Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 
 
 
 
95 
etmişlər. Doktor Robert Ballardın rəhbərliyi ilə edilən «Woods Hole» institutunun 
elmi t
ədqiqatçılar  komandası  «Arqo»  adlanan HSA üçün TV kameradan və  yan 
görünüş  hidrolokatorundan (sonar) ibarət  xüsusi  asına  avadanlığı  işləyib 
hazırlamışlar. O dövrdə «Arqo»nu «dəniz dibinin tədqiqi üçün bütün dövrlər ərzində 
hazırlanmış  ən müvəffəqiyyətli  heyətsiz  sualtı  aparat»  kimi geniş  reklam edirdilər. 
Y
əqin ki, bunun bir səbəbi də 1985-ci ilin sentyabrında «Knorr» adlı elmi-tədqiqat 
g
əmisində  işləyən  «Arqo»nun 1912-ci ildə  aysberqlə  toqquşaraq  batmış  məşhur 
«Titanik»  g
əmisinin qalıqlarını  tapması  və  foto-video  materialların    hazırlanması 
ol
muşdur. Sonralar uzun müddət «Arqo» həm hərbi, həm də elmi məqsədlərdən ötrü 
Amerika H
ərbi Donanması tərəfindən istifadə olunmuşdur. 
HSA-dan h
əmçinin dəniz fauna və florasının öyrənilməsi, bəzi ölkələrdə dənizin 
dibind
ə  saxlanılan  radioaktiv  tullantıların    faktiki  vəziyyətinin yoxlanılması 
(m
əsələn,  ABŞ-da  ətraf mühitin mühafizəsi  agentliklərinin  təşəbbüsü ilə 
Kaliforniya sahill
ərinə  yaxın  məsafədə  yerləşdirilmiş  radioaktiv  tullantılar  olan 
silindrl
ərin faktiki vəziyyətinin  müəyyənləşdirilməsi üçün HSA-dan istifadə 
olunmuşdur),  dəniz neft-qazçıxarma özülləri sahəsində  ətraf mühitin dəyişməsinin 
müşahidəsi  məqsədi  ilə, geoloji və  bioloji  tədqiqatlar  (Kanada Daxili Sular 
M
ərkəzi bu məqsədlə  «HSA TROV-Bl»-dən istifadə  etmişdir)  aparılmasında 
istifad
ə edilmişdir. Və demək olar ki, göstərilə n sahələrdən başqa digər sahələrdə 
elmi  m
əqsədlə  HSA-lardan istifadə  geniş  vüsət  tapmamış  və  necə  deyərlər, bu 
sah
ələrdə hələ öz sözünü deməmişdir. 
HSA-
ların    əsas  istifadə  istiqamətlərindən danışdıqda  bu  istiqamətlərlə  tam 
üst-üst
ə düşməyən bəzi istifadə sahələrini də qeyd etmək lazımdır. Bunlar müxtəlif 


 
 
 
 
96 
t
əyinatlı (suelektrik stansiyaların m, su anbarların m, sahil bərkitmə qurğuların m və 
s.) b
əndlərin sualtı hissəsinin tədqiqatı, kanalizasiya borularının su altında yerləşən 
hiss
ələrinin tədqiqi, su dolmuş yeraltı lağımların    (tunel) tədqiqi, batmış gəmilərin 
daxili  hiss
əsinin  batma  səbəbinin  müəyyənləşdirilməsi üçün tədqiqi, dəniz 
arxeologiyası  və  s. ibarətdir. Bu istiqamətlərin hər biri özlüyündə  çox  maraqlıdır. 
M
əsələn, HSA-lar vasitəsi ilə  , 1813-cü ildə  Ontario gölündə  batmış  Amerika 
donanmasının  «Hamilton»  və  «Scouge»  1853-cü ildə  Arktika  buzları  arasında 
batmış Böyük Britaniya Hərbi-Dəniz Donanmasının «Breadalbane», təqribən 280 il 
bundan önc
ə  Kolumbiya sahillərində  yükü  qızıl  və  gümüş  əşyalardan  ibarət olan 
ispan qaleonu, 2002-ci ild
ə  Xəzər  dənizində  batmış  «Merkuri»  gəmiləri  məhz 
HSA-lar vasit
əsi ilə tədqiq edilmişdir. 
HSA-
ların    istifadəsi ilə əlaqədar olaraq 2002-ci ildə baş vermiş çox maraqlı bir 
hadis
əni diqqətinizə  çatdırmaq  istərdim: Bütün müsəlmanların  müqəddəs  şəhəri 
M
əkkədə Zəm-Zəm bulağı ətrafında yerin altında, təqribən 17-35 metr dərinlikdə
t
əqribən  4  km  uzunluğunda, su ilə  dolu, hündürlüyü 4 m, eni  3  m  olan  lağımın 
(tunel) faktiki v
əziyyətini  yoxlamaq üçün təftiş  işlərinin  aparılması  məcburiyyəti 
yaranır.  Bu  məqsədlə  Səudiyyə  Ərəbistanının  «DAR»  kompaniyası  Böyük 
Britani
yanın «ABWOOD» şirkətinə məxsus təyinatlı dairəvi əksetdirmə qabiliyyətli 
sonarla v
ə  videosistemlə, avtomatik rejimdə  koordinatların    yüksək dəqiqliklə 

əyyənləşdirilməsi  qurğusu  ilə  təchiz  olunmuş  HSA-nın  hazırlanmasını  və 
tuneld
ə təftiş-yoxlama işlərinin yerinə yetirilməsini həvalə edir. Müqavilə şerlərinə 
əsasən,  bilavasitə  işin  yerinə  yetirilməsi  müsəlman  mütəxəssisi  tərəfindən həyata 
keçirilm
əli idi. Xaraktercə  digər  işlərə  bənzəməyən  bu  işin  yerinə  yetirilməsi 


 
 
 
 
97 
yüks
ək  peşəkarlıq  tələb  edirdi. Uzun  axtarışlardan sonra «ABWOOD»  şirkəti öz 
seçimini ARDNŞ-ın Xəzər Dəniz Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsinin HSA 
d
əstəsinin rəhbəri  T.N.Əliyevin  üzərində  dayandırır.  Yüksək  səviyyədə  işlərin 
yerin
ə yetirilməsi bu seçimin heç də təsadüfi olmadığına bir daha sübut idi. 
 
HSA-
ların    istifadəsinin gələcəyi 
HSA-lardan istifad
ənin gələcəyi, xüsusən də, dənizdə neft-qazçıxarma ilə bağlı 
olan  sah
əsinin  gələcəyi  çox ümidvericidir. Daha dəqiq desək, HSA-ların   
istifad
əsinin  vacibliyi  haqqında  şübhələr  artıq  tarixdə  qalmışdır.  Bu  gün  söhbət 
yalnız  HSA-ların    və  onlar vasitəsi ilə  istifadə  olunan  avadanlıqların  çeşidlərinin 
genişləndirilməsindən  və  texniki  cəhətdən  daha da təkmilləşdirilməsindən gedir. 
Kamillik üçün is
ə məhdudiyyət yoxdur. 
İnsanın  alışmadığı,  onun  üçün  heç  də  həmişə  dost olmayan bir  mühit  sayılan 
d
ənizin soyuq və yüksək təzyiq altında olan ənginliklərinə göndərilməsi, bu məqsədlə 
HSA-lardan istifad
ə  olunması  ilə  müqayisə  olunmazdır  və  bir çox hallarda isə 
mümkün deyil. Bunu 
əyani şəkildə sübut edən hadisələrdən biri də 1985-ci ilin iyul 
aynda 
İrlandiyanın  cənub-qərb sahillərində  qəzaya  uğramış  Hindistana  məxsus  hava 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə