Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

 
 
 
 
89 
Neft-
qaz yataqların m kəşfiyyatdan sonrakı tam miqyaslı mənimsənilmə fazasında 
artıq  istehsalat  özülünün  dənizdə  quraşdırılması,  neft-qazın  nəqli üçün boru 
k
əmərlərinin çəkilişi,  müxtəlif yataqlar və  özüllərarası  kommunikasiyaların   
(c
ərəyan kabelləri, su və hava xətləri və s.) inşası həyata keçirilir. Bu zaman bir çox 
hallarda HSA-lardan istifad
ə  olunur.  Belə  ki, HSA-dan istifadə  edilərək,  gələcək 
özülün qoyula
cağı  dəniz dibi tədqiq edilir, sahənin  özül  qoyulması  üçün  yararlığı 

əyyənləşdirilir  və  kommunikasiya xətlərinin  marşrut  sahələri  tədqiq  edilərək 
yerin
ə  yetiriləcək  işlər (bəzi  hallarda kommunikasiya xətlərini  gələcək 
z
ədələnmələrdən  qorumaq  üçün  torpağın  altına  qazıb  basdırırlar,  bezi  hallarda 
qayalıq sahənin partladılması və s.) dəqiqləşdirilir. Bu işlərin yerinə yetirilməsi üçün 
HSA-lar müxt
əlif «asılan avadanlıqlar»la (TV kameralarla, kartoqrafıya və akustika 
qurğuları), kəsici, deşici, dağıdıcı və s. alətlərlə təchiz olunurlar. Bəzi hallarda isə 
HSA-lar konkret t
əyinatlı  (traktor, kran və  s,)  mexanizmlər  düzəldilərək  istifadə 
olunurlar. 
Yataqların    mənimsənilmə fazasında HSA-lar tərəfindən yerinə yetirilə 
n işlərin çeşidləri durmadan artır və bu gün demək olar ki, bu fazada işlərin yerinə 
yetirilm
əsi HSA-larsız təsəvvür edilmir. 
 
Yataqların  mənimsənilməsi  fazası,  yəni neft-qaz hasilatına  tam  hazırlanması 
fazası başa çatdıqdan sonra növbəti mərhələ - istismar mərhələsi başlanır və necə 


 
 
 
 
90 
dey
ərlər, neftçilərin ifadəsi ilə desək, «yataq xəttə qoşulur». Bu mərhələdə HSA-lar 
sualtı-texniki xidmət (boru kəmərlərində qoyulmuş siyirtmələrin açılıb-bağlanması, 
sualtı  avadanlıqların    işə  salınması  və  dayandırılması,  müxtəlif  tullantıların   
yığılma  yerinin  müəyyənləşdirilməsi  və  təmizlənməsi, metal konstruksiyaların 

ərisinə  su dolub-dolmadığım,  onların  divar  qalınlıqlarının  dəyişib-dəyişmədiyini 

əyyənləşdirmək üçün müxtəlif ölçmə vasitələri ilə müayinə edilməsi, anodların   
d
əyişdirilməsi, təmizləmə və s.) və təftiş işlərinin yerinə yetirilməsi ilə  məşğul 
olurlar. T
əftiş  işləri  zamanı  mərkəzi  idarəetmə  məntəqəsində  (gəmidə, körpüdə, 
özüld
ə  və  s.) yerləşən  HSA-ları  idarə  edən mütəxəssislər tərəfindən hidrotexniki 
qurğuların  və  kommunikasiyaların  sualtı  hissəsində  korroziya  səviyyəsinin, dəniz 
bitkil
əri və  balıqqulaqları  ilə  örtülmənin  miqdarım  və  mexaniki  zədələnmələrin 

əyyənləşdirilməsi məqsədi ilə akustik və video baxışlar həyata keçirilir. 
HSA-
ların daha bir maraqlı istifadə istiqaməti vardır ki, ilk öncə demək olar ki, 
bel
ə  bir istiqamətdə  istifadə  heç nəzərdə  tutulmurdu.  Bu,  dalğıc  işləri  zamanı 
HSA-
lardan  yardımçı-təminatçı  formasında  istifadə  idi.  Dalğıclar  ilk  əvvəldən 
HSA-lara b
əzi səbəblərdən bir rəqib  kimi  baxmışlar.  Lakin  bunlara baxmayaraq, 
çox  qısa  bir  zamanda  dalğıclar  HSA-larla birlikdə  işləməyi öyrəndilər. Sadəcə 
olaraq, HSA-
nın iştirakı dalğıclara müəyyən bir güvənlik gətirdi. Dalğıclar onların 
suyun altındakı vəziyyətlərinin fasiləsiz olaraq videoizləndiyini və istənilən an hər 
hansı bir fövqəladə hadisə baş verərsə, elə həmin dəqiqə kömək məqsədi ilə çevik 
müdaxil
ə imkanı olduğunu bildikdə, sualtı vəziyyətlərində özlərini daha inamlı hiss 
etm
əyə başladılar. Artıq dalğıclar və HSA bir komanda idilər. HSA eyni zamanda
s
əthdəki  komanda məntəqəsində  əyləşərək  dalğıcın  işini  fasilə  siz izləyən 


 
 
 
 
91 
müt
əxəssislərə  imkan  verdi  ki,  onlar  dalğıclar  tərəfindən yerinə  yetirilən  işlərə 
n
əzarət  edib, məsləhət və  göstəriş  versinlər. HSA eyni zamanda, növbəti dalma 
nöqt
əsinin, yəni iş yerinin müəyyənləşdirilməsini xeyli sadələşdirdi. Belə ki, dalma 
nöqt
əsində projektorlarını işıqlandıran HSA dalğıc üçün nişangah rolunu oynayırdı. 
Lakin  bütün  bunlarla  yanaşı,  dalğıc  işlərində  HSA-lardan  istifadə  müəyyən 
t
əhlükə də yaradırdı. Məsələn, işləyən pərlərin arasına dalğıc tənəffüs kəmərinin 
düşməsi, HSA ilə  «dalğıc zəngi»nin yumşaq kəmerlərinin dolaşması ehtimalı və 
s.  -  bunlar HSA-
lardan  dalğıc  işlərində  istifadəni  müəyyən  mənada  şübhə  altına 
alırdı. Bütün bu şübhələrə- yəni «HSA dalğıcların    dostudur və ya düşmənidir?» - 
sualma 1981-ci ilin yanvar  aynda 
Şimal dənizində  baş  vermiş  bir  hadisə  nöqtə 
qoydu. 199 metr d
ərinlikdə  «Stəna Seaspread»  gəmisindən  buraxılmış  «dalğıc 
z
əngi»nin yumşaq nəfəsalma kəməri qırılır və dalğıclar qazsız, isti su ilə təchizatsız 
v
ə  rabitəsiz  «dalğıc  zəngi»nin  içərisində  qalırlar.  «Dalğıc  zəngi»nin  qaldırılması 
«z
əng»in özünün və  içərisində  qalmış  iki  nəfər  dalğıcın  vəziyyətinin 

əyyənləşməsi  aparılmadan  mümkün  olmadığı  üçün  göyərtəsində  HSA olan 
yaxınlıqdakı «Uncle John» gəmisi köməyə çağırılır və HSA ləngidilmədən hadisə 
yerin
ə  göndərilir. Bu əməliyyat təqribən 4 saat çəkir. HSA tərəfindən çevik 
çatdırılmış  məlumat  əsasında  xilasetmə  planı  işlənib  hazırlanır,  «Uncle John» 
g
əmisinin dalğıc zəngi ilə «Stena Seaspread» gəmisinin zədələnmiş «dalğıc zəngi» 
ara
sında  xilasetmə  xətləri çəkilir. Daha sonra HSA-nı  yenidən  zədələnmiş  «dalğıc 
z
əngi»nin vəziyyətini yoxlamaq üçün göndərirlər. HSA hadisə  yerinə  çatdıqda 
z
ədələnmiş  «dalğıc  zəngi»nin dib dəliyinin qapağının  açıq  olduğu  və  oradakı 
dal
ğıcların    işarə  ilə  «hermetiklik yoxdur»  anlatdıqları  aydınlaşır.  HSA-nın  bu 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə