Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

 
 
 
 
78 
batareyalar
ın  dan  qidalanan  elektrik  mühərriki vasitəsi ilə  gövdənin  üzərində 
quraşdırılmış pər fırladılırdı. 
Yaradılmış  yeni  aparat  öz  quruluşu  və  hərəkət prinsipine görə  gəmini 
xatırladırdı  və  «batiskaf»  adı  da  təsadüfi  seçilməmişdi,  çünki  qədim yunanca 
«bathys» - d
ərin, «skaphos» isə gəmi demək idi. 
O.Pikkar g
ərgin  işləyərək,  artıq  1939-cu ildə  ilkin hesabatları  başa  çatdırmış  və 
Belçika zavodların da batiskafın bəzi hissələrinin hazırlanması sifarişlərini vermişdi. 
Lakin Avropada 
başlayan  İkinci  Dünya  Müharibəsi  batiskafın  inşasını  dayandırmaq 
m
əcburiyyətini yaradır və yalnız müharibə qurtardıqdan sonra 1945-ci ildə yenidən 
batiskafın inşası davam etdirilir. 
Batiskafın  ilk variantının  sınağı  Atlantik  okeanının  Yaşıl  Burun  arxipelaqında 
yerl
əşən  Santyaqo  adası  yaxınlığında  həyata  keçirilir.  O.Pikkar  fransalı  professor 
Mono il
ə birlikdə ilk dalma zamanı risk etmək istəməyərək, yalnız 25 metr dərinliyə 
enir
.  Sınaq  işləri  əla  başa  çatır.  Növbəti  sınaq  1400  metr  dərinlikdə  «avtomat» 
rejimind
ə  (heyətsiz)  planlaşdırılır.  Bu  sınaq  zamanı  batiskaf  xüsusi  məhdudlaşdırıcı 
çıxıntı  ilə  təmin  olunmalı  idi  ki,  batiskaf  dənizin  dibinə  çatdıqda  bərk dənizdibi 
süxura toxunan m
əhdudlaşdırıcı çıxıntı elektrik sahəsini açsın və nəticədə ballastdan 
azad olan batiskaf suyun  s
əthinə  qalxsın.  Sınaq  işləri müvəffəqiyyətlə  başa  çatır, 
hey
ətsiz batiskaf dənizin dibinə çataraq ballastdan azad olur və suyun səthinə qalxır. 
Lakin bundan sonra sınaq işlərinin davam etdirilməsini ləngidən nəzərdə tutulmamış 
bir hadis
ə  baş  verir:  Sınaq  işləri  başa  çatdıqdan  sonra  Santyaqo  adasına  doğru 
yed
əkdə aparılan batiskafın əsas hissəsi olan gövdə-üzgəc güclü qasırğa nəticəsində 
dalğaların    təsirindən əzilərək sıradan çıxır. Bu isə ö demək idi ki, yəni batiskaf 


 
 
 
 
79 
inşa etmək lazımdır. 
 
 
Bu  işdə  maraqlı  olan  potensial  sponsorlardan  çoxları  ilk  sınaq  işlərini 
müv
əffəqiyyətsizlik kimi qiymətləndirir və  bunun  nəticəsi olaraq O.Pikkar bir 
müdd
ət yeni batiskafın inşasını həyata keçirə bilmir. Lakin 1953-cü ildə professorun 
oğlu Jak Pikkar Adriatik dənizi sahilində yerləşən Triest (bu şəhər İkinci Dünya 
Müharib
əsindən sonra bir müddət sərbəst şəhər statusuna malik olub, heç bir dövlətə 
m
əxsus olmamışdır. Hal-hazırda İtaliyaya məxsusdur) şəhərində yerli sənayeçilərlə 
işgüzar əlaqələr yaradır və nəhəng gəmiqayırma və gəmi təmiri zavodların a malik 
şəhərin  işgüzar  insanlarını  şəhərlərinin məşhurlaşmasına  səbəb  ola biləcək bu 
layih
ənin  maliyyələşdirilməsin  razı  sala  bilir  və  Triest  şəhərinin gəmiqayırma 
zavodlarının  birində  yeni  batiskafın  inşasına  başlanılır.  Və  bu andan etibarən Jak 
Pikkar  atasının  ən  yaxın  köməkçisinə  çevrilir.  İnşa  edilən  yeni  batiskaf  şəhərin 
şərəfinə «Triest» adlandırılır. 
26 avqust 1953-cü il. «Triest»  Tirr
ən  dənizində  Neapol  şəhəri  yaxınlığındakı 
d
ərin dəniz çökəkliklərinin olduğu yerdə ilk sınaq zamanı 1080 metr dərinliyə, bir 


 
 
 
 
80 
müdd
ət sonra isə 30 sentyabr da - 3160 metr dərinliyə enir. Beləliklə, batisferaya 
m
əxsus dalma rekordu üstələnir! 
1954-cü ilin aprelind
ə  70  yaşı  tamam  olan  O.Pikkar  universitet  kafedrasındakı 
f
əaliyyətini  dayandıraraq  İsveçrəyə  qayıdır  və  orta dərinliklərdə  tədqiqat  işlərini 
aparmaq üçün yeni 
aparatın  -  mezoskafin  yaradılması  ilə  məşğul  olur.  «Triest»in 
kapitanı isə bu tarixdən Jak Pikkar olur. 
1958-ci ild
ən  J.Pikkar  amerikalı  okeanoloqlarla  birlikdə  okean çökəkliklərinin 
t
ədqiqatı ilə məşğul olmağa başlayır. ABŞ bu işlərin  maliyyələşməsini tamamilə 
öz üz
ərinə götürür. Təcrübə toplandıqca, dərinliklər artdıqca, tədricən insanın Aya 
uçması  qədər cəsarətli bir layihənin  -  Sakit okeanın  qərb hissəsində  yerləşən 
dünya okeanların m ən dərin çökekliyinə - Marianna çökekliyinə ənmənin həyata 
keçirilm
əsi ideyası formalaşırdı. 
 
Batiskaf «Triest» 10 916 m d
ərinlikdə, mütləq rekorda - 
Dünya okeanının ən dərin nöqtəsinə - cəmi 118 metr çatmadı 
 
1960-
cı      il      7      yanvar. İçərisində    Jak  Pikkar  və ABŞ  hərbi  -dəniz 
qüvv
ələri zabiti Don Uolş olan «Triest» 7026 metr dərinliyə enir. Bu, Marianna 
çök
əkliyinin ən dərin hissəsi) olan Çellencer batığına enmədən öncə, baş məşq idi. 
V
ə   nəhayət,   23  yanvar  1960-cı      il.      İnsan      110341  metr dərinliyə 
enm
əyə  qərar verir və  onu həyata keçirməyə  başlayır!  Batiskafa  təsir  edən  


 
 
 
 
81 
ağlasığmaz
 
xarici   t
əzyiq,   illüminatordan  müşahidə  edilən  əbədi  qaranlıq...    
İnsan heç vaxt belə nəhəng su qatının altına düşməyə cəsarət etməmişdi və onu da 
dem
əliyəm ki, artıq XXI əsr olmağına və bu fantastik enmədən sonra aradan 45 ilə 
yaxın bir vaxt keçməsinə baxmayaraq, insan bir daha bu dərinliyə enməyib... 
Sonralar  Jak  Pikkar  xatırlayırdı:  «Lift sürəti ilə  biz durmadan nəhəng maye 
kütl
əsinin ənginliklərinə enirdik və illüminatorun şüşəsi arxasından bizim gözlərimiz 
qarşısından bir-birinin ardınca kub metrlərlə, tonlarla su keçib gedirdi.» 
T
əqribən  6  saatlıq  enmədən sonra «Triest»  ehmalca dənizin  dibin  oturur. 
D
ərinlik 10 916 metr! Bir növ «Yerlə  təmas»  anında  batiskafın  kabinası  170000 
tondan  artıq  çəkisi  olan su sütununun  təzyiqinə  məruz  qalmışdır!  J.Pikkar  və 
D.Uolş bu fantastik dərinlikdə gördüklərini belə nəql edirdilər: «Dənizin dibi əbədi 
yağışla yağan diamit zərrəcikləri ilə örtülmüş işıqlı düz müstəvi təsiri bağışlayırdı. 
V
ə  birdən biz illüminatordan ən adi görkəmə  malik balıq gördük. Bu görüntü bir 
anın  içərisində  yüksək  inkişaf  etmiş  orqanizmlərin  belə  nəhəng dərinlikdə 
yaşaması mümkünlüyünü sübut etdi.» 
Batiskafın  içərisindəki J.Pikkar və  D.Uolş  macərasız  missiyaları  yerinə 
yetirdikd
ən sonra suyun səthinə  qalxırlar.  Ata  və  oğul  Pikkarlar  sübut  edirlər ki, 
insan dün
yanın ən dərin çökəkliyinə - 11034 metr dərinliyə enməyə qadirdir. Və bu 
c
əsarətli insanların    adları əbədi olaraq tarixin yaddaşına həkk olundu! 
 
 
1966-ci il. 
İspaniya sahilləri
 
yaxınlığında hidrogen 
bombası
 
artıq gəminin   
Zema 
Page 81 06.02.2013
göy
ərtəsindədir
 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə