayvinq  end selvec kompani» 
(ABŞ) və s. belə kompaniyalardandır. 
 
SUYADALMALAR : İBTİDAİDƏN   
KAMİLLİYƏ DOĞRU... 
 
Bu  inkişaf  mərhələlərini biz mümkün qədər sadə  dildə  peşəkar incəliklərə  çox 
varmadan izah etm
əyə  çalışdıq  və  dalğıc  suyadalmalarının  təsnifatını  aşağıdakı 
kimi ver
ə bilərik: 
-
 
Hava  dalğıc  suyadalmaları  -  60 metr (bəzi  ölkələrdə  55  m qəbul edilir) 
d
ərinliyə qədər nəfəsalmada sıxılmış havadan istifadə etməklə həyata keçirilir. Bu 
zaman h
əm fasiləsiz tənəffüs imkan, həm də avtonom hava-balon tənəffüs aparatı 
variantların  dan  istifadə  edilir.  Yalnız  belə  dalmalar  üzrə  ixtisaslaşmış  dalğıclara 
«
hava  dalğıcları»  deyilir və  bu  dalğıclar  peşəkar və  ya  həvəskar  dalğıclar  ola 
bil
ərlər.  Dalğıc  fəaliyyətinin  bu  növü  dalğıc  peşəsinin, demək olar ki, kütləvi 
formasıdır. 
-
 
Saturasiya  suyadalmaları  -  xüsusi  kompleks  avadanlıqlardan (bu əsasən, 
D
ərinlik  Dalğıc  Kompleksləri olur) və  dərinliklərə  uyğun  təzyiq  altında 


 
 
 
 
69 
hazırlanmış  xüsusi  nəfəsalma  qaz  qarışıqların  dan  istifadə  etməklə  tənəffüsün 
t
əmin edilməsi ilə  həyata keçirilir. Bu üsulla ən kiçik dərinliklərdən başlayaraq 
daha böyük d
ərinliklərə  (yuxarıda  qeyd  etdiyimiz  kimi  hal-hazırda  dünya  rekordu 
701  metrdir) q
ədər dalma mümkündür. Sənaye  məqsədli  saturasiya üsulu ilə 
dalmalar,  ad
ətən, 300 metr dərinliklərə  qədər edilir. 1987-ci ilin iyul ayında ilk 
d
əfə olaraq 182 metr dərinlikdə 29 gün müddətində «Xəzərdəniz neftqazsənaye» 
Ümumittifaq  İstehsalat  Birliyinin    Xəzər  Dəniz  Dalğıc    Qəza Xilasetmə  İşləri 
İdarəsinin akvanavtları  tərəfindən  həmin  birliyin  Baş  dalğıc  mütəxəssisi 
P.P.Qurtovenkonun r
əhbərliyi ilə «Şelf-2» Yarımdalma Üzən Qazma Qurğusunda 
yerl
əşən Dərinlik  Dalğıc  Kompleksindən istifadə  etməklə  Xəzər  dənizində 
saturasiya üsulu il
ə sualtı-texniki işlər yerinə yetirilmişdir. Saturasiya suyadalmaları 
dalğıc  peşəsinin  ən yüksək forması,  zirvəsi  olub,  yalnız  xüsusi  hazırlıqlı  peşəkar 
dal
ğıclar tərəfindən həyata keçirilir. 
Suyadalm
anın  insan  üçün  alternativ  variantları  varmı?  Biz  artıq 
suyadalmaların    insanın  su mühitinə  girişini  mümkün edən  formaların  ı  nəzərdən 
keçirdik v
ə  bütün hallarda nəfəsalma üçün qazlardan -  havadan,  oksigen-azot, 
oksigen-helium, helium-hidrogen,  oksigen-helium-hidrogen  v
ə  hətta bəzi hallarda 
oksigen-
arqon  qarışıqların  dan  istifadə  olunduğunu gördük. Lakin bununla belə
bütün hallarda müsb
ət və mənfi halların    təzahürünün də şahidi olduq. Bu günə 
q
ədər  də  kompressiya və  dekompressiya rejimlərinin optimal variantının  axtarışı 
üz
ərində  elmi-təcrübi  tədqiqat  işləri davam edir.  Əgər  nəzərə  alsaq ki, bu 
rejiml
ərin cədvəl formasında ilk tərtibatçısı XX əsrin əvvəllərində ingilis fizioloqu 
C.Holde
n olmuşdur və təqribən bir əsrə yaxın müddət ərzində müxtəlif ölkələrdə 


 
 
 
 
70 
bu sah
ədə tədqiqat işləri davam edir, problemin heç də sadə olmadığı anlaşılar. Bu 
problemin  ç
ətinliyi  bir  tərəfdən, insan orqanizminin edən  toxumaları  və  qanının 
inert  qazlarla  doyması  və  təmizlənməsinin müxtəlif  təzyiqlər  altında  müxtəlif 
sür
ətlərlə edilməsindən, bu proseslər zamanı ətraf mühitdə yaranan temperaturdan
iş gərginliyinin dalğıca təsirindən, iş dərinliyinin dalma müddətində dəyişilməsindən 
v
ə  s. faktorlardan və  bu  faktorların    real  tənzimlənməsi,  dalğıcların   
t
əhlükəsizliyinin tam təminatı üçün həkim-fizioloqların  hesabladığı uzunmüddətli 
v
ə  mürəkkəb kompressiya-dekompressiya rejimlərindən  asılıdırsa,  digər  tərəfdən 
bel
ə  uzunmüddətli proseslərin zaman və  maliyyə  baxımımdan  sənayeçilər  üçün 
maraqlı  olmamasından  asılıdır.  Bu, iki birbirinə  əks maraqlar daim optimal və  ya 
dig
ər alternativ variantların    axtarışmı aktual edir. 
Dalğıc  dalmaların  m  təkmilləşdirilməsi istiqamətində  araşdırılan,  elmi-təcrübi 
c
əhətdən tədqiq edilən  belə  alternativ  variantlardan biri -  nəfəsalmada istifadə 
olunan 
ənənəvi hava və  qaz  qarışıqların  m  əvəzinə,  tərkibində  yüksək  miqdarda 
oksigen  olan v
ə  orqanizmdə  karbon  qazını  uda  bilən xüsusi məhluldan istifadə 
olunmasıdır. 
İlk dəfə belə bir ideyam holland fizioloqu  İ.Kilstri irəli  sürmüşdür.  Məlumdur 
ki, 1 litr havanın tərkibində 200 ml, 1 litr suyun tərkibində isə cəmi 7 ml oksigen 
vardır.  İ.Kilstri  öz tərkibinə  görə  təqribən qanın  plazmasının  tərkibin  yaxınlaşan 
xüsusi duz m
əhlulu hazırlayaraq, canlı orqanizmlər üzərində təcrübəyə başlamışdır. 
Müxt
əlif ölkələrdə  müxtəlif  canlıların, o cümlədən itlərin  üzərində  aparılan 
t
əcrübələrdə  ümidverici  nəticələr  əldə  edilmişdir.  Lakin  bütün  bunlara  və  hətta 
Hollandiyada insan üz
ərində  aparılan  təcrübənin  müsbət  nəticələnməsinə 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə